HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə63/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   59   60   61   62   63   64   65   66   ...   145

196 

 

konsepsiyasının mahiyyəti bundan ibarətdir ki,  demokratiya özü-



nü  qoruyub  saxlamaq  və  müəyyən  sabitliyə  nail  olmaq  üçün 

təşkilat yaratmağa məcburdur. Bu isə elitanın – kütlənin öz ta-

leyini  etibar  etməli  olduğu  fəal  azlığın  ayrılması  ilə  bağlıdır: 

Elitanın  formalaşmasında  insanların  təşkilatçılığı  və  cəmiyyətin 

siyasi  təşkili  xüsusi əhəmiyyət  kəsb edir...  Demokratiyanın  və sa-

bitliyin təmin və mühafizə olunması üçün xüsusi təsisat yaradılma-

sı zəruridir. Bu təsisatın yaradılması isə elitanın bərqərar olunması 

deməkdir.  Kütlə  böyük  təsisatlar  və  təşkilatlar  üzərində  nəzarət 

funksiyasını həyata keçirmək imkanlarına malik olmadığından onu 

elitaya etibar və həvalə edir. Bu proses və mübadilə olduqca “incə” 

şəkildə həyata keçirilməlidir. Əks təqdirdə natamam demokratiya-

dan oliqarxiyaya transformasiya baş tutar ki, bu da sosiumun yet-

kinləşməsi  və  inkişafına  olduqca  ciddi  surətdə  mənfi  təsir  edər. 

Məhz belə bir situasiyanın fonunda tədricən ixtisaslaşan elita sadə 

üzvlərin  –  fərdlərin  nəzarətindən  çıxır  və  elita  sosiumu  əhatə  və 

əlaqədar  edən  siyasəti  kiçik  bir  qrupun  mənafeyinə  müvafiq 

surətdə  həyata  keçirməyə  başlayır.  Nəticə  etibarilə,  nə  qədər 

demokratik görünsə də, elita təsisatının funksionallığı və fəaliyyət 

mexanizmində oliqarxiya meyilləri üstünlük təşkil edir”. 

Digər bir nəzəriyyəçi Jose Orteqa Qasset isə özünün “Dəyərlər 

nəzəriyyəsi”ndə qeyd edir ki, tarixi inkişafın fonunda təkamül nəti-

cəsində  köhnə  dəyərlər  tədricən  zəifləyir  və  sıradan  çıxır,  bunun 

müqabilində  yeniləri  meydana  gəlir  və  yeni  dəyərlərin  daşıyıcısı 

qismində  yeni  elita  təbəqəsi  formalaşır:  “Elitanın  formalaşması 



hakimiyyət  uğrunda  mübarizənin  deyil,  cəmiyyətin  ən  nəcib 

nümayəndələrinin  təbii  surətdə  seçilməsinin  nəticəsidir.  Elita-

nın  rəhbər  rolu  və  funksiyası  onun  hakim  mövqeləri  əlində 

cəmləşdirməsi ilə yox, idarəetmə sahəsindəki bacarığı və səriş-

təsi ilə şərtlənir. Elita-kütlə münasibətləri mütləq mənada ağa-

lıq-tabelik xarakteri daşımır, kütlə könüllü surətdə elitanın üs-

tünlüyünü qəbul edir. Çünki elita subyektləri yüksək intellek-

tual potensiala, ali mənəvi keyfiyyətlərə və idarəetmə səriştəsi-


197 

 

nə malik olduğundan kütlə ona inam və etimad göstərir”. 

Elitar plüralizm konsepsiyasında isə əks olunur ki, cəmiyyətin 

elita və kütləyə bölünməsi şərti səciyyə daşıyır. Elita yeganə imti-

yazlı, üstün və daxilən monolit qrup deyil. Hər bir cəmiyyətdə bir 

çox elita qrupları mövcuddur və onların hər biri özünəməxsus-spe-

sifik  funksionallığa  malikdir.  Elita  müxtəlif  sahələrdə  idarəetmə 

funksiyasını  icra  etdiyindən  ona  hər  bir  qabiliyyətli  subyektin  da-

xilolma imkanı olmalıdır.  

Azərbaycan  Respublikası  Prezidenti  Administrasiyasının  rəh-

bəri, akademik Ramiz Mehdiyev «Zaman haqqında düşünərkən və 

elitanı transformasiya  edərkən:  varislik və innovasiyalılıq» məqa-

ləsində  yazır  ki,  elita  cəmiyyətin  o  hissəsidir  ki,  dövlətin  inkişaf 

yolları və mexanizmlərinin aşkar edilməsində ona həlledici yer ay-

rılır.  Akademik  vurğulayır  ki,  elita  o  şəxslər  qrupudur  ki,  taleyin 

qismətindən onlara millətin aqibətinin müəyyən edilməsində tarixi 

rol ayrılıb. 

 

7.3. Milli elitanın Azərbaycan nümunəsi: 



       formalaşma və təşəkkül mərhələləri

       transformasiya forması və modern səciyyəsi 

 

Müstəqillik əldə etdikdən sonra Azərbaycanın qarşısında duran 



başlıca vəzifə və problemlərdən biri də yeni münasibətlər sisteminə 

müvafiq  surətdə  milli  elitanın  formalaşdırılması  və  bu  istiqamətdə 

milli  münasibətlər  zəminində  təkamül  xarakterli  yeni  keyfiyyət 

dəyişikliklərinə  nail  olmaq  idi.  Milli  elitanın  formalaşdırılması 

üçünsə bir sıra strateji səciyyəli zəruri tədbirlər görmək lazım idi ki, 

bütün bunların fonunda gərəkli şərait və resurslar təmin edilsin: 



– ilk növbəd,ə müstəqillik əldə etmiş dövlətə milli münasibətlər 

sistemini  rasional  surətdə  tənzimləyəcək,  ictimai-siyasi  ahəngdar-

lıq  və  tərəqqini  təmin  edəcək  və  ümummilli  inkişaf  strategiyasını 

müəyyən  və  tətbiq  edə  biləcək  güclü  siyasi  hakimiyyət  lazım  idi. 

Hakimiyyətin  effektivliyi  milli  tərəqqiyə  mane  olan  mövcud  prob-


198 

 

lemlərin  həll  edilməsi  və  milli  inkişaf  strategiyasının  müəyyən  və 



icra  olunmasını  mümkün  edəcəkdi.  Amma  qeyd  etdiyimiz  kimi, 

müstəqilliyin ilk iki ilində ölkəyə səriştəsiz və irrasional şəxslərin 

rəhbərlik  etməsi  nəinki  milli  inkişaf  strategiyasının  müəyyən  və 

icra  edilməsini  mümkün  etmədi,  eləcə  də  həmin  subyektlərin  dis-

funksionallığı yeni  müstəqillik  əldə  etmiş  ölkə  üçün çox ciddi təh-

did və risklər yaratmış oldu.   Məhz bu cür kəskin situasiyanın fo-

nunda  milli  elitanın  formalaşdırılması  mümkün  olmadı  və  institu-

sional aktorların bərqərar oluna bilməməsi ölkə miqyasında kata-

klizmlərin  dərinləşməsini  şərtləndirdi.  Yalnız  1993-cü  ildən   

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ikinci dəfə 

hakimiyyətə gəlməsindən sonra bəhs edilən vəzifələrin yerinə yeti-

rilməsi  üçün  əlverişli  şərait  yaradıldı  və  bu  istiqamətdə  milli  re-

surslardan səmərəli surətdə istifadə edildi. Nəticə etibarilə, bütün 

bunlar milli elitanın da formalaşmasını  təmin etdi  və elita  trans-

formasiyasının  əsası  mövcud  dəyərlərə,  qanunauyğunluqlara  və 

tələblərə  müvafiq  surətdə  qoyuldu.  Qısacası,  milli  elitanın  forma-

laşdırılması  və  mütəmadi  yenilənməsi  üçün  zəruri  şərtlərdən  biri 

olan hakimiyyətin effektivliyi prinsipi məhz 1993-cü ildən sonra  

Ulu  öndər  Heydər  Əliyevin  əsasını  qoyduğu  milli  inkişaf 

strategiyası sayəsində mümkün oldu

– ikincisi, milli elitanın formalaşdırılması, transformasiyası və 

yenilənməsi üçün xüsusi  əhəmiyyət kəsb edən faktorlardan biri də  

milli dəyərlərin və maraqların nəzərə alınması ilə həyata keçirilə-

cək hüquqi və ictimai-siyasi təsisatlanmadır.  Hüquqi təsisatlanma 

dedikdə subyektlərin fəaliyyət mexanizmini tənzimləyəcək qanunlar 

və  qaydalar  sisteminin  məcmusundan  ibarət  bazanın  formalaşdı-

rılması (buraya konstitusiyanın və ona müvafiq surətdə sahəvi  və 

funksional  səciyyəli  normativ  hüquqi  aktların  qəbul  olunması  və 


Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə