HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə12/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   8   9   10   11   12   13   14   15   ...   145

38 

 

nistandan deportasiya edilməsi, Dağlıq Qarabağdakı təxribat və iğ-



tişaşların şiddətlənməsi sonrakı kataklizmlərə və ilhaqla müşahidə 

edilən destruktiv xarakterli faciəvi olaylara təkan verdi. Məhz bü-

tün bunlar imperiyanın xalqlara qarşı sərgilədiyi şovinist mövqeyin 

mahiyyətini bir daha aşkar etdi və digərləri kimi Azərbaycan xalqı-

nın da milli azadlıq mübarizəsini sürətləndirən amil oldu. Beləlik-

lə,  xalqımız  milli  maraqlar  və  dəyərlər  əsasında  birləşməklə  özü-

nün müstəqillik yolunda apardığı mücadilənin dönməz xarakter al-

ması üçün mübarizəyə başladı. Siyasi tariximizə “Dirçəliş” hərəka-

tı kimi daxil olan 17 noyabr 1988-ci il hadisələri xalqımızın milli 

azadlıq mübarizəsini başladan təkanverici  əsas oldu. Amma Mos-

kvanın şovinist, imperialist siyasəti və Azərbaycana rəhbərlik edən 

o  zamankı  səriştəsiz  şəxslərin  antimilli  mövqeyi  meydana  çıxmış 

milli enerjinin yanlış istiqamətlənməsinə və müəyyən qədər passiv 

xarakter almasına səbəb oldu. Beləliklə, milli azadlıq və müstəqil-

lik hərəkatının fonunda ümummilli bütövlüyü və həmrəyliyi təmin 

edəcək potensial ünsür olan milli enerjidən düzgün istiqamətdə is-

tifadə olunmaması əldə edilmiş formal müstəqilliyin fonunda qey-

ri-formal yeni cəmiyyət və milli dövlət quruculuğu vəzifəsinin hə-

yata keçirilməsini mümkün etmədi. 

 

2.2. Milli enerji milli gücün keyfiyyət ünsürü kimi: 



        nəzəri-konseptual əsasları və Azərbaycan təcrübəsi 

 

Beləliklə,  xalqların  milli  azadlıq  mücadilələri  fonunda  ortaya 

çıxan milli enerji xalqımızın milli azadlıq, müstəqillik mübarizəsi-

ni başladan və sürətləndirən potensial keyfiyyət ünsürü oldu. Belə 

bir  şəraitdə  vahid  və  ümumi  amal  uğrunda  birgə  hərəkət  edən 

Azərbaycan  xalqı  müstəqil  dövlətçilik  ənənələrini  bərpa  etmək, 

eləcə  də,  milli  azadlıq,  bütövlük  və  həmrəylik  əldə  etmək  üçün 

milli mübarizəyə başladı. 

Bəs milli enerji nədir, onun əsas xüsusiyyətləri və potensial ün-

sürləri nə(lər)dən ibarətdir? Milli enerji bir çox nəzəriyyələrdə mil-




39 

 

li  gücün  keyfiyyət  ünsürü  kimi  səciyyələndirilməkdədir.  Bu,  güc 



məfhumunun keyfiyyət ünsürü kimi xarakterizə edilən milli xarak-

ter və milli mənəviyyatın struktur elementi qismində dəyərləndiri-

lir.  Bir    çox  araşdırmaçılar  qeyd  edirlər  ki,  milli  enerji  millətin, 

xalqın  taleyüklü  məsələlərinin  meydana  çıxdığı  və  dərin  katak-

lizmlərin müşahidə edildiyi tarixi situasiya və zaman kəsiyində ak-

tiv  forma  alır.  Məhz  bundan  sonra  ideoloji-psixoloji  bütövlük  və 

həmrəyliyin  təmin  olunmasında  milli  enerji  faktoru  təməl  mexa-

nizm qismində çıxış edir. Milli enerjini ortaya çıxaran və onu aktiv 

fazaya  keçirən  təməl  mexanizm  milli  xarakter  və  milli  mənəviy-

yatdır. 


Bildiyimiz  kimi,  milli  xarakter  və  milli  mənəviyyatdan  bəhs 

edərkən,  ilk növbədə, belə bir  yanaşmaya istinad edilir ki, xalqla-

rın,  millətlərin  inanc  sistemləri,  özlərinə  məxsus  xüsusiyyətləri, 

fərqlilikləri,  onların  siyasi  mədəniyyətləri  və  digər  bu  kimi  qeyri-

maddi  faktorlar  milli  gücün  keyfiyyət  ünsürünün  əsas  elementləri 

hesab  edilməlidir. Milli  xarakter (xüsusiyyət) dedikdə  bir millətin 

xarakterində  mütəmadi  surətdə  əks  olunan  intellektual  və  digər 

özünəməxsus keyfiyyətlərin məcmusu nəzərdə tutulur. Bu keyfiy-

yətlər  bir  milləti  digərindən  fərqləndirən  mənəvi  xüsusiyyətlərin 

məcmusudur və onlar ən mürəkkəb kataklizmlərdən sonra belə, öz 

mövcudluğunu qorumaq gücünə malikdirlər. Hər hansı bir millətin 

digərindən  nə  qədər  güclü  olduğunu  müəyyənləşdirmək  istəyən 

araşdırmaçılar  mütləq  mənada  milli  xarakter  fərqini  və  faktorunu 

da nəzərə alırlar. 

Başqa  sözlə,  istər  müharibə,  istərsə  də  sülh  şəraitində  millət 

adından  fəaliyyət  göstərənlər,  milli  təmsilçilər,  milli  siyasəti  for-

malaşdıranlar, onu həyata keçirənlər və dəstəkləyənlər, seçənlər və 

seçilənlər, ictimai rəyi formalaşdıranlar, istehsalçılar və istehlakçı-

lar 



 bütün bu subyektlərin hamısı milli xarakteri meydana gətirən 



intellektual  və  digər  mənəvi  keyfiyyətlərin  daşıyıcıları  olduqları 

üçün milli xarakter milli gücün səviyyəsi və necəliyinə ciddi surət-

də təsir edir. Məsələn, rusların tez-tez güc tətbiqinə istinad etmələ-

ri və inadcıllıqları, amerikalıların fərdiyyətçilik və ünsiyyətçilliklə-




40 

 

ri, almanların qanunpərəstlikləri və qənaətcillikləri həmin millətlə-



rin,  yaxud  onları  təmsil  edən  subyektlərin  təmsil  olunduğu  hər 

hansı bir situasiyada mütləq surətdə özünü büruzə verən dəyişməz 

xüsusiyyətlərdir.  Beləliklə,  milli  xarakter  və  onun  struktur  ele-

mentləri bir millətin ən müxtəlif tarixi situasiyalarda atdığı addım-

ların və göstərdiyi fəaliyyətin mənəvi əsasını təşkil edir. 

Milli  mənəviyyat  isə  bir  çox  araşdırmaçılar  tərəfindən  siyasi 

mədəniyyət  kimi  qiymətləndirilir  və  milli  enerjini  formalaşdıran 

təməl  mexanizm  qismində  səciyyələndirilir.  Milli  mənəviyyat  bir 

millətin  xarici  siyasətində  təzahür  edən  müharibəpərəst,  yaxud 

sülhpərvər siyasətin həyata keçirilməsinə dəstək olan iradə dərəcə-

sidir.  Milli  mənəviyyatın  keyfiyyəti  hər  şeydən  öncə  millətin  ən 

çətin anlarında, yaxud onun öz varlığını sürdürməklə əlaqədar olan 

həlledici  qərarların  qəbul  edildiyi  məqamlarda  fövqəladə  əhəmiy-

yət daşıyır. Hər bir millətin milli mənəviyyatı müəyyən  bir nöqtə-

yə  qədər  dayanıqlıdır  və  həmin  nöqtədən    sonra  müəyyən  zəiflə-

mələrə, düşkünlüyə məruz qalır. Amma düşkünlük nöqtəsi ayrı-ay-

rı millətlər üçün fərqli şərtlər və şərait altında olur. Məsələn, bəzi 

millətlər  müharibə  və  bunun  kimi  digər  ekstremal  şəraitlərdə 

müəyyən itkilər verdikdə mənəvi aşınma və düşkünlüyə məruz qa-

lır,  digərləri  isə  çox  ciddi  kataklizmlərlə  üzləşdikdə  deqradasiya-

larla qarşılaşır. 

Ümumiyyətlə, bir millətin mənəviyyatı daha çox müharibə ol-

duğu zaman özünü qabarıq şəkildə  büruzə versə də, millətin taleyi 

ilə  bağlı  digər  problemlər  zamanı  da  sözügedən  keyfiyyət  ünsürü 

aşkar surətdə özünü göstərir. Tutaq ki, bir millətin müəyyən bir tə-

bəqəsi, yaxud çoxmillətli dövlətlərdə millətlərdən biri və ya bir ne-

çəsi  özünün digərlərindən siyasi,  iqtisadi, sosial, hüquqi  və s.  ba-

xımlardan zəif  mövqeyə sıxışdırıldığını və istismara, ədalətsizliyə 

məruz qaldığını düşünür. Belə olan halda həmin təbəqə və millətdə 

tədricən  milli-mənəvi  aşınma  başlayacaq  və  vətənpərvərlik  hissi 

zəifləyəcəkdir.  Nəticə  etibarilə  həmin  topluluqlar  arasında  ziddiy-

yətlər meydana çıxacaqdır. 

Beləliklə, yuxarıda sadaladıqlarımız bunu deməyə əsas verir ki



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə