HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə11/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   7   8   9   10   11   12   13   14   ...   145

34 

 

1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə 



olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əla-

qədar  2  bəndlik  qərar  qəbul  edildi.  Bununla  yanaşı,  Naxçıvan 

MSSR  adından  “Sovet”  və  “Sosialist”  sözləri  çıxarıldı.  SSRİ-nin 

mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi 

olduqca  yüksək siyasi səriştə və cəsarət tələb edirdi ki, Ulu öndər 

Heydər  Əliyev  bunu  nümayiş  etdirdi.  Eyni  zamanda,  Naxçıvanda 

Kommunist  Partiyasının  fəaliyyəti  dayandırıldı  və  Sovet  ordusu, 

əsgəri birlikləri Naxçıvan MR ərazisindən çıxarıldı. 

Bununla  da  Naxçıvan  MR-in  müstəqil  inkişafı  üçün  ilkin  zə-

min yaradıldı və sabitliyə  real təhdid yaradan faktorların neytral-

laşdırılması  istiqamətində  mühüm  işlər  görüldü.  O  zaman  Azər-

baycanda hakimiyyətdə olan səriştəsiz qüvvələr korporativ maraq-

lar əsasında çıxış edərək sabitliyə və inkişafa mane olmaq yönündə 

xüsusi  fəallıq  göstərirdilər  ki,  bu  da  Naxçıvanın  durumuna  mənfi 

təsir edən destruktiv faktor qismində çıxış edirdi. Hətta iş o həddə 

çatmışdı  ki,  xarici  güc  mərkəzlərinin  “marionetka”ları  qismində 

çıxış  edən  hakimiyyətdəki  “piyada”lar  Naxçıvanda  bir  neçə  dəfə 

dövlət çevrilişinə cəhd etdilər. Bunlardan ilki Xalq Cəbhəsinin 24 

oktyabr  1992-ci  ildə  Naxçıvandakı  silahlı  dəstələrinin  Muxtar 

Respublikada etdiyi çevriliş cəhdi oldu. Amma Ulu öndər Heydər 

Əliyevin siyasi məharəti sayəsində bəhs edilən çevriliş cəhdlərinin 

qarşısı alındı. 

Bunlarla yanaşı, Ulu öndər Heydər Əliyev milli ideoloji məsə-

lələri  önə  çəkərək  bir  sıra  təxirəsalınmaz  tədbirlər  gördü  və  tarixi 

qərarlar qəbul etdi. İlk növbədə, “1990-cı il yanvar ayında törədil-

miş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərar qə-

bul  edildi.  Qərarda  20  Yanvar  hadisələrinin  mahiyyəti,  siyasi  və 

hüquqi əsasları əks olunmuşdu. Eyni zamanda, 31 dekabrın Dünya 

Azərbaycanlılarının  Həmrəyliyi  Günü  elan  edilməsi  barədə  də 

tarixi qərar qəbul edildi. 

Bütün  bunlarla  yanaşı,  Naxçıvan MR-də sosial-iqtisadi vəziy-

yətin yaxşılaşdırılması və tərəqqi meyillərinin əldə olunması üçün 

əhəmiyyətli  tədbirlər  görüldü.  Sosial-iqtisadi  və  aqrar  islahatlar 



35 

 

reallaşdırıldı,  özəlləşdirmə  prosesinə  start  verildi  və  infrastruktur 



sahələrinin inkişafı yönündə xüsusi işlər həyata keçirildi. 

Digər  tərəfdən,  blokada  şəraitində  olan  Muxtar  Respublikanın 

inkişafı  və  sabitliyinin  davamlılığını  təmin  etmək  üçün  regional 

miqyasda rasional strateji münasibətlər sistemi formalaşdırmaq la-

zım  idi  ki,  Ulu  öndər  Heydər  Əliyev  bu  yöndə  xüsusi  addımlar 

atdı. Xüsusilə də Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəf-

daşlığa  əsaslanan  rəsmi  təmaslar  sıxlaşdırıldı.  24  mart  1992-ci  il 

tarixində Ankarada Naxçıvan MR-lə Türkiyə Cümhuriyyəti arasın-

da  işbirliyi  protokolunun  imzalanması  blokada  şəraitində  olan 

Naxçıvanın vəziyyətinə xüsusi əhəmiyyətli müsbət töhfə oldu. 

Beləliklə,  siyasi  fəaliyyətinin  Naxçıvan  dövründə  Heydər  Əli-

yev  gördüyü,  atdığı  rasional,  praqmatik  addımlarla  Muxtar  Res-

publikanın  qurtuluşunu,  dirçəlişini  və  həmrəyliyini  təmin  etmiş 

oldu. Odur ki, Naxçıvan dönəmi Ulu öndər Heydər Əliyevin siyasi 

irsinin politoloji aspektlərinin araşdırılması üçün xüsusi dönəm sə-

ciyyəsi daşımaqdadır. 

 



36 

 

I I FƏSİL 



 

MÜSTƏQİLLİK UĞRUNDA MÜBARİZƏ 

ƏRƏFƏSİNDƏ VƏ MÜSTƏQİLLİYİN 

İLK İLLƏRİNDƏ AZƏRBAYCANDA 

İCTİMAİ-SİYASİ DURUM (1988-1993-cü İLLƏR) 

 

 



2.1. Müstəqilliyə gedən yol: milli özünüdərk və milli oyanışı 

       təmin edən tarixi situasiya 

 

XX əsrin 60-70-ci illərindən etibarən dünya miqyasında qeyri-

ərazi  müstəmləkəçiliyi  kimi  səciyyələndirilən  imperialist  idarəet-

mə  sisteminə  qarşı  geniş  mübarizə  dalğası  başlandı.  Portuqaliya, 

İspaniya, Yunanıstan, Şərqi Avropa və SSRİ məkanında başlanan 

və  rüşeym  halında  olan  milli  özünüdərk  və  milli  oyanış  prosesi 

xalqların milli azadlıq hərəkatlarına təkan verən fundamental fak-

tor oldu. A.Pşerovski, F.Şmitter, X.Lins, S.Hantiqton kimi araşdır-

maçılar xalqların milli azadlıq hərəkatları ilə müşahidə edilən pro-

sesləri  tranzit  problemi  (avtoritarizmdən  demokratiyaya  keçid) 

üzərindən  izah  etməyə  çalışsalar  da,  əslində,  baş  verən  proseslər 

birmənalı şəkildə istismarçı imperializmə qarşı yönəlmiş və özün-

də  müstəqillik  tələbləri  və  niyyətlərini  ehtiva  edən  xalqların  milli 

azadlıq  hərəkatları  kimi  dəyərləndirilməlidir.  Məhz  belə  bir  tarixi 

situasiyanın fonunda başlanan milli müstəqillik və azadlıq hərəkat-

ları  qlobal  miqyasda  imperializmin  əsaslarından  birini  təşkil  edən 

ikiqütblü  dünya  nizamının  substratlarını  sarsıtmış  oldu.  Bəhs  edi-

lən hərəkatlar qeyri-sistematik və düzənsiz olsa da, dünyanın geo-

siyasi  xəritəsində  kardinal  dəyişikliklərlə  nəticələndi.  Beləliklə, 

beynəlxalq hüququn müstəqil subyektləri qismində çıxış edən yeni 




37 

 

milli  dövlətlər  yarandı  və  beynəlxalq  münasibətlər  sistemində 



uzunmüddətli keyfiyyət dəyişikliklərinin əsası qoyuldu. 

Təbii  ki,  SSRİ  məkanını  da  əhatə  edən  bütün  bu  proseslər 

Azərbaycandan da yan keçmədi. Xalqların milli azadlıq mübarizə-

lərinin  başlandığı  bir  ərəfədə  SSRİ  daxilində  müxtəlif  vasitə  və 

resurslarla  mərkəzə  bağlanmış  xalqlar  artıq  imperialist  idarəetmə 

siyasətinə etiraz edərək milli özünüdərk və milli oyanış prosesinin 

fonunda azadlıq və müstəqillik hərəkatlarına başladılar. Amma bu 

mübarizə prosesində xalqlar süni surətdə yaradılan çətin və mürək-

kəb problemlərlə üzləşdilər. 1985-ci ildən başlayaraq SSRİ miqya-

sında “Yenidənqurma” planlarının həyata keçirilməsi ilə başlanan 

ciddi  kataklizmlər  sonradan  xalqların  forma  və  mahiyyət  etibarilə 

yeni istismarına və milli azadlıq hərəkatlarının “boğulması” cəhd-

lərinə  rəvac verdi.  İmperialist idarəetmə  sisteminə  qarşı   çıxan və 

milli azadlıq yolunda mübarizə aparan xalqların milli mücadiləsini 

sıradan çıxarmaq naminə ən müxtəlif metod və vasitələrə baş vu-

ruldu.  İlk  növbədə,  “parçala,  hökmranlıq  et”  və  “zəiflət,  diktə  et” 

strateji  prinsipləri  əsasında  milli-etnik  münaqişələr  yaradıldı  və 

xalqların  milli  mübarizəsi  qanla  yatırılmağa  çalışıldı.  Moldovada 

Dnestryanı, Ukraynada Krım və Zakarpatye, Gürcüstanda Abxazi-

ya və Cənubi  Osetiya, Azərbaycanda Dağlıq Qarabağ problemləri 

yaradıldı  və  Orta  Asiyada  xalqlararası  milli-etnik  antaqonizmlə 

müşayiət edilən dərin ziddiyyətlərin əsası qoyuldu. Daha sonradan 

Litva, Almatı, Tbilisi və Bakıda imperiya qoşunlarının həyata ke-

çirdiyi qanlı olaylar hadisələrin pik nöqtəyə qalxmasına səbəb ol-

du. Məhz belə bir mürəkkəb şəraitin fonunda xalqların milli azad-

lıq və müstəqillik mübarizəsi daha intensiv xarakter aldı. 

SSRİ rəhbərliyinin Azərbaycana qarşı “erməni kartı”ndan isti-

fadə etməsi ölkəmizə yönəlik işğal və ilhaq planlarının sürətlə hə-

yata keçirilməsini şərtləndirdi. Belə bir şəraitdə imperiyanın dəstə-

yi ilə Azərbaycana qarşı qaldırılan ərazi iddialarının daha da güc-

lənməsi, bunun ardınca isə Dağlıq Qarabağda, Əsgəranda erməni-

lərin törətdikləri hadisələr, 200 mindən çox azərbaycanlının Ermə-




Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə