HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə59/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   ...   55   56   57   58   59   60   61   62   ...   93

136

tual  və  insani  keyfiyyətləri  Azərbaycan  sərhədlərindən  çox­çox  uzaqlarda 

tanınmış, beynəlxalq aləmdə qiymətləndirilmişdir. 

Heydər Əliyev onun taleyinə düşən əzablı yolları və şəxsi iztirabları şərəflə 

dəf  edən  müdrik  və  uzaqgörən  siyasi  xadim  kimi  qəbul  olunmuşdur.  Heydər 

Əliyevin ətrafında MDB­nin siyasi, dövlət elitasında layiq olduğu əsl hörmət 

və ehtiram mühiti yaranmışdı. 

Heydər  Əliyev  dərin  ensiklopedik  biliyə  malik  insan,  bədii  istedadların 

mahir hamisi olmuşdur. Azərbaycan ədəbiyyatı, incəsənəti və memarlığının əsl 

intibahı  onun  adı  ilə  bağlıdır.  Heydər  Əliyevin  şəxsiyyəti  rus  və Azərbaycan 

xalqlarının  dostluğunun,  milli  mədəniyyətlərinin,  əbədi  əlaqələrinin  təcəs-

sümü idi. Həm sovet və həm də postsovet dövründə Heydər Əliyevin həyatının 

mənası  və  məqsədi  yalnız  yaratmaq  idi.  O,  ölkəsini  hərtərəfli  coşqun  inkişaf 

yoluna çıxarmış, kiçik respublikanı energetika dövləti səviyyəsinə yüksəltmiş, 

Azərbaycanın siyasi təsiri regional çərçivədən çıxaraq beynəlxalq əhəmiyyətə 

malik olmuşdur. O, öz xalqına zəngin irs qoymuşdur və belə oğulları yetirən 

ölkə daim bəxtiyar olacaqdır. 

2009­cu ildə 15 iyun – Milli Qurtuluş günü ilə əlaqədar Moskvada Azər-

baycan  xalqının  Ümummilli  Lideri  Heydər  Əliyevin  xatirəsinə  həsr  olunmuş 

“Qloballaşma  dövründə  mədəniyyətlərin  qarşılıqlı  təsiri”  mövzusunda  bey-

nəlxalq konfrans keçirilmişdir. Konfrans Heydər Əliyev Fondunun Moskvadakı 

nümayəndəliyi, Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutu, M.V.Lomono-

sov adına MDU­nun qlobal proseslər fakültəsi, AMEA Fəlsəfə, Sosiologiya və 

Hüquq İnstitutu və Rusiya Fəlsəfə Cəmiyyəti tərəfindən təşkil edilmişdir.

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əli-

yeva Azərbaycan xalqının 15 iyun tarixini Milli Qurtuluş günü kimi qeyd etmə-

sini  vurğulayaraq  demişdir:  “Azərbaycan  müstəqilliyini  bərpa  etdikdən  sonra 

ciddi iqtisadi və siyasi problemlərlə qarşılaşdı. İqtisadi tənəzzül keçirən, Ermə-

nistan  tərəfindən  hərbi  müdaxiləyə  məruz  qalan Azərbaycan Vətəndaş  müha-

ribəsi  astanasında  idi.  Çoxdan  gözlənilən  müstəqillik  təhlükə  qarşısında  qal-

mışdı. Yalnız Heydər Əliyevin 1993­cü il iyunun 15­də hakimiyyətə qayıdışı 

vəziyyəti kökündən dəyişdirməyə imkan verdi, suveren Azərbaycan dövlətinin 

əsası qoyuldu. Heydər Əliyev bütün ömrünü öz ölkəsinə, vətəninə həsr etmişdi, 

onun müdrik siyasəti sayəsində Azərbaycan bu gün inkişaf edir və çiçəklənir. 

Azərbaycan iqtisadi inkişaf sürətinə görə bir neçə ildir ki, lider mövqeyindədir, 

ölkədə nəqliyyat, energetika sahələri üzrə iri regional layihələr həyata keçirilir, 

sosial problemlər həll olunur. Bir sözlə, həyatın bütün sahələrində inkişaf aydın 

hiss edilir. 

Bu gün Heydər Əliyev cismən aramızda yoxdur, lakin müstəqil Azərbaycan 

yaşayır, Ümummilli Liderin bütün həyatını həsr etdiyi iş, onun ideyaları yaşa-




137

yır, bu il yaradılmasının beş ili tamam olmuş Heydər Əliyev Fondu yaşayır. Bu 

dövr ərzində Heydər Əliyev Fondu Azərbaycan xalqının, demək olar ki, bütün 

təbəqələrinin etimadını və dəstəyini qazanmışdır. Bu gün Fond təkcə Azərbay-

canda deyil, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərir və təməli Heydər 

Əliyev tərəfindən qoyulmuş xeyirxah işləri davam etdirir. 

Mənim üçün xoşdur ki, qloballaşan dövrdə mədəniyyətlərin qarşılıqlı təsiri 

mövzusunda keçirilən bugünkü konfrans Heydər Əliyevin xatirəsinə həsr edil-

mişdir. Nadir geosiyasi mövqeyə malik, Qərblə Şərq arasında əsl körpü olan və 

qədim İpək yolunda yerləşmiş Azərbaycan, həm Şərq və həm də Qərb mədə-

niyyətini  özündə  əks  etdirir.  Xalqımız  əsrlər  boyu  tolerantlıq  və  dözümlü lük 

ruhunda tərbiyə edilmişdir. Biz adət və ənənələrimizi dərindən qiymətləndirir, 

eyni  zamanda  dünya  ölkələrinin  bir­birindən  fərqli  mədəniyyətlərinə  böyük 

hörmət  bəsləyirik.  Bu  gün  kifayət  qədər  mükəmməl  dünya  birliyində  Azər-

baycan  tolerantlıq  nümunəsi  ola  bilər.  Bugünkü  mövzu  –  qloballaşma  möv­

zusu  kifayət  qədər  genişdir  və  birmənalı  deyildir.  Şübhə  doğurmayan  yalnız 

odur  ki,  müasir  dünya  inteqrasiya  edir  və  qloballaşma  dünyanın  demək  olar 

bütün ölkələrinə və xalqlarına təsir göstərir. Əminəm ki, bugünkü konfrans çox 

maraqlı və səmərəli olacaqdır. Sevindirici haldır ki, konfrans Azərbaycanın milli 

bayramı ilə eyni vaxta düşmüşdür və mən bunda rəmzi xarakter və xoş məna 

görmək istərdim. Bütün iştirakçılara konfransın işində uğurlar arzulayıram”. 

Konfransda MDU­nun fakültə dekanı, tarix elmləri doktoru Georgi Alekse-

yev, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məm-

mədzadə, MDU­nun qlobal proseslər fakültəsinin dekanı İlya İlin, RF hökuməti 

yanında  Moskva  Turizm  Akademiyasının  kafedra  müdiri  Olqa  Çistyakova, 

Rusiya  Fəlsəfə  Cəmiyyətinin  birinci  vitse­prezidenti,  fəlsəfə  elmləri  doktoru, 

professor Aleksandr Çumakov, RF XİN Diplomatiya Akademiyasının kafedra 

müdiri, fəlsəfə elmləri doktoru, professor Konstantin Dolqovun və digər alim-

lərin çıxışları dinlənilmişdir. 

Konfransın  nəticəsi  olaraq  iştirakçılar  işçi  qaydada  qətnamə  qəbul  etmişlər. 

Qətnamədə mövzunun aktuallığı və əhəmiyyəti vurğulanmış, hər il Azərbaycan 

xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş Əliyev qira­

ətlərinin, habelə sosial­siyasi, fəlsəfi qiraətlərin keçirilməsi təklif olunmuşdur. 

2009­cu il iyun ayının 16­da Heydər Əliyev Fondunun Moskva nümayən-

dəliyinin  başçısı  Leyla  Əliyevanın  rəhbərlik  etdiyi  Rusiyanın  Azərbaycanlı 

Gənclər Təşkilatı (RAGT) hər il iyunun 14­də qeyd olunan Ümumdünya Qan 

Donoru gününə həsr edilmiş “Qanın milliyyəti yoxdur” adlı növbəti xeyriyyə 

aksiyasını keçirmişdir. 

RAGT İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının (MTA) Azərbay-

canlı Gənclər Klubunun dəstəyi ilə “Qanın milliyyəti yoxdur, həyat bəxş elə – 




Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə