NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ AZƏRBAYCANIN ƏN DƏYƏRLİ, QABAQCIL ALİ MƏKTƏBLƏRİNDƏN BİRİDİR
NDU-NUN “FİKİR” İNFORMASİYA BÜLLETENİNƏ ƏLAVƏ 22 oktyabr 2015-ci il.№4(13)
HEYDƏR ƏLİYEV
NDU-nun rektoru,
AMEA-nın müxbir
üzvü, Saleh
Məhərrəmovun 50 illik
yubileyi qeyd olunub
Gürcüstanda keçirilən
beynəlxalq simpozium-
da Naxçıvan Dövlət
Universiteti də uğurla
təmsil olunub
Naxçıvan Dövlət
Universitetində seçmə
yarışlara start verilib
Müstəqilliyi
əbədiləşdirən lider
səhifə-2-də
səhifə-3-də
səhifə-3-də
səhifə-4-də
Məmməd Araz: Bu da
belə bir ömürdü
səhifə-5-də
N
axçıvan Dövlət Universitetində
Heydər Əliyev Universitetinin
“Ulu öndər Heydər Əliyev və milli-
mənəvi dəyərlər” mövzusunda
199-cu məşğələsi keçirilib.
Məşğələni giriş sözü ilə açan
universitetin rektoru, AMEA-nın
müxbir üzvü Saleh Məhərrəmov ulu
öndərin hakimiyyətə qayıdışından
əvvəl ölkəmizin üzləşdiyi acınacaqlı
vəziyyətdən və dahi rəhbərin
hakimiyyətə gəlişindən sonra üzərinə
götürdüyü xilaskar missiyasının
öhdəsindən böyük məharətlə
gəlməsindən söz açıb. Rektor bildi-
rib ki, dövlət və xalq qarşısındakı
əvəzsiz xidmətləri ümummilli lider
Heydər Əliyevin şərəfli ömrünü ta-
riximizin şanlı səhifəsinə çevirib,
ona əbədiyaşarlıq hüququ qazandırıb.
Görkəmli dövlət xadimi Heydər
Əliyev
milli
dəyərlərimizin
öyrənilməsini, qorunub saxlanılma-
sını, inkişaf etdirilməsini əsas
vəzifələrdən biri kimi irəli sürürdü.
Dahi şəxsiyyət deyirdi ki, milli
dəyərləri qoruyub saxlayan xalq
həmişə müstəqillik yolu ilə getmək və
müstəqilliyini qorumaq əzmində ola-
caqdır. Saleh Məhərrəmov, dövlətimiz
tərəfindən hər zaman milli-mənəvi
dəyərlərimizə yüksək qayğı və diqqət
göstərildiyini nəzərə çatdırıb.
Universitetin “Fənlərin tədrisi,
metodikası və texnologiya müəl -
limliyi” kafedrasının müdiri, professor
Elbəyi Maqsudov “Ulu öndər Heydər
Əliyev və milli-mənəvi dəyərlər”
adlı məruzəsinə dahi rəhbərin dəyərli
fikirləri ilə başlayıb: - “Hər xalqın öz
adət-ənənəsi var, öz milli-mənəvi və
dini dəyərləri var. Biz öz milli-
mənəvi dəyərlərimizlə fəxr edirik. Bi-
zim xalqımız yüz illərlə, min illərlə
adət-ənənələrimizi, milli-mənəvi
dəyərlərimizi yaradıblar və bunlar indi
bizim mənəviyyatımızı təşkil edən
amillərdəndir”. Natiq məruzəsində
ümummilli lider Heydər Əliyevin
milli dəyərlərimizi təkcə milli varlı-
ğımızın yox, həmçinin dövlət quru-
culuğu prosesinin mühüm atributu
kimi dəyərləndirdiyini söyləyib.
Azərbaycanda 1969-cu il iyulun 14-
də siyasi hakimiyyətə gələn ümum-
milli lider Heydər Əliyev ilk gündən
hər cür ideoloji-siyasi çətinliklərə
sinə gərərək Azərbaycan xalqının
milli özünüdərki üçün bütün zəruri
tədbirləri həyata keçirməyə səy
göstərmiş, cəmiyyəti bütün sahələr
üzrə gələcək mənəvi yüksəlişlərə
ruhlandırmağa çalışmışdır. Bildirilib
ki, dahi rəhbər xalqın milli
heysiyyətini gücləndirmək, onu öz
şanlı keçmişinə, soykökünə
qaytarmaq, habelə zəngin bədii irsini,
mədəniyyətini, incəsənətini, adət-
ənənələrini yaşatmaq, ana dilini in-
kişaf etdirmək üçün bir sıra mühüm
tədbirlər həyata keçirmişdir. Profes-
sor vurğulayıb ki, bütün görülən
işlərlə yanaşı, müdrik rəhbərimiz
Heydər Əliyevin böyük qayğı və
diqqəti nəticəsində 2000-ci ildə
“Kitabi–Dədə Qorqud”un 1300 illik
yubileyinin UNESKO xətti ilə
beynəlxalq miqyasda təntənəli qeyd
edilməsi də Heydər Əliyevin milli-
mənəvi dəyərlərimizə olan hörmət və
ehtiramının növbəti parlaq təcəssümü
idi. Vurğulanıb ki, ulu öndər Heydər
Əliyevin müdrik dövlətçilik kursunun,
strateji inkişaf konsepsiyasının layiqli
davamçısı, Azərbaycan Respublika-
sının Prezidenti cənab İlham Əliyevin
milli-mənəvi dəyərlərimizə olan qay-
ğıkeş münasibəti bu gün eyni ənənəni
yaşadır. Bu baxımdan, ölkə Prezidenti
İlham Əliyevin xalqımızın mədəni
sərvətlər xəzinəsində müstəsna yer
tutan və əsrlərdən bəri milli-mənəvi
varlığın ayrılmaz tərkib hissəsinə
çevrilən “Kitabi-Dədə Qorqud”un
alman dilində ilk tərcüməsi və
nəşrinin 200 illiyinin qeyd edilməsi
haqqında” bu il fevral ayının 20-də
imzaladığı Sərəncam da diqqəti
xüsusi cəlb edir. Natiq məruzəsinin
sonunda qeyd edib ki, ulu öndərin la-
yiqli davamçısı Cənab Prezidentimiz
İlham Əliyev milli dövlətçiliyimizin,
onun ərazi bütövlüyünün qorunması
ilə yanaşı, həm maddi sərvətlərimizin,
həm də milli mənəvi dəyərlərimizin
qorunmasına sədaqətlə xidmət edir.
Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin
əməkdaşı
Ulu öndər Heydər Əliyev və
milli-mənəvi dəyərlər
N
axçıvan Dövlət Universitetində
Bakı Dövlət Universitetinin
Beynəlxalq münasibətlər kafedra-
sının dosenti, siyasi elmlər üzrə
fəlsəfə doktoru Rza Talıbovun
“Asiya ölkələri beynəlxalq
münasibətlər sistemində” adlı
kitabının təqdimat mərasimi keçi-
rilib. Universitetin rektoru, AMEA-
nın müxbir üzvü Saleh Məhərrəmov
tədbiri giriş sözü ilə açaraq yeni
nəşrin Asiya ölkələrinin dünya
siyasətində və beynəlxalq mü -
nasibətlər sistemindəki yeri,
mövqeyi və əhəmiyyətindən bəhs
edən, bunu beynəlxalq mü -
nasibətlərin üzvi tərkib hissəsi olan
Azərbaycan Respublikasının Asiya
ölkələri ilə çoxcəhətli əlaqələri
kontekstində təqdim edən faydalı
dərslik olduğunu vurğulayıb. Kitab
Naxçıvan Dövlət Universitetində
də tədris olunan müvafiq ixtisasın
müəllim və tələbələri, tədqiqatçılar,
siyasi xadimlər üçün sanballı elmi
mənbə, stolüstü kitab rolunu oyna-
yacaq. Kitabın böyük elmi maraq
doğurması, rus dilinə tərcümə və
nəşri bunu bir daha təsdiq edir.
Universitetin Beynəlxalq
münasibətlər kafedrasının müdiri,
fəlsəfə üzrə fəlsəfə doktoru, do-
sent Yusif Hüseynov dərsliyi ətraflı
təhlil edərək qeyd edib ki, dünya
siyasətində Asiya ölkələrinin
çəkisinə və roluna artan maraq
çərçivəsində bu ölkələrin geostrtateji
və geosiyasi cəhətdən araşdırılma-
sı baxımından boşluq mövcuddur.
Dərslik bu boşluğu aradan
qaldırmağa xidmət edən sanballı
elmi-tədqiqat əsəridir. 6 fəsildən, 27
yarımfəsildən ibarət kitabda Asiya
ölkələrinin dünya dövlətləri ilə si-
yasi-diplomatik münasibətləri, iq-
tisadiyyat, elm, təhsil, səhiyyə kimi
çoxçəhətli əməkdaşlıqları araşdı-
rılmış, bu dövlətlərin tarixi keşmi-
şi, bügünkü sosial-iqtisadi vəziyyəti,
siyasi strtategiyaları haqqında əhatəli
məlumat verilmışdir. Kitab bü -
tövlükdə Xəzər hövzəsi ölkələri, o
cümlədən Azərbaycan ilə əmək -
daşlığa xüsusi əhəmiyyət verən Çin
Xalq Respublikası, dünya siyasətinin
cazibə qüvvəsi hesab olunan Yapo-
niya, texnologiyalar ölkəsi Koreya
Respublikası, müstəqil dövlət kimi
geniş iqtisadi islahatlar aparmaqla
inkişafın ən yüksək səviyyəsini
təşkil edən Sinqapur, Cənub-Şərqi
Asiyanın, eləcə də Sakit Okean
hövzəsinin ən böyük müsəlman
dövlətlərindən olan Malaziya, son
dövrlərdə xarici siyasətində Qərb
dövlətlərinə meyl edən Vyetnam
Sosialist Respublikası haqqında
zəngin, dərin məzmunlu bilik verir.
Müəllif gərgin elmi ax ta -
rışların, tədqiqatların nəticəsində
bu mühüm elmi qənaətə gəlir ki,
Asiya beynəlxalq münasibətlərin
tənzimlənməsində aparıcı qüvvə,
dünya siyasətinin əsas mərkəz -
lərindən biri, böyük iqtisadi fırtınalar
məkanı, elm, təhsil, texnologiyanın
tərəqqisi ilə fərqlənən bir qitədir. Bö-
yük siyasi uzaqgörənlik və analitik-
siyasi təfəkkürün məhsulu olan
əsərdə Asiya ölkələrinin gələcək
müqəddaratı barədə də maraqlı si-
yasi proqnozlar verilir. Kitab
Azərbaycan Respublikasının Şərq və
Qərb arasında “qızıl körpü” rolu oy-
naması elmi qənaəti, Asiya qitəsi
ölkələrinin beynəlxalq münasibətlər
sistemindəki özünəməxsus yerinin
müəyyənləş diril məsi baxımından
siyasətşünaslıq elminə qiymətli
töhfə hesab oluna bilər.
Təqdimat
mərasimində
Beynəlxalq münasibətlər kafedra-
sının dosentləri, tarix üzrə fəlsəfə
doktorları Şamxal Məmmədov və
Emin Şıxəliyev çıxış edərək çoxsaylı
yerli və xarici elmi, elmi-kütləvi
mənbələrə əsaslanaraq yazılan yeni
dərsliyin elmi məziyyətlərindən da-
nışıblar. Qeyd olunub ki, kitabda
geosiyasi əhəmiyyətinə görə müa-
sir dünya siyasətinin diqqət
mərkəzində dayanan Asiya qitəsinin
beynəlxalq siyasi arenadakı çəki -
sindən, ayrı-ayrı Asiya ölkələrinin
müasir inkişaf modelindən bəhs
olunur. Dərslikdə ümummilli lider
Heydər Əliyevin rəhbərliyi ilə
müstəqil Azərbaycanın yürütdüyü
diplomatik siyasət, Asiya ölkələri ilə
qarşılıqlı və çoxşaxəli əlaqələri, bu
əməkdaşlığın Prezident İlham
Əliyev tərəfindən uğurla davam
etdirilməsi ilə bağlı dəyərli
məlumatlar da öz əksini tapıb.
Çıxışçılar müəllifi bu əhəmiyyətli
elmi nəşr üçün təbrik edib, yeni-yeni
uğurlar arzu ediblər.
Siyasi elmlər üzrə fəlsəfə dok-
toru, dosent Rza Talıbov tədbirin
təşkilatçılarına minnətdarlıq edib,
müasir dünyada baş verən siyasi
proseslərdə Asiyanın müstəsna ye-
rinin olduğunu diqqətə çatdırıb.
Müəllif bildirib ki, belə bir dərsliyə
olan zəruri elmi təlabatdan sonra
gələcəkdə Asiya ölkələrinin hər bi-
rinin ayrı-ayrılıqda müasir dünya
siyasətindəki mövqeyi haqqında
yeni elmi nəşrlər üzərində işləməyi
düşünür.
Sonda rektor, AMEA-nın
müxbir üzvü Saleh Məhərrəmov
ali məktəb kollektivi adından
müəllifi təbrik edərək gələcək elmi-
pedaqoji fəaliyyətində ona uğurlar
arzulayıb. Universitetin müəllim
və tələbələrinə yeni dərsliklər
hədiyyə edilib.
Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin
müdiri
Siyasətşünaslıq elminə qiymətli töhfə