Yeddi kömə
kçi
1
O günlərdə – şagirdlərin çoxaldığı vaxtda yunanca danışan Yəhudilər
ibranicə danışan Yəhudilərdən şikayət etməyə başladılar. Çünki gündəlik
yardım paylananda onların dul qadınlarını nəzərə almamışdılar.
2
Ona görə
On ki həvari bütün şagirdləri bir yerə yığıb belə dedi: «Allahın kəlamını vəz
etmək işini atıb maddi işlərlə məşğul olmağımız düzgün deyil.
3
Ey
qardaşlar, aranızda etibar qazanmış, Ruh və hikmətlə dolu olan yeddi kişi
seçin ki, onları bu işə təyin edək.
4
Biz isə özümüzü duaya və Allahın
kəlamını yaymağa həsr edək».
5
Bu sözlər bütün toplantının xoşuna gəldi.
Stefanı, Filipi, Proxoru, Nikanoru, Timonu, Parmenanı və Yəhudi dinini
qəbul edən Antakyalı Nikolanı seçdilər. Stefan iman və Müqəddəs Ruhla
dolu bir kişi idi.
6
Bunları həvarilərin qarşısına çıxardılar. Həvarilər də dua
edib onların üzərinə əl qoydular.
7
Allahın kəlamı yayılır, Yerusəlimdə şagirdlərin sayı xeyli artır və bir çox
kahinlər də bu imana tabe olurdu.
Stefanın tutulması
8
Lütf və qüvvə ilə dolu olan Stefan xalq arasında böyük xariqə və
ə
lamətlər göstərirdi.
9
Belə olanda Azadlar Sinaqoqu adlanan sinaqoqun bəzi
üzvləri, Kirenalılardan, sgəndəriyyəlilərdən, Kilikiyadan və Asiya
vilayətindən bəzi insanlar Stefana qarşı çıxıb onunla mübahisəyə başladı.
10
Amma Stefanın sözündəki hikmətin və Ruhun qarşısında dayana
bilmədilər.
11
Onda bir neçə nəfəri şirnikləndirdilər ki, belə desinlər: «Bu
adamın həm Musaya, həm də Allaha qarşı küfr dolu sözlər dediyini
eşitmişik».
12
Beləliklə, xalqı, ağsaqqalları və ilahiyyatçıları da təşvişə
saldılar. Stefanın üstünə gəlib onu tutdular və Ali Şuranın qarşısına
gətirdilər.
13
Gətirdikləri yalançı şahidlər onun üzünə durub dedilər: «Bu
adam dayanmadan bu Müqəddəs məkana və Qanuna qarşı danışır.
14
“Nazaretli sa bu məkanı darmadağın edəcək və Musadan bizə əmanət
qalan adətləri dəyişəcək” dediyini özümüz eşitmişik».
15
Ali Şurada
oturanların hamısı Stefana diqqətlə baxanda gördü ki, onun üzü bir mələyin
üzünə bənzəyir.
7
Stefanın nitqi
1
Baş kahin Stefandan soruşdu: «Bunlar doğrudurmu?»
2 *
Stefan belə cavab
verdi: «Qardaşlar və atalar, məni dinləyin! Atamız brahim hələ
*
7:2-3 Yar. 12:1
Mesopotamiyada ikən Xaranda məskunlaşmazdan əvvəl izzətli Allah ona
göründü.
3
Ona belə dedi: “Öz torpağından, qohumlarının arasından çıx, sənə
göstərəcəyim torpağa get”.
4 *
Buna görə brahim Xaldeylilərin ölkəsini tərk
edib Xarana köçdü. Atasının ölümündən sonra Allah onu oradan da götürüb
sizin indi yaşadığınız bu ölkəyə gətirdi.
5 *
Burada ona irs olaraq bir qarış
belə, torpaq vermədi. Amma brahimin o zaman hələ övladı olmasa da,
Allah bu torpağı mülk olaraq ona və onun gələcək nəslinə verəcəyini vəd
etmişdi.
6 *
Allah ona belə dedi: “Nəslin yad ölkədə qərib olacaq, orada olan
millətə köləlik edəcək və onlara dörd yüz il zülm ediləcək”.
7
“Ancaq onların
köləlik edəcəkləri milləti Özüm cəzalandıracağam” dedi Allah, “bundan
sonra oradan çıxacaqlar” və “bu yerdə Mənə ibadət edəcəklər”.
8 *
Sonra
Allah onunla sünnətlə bağlı Əhd kəsdi. Beləliklə də, brahim shaqın atası
olarkən onu səkkiz günlük olanda sünnət etdi. Bundan sonra shaqdan
Yaqub, Yaqubdan da on iki ulu babamız törədi.
9 *
Bu ulu babalarımız paxıllıqdan Yusifi qul kimi Misirə satdı. Lakin Allah
Yusifə yar idi.
10
Onu bütün əziyyətlərdən qurtardı və ona hikmət verərək
Misir hökmdarı fironun gözündə lütf qazandırdı. Firon onu Misirin və öz
sarayında olan bütün xalqın rəhbəri təyin etdi.
11 *
Sonra bütün Misir və
Kənan torpağı aclıq və böyük əziyyətlərlə üzləşdi. Bu ata-babalarımız
yemək tapa bilmədi.
12
Yaqub eşidəndə ki, Misirdə taxıl var, bu ata-
babalarımızı birinci dəfə oraya göndərdi.
13 *
Onlar ikinci dəfə Misirə gələndə
Yusif qardaşlarına özünü tanıtdı. Bununla da firon Yusifin ailəsi ilə tanış
oldu.
14 *
Yusif atası Yaquba xəbər göndərib onunla birgə bütün qohumlarını
– yetmiş beş nəfəri çağırtdırdı.
15 *
Beləliklə, Yaqub Misirə getdi. Özü ilə bu
ata-babalarımız da orada öldü.
16 *
Onların cəsədləri sonradan Şekemə
gətirildi və Şekemdə brahimin Xamor övladlarından bir neçə gümüşə satın
aldığı qəbirdə dəfn olundu.
17 *
Allahın brahimə bəyan etdiyi vədin həyata keçdiyi vaxt yaxınlaşanda
*
7:4 Yar. 11:31; 12:4
*
7:5 Yar. 12:7; 13:15; 15:18-21; 17:8
*
7:6-7 Yar. 15:13-14; Çıx. 3:12
*
7:8 Yar. 17:10-14; 21:2-4; 25:26; 29:31-35:18
*
7:9-10 Yar. 37:11,28; 39:2,21; 41:39-41
*
7:11 Yar. 42:1-2
*
7:13 Yar. 45:1-3; 47:2-10
*
7:14 Yar. 45:9-11,17-18; 46:27
*
7:15 Yar. 46:1-7; 49:33
*
7:16 Yar. 23:3-16; 33:19; 50:7-13; Yeşua 24:32
*
7:17-18 Çıx. 1:7-8