46
yönəldi. Mirzə Ömərdən əvvəl Salıq və Calıq cövşən
205
geymiş dilavərlərlə Təbrizə gəlib rəiyyətin mallarına
əl uzatdılar. Şəhərlilər də onlara qarşı çıxmağa başlayıb, vergi toplamaq üçün gəlmiş Xoca Pir Əlini qətlə ye-
tirdilər və küçələri bağlayıb (küçəbənd edib, barrikada qurub) döyüşə və vuruşa hazırlaşdılar. Mirzə Ömər
şəhərlilərin yanına yaxşı nitq qabiliyyətinə malik adamlar göndərib sülhdən söz açdı. Təbriz camaatı dedi:
- Mirzə Ömər bizim şahzadəmizdir. Əgər şəhərə gəlsə, hakim olar. Amma türkmanları [şəhərə] bu-
raxmarıq!
Mirzə Ömər türkmanlara savaş atəşini alovlandırmağı əmr etdi. Onlar döyüş iradəsi ilə küçəbənd
(barrikada) üzərinə gəldilər. Qazı Qiyasəddin və Xoca Əbdülhəyy Qəzvini bir dəstə piyada ilə ürək deşən və
can odlayan ox zərbəsi ilə qaragün türkmanları pərən-pərən saldılar. Bir neçə gün vəziyyət bu minvalla da-
vam etsə də, itaət və tabeçilik xəyalları Təbriz camaatının ağlının ucundan belə keçmədi. O əsnada Mirzə
Əbu-Bəkrin gəlişi xəbərinin doğru olduğu aydınlaşdı. Mirzə Ömər Marağa tərəfə qaçdı.
O əsnada Mirzə Əbu-Bəkr, Mirzə Miranşahı səltənətdən kənarlaşdırıb, özü padşahlıq taxtına əyləşdi.
Əmir Bəyanı bir süvari dəstəsi ilə qabaqcadan Təbrizə göndərdi. [Şəhərin] avaraları və qara camaatı onun da
daxil olmasına imkan vermədilər. Əmir Bəyan Şənbi-Qazanda yerləşdi. Bu arada kin meydanının iki min igi-
di ilə birlikdə Şeyx Qəbbani və Qazı İmadəddin, yanında dörd yüz nəfər olan Əmir Bəyanla döyüşüb məğlub
oldular. Əmir Bəyan eşitdi ki, Şeyx Qəssab qara camaatdan ibarət bir dəstə ilə birlikdə vuruşmaq üçün gəl-
məkdədir. O, onlara sarı üz qoyub, iti qılınc zərbəsi ilə o bədbəxtlərin əksərini axirətə göndərərək Şənbi-Qa-
zana qayıtdı.
Ertəsi gün Əmir Dolday, Mirzə Miranşahın
206
yanından gəlib dedi ki, Miranşahın şəhərə daxil olması
yaxındır. Ona görə də müxaliflər öz müxalifliklərindən peşman olub əmirləri şəhərə gətirdilər. Əmir Dolday,
Şeyx Qəssabla Xoca Əbdülhəyyi tutdu və onları cəzalandırmaq istədi. Əmir Bəyan imkan vermədi. Mirzə
Əbu-Bəkr çoxlu ordu ilə cəmadiyülaxir [ayının] (24.11-23.12.1405) sonunda Təbrizə daxil oldu.
Mirzə Ömər və Mirzə Rüstəmin Mirzə Əbu-Bəkrlə müharibə etmələri haqqında söhbət
Mirzə Ömər zəfər nişanlı əsgərlərin qorxusundan Marağanı qoyub, bol kədər içində Həmədan yolun-
dan İsfahana getdikdə Mirzə Rüstəm ona izzət və ehtiram göstərdi. Ondan sonra həmin iki xoşbəxt bir-biri
ilə ittifaq halında Savuxbulaq
207
tərəfə sürətli yürüş etdilər və o zaman Sarıqamışda olan Sultanbəxt bəyimi,
Mirzə Miranşahın ailəsini və köçünü
208
götürüb geri qayıtdılar. Təvəkkül Barlas arxadan gəlib çoxlu döyüş-
dən sonra bir iş görə bilmədi. Onlar qənimətlərlə birlikdə sağ-salamat İsfahana gəldilər. Mirzə Ömər Şiraza
yola düşdü. Mirzə Pir Məhəmməd ona böyük hörmət göstərdi və onlar birlikdə o şəhərdə qışlaq etdilər.
Ailəsinin və köçünün qarət edildiyi xəbəri Mirzə Əbu-Bəkrə çatdıqda Təbrizdən İsfahana doğru hə-
rəkət bayrağını ucaltdı və Cürbadəqan
209
ərafında dayandı. O tərəfdən Mirzə Ömərlə Mirzə Pir Məhəmməd
yağış damcıları qədər ordu ilə Mirzə Əbu-Bəkrin ordusunun iki mənzilliyinə gəldilər.
O əsnada xəbər çatdı ki, Əmir Bistam tam qələbəliklə Təbrizə irəliləməkdədir. Ona görə də Mirzə
Əbu-Bəkr əhd-peyman bağlanması üçün şahzadələrin yanına qasidlər göndərib Azərbaycan tərəfə qayıtdı.
Onlar elçiyə iltifat göstərməyib onun ardınca sürətli yürüş etdilər. Dərgüzin hüdudunda o iki qiyamət əlamət-
li qoşun bir-birinin qarşısında səf çəkdi. Hər iki tərəfin bahadırları qılınca və xəncərə əl atdılar. Almaza bən-
zər qılınclar bahadırların başını yarmağa və ölüm nişanəli oxlar əcəlin peyki kimi canların üzərinə yürüməyə
başladı.
Nəzm
“Ovçu oxları ilə cəsur kişilər,
Özlərini savaş səflərinə vurdular.
Almaza bənzər qılıncın sərçeşməsindən,
205
Cövşən – zireh.
206
Ə.Nəvai (Şərhlər, s.124) burada Miranşah əvəzinə Mirzə Əbu-Bəkrin adının yazılmasını daha məqsədəuyğun hesab edir.
207
Savuxbulaq (Savucbulaq, Soyuqbulaq) – Cənubi Azərbaycanda, Urmiya gölündən cənubda yerləşən şəhər. Rey yaxınlığında da
bu adda bir yer vardır.
208
“Mətləüs-səədeyn”ə görə, “Mirzə Miranşahın bir hərəmini”
(Nəvai, şərhlər, s.125).
209
Cürbadəqan (Cürbadqan, Cərfədqan) – Həmədanla İsfahan arasında yerləşən Gülpayəgan qəsəbəsinin adının ərəbləşmiş şəklidir.
47
Zireh qan dənizinə döndü”.
Parlaq xəncər tozanağın qaranlığında çıraq kimi parlayır, atəşin şüası kimi tozun dumanından bərq
vurur, zəmanə dikbaşlarının və dövran pəhləvanlarının başını bədəndən ayırır, mülk çəmənində düşmənlərin
ömür fidanını kəsir, qanla yer üzünü lalə və ərğəvan
210
rənginə boyayır və sarı torpağı qırmızı rəngə çevirir-
di. Göyün Nəsreyn ulduzları
211
ördək kimi qan gölünə qərq olmuşdu və asimanın Balıq [bürcü] qan dənizi
üzərində üzürdü. O gün səhərdən axşamacan döyüş və vuruş atəşi son dərəcə alışdı və şölələndi. Belə ki, hər
iki tərəfdən dörd min süvari və piyada qətlə yetirildi. Nəhayət, gecənin qara rəngli qarğası gündüzün gümüş
simalı yanağını öz qol-qanadı ilə örtdü və qürub sağsağanı dünyanın çöhrəsini qır və qatranla boyadı.
Nəzm
“Zəmanə döndü məhşər gününə,
O zamana ki, günah məktubu oxunacaq.
Çatmadı gecənin zülmətindən,
Aşiqlərin ürəyindən dodağa ah.
Qaranlıq gecədə bu mübarək çöhrəli şah (günəş),
Mavi göydən aşağı endiyi zaman,
İgidlər dəmir libaslarını çıxardılar,
Gözətçilik üçün iki yüz göz zireh kimi oldu”.
Səhər çağı hər iki ordu coşub-daşdı.
Nəzm
“Sərkərdələr bayraqları çəkdilər,
Məhşər gününün əlaməti peyda oldu”.
Döyüş əsnasında Mirzə Əbu-Bəkr yeddi yüz nəfər yaxşı silahlanmış süvari ilə Mirzə Pir Məhəmmə-
din mərkəzinə həmlə etdi. Şahzadə ona tab gətirməyib İsfahan tərəfə fərar etdi. Mirzə Əbu-Bəkrin
ordusu on-
ları təqib edib bir çoxlarını qətlə yetirdi. Mirzə Əbu-Bəkr savaşda süstlük göstərdikləri üçün Ömər Tabanı,
onun oğlunu və qardaşını gedər-gəlməzə göndərdi. Ona görə də Əmir Hüseyn Barlas fərar edib özünü İsfaha-
na yetirdi.
Mirzə Əbu-Bəkr şəhərin bir fərsəxliyində dayandı və üç gündən sonra aləmi yandıran qoşunları ilə
şəhər bağlarının olduğu yerə gəlib savaşa başladı. Şəhərlilər ox və sapand zərbələri ilə onları küçəbənddən
(barrikdadan) uzaqlaşdırdılar. Ertəsi gün Mirzə Əbu-Bəkr bir dəstə əsgərlə ata minib, Küçəbağa daxil olaraq
şəhər əhalisindən iki min nəfəri hiddətlə qətlə yetirdi və mötəbərlərdən üç nəfəri dustaq edib öz ordugahına
qayıtdı.
İsfahanlılar bu savaşdan qorxaq-hürkək oldular. Onların ürəkləri şəhərin divarı kimi para-para və xa-
rab, dodaqları fındıq kimi quru və susuz oldu. Gözlərindən Zindərud
212
kimi yaşlar axmağa başladı. Ona görə
də aman diləyərək qəbul etdilər ki, Savuxbulaqdan gətirdiklərini geri versinlər və Miranşahın adına xütbə
oxudub sikkə vurdursunlar. Mirzə Əbu-Bəkr qəbul etməyib yenidən savaşa başladı. Şəhərlilər bağları qoyub
qalaya sığındılar. Mirzə Ömər başa düşdü ki, Mirzə Ömərşeyxin övladlarının Mirzə Əbu-Bəkrə qarşı müqa-
vimət taqəti yoxdur. Buna görə də o, Şahrux padşaha xidmətkarlıq ehramını bağlayıb Xorasana yola düşdü.
O əsnada xəbər gəldi ki, Şeyx Hacı İraqi Sultaniyyəni mühasirə edib, Əmir Şeyx İbrahimlə Əmir
Bistam isə Təbrizi ələ keçiriblər. Onların gəlişinin şərhi belədir ki, onlar Mirzə Əbu-Bəkrin İsfahanı mühasi-
rə etdiyini eşitdikdə köçhaköçlə Təbriz ətrafına gəldilər. Mirzə Əbu-Bəkr tərəfindən o şəhərin hakimi olan
Əmir Məhəmməd Dəvati, Əmir Bistamın yanına elçilər göndərib sülhdən söz açdı. Əmir Bistam bu sözə ilti-
fat göstərməyib şəvval [ayının] 20-də (10.04.1406) səadət və uğurla Təbrizə daxil oldu və camaatla yaxşı
davrandı. Lakin araqarışdıranların fəsadı nəticəsində Şeyx İbrahimlə Əmir Bistam arasında mübahisə tozu
qopdu. Əmir Şeyx İbrahim, Əmir Bistamın qardaşlarını həbs etdi. Ona görə də adı çəkilən əmir (Bistam) Sə-
210
Ərğəvan – qırmızı bir gül adı.
211
Nəsreyn – iki Nəsr ulduzu nəzərdə tutulur. Bunların birinə Nəsri-vaqe, digərinə Nəsri-tair deyirlər. Bu iki ulduzun adı Avropa
dillərində təhrif olunmuş şəkildə Vega və Altair adlanır (Nəvai, şərhlər, s.126).
212
Zindərud (Zayəndərud) – İranın mərkəzindən axan, İsfahandan keçən bir çayın adıdır.