Heydər Əliyev Azərbaycan xalqının



Yüklə 323,83 Kb.
Pdf görüntüsü
səhifə32/79
tarix26.05.2018
ölçüsü323,83 Kb.
#46270
1   ...   28   29   30   31   32   33   34   35   ...   79

95
İşçilərin  fərdi  və  kollektiv  xilasetmə 
vasitələri  ilə  təmin  olunmaları  üçün 
müəyyən işlər görülmüşdür. İstismarda olan 
özüllərdəki  xilasetmə  vasitələrinin  yenisi 
ilə əvəz olunması üçün 22 ədəd xilasetmə 
qayığı  alınmış  və  onların  quraşdırılması 
işlərinə başlanmış,  27 ədəd əlavə qayığın 
alınması üçün müqavilə bağlanmışdır. 
Dəniz  özüllərində  və  gəmilərdə  qəza 
və  yanğın  zamanı  dənizdə  insan  həyatını 
qoruyub  saxlamaq,  qəza  xilasetmə 
əməliyyatlarını  effektli,  səmərəli  aparmaq, 
dəniz  obyektlərini  tərketmə  və  xilasetmə 
vasitələrindən istifadə etməklə insanların sağ qalması üzrə hərəkətləri öyrətmək məqsədilə 
ARDNŞ-nin Xəzər Dəniz Neft Donanmasının tərkibində yaradılmış  Dənizdə İnsan Həyatının 
Mühafizəsi  üzrə  Təlim  Mərkəzinin  müvafiq  tədris-trenajor  mərkəzlərində  xüsusi  kurslar 
təşkil olunmuşdur və bu kurslarda 1860 nəfərə yaxın işçi təlim keçmişdir (o cümlədən 191 
nəfər işçi “yanğınla mübarizə” üzrə kurslarda, 531 nəfər  “xilasedici qayıq və sallar növbətçi 
qayıqlar, sürətli olmayan qayıqlar  üzrə mütəxəssislərin  hazırlığı” kurslarında və s.). 
İşçilərə  təhlükəsiz  iş  şəraitinin  yaradılması  və  işlərin  təhlükəsiz  aparılması  qaydalarını 
öyrətmək  məqsədilə  müəssisələrdə  işçilərin  maarifləndirilməsinə,    təlimatlandırılmasına 
və  onların  biliklərinin  artırılmasına  böyük  diqqət  verilmişdir.  Əməyin  təhlükəsizliyi 
üzrə  qaydaların,  standartların  və  normaların  azərbaycan  dilində  işlənməsi  və  onlarla 
müəssisələrin təmin olunması sahəsində müəyyən işlər görülmüşdür. Şöbənin iştirakı ilə 
“Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” və “Neft və qaz 
quyularında  aparılan  geofiziki  tədqiqat  işlərində  əməyin  təhlükəsizliyi  Qaydaları”  Elmi-
Tədqiqat İnstitutları tərəfindən standartların tələblərinə uyğun yenidən işlənmişdir. Eyni za-
manda 4 mövzu üzrə Qaydalar Şirkətin Əməyin mühafizəsi və Təhlükəsizliyi şöbəsi ilə birgə  
Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu 
tərəfindən yenidən işlənilir. İdarə və müəssisələrdə cari ildə   9327  nəfər mühəndis-texniki 
işçilərin  bilikləri yoxlanılmışdır.  
Görülmüş tədbirlərə baxmayaraq  2010-cu ildə ARDNŞ-nin müəssisələrində istehsalat-
la  əlaqədar  19 bədbəxt  hadisə  baş vermişdir. Bu bədbəxt  hadisələrdən 4-ü ölümlə 
nəticələnmişdir.
Əməyin təhlükəsizliyi qaydalarını və normalarını pozduqlarına görə idarə və müəssisələrin 
əmrləri ilə intizam  məsuliyyətinə cəlb olunan işçilərin ümumi sayı 609 nəfər olmuşdur ki, 
bunlardan 295 nəfərə töhmət, 151 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, 
2 nəfər  tutduğu vəzifədən azad edilmiş və 161 nəfər işçi isə cərimə edilmişdir.   


96
Azərbaycan Respublikası Prezidentinin “Ekologiya ili” elan etdiyi 2010-cu ildə ARDNŞ-nin 
struktur bölmələrinin cari fəaliyyəti ilə bağlı və keçmişdən miras qalmış ekoloji problemlərin 
aradan  qaldırılması  məqsədilə  bir  sıra  layihələr  həyata  keçirilmişdir.  Neft  yataqlarının 
ərazilərində torpaq neft, qazma şlamı və su anbarlarının, istismara yararsız texnoloji qurğu 
və avadanlıqların ləğvi, açıq torpaq kanalların örtülü beton kanallarla əvəz edilməsi üzrə 
işlərin həcmi xeyli artmışdır.
 Neft  və  lay  sularının  ətraf  mühitə  sızmasının  qarşısını  almaq  məqsədilə  korroziyaya 
uğramış neft xəttləri əsaslı təmir olunmuş və ya yenisi ilə əvəz edilmiş, çoxlu sayda yüksək 
təzyiqli siyirtmə dəyişdirilmiş, 1020 metr açıq torpaq kanal üstü örtülü beton kanalla əvəz 
edilmişdir. 
 Bibiheybət və Siyəzən yataqlarında ümumi sahəsi 38,5 hektar olan çirkli torpaq sahələri biolo-
ji üsulla təmizlənmiş, 18,2 hektar ərazi sənaye və məişət tullantılarından təmizlənmiş, ümumi 
sahəsi 13,6 hektar olan süni gölməçə və bataqlıq qurudularaq abadlaşdırılmışdır. H.Z. Tağıyev 
adına, “Balaxanıneft” və “Abşeronneft” NQÇİ-lərində ümumi sahəsi 61 hektar olan ərazilərdə 
bioremediasiya işləri aparılır. 44 hektar sahənin rekultivasiya sənədləri tərtib edilmişdir.
Bu günə kimi neft yataqlarının bərpa edilmiş ərazilərində 91996 ədəd ağac, 12100 ədəd 
kol  və  gül  tingləri  əkilmiş,  1880  kvadrat  metr  qazon  salınmışdır.  Əlavə  olaraq  ARDNŞ-
nin digər struktur bölmələrinin inzibati ərazilərində 52322 ədəd ağac, 2630 ədəd kol və 
gül tingləri əkilmiş, 1600 kvadrat metr yaşıl ot örtüyü salınmışdır. Hesabat dövrü ərzində 
yeni və əvvəllər əkilmiş ağaclara, gül kolları və ot örtüklərinə mütəmadi aqrotexniki qulluq 
göstərilmişdir. 
 Təmizlənmiş torpaqları yaşıllaşdırmaq və landşaftarxitektura planına uyğun bərpa etmək 
məqsədilə H. Z. Tağıyev adına NQÇİ-nin 9,3 hektar ərazisində  Ekoloji Park salınır. Onun 
qızdırılması və işıqlanması üçün tələb olunan elektrik enerjisinin təxminən 40 faizi alter-
nativ  enerji  hesabına  təmin  olunacaq.  Parkın  ərazisini  daha  8,4  hektar  genişləndirmək 
planlaşdırılır ki, bu da rekultivasiya ediləcək əraziləri yaşıllaşdırmaq üçün ildə 200 min ədəd 
ağac tingi və gül kolları yetişdirməyə imkan verəcək. Park cəmiyyətimizin və gənc nəslin 
ekoloji  maarifləndirilməsinə,  elmi-praktik  konfrans,  seminar  və  forumların  keçirilməsinə 
xidmət edəcəkdir.
 Mövcud  neft-qaz  yataqlarında  bugünkü  fəaliyyət  nəticəsində  yaranan  tullantıların, 
xüsusən lay suları və qazma şlamlarının tam utilizə edilməsinin təmini, yeni və yenidən 
qurulan  obyektlərdə  isə  ətraf  mühitə  “sıfır  tullantı”  prinsipinə  əməl  edilməsinə  nail  ol-
maq məqsədilə dəniz   özüllərində və estakadayanı meydançalarda, quru ərazilərindəki 
XIX. EKOLOGİYA


97
yataqlarda, həmçinin neft emalı zavodlarının və bu ilin aprel ayından ARDNŞ-nin tərkibinə 
daxil  edilmiş  “Azərikimya”  İB-nin  istehsalat  obyektlərində  monitorinq  aparılmışdir.  Aşkar 
olunmuş nöqsanlar obyektlərin ətraf mühitə təsirlərinin dərəcəsini nəzərə almaqla təsdiq 
olunmuş qrafik əsasında aradan qaldırılır.  
 “Neft Daşları” və ”28 May” adına neftqazçıxarma idarələrinin yataqlarında hasil       olu-
nan lay sularını dərindən təmizləyib yeraltı horizontlara vurmaq məqsədilə, “Neft daşları” 
yatağında inşa edilən neft yığım məntəqəsində quraşdırmaq üçün ABŞ-dən məhsuldarlığı 
7100 kub metr/gün olan 2 ədəd müasir təmizləyici qurğu alınmışdır. 
İstismarda  olan  yataqlarda  bir  çox  təcridetmə  və  yuxarı  horizontlara  qaytarma  işləri 
aparılmış, istismarı səmərəsiz olan 128 quyu ləğv edilmiş və lay sularının gündəlik hasilatı 
1400 kub metr  azaldılmışdır.  
 Bu il istehsalat obyektlərinin istismar müddəti bitmiş qurğu və avadanlıqlardan, iri qa-
baritli metal konstruksiyalardan təmizlənməsi davam etdirilmişdir.
 Qeyd etmək lazımdır ki, təbii ehtiyatlardan səmərəli istifadəyə xüsusi diqqət yetirilmişdir. 
Belə ki, gəmilərlə mədənlərə daşınan içməli suya qənaət edilməsi məqsədilə Çilov adasında 
və Neft Daşları NQÇİ-də dəniz suyunu duzsuzlaşdırmaq üçün gücü 300 və 500 kub metr/
gün olan əks osmos qurğuları quraşdırılmışdır. Bu qurğulardan  “Neft daşları”, “28 May”, 
N.  Nərimanov  adına  və  “Abşeronneft”  NQÇİ-lərində  də  quraşdırmaq  üçün  layihə-smeta 
sənədləri hazırlanır. 
 “Neft Daşları” NQÇİ-də və Çilov adasında formalaşan məişət-çirkab sularını təmizləyib 
təkrar  istifadə  etmək  üçün  gücü  uyğun  olaraq  500  və  400  kub  metr/gün  olan  bioloji 
təmizləyici qurğular tikilib istismara daxil edilmişlər. 


Yüklə 323,83 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə