53
2.4. Müstəqilliyin ilk illərində keçid dövrü və onun Azərbaycan
təcrübəsi analitik tədqiqat obyekti kimi: yeni cəmiyyət və
milli dövlət quruculuğu prosesində problemlər və vəzifələr
Müstəqilliyin əldə edilməsindən sonra Azərbaycanın qar-
şısında çox ciddi vəzifələr dururdu. Belə ki, ilk növbədə, formal
müstəqillik əldə etmiş dövlətin təməl komponentləri və atribut-
ları formalaşdırılmalı, dirçəldilməli, daha sonra isə ictimai,
siyasi, ideoloji və iqtisadi münasibətlər sisteminin substratlarını
müəyyənləşdirəcək sistem-struktur islahatları həyata keçirilməli
idi. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, müstəqil-
liyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması,
daimi, əbədi olması bundan da çətindir. Bunun üçünsə ilk
növbədə, uzun müddət SSRİ mühitində və şəraitində dominant
və vahid ideologiya və idarəetmə rejimi olan totalitarizmin
qalıqlarından (əslində, hökmranlığından) qurtulmalı, ideoloji-
siyasi rejim transformasiyasını milli münasibətlər və dəyərlər
sisteminə və mövcud duruma müvafiq olaraq həyata keçirməli,
ictimai-siyasi münasibətləri yeni şəraitə uyğun formada tənzim-
ləmək üçün sosial strukturlar və siyasi təsisatların fəaliyyətinə
legitim şərait yaradılmalı, milli identiklik və özünüdərk üçün
təməl komponent və mexanizm olan universal ideoloji formula
– milli ideologiya formalaşdırılmalı, ondan siyasi-ideoloji və
etnosiyasi bütövlüyü təmin edəcək resurs qismində istifadə
edilməli, cəmiyyətdaxili inteqrasiya prosesi sürətləndirilməli,
sosial stratifikasiyalararası ictimai münasibətlər sağlam dəyərlər
əsasında təşkil edilməli və nəticə etibarilə qeyri-formal milli
dövlət quruculuğu prosesi tədrici transformasiyanın fonunda da-
vam etdirilməli idi.
Bütün bunlara real əlverişli zəmin yaradacaq başlıca amil isə
özündə yeni və daha təkmil struktur elementlərini, sağlam milli
54
münasibətləri və dəyərləri birləşdirən, ehtiva edən siyasi sistemin
təşəkkül tapması idi. Belə ki, bunun üçün rasional seçim strategi-
yası əsasında ictimai-siyasi təsisatlanma prosesi formalaşdırmalı,
bu, tendensiya halını almalı, ictimai, siyasi, hüquqi, informativ,
normativ resurslar sistemindən səmərəli istifadə mexanizmi təşək-
kül tapmalı, idarəetmə forması və onun xüsusiyyətlərində kardinal
reformativ dəyişikliklər edilməli, sərvətlərin (dəyərlərin) simmet-
rik bölgüsü həyata keçirilməli və bu kimi bir çox fundamental sə-
ciyyə daşıyan vəzifələr həyata keçirilməli idi. Bununla da təşəkkül
tapmış siyasi sistemin fonunda milli dövlət və yeni cəmiyyət quru-
culuğu prosesinin əsası qoyulmalı və bu tendensiya real şəraitin
qanunauyğunluqlarına və tələblərinə müvafiq surətdə davam etdi-
rilməli idi.
Beləliklə, bütün bu vəzifələrin yerinə yetirilməsi yeni müstə-
qillik əldə etmiş Azərbaycan dövlətinin siyasi-hüquqi əsaslarının
təşəkkül tapması və davamlı xarakter alması, tendensiya halını al-
mış kataklizmlərin neytrallaşdırılması və aradan qaldırılması, sis-
tem transformasiyasının milli münasibətlərə və mövcud dəyərlərə
müvafiq surətdə həyata keçirilməsi üçün xüsusi önəm kəsb edirdi.
Burada əsas məsuliyyət isə o zamankı ölkə rəhbərliyinin üzərinə
düşürdü.
Amma müstəqilliyin ilk illərində ölkəyə “rəhbərlik” edən qüv-
vələrin totalitar təfəkkürlə hərəkət etmələri və xarici imperialist
güclərin maraqlarına xidmət etmələri nəinki qeyri-formal milli
dövlət quruculuğunun həyata keçirilməsini mümkün etmədi, eləcə
də ölkəni fərqli korporativ maraqlara malik olan subyektlərin mü-
barizə meydanına və ideoloji poliqonuna çevirdi. Bunun fonunda
ictimai-siyasi münasibətlərdə meydana çıxan xaos daha da dərin-
ləşdi və kataklizmlər, dissonanslar bütün sahələrə sirayət etdi. Bu-
nun təməlində duran əsas amil isə qeyd etdiyimiz kimi, hakimiy-
yətdə olan qüvvələrin sistem transformasiyası vəzifəsinin əksinə
mövqe sərgiləmələri, yəni birpartiyalı idarəetmə sisteminə əsasla-
nan totalitar rejimin saxlanılması yönündə mövqe tutmaları idi.
Həmin qüvvələr Azərbaycanı idarəetmə xüsusiyyətlərinə görə fias-
55
koya uğrayan imperiyanın kiçik ideoloji modeli kimi mühafizə et-
mək niyyətlərini gizlətmirdilər. Daha doğrusu, bəhs edilən “mario-
netka”lar imperialist güclərin tapşırıqlarına əsasən hərəkət etməklə
Azərbaycanın müstəqilliyini sual altına almaqdan çəkinmirdilər.
Bu ərəfədə bəhs edilən niyyəti bariz surətdə sübut edən əsas
dəlil 1991-ci il martın 17-də SSRİ-nin saxlanmasına münasibəti
öyrənən referendumun keçirilməsinə və onun nəticələrinə yönəlik
Azərbaycan hakimiyyətinin sərgilədiyi mövqedir. Belə ki, o dövr-
də Azərbaycana rəhbərlik etmiş Ayaz Mütəllibov komandası bu
referenduma dəstək verməklə Azərbaycanın müstəqil dövlətçilik
niyyətlərini puç etmək və ölkəni ənənəvi surətdə imperialist güclə-
rin müstəmləkəsinə çevirmək niyyətində olan qüvvələrə razılıq
vermiş oldu. Bu fakt o zamankı ölkə rəhbərliyinin müstəqillik və
milli dövlət quruculuğu prosesinə yönəlik etinasız reaksiyasını bir
daha nümayiş etdirdi. Yəni, sözügedən qüvvələr Azərbaycanın
qeyri-formal müstəqilliyinə və onun davamlı xarakter almasına
qarşı çıxış etdilər. Bunun sayəsində isə totalitar idarəetmə sistemi
və onun neqativ nəticələri ölkədə hökm sürən kataklizmlərin daha
kəskin xarakter almasına və siyasi sistemin təşəkkül tapması vəzi-
fəsinin puç olmasına səbəb oldu.
Amma bütün bu mənfi hal və tendensiyalara baxmayaraq,
Azərbaycan xalqı imperiyanın bərpası və sonradan formal müstə-
qilliyin davam etdirilməsi cəhdlərinə qarşı qəti etirazını nümayiş
etdirdi. Belə ki, ilk növbədə, Naxçıvan Ali Məclisinin sədri olan
Heydər Əliyev imperiyanın qorunub saxlanmasına çalışan qüvvə-
lərə, Kommunist Partiyasına və SSRİ-yə etirazını bildirdi. 1991-ci
il iyulun 19-da Kommunist Partiyası sıralarını tərk edən Heydər
Əliyev Azərbaycanın rəhbərliyini xalqın haqlı tələblərini dinləmə-
yə, Kommunist Partiyasının totalitar idarəçiliyinə son qoymağa ça-
ğırdı. Amma ölkə rəhbərliyinin antimilli mövqeyi davam etdi və
müstəqilliyin ilk illərində bu, daha da kəskinləşdi. Bu isə nəticə
etibarilə müstəqilliyin ilk illərində yuxarıda sadalanan strateji vəzi-
fələrin həyata keçirilməsinə mane olan təməl faktor oldu.
Beləliklə, müstəqilliyin ilk illərində keçid dövrünün səciyyəvi
Dostları ilə paylaş: |