HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə17/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   13   14   15   16   17   18   19   20   ...   145

53 

 

 



 

2.4. Müstəqilliyin ilk illərində keçid dövrü və onun Azərbaycan 

       təcrübəsi analitik tədqiqat obyekti kimi: yeni cəmiyyət və 

       milli dövlət quruculuğu prosesində problemlər və vəzifələr 

 

Müstəqilliyin  əldə  edilməsindən  sonra  Azərbaycanın  qar-

şısında çox ciddi vəzifələr dururdu. Belə ki, ilk növbədə, formal 

müstəqillik əldə etmiş dövlətin təməl komponentləri və atribut-

ları  formalaşdırılmalı,  dirçəldilməli,  daha  sonra  isə  ictimai, 

siyasi, ideoloji və iqtisadi münasibətlər sisteminin substratlarını 

müəyyənləşdirəcək sistem-struktur islahatları həyata keçirilməli 

idi.  Ulu  öndər  Heydər  Əliyevin  qeyd  etdiyi  kimi,  müstəqil-



liyin  əldə  olunması  nə  qədər  çətindirsə,  onun  saxlanılması, 

daimi,  əbədi  olması  bundan  da  çətindir.  Bunun  üçünsə  ilk 

növbədə,  uzun  müddət  SSRİ  mühitində  və  şəraitində  dominant 

və  vahid  ideologiya  və  idarəetmə  rejimi  olan  totalitarizmin 

qalıqlarından  (əslində,  hökmranlığından)  qurtulmalı,  ideoloji-

siyasi  rejim  transformasiyasını  milli  münasibətlər    və  dəyərlər 

sisteminə  və  mövcud  duruma  müvafiq  olaraq  həyata  keçirməli, 

ictimai-siyasi münasibətləri yeni şəraitə uyğun formada tənzim-

ləmək  üçün  sosial  strukturlar  və  siyasi  təsisatların  fəaliyyətinə 

legitim  şərait  yaradılmalı,  milli  identiklik  və  özünüdərk  üçün 

təməl  komponent  və  mexanizm  olan  universal  ideoloji  formula 

–  milli  ideologiya  formalaşdırılmalı,  ondan  siyasi-ideoloji  və 

etnosiyasi  bütövlüyü  təmin  edəcək  resurs  qismində  istifadə 

edilməli,  cəmiyyətdaxili  inteqrasiya  prosesi  sürətləndirilməli, 

sosial stratifikasiyalararası ictimai münasibətlər sağlam dəyərlər 

əsasında  təşkil  edilməli  və  nəticə  etibarilə  qeyri-formal  milli 

dövlət quruculuğu prosesi tədrici transformasiyanın fonunda da-

vam etdirilməli idi.  

Bütün  bunlara  real  əlverişli  zəmin  yaradacaq  başlıca  amil  isə 

özündə  yeni  və  daha  təkmil  struktur  elementlərini,  sağlam  milli 



54 

 

münasibətləri və dəyərləri birləşdirən, ehtiva  edən siyasi  sistemin 



təşəkkül  tapması  idi.  Belə  ki,  bunun üçün rasional  seçim strategi-

yası  əsasında  ictimai-siyasi  təsisatlanma  prosesi  formalaşdırmalı, 

bu,  tendensiya  halını  almalı,  ictimai,  siyasi,  hüquqi,  informativ, 

normativ resurslar sistemindən səmərəli istifadə mexanizmi təşək-

kül tapmalı, idarəetmə forması və onun xüsusiyyətlərində kardinal 

reformativ  dəyişikliklər  edilməli,  sərvətlərin  (dəyərlərin)  simmet-

rik bölgüsü həyata keçirilməli və bu kimi bir çox fundamental sə-

ciyyə daşıyan vəzifələr həyata keçirilməli idi. Bununla da təşəkkül 

tapmış siyasi sistemin fonunda milli dövlət və yeni cəmiyyət quru-

culuğu  prosesinin  əsası  qoyulmalı  və  bu  tendensiya  real  şəraitin 

qanunauyğunluqlarına  və  tələblərinə  müvafiq  surətdə  davam  etdi-

rilməli idi. 

Beləliklə,  bütün  bu  vəzifələrin  yerinə  yetirilməsi  yeni  müstə-

qillik  əldə  etmiş  Azərbaycan  dövlətinin  siyasi-hüquqi  əsaslarının 

təşəkkül tapması və davamlı xarakter alması, tendensiya halını al-

mış  kataklizmlərin  neytrallaşdırılması  və  aradan  qaldırılması,  sis-

tem transformasiyasının  milli  münasibətlərə və mövcud dəyərlərə 

müvafiq surətdə həyata keçirilməsi üçün xüsusi önəm kəsb edirdi. 

Burada  əsas  məsuliyyət  isə  o  zamankı  ölkə  rəhbərliyinin  üzərinə 

düşürdü.  

Amma müstəqilliyin ilk illərində ölkəyə “rəhbərlik” edən qüv-

vələrin  totalitar  təfəkkürlə  hərəkət  etmələri  və  xarici  imperialist 

güclərin  maraqlarına  xidmət  etmələri  nəinki  qeyri-formal  milli 

dövlət quruculuğunun həyata keçirilməsini mümkün etmədi, eləcə 

də ölkəni fərqli korporativ maraqlara malik olan subyektlərin mü-

barizə  meydanına  və  ideoloji  poliqonuna  çevirdi.  Bunun  fonunda 

ictimai-siyasi  münasibətlərdə  meydana  çıxan  xaos  daha  da  dərin-

ləşdi və kataklizmlər, dissonanslar  bütün sahələrə sirayət etdi. Bu-

nun  təməlində  duran  əsas  amil  isə  qeyd  etdiyimiz  kimi,  hakimiy-

yətdə  olan  qüvvələrin  sistem  transformasiyası  vəzifəsinin  əksinə 

mövqe sərgiləmələri,  yəni  birpartiyalı idarəetmə sisteminə əsasla-

nan  totalitar  rejimin  saxlanılması  yönündə  mövqe  tutmaları  idi. 

Həmin qüvvələr Azərbaycanı idarəetmə xüsusiyyətlərinə görə fias-



55 

 

koya uğrayan imperiyanın kiçik ideoloji modeli kimi mühafizə et-



mək niyyətlərini gizlətmirdilər. Daha doğrusu, bəhs edilən “mario-

netka”lar imperialist güclərin tapşırıqlarına əsasən hərəkət etməklə 

Azərbaycanın müstəqilliyini sual altına almaqdan çəkinmirdilər.  

Bu  ərəfədə  bəhs  edilən  niyyəti  bariz  surətdə  sübut  edən  əsas 

dəlil  1991-ci  il  martın  17-də  SSRİ-nin  saxlanmasına  münasibəti 

öyrənən referendumun keçirilməsinə və onun nəticələrinə  yönəlik 

Azərbaycan hakimiyyətinin sərgilədiyi mövqedir. Belə ki, o dövr-

də  Azərbaycana  rəhbərlik  etmiş  Ayaz  Mütəllibov  komandası  bu 

referenduma  dəstək  verməklə  Azərbaycanın  müstəqil  dövlətçilik 

niyyətlərini puç etmək və ölkəni ənənəvi surətdə imperialist güclə-

rin  müstəmləkəsinə  çevirmək  niyyətində  olan  qüvvələrə  razılıq 

vermiş  oldu.  Bu  fakt  o  zamankı  ölkə  rəhbərliyinin  müstəqillik  və 

milli dövlət quruculuğu prosesinə  yönəlik etinasız reaksiyasını bir 

daha  nümayiş  etdirdi.  Yəni,  sözügedən  qüvvələr  Azərbaycanın 

qeyri-formal  müstəqilliyinə  və  onun  davamlı  xarakter  almasına 

qarşı çıxış etdilər. Bunun sayəsində isə totalitar idarəetmə sistemi 

və onun neqativ nəticələri ölkədə hökm sürən kataklizmlərin daha 

kəskin xarakter almasına və siyasi sistemin təşəkkül tapması vəzi-

fəsinin puç olmasına səbəb oldu. 

Amma  bütün  bu  mənfi  hal  və  tendensiyalara  baxmayaraq, 

Azərbaycan  xalqı  imperiyanın  bərpası  və  sonradan  formal  müstə-

qilliyin  davam  etdirilməsi  cəhdlərinə  qarşı  qəti  etirazını  nümayiş 

etdirdi.  Belə  ki,  ilk  növbədə,  Naxçıvan  Ali  Məclisinin  sədri  olan 

Heydər  Əliyev  imperiyanın  qorunub  saxlanmasına  çalışan  qüvvə-

lərə, Kommunist Partiyasına və SSRİ-yə etirazını bildirdi. 1991-ci 

il  iyulun  19-da  Kommunist  Partiyası  sıralarını  tərk  edən  Heydər 

Əliyev Azərbaycanın rəhbərliyini xalqın haqlı tələblərini dinləmə-

yə, Kommunist Partiyasının totalitar idarəçiliyinə son qoymağa ça-

ğırdı.  Amma  ölkə  rəhbərliyinin  antimilli  mövqeyi  davam  etdi  və 

müstəqilliyin  ilk  illərində  bu,  daha  da  kəskinləşdi.  Bu  isə  nəticə 

etibarilə müstəqilliyin ilk illərində yuxarıda sadalanan strateji vəzi-

fələrin həyata keçirilməsinə mane olan təməl faktor oldu.  

Beləliklə,  müstəqilliyin  ilk  illərində  keçid  dövrünün  səciyyəvi 



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə