HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə13/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   9   10   11   12   13   14   15   16   ...   145

41 

 

milli gücün keyfiyyət ünsürü olan milli xarakter və milli mənəviy-



yat milli enerjini formalaşdıran və onu aktiv fazaya keçirən poten-

sial faktorlardır. Başqa sözlə, mürəkkəb tarixi situasiyaların fonun-

da  təzahür  və  təcəssüm  edən  milli  enerji  milli  hərəkat,  inkişaf  və 

bütövlüyün qeyri-maddi əsaslarını təşkil edən amillərdən biri  qis-

mində çıxış edir. 

Milli enerjinin Azərbaycan təcrübəsinə gəldikdə isə qeyd etmə-

liyik  ki,  “Dirçəliş”  hərəkatının  fonunda  ortaya  çıxan  və  xalqı  bir 

mərkəzdə  birləşdirən  bu  potensial  ünsürdən  zamanında  və  məka-

nında  düzgün  istifadə  edilməməsi  əldə  edilmiş  formal  müstəqilli-

yin ilk illərində yeni cəmiyyət və milli dövlət quruculuğu prosesi-

nin müəyyən qədər gecikməsinə və həmin ərəfədə cəmiyyətdə cid-

di  kataklizmlər  və  problemlərin  meydana  çıxmasına  səbəb    oldu. 

Azadlıq və  müstəqillik uğrunda  gərgin  mübarizə  aparan Azərbay-

can  xalqının  milli  enerjisindən  düzgün  istifadə  edilməməsi  bəhs 

edilən hərəkatın pərakəndə xarakter almasına səbəb olmaqla yana-

şı,  sonradan  ictimai-siyasi  mühitdə  müəyyən  deviasiyaların  mey-

dana çıxmasını şərtləndirdi. 

Milli  enerjidən  düzgün  istifadə  edilməməsinin  səbəblərindən 

biri  də  həmin  ərəfədə  milli  azadlıq  mübarizəsinə  təcrübəli,  praq-

matik, harizmatik və rasional lider siyasətçinin rəhbərlik etməməsi 

idi. Hərəkatın başlanmasından müstəqilliyin  ilk illərinədək ölkəyə 

rəhbərlik  edən  şəxslərin  irrasional,  antimilli  mövqe  sərgiləmələri 

və  Moskvanın  strateji  tapşırıqları  əsasında  hərəkət  etmələri  milli 

enerjidən  milli  birliyi  və  həmrəyliyi  təmin  edən  resurs  qismində 

istifadə edilməsini mümkün etmədi. Bununla da milli azadlıq mü-

barizəsində iştirak edən qüvvələrin birliyi və müntəzəm, sistematik 

fəaliyyət mexanizmi təmin edilmədiyindən proseslər pərakəndə, iş-

tirakçıların təmsilçiliyi isə spontan xarakter aldı. Bunun ən ağır nə-

ticəsi müstəqilliyin ilk illərində ölkədə xaotik proseslər, ziddiyyət-

lər, dissonanslar və antaqonizmlə müşayiət edilən destruktiv duru-

mun  və  disbalanslı  əlaqələr  sisteminin  hökm  sürməsi  nəticəsində 

yeni cəmiyyət və milli dövlət quruculuğu vəzifəsinin həyata keçiri-

lə bilməməsi oldu. Bir sözlə, ölkə tam mənada antaqonist qrupların 



42 

 

mübarizə meydanına və ideoloji qarşıdurma poliqonuna çevrildi. 



Amma  1993-cü  ildən,  Azərbaycan  xalqının  Ümummilli  lideri 

Heydər Əliyevin  ikinci  dəfə  hakimiyyətə  gəlişindən sonra ümum-

milli inkişafın strateji konseptual əsasları formalaşdırıldı və bunun 

fonunda təcrübi müstəvidə milli enerjidən səmərəli istifadə mexa-

nizmi həyata keçirildi və milli enerji amilindən sözün əsl mənasın-

da sabitlik, bütövlük, həmrəylik və birlik yaradan fundamental fak-

tor qismində istifadə edildi. Bununla da Azərbaycan xalqının milli 

xarakteri və milli mənəviyyatı yeni cəmiyyət və qeyri-formal milli 

dövlət  quruculuğu  vəzifəsinin  həyata  keçirilməsi  istiqamətində 

mühüm keyfiyyət ünsürünə çevrildi. 

 

2.3. Dövlət müstəqilliyinin bərpası: problemlər, 

       proseslər, reallıqlar və nəticələr 

 

Beləliklə,  xalqların  milli  azadlıq  hərəkatının  fonunda  bipolyar 

sistemin  fonunda  dünyanın  nəhəng  geosiyasi  vahidlərindən  biri 

olan  SSRİ  süquta  uğradı  və  beynəlxalq  hüququn  yeni  müstəqil 

subyektləri  meydana  çıxdı.  70  ilə  yaxın  bir  müddətdə  SSRİ-nin 

imperialist idarəetmə sistemi  altında əzilmiş xalqların müstəqilliyə 

qovuşması  milli  azadlıq mübarizəsində  tarixi  qələbə,  nailiyyət  ki-

mi  dəyərləndirilsə  də,  hələ  bundan  sonra  bəhs  edilən  milli  döv-

lətlərin qarşısında çox ciddi strateji vəzifələr dururdu. Keçid dövrü 

kimi  səciyyələndirilən  tarixi  mərhələdə  yeni  cəmiyyət  və  qeyri-

formal  milli  dövlət  quruculuğu  vəzifəsini  dövrün  tələblərinə,  qa-

nunauyğunluqlarına  və  reallıqlarına  müvafiq  surətdə  yerinə  yetir-

mək  üçün  uzunmüddətli  praqmatik  siyasi  strategiya  hazırlanmalı 

və mərhələ-mərhələ həyata keçirilməli idi. Amma formal müstəqil-

lik əldə etmiş bir çox postsovet ölkəsində müstəqilliyin ilk illərin-

də bu vəzifəyə nail olmaq mümkün olmadı. 

18  oktyabr  1991-ci  il  tarixində  Azərbaycan  Respublikası  Ali 

Sovetinin  cari  sessiyasında  qəbul  edilmiş  “Azərbaycan  Respubli-

kasının  Dövlət  müstəqilliyi  haqqında”  Konstitusiya  Aktına  müva-



43 

 

fiq olaraq formal müstəqillik əldə etmiş Azərbaycan da müstəqilli-



yin  ilk  illərində  kompleks  problemlər  və  dərin  kataklizmlərlə  üz-

ləşdi.  Əvvəla,  həmin  dövrdə  cərəyan  edən  proseslər  və  ortaya 

çıxan mənzərə onu göstərdi ki, Azərbaycan digər keçmiş SSRİ res-

publikaları  ilə  müqayisədə  öz  müstəqilliyini  olduqca  gec  elan 

etmişdi. Məsələn, Litva 11 mart 1990, Rusiya 12 iyul 1990, Gür-

cüstan  9  aprel  1991,  Estoniya  20  avqust  1991,  Qırğızıstan  31 

avqust 1991, Özbəkistan 1 sentyabr 1991-ci il, nəhayət, Tacikistan 

9  sentyabr  1991-ci  ildə  öz  müstəqilliyini  elan  etdiyi  halda,  Azər-

baycan buna yalnız 1991-ci il oktyabrın 18-də nail ola bildi. Təbii 

ki,  bunun  bir  sıra  obyektiv  və  subyektiv  səciyyə  daşıyan  funda-

mental  səbəbləri  var  idi.  Bu  səbəblərin  başında  isə  həmin  vaxt 

Respublikaya  “rəhbərlik”  edən  subyektlərin  qətiyyətsizliyi,  Mos-

kvanın kölgəsi altında,  “kölə psixologiyası” ilə yaşamaq niyyətləri 

və  bu  rəhbərlərin  xalqın  ali  mənafeyini  mərkəzin  imperialist  ma-

raqlarına qurban vermələri dayanırdı.  Yəni, keçmiş SSRİ-yə daxil 

olan  respublikalarda  öz  müstəqillikləri  uğrunda  mübarizə  aparan 

xalqlara həmin respublikaların rəhbərləri də bu və ya digər forma-

da  dəstək  verdikləri  halda,  başda  Ayaz  Mütəllibov  olmaqla  o 

zamankı  Azərbaycan  rəhbərliyi  öz  funksiyasını  normal  qaydada 

yerinə  yetirə  bilməyən  mərkəzin  təlimatlarını  gözləyir  və  onun 

tapşırıqları əsasında hərəkət edirdi. Bu da nəticə etibarilə Azərbay-

can xalqının müstəqillik arzularının mərkəzin imperialist tapşırıq-

ları əsasında boğulması ilə nəticələnirdi. 

Bir  sözlə,  bütün  mahiyyəti  və  mövcudluğu  ilə  Kremldən  asılı 

olan  o  zamankı  Azərbaycan  rəhbərliyi  müstəqillik  ideyalarını, 

prinsiplərini  qəbul  etmək,  mənimsəmək  iqtidarında  deyildi. 

Sadəcə, SSRİ-nin dağılması ərəfəsində formalaşmış təbii situasiya, 

hətta  imperiyanın  mərkəzində  dayanan  Rusiyanın  belə,  öz  dövlət 

müstəqilliyini  elan  etməsi,  həmçinin,  xalqın  azadlıq  istəyi  kimi 

faktorlar  Azərbaycanın  da  müstəqilliyinin  əldə  edilməsini  şərtlən-

dirdi. Məhz Azərbaycanın o zamankı iqtidarının müstəqillik ideya-

larına etinasız olmasının nəticəsi idi ki, onlar ölkəmizin müstəqilli-

yinin möhkəmlənməsi istiqamətində konkret olaraq heç bir addım 



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə