46270
«Azərbaycanın zəngin karbo-
hidrogen ehtiyatları ölkənin enerji
təhlükəsizliyini uzun illər, onilliklər
ərzində təmin edəcəkdir».
Heydər Əliyev
Azərbaycan xalqının
Ümummilli Lideri
Azərbaycanda uğurla gerçəkləşən
neft-qaz layihələri Azərbaycanın milli
maraqlarına xidmət edir.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
1
Azərbaycan bu gün davamlı sosial-iqtisadi yüksəliş dövrünü yaşayır. Əsası
xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və ölkənin hazırki
misilsiz inkişafının etibarlı təməlini yaratmış yeni neft strategiyası Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında inamla davam
etdirilir, müstəqil dövlətimizə ilbəil yeni-yeni nailiyyətlər qazandırır. Azərbaycan artıq
bütün dünyada regionun öncül dövləti kimi tanınır və bölgədə baş verən geosiyasi
proseslərdə mühüm rol oynayır.
Müasir dövrdə neftə və nisbətən təmiz enerji mənbəyi hesab edilən təbii qaza
maraq böyükdür. Dünyanın əsas enerji regionlarında baş verən hadisələr bu gün
beynəlxalq diqqəti siyasi cəhətdən sabit, iqtisadi nöqteyi-nəzərdən inkişafda olan
Xəzər hövzəsi regionunda cəmləşdirmişdir. Azərbaycanın enerji istehsalçısı kimi
artan potensialı, eləcə də Mərkəzi Asiyanın digər enerji ixracatçıları üçün güclü
I. NEFT STRATEGİYASI AZƏRBAYCANI
YENİ QƏLƏBƏLƏRƏ APARIR
2
əhəmiyyətə malik tranzit imkanları ölkəmizə marağı daha da artırır. Respublikanın
təsdiq edilmiş neft ehtiyatlarının həcmi 2 mlrd. ton, qaz ehtiyatlarının həcmi isə 2,2
trln. m
3
təşkil edir. İndiyədək Azərbaycandan 255,5 mln. ton neft, 22,2 mlrd. m
3
qaz
ixrac olunmuşdur. Biz dünyanın 33 ölkəsinə, o cümlədən, ABŞ, Çin, Braziliya, Çili,
Tayland kimi ölkələrə neft və neft məhsulları ixrac edirik. Qaz ixracının coğrafiyası
da genişlənməkdədir. Avropa İttifaqının təklif etdiyi “Cənub qaz dəhlizi” layihəsi bu
baxımdan qarşıda böyük imkanlar açır.
Yeni neft strategiyası çərçivəsində həyata keçirilən layihələr, SOCAR-ın
modernizasiyası istiqamətində görülən tədbirlər nəticəsində son illər Azərbaycanda
yüksək hasilat göstəricilərinə nail olunmuş, neftin, qazın, neft və kimya məhsullarının
ixracatçısı kimi ölkənin mövqeləri möhkəmlənmişdir. 2010-cu ildə ölkə üzrə 50,8
mln. ton neft, 26,3 mlrd. m
3
qaz hasil edilmişdir. SOCAR 8,5 mln. ton neft, 7,3 mlrd.
m
3
qaz hasil edərək, əvvəlki illərə nisbətən daha yüksək nailiyyət əldə etmişdir.
Şirkətimiz xarici tərəfdaşlarla birlikdə həyata keçirilən irimiqyaslı layihələrdə
Azərbaycan dövlətinin ona verdiyi səlahiyyətlər çərçivəsində uğurlu fəaliyyət
göstərməklə yanaşı, ötən ildən başlayaraq, müstəqil olaraq “Ümid” perspektiv
strukturunda geoloji kəşfiyyat işləri aparmış və yeni bir qaz-kondensat yatağı kəşf
edilmişdir. Dənizin 58 metr dərinliyində quraşdırılmış stasionar dəniz özülündən
8 saylı birinci quyunun qazması 6006 metr dərinlikdə güclü qaz axını alınması ilə
nəticələnmişdir. İlkin hesablamalara görə, strukturun ehtiyatları 200 mlrd.m
3
qaz və
Azərbaycan Respublikasında neft hasilatı (mln ton)
9,1
11,4
13,8 14,0 14,9 15,3
15,4 15,6
22,2
32,3
42,6
44,5
50,4
50,8
0
10
20
30
40
50
60
1997 1998 1999 2000 2001 2002 2003 2004 2005 2006 2007 2008 2009 2010
Az. Resp. üzrə
Konsorsium
ARDNŞ
3
40 mln. ton kondensat həcmində qiymətləndirilir. “Ümid” Azərbaycan Respublikası
müstəqilliyini bərpa etdikdən sonra kəşf olunan birinci yataqdır və uzun sürən
fasilədən sonra daxili imkanlar hesabına açılmışdır. Bu, ciddi bir uğurdur və Dövlət
Neft Şirkətinin öz inkişafında yeni mərhələyə başladığını göstərir. Digər tərəfdən
Xəzərin Azərbaycan sektorunda məhsuldarlıq perspektivlərini yüksəltmiş bu kəşf
yeni lay və yataqların açılması ehtimalını da artırmışdır. Artıq “Babək” strukturunun
ehtiyatları 400 mlrd. m
3
qaz və 80 mln. ton kondensat həcmində qiymətləndirilir.
Hesab edirik ki, “Naxçıvan”, “Zəfər”, “Məşəl” strukturlarında bizi daha böyük
perspektivlər gözləyir.
Ölkənin qaz ixrac potensialının artırılması ilə yanaşı, SOCAR respublikanın təchizatı
sisteminin yenidən qurulması layihəsi üzərində də səylə çalışır. “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”na uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublikanın hər
yerində genişmiqyaslı tikinti-quraşdırma və təmir-bərpa işləri aparılır, indiyədək
“mavi yanacaq”la təchiz olunmayan yaşayış massivləri qazlaşdırılır. Ölkə Prezidenti
tərəfindən əhali və sənayenin təbii qaza olan tələbatının fasiləsiz ödənilməsi məqsədi
ilə SOCAR-ın qarşısında qoyulmuş mövcud yeraltı qaz anbarlarının tutumunun
artırılması vəzifəsinə də vaxtında əməl olunmuşdur. Qaradağ yeraltı qaz anbarında
yeni kompressor stansiyası tikilib istismara verilmiş, Qalmazda mövcud kompressor
stansiyasında modernizasiya və təmir işləri aparılmış, quyu fondu bərpa edilmiş,
8,
4
0,6
9,
0
8,
3
0,7
9,
0
8,
2
0,8
8,
9
8,
1
0,9
8,
9
8,
1
0,9
9,
0
8,
0
1,0
9,
0
7,
8
1,2
9,
0
7,
6
1,2
8,
8
7,
4
1,2
8,
7
7,
3
1,2
8,
5
7,
3
1,2
8,
5
2000
2001
2002
2003
2004
2005
2006
2007
2008
2009
2010
Azneft üzrə
MM/ƏŞ
ARDNŞ üzrə neft hasilatı (mln ton)
Dostları ilə paylaş: |