HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə15/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   11   12   13   14   15   16   17   18   ...   145

47 

 

caq, struktur islahatları ilə xaos və anarxiya vəziyyətini aradan qal-



dıracaq, münasibətləri sürüşkən müstəvidə cərəyan edən qüvvələr-

arası  ziddiyyyətləri  həll  edəcək  və  nəticə  etibarilə  tətbiq  edəcəyi 

strategiya  ilə  ümummilli  maraqları  əsas  götürəcək  lider  siyasətçi 

tələb olunurdu. Məhz belə bir mürəkkəb situasiyanın və strateji və-

zifələrin fonunda Azərbaycanı kataklizmlərdən, eksses aktlarından 

(kəskin qarşıdurmalarla səciyyələnən toqquşmalar və ictimai ahən-

gin ciddi surətdə pozulması) xalqımızın Ümummilli lideri Heydər 

Əliyev öz zəngin dövlətçilik təcrübəsi və milli bağlılığı ilə qurtara 

bilərdi. Məhz bunun da qanunauyğun nəticəsi kimi, bu cür mürək-

kəb vəziyyətdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əli-

yev  iyun  ayının  9-da  Bakıya  gəldi,  15  iyun  1993-cü  ildə  Milli 

Məclisə  sədr  seçildi  və  həyata  keçirdiyi  təxirəsalınmaz  tədbirlərlə 

qısa  zaman  kəsiyində  vətəndaş  müharibəsi  təhlükəsinin  qarşısını 

aldı. Əlbəttə, bir neçə xarici dövlətin dəstəklədiyi və kifayət qədər 

daxili qüvvənin müdafiə etdiyi bu planı pozmaq və milli maraqlara 

və  dəyərlərə  müvafiq  surətdə  ictimai-siyasi  sabitliyi  təmin  etmək 

çox  çətin  idi.  Lakin  Ümummilli  liderin  sistematik  surətdə  həyata 

keçirdiyi  milli  siyasətin  fonunda  birinci  mərhələ  xalqımızın  ali 

maraqları  əsasında  başa  çatdı.  Xalqımızın  milli  psixologiyasına 

dərindən bələd olan, ölkədaxili ictimai-siyasi proseslərin mahiyyə-

tini rasional surətdə dərk edən Ulu öndər Heydər Əliyev xalqın bir 

hissəsinin  Surət  Hüseynovu  dəstəklədiyini,  orduda  onun  möhkəm 

dayaqlarının  olduğunu  və  xarici  himayədarların  güclü  mühafizə 

qrupu  tərəfindən  qorunduğunu  bilirdi  və  buna  müvafiq  siyasi 

manevrlər  seçməklə  xalqımızın  ali  mənafeyinə  uyğun  nəticələrə 

doğru irəliləməyə nail oldu. Bundan sonra məharətli və praqmatik 

siyasi manevrlərin fonunda Surət Hüseynovun baş nazir vəzifəsinə 

təyin  olunmasından  sonra  mərhələli  taktiki  gedişlərin  fonunda 

məlum  şəxs  haqqında  formalaşmış,  amma  reallığa  adekvat  olma-

yan “qəhrəman” imici dağıdıldı, onun arxasında duran silahlı qüv-

vələr zərərsizləşdirildi, onu himayə edən xarici aktorlar neytrallaş-

dırıldı,  nəhayət,  S.Hüseynov  bölücü  səciyyə  daşıyan  “Talış-Mu-

ğan”  məsələsində  ifşa  edildi.  Beləliklə,  Azərbaycan  xalqı  bölücü 



48 

 

aktlarla  müşayiət  edilən  və  xaos,  kataklizm  mənbəyi  kimi  çıxış 



edən  kontrovenzaların  (ixtilaflarla  müşayiət  edilən  və  parçalan-

malara səbəb olan dağıdıcı proseslər) böyük bir hissəsindən qurtu-

la bildi. 

Bununla  belə,  hələ  də  daxildəki  bəzi  dağıdıcı  qüvvələr  xarici 

güclərin transmilli mənafeyinə və özlərinin korporativ maraqlarına 

müvafiq  qaydada  etnik  bölücülüyü  davam  etdirməyə  çalışırdılar. 

Bunun  bariz  nümunəsi  kimi,  ölkənin  şimal  bölgələrində  “Sadval” 

adı altında yaradılmış silahlı birləşmələr xarici qüvvələrdən aldıq-

ları tapşırıqlar əsasında ölkəni parçalamağa və dövlət içində “döv-

lət” yaratmağa cəhd edirdilər. Təsadüfi deyil ki, bu ərəfədə ölkədə 

ictimai-siyasi  sabitliyi  təmin  etmək  məqsədilə  son  dərəcə  qəti  ad-

dımlar atan Ulu öndər Heydər Əliyevin praqmatik və rasional təd-

birləri  bəhs  edilən  bölücüləri  dağıdıcı  tendensiyaları  davam  etdir-

məyə  vadar etmişdi. Çünki həmin qüvvələr və onları hərəkətə  gə-

tirən xarici himayəçi subyektlərin başlıca məqsədi bəhs edilən me-

tod və vasitələrə istinad etməklə ölkədə sabitliyin təmin olunması-

nın qarşısını almaq idi. 

Bütün  bunların  fonunda  bəhs  edilən  qüvvələr  etnik  bölücülü-

yün əhatə dairəsini genişləndirmək üçün xüsusi canfəşanlıq göstə-

rirdilər. Artıq bölücü aktlar və meyillər ölkənin cənubunda da mü-

şahidə edilirdi. Ölkənin parçalanması yönündə edilən növbəti həm-

lələrdən biri də 1993-cü ilin avqust ayının 7-də Əlikram Hümbəto-

vun  başçılığı  altında  qondarma  “Talış-Muğan  Respublikası”nın  

elan  edilməsi  oldu.  Ölkənin  7  rayonunun  bəhs  edilən  qondarma 

respublikanın  tərkibinə  daxil  edildiyinin  elan  edilməsi  öz  növbə-

sində  çox  ciddi  etirazlarla  qarşılandı.  Cənub  bölgəsində  məskun-

laşmış talışların əksəriyyəti ayağa qalxdı və bunu görən Ə.Hümbə-

tov Cəlilabad, Lənkəran, Masallı, Lerik, Yardımlı, Astara rayonla-

rında kütləvi repressiyalar həyata keçirməyə başladı. Lənkərandan 

çıxarılan Rusiyaya məxsus “N” saylı hərbi hissənin ölkənin Müda-

fiə  Nazirliyinə  deyil,  Ə.Hümbətovun  tabeliyinə  keçməsi  həmin 

dövrdə baş verən hadisələrin mahiyyətini bir az daha aydınlaşdırdı. 

Həmin dövrdə ölkənin sabiq müdafiə naziri Rəhim Qazıyevin mü-



49 

 

təmadi qaydada Lənkərana gedərək Ə.Hümbətovla danışıqlar apar-



ması isə vəziyyəti daha da gərginləşdirdi. Amma bu məsələdə Ulu 

öndər  Heydər  Əliyevin  tutduğu  qəti  mövqe  separatçıların  planını 

alt-üst  etdi.  Avqustun  23-də  Azərbaycan  Respublikası  Prezidenti-

nin  səlahiyyətlərini  həyata  keçirən  Azərbaycan  Respublikası  Ali 

Sovetinin  Sədri  Heydər  Əliyev  milli  televiziya  ilə  xalqa  müraciət 

etdi.  Müraciətdə  bildirilirdi  ki,  Lənkəran,  Astara,  Lerik,  Masallı, 

Yardımlı,  Cəlilabad,  Biləsuvar  rayonlarında  baş  verən  hadisələr 

qanuna, konstitusiyaya zidd hərəkətlərdir və onların çox ağır nəti-

cələridir:  “Həmin  rayonlarda  camaat  artıq  ayağa  qalxmışdır. 

Adamlar  Əlikram  Hümbətovun  bu  çirkin  hərəkətlərinə  dözə 

bilmirlər”. 

Həmin  dövrdə  cənubda  silahlı  bölücülük  aktları  gerçəkləşdir-

məyə çalışan Ə.Hümbətov bir sıra hallarda xarici ölkələrin müəy-

yən  dairələrinin  nümayəndələri  ilə  də  gizli  görüşlər  keçirirdi.  Hə-

min  xarici  qüvvələr  Ə.Hümbətovdan  öz  maraqları  üçün  istifadə 

edərək  Azərbaycana  qarşı  təzyiq  kampaniyasını  davam  etdirmək 

istəyirdilər. Digər tərəfdən, bu, həm də Ermənistanın anneksiya si-

yasətinin  davam  etdirilməsi  üçün  yaranan  ən  münbit  şərait  idi. 

Məhz  buna  görə  də,  həmin  günlərdə  Füzuli  və  Cəbrayıl  rayonları 

ermənilər tərəfindən işğal olundu. 

Amma Azərbaycanı parçalamaq və forposta çevirmək istəyən-

lər  öz  niyyətlərinə  çata  bilmədilər.  Bölücülərlə  yanaşı,  onlara  ha-

vadarlıq  edənlər  Azərbaycanda  Ulu  öndər  Heydər  Əliyevin  yarat-

dığı  milli  birliyə  məğlub  oldular.  Xalqa  müraciətində  Azərbayca-

nın  vahid  və  bölünməz  olduğunu  bir  daha  bəyan  edən  Ulu  öndər  

Heydər Əliyev Azərbaycanda hər bir vətəndaşın  qanun qarşısında 

eyni  hüquqlara  malik  olduğunu  söylədi:  “Bizim  Azərbaycan 

vahid  Azərbaycandır.  Onun  vətəndaşlarının  hamısı  eyni 

hüquqlara  malikdir.  İndiyədək  Azərbaycanda  heç  vaxt  talış, 

azərbaycanlı, türk və sair söhbəti olmamışdır. Bu, süni surətdə 

ortaya atılmış şeydir. Onları bir-birindən ayırmaq olmaz. Bu, 

əti dırnaqdan ayırmağa bərabərdir. Ayrı-ayrı avantüristlərdən 

savayı, buna heç kəs yol verməz. Bizim birliyimizi heç kəs poza 



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə