HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə19/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   15   16   17   18   19   20   21   22   ...   145

59 

 

sosial  sahədə  sosial-iqtisadi  amillərin  düzgün  təşkil  edilməməsi 



ictimai istehsalın idarə edilməsində cəmiyyət üzvlərinin iştirakı-

nın məhdudlaşdırılması, iqtisadi sahə və sektorlarda özünüidarə 

sisteminin  təşəkkülü  və  inkişafına  süni  maneələrin  yaradılması, 

bölgü  və  mübadilə  münasibətlərinin  düzgün  meyarlar  əsasında 

təşkil  edilməməsi  kimi  hallar  bəhs  edilən  sahədə  xaotik  və 

dağıdıcı  meyillərin  yaranmasına  və  kəskinləşərək  tendensiya 

halını  almasına  səbəb  olmaqla  yanaşı,  keçid  dövrünün  aktual 

çağırışları və tələblərinin düzgün dəyərləndirilməməsinə gətirib 

çıxarmaqdadır. Bu isə nəticə etibarilə transformasiya prosesinin 

sosial-iqtisadi  əsaslarının  yararsızlığına  və  prosesin  funksional-

lığının azalmasına səbəb olur. 

Hüquqi, konstitusion sahədə isə hüquqi nihilizm və siyasi mak-

simalizmin aradan qaldırılması, daha sonra isə siyasi-hüquqi əsas-

da struktur islahatlarının həyata keçirilməsi, legitimləşdirmə prose-

sinin tamlığının təmin edilməsi və digər bu kimi substratlar başlıca 

vəzifələr qismində dəyərləndirilməkdədir. Bütün bu vəzifələrin ye-

rinə  yetirilməsi  üçünsə  dövrün  tələblərinə  müvafiq  surətdə  peşə-

karcasına  tərtib  edilmiş  konseptual  proqramın  və  siyasi  iradənin 

olması zəruridir. 

Bu  məsələnin  Azərbaycan  təcrübəsinə  gəldikdə  isə  qeyd  edə 

bilərik ki, müstəqilliyin ilk illərində bu vəzifənin reallaşmasına na-

il olmamağın başlıca səbəbləri qismində hakimiyyətdə olan səriştə-

siz subyektlərin rasional surətdə bu prosesi başlada bilməmələri və 

ya  bunu  istəməmələri  –  xarici  imperialist  qüvvələrin  tapşırıqları 

əsasında milli dəyərlərə və maraqlara zidd surətdə hərəkət etmələri 

kimi  təməl  faktorlar  çıxış  edirdi.  Bütün  bunlar  isə  nəticə  etibarilə 

siyasi, hüquqi və sosial sahələrdə deviasiyaların artmasını şərtlən-

dirmiş  oldu.  Başqa  sözlə,  müstəqilliyin  ilk  illərində  keçid  dövrü-

nün reallıqları və qanunauyğunluqlarının nəzərə alınmaması, aqo-

nis  və  antaqonist  qüvvələr  arasında  kəskin  qarşıdurmaların  baş 

verməsi,  iqtisadi,  siyasi,  sosial  və  hüquqi  sahələrdə  tələb  olunan 

struktur  islahatlarının  həyata  keçirilməməsi  və  digər  bu  kimi  sə-

bəblər sistem transformasiyasının həyata keçirilməsini mümkün et-



60 

 

mədi.  Amma Ulu öndər Heydər Əliyevin 1993-cü il oktyabr ayı-



nın  3-də  keçirilən  Prezident  seçkilərində  ikinci  dəfə  hakimiyyətə 

gəlişindən sonra qeyri-formal  milli  dövlət  və  yeni  cəmiyyət  quru-

culuğu  vəzifəsinin  fonunda  sadalanan  istiqamətlərdə  fundamental 

strateji tədbirlər görüldü və sistem transformasiyası ardıcıl  siyasi-

hüquqi islahatların fonunda həyata keçirildi. 

 

 



 

 

 


61 

 

Azərbaycan heç bir ölkənin təsiri altına düşməyəcəkdir. Azər-



baycan  öz  müstəqilliyini  qoruyacaqdır.  Bu  da  bir  Prezident 

kimi mənim siyasətimin əsas ana xəttidir. Bunun üçün də ha-

mı bir yolla getməlidir. Burada başqa bir yol yoxdur. Burada 

başqa yolla gedən adam, demək, məqsəd daşıyır. O məqsədlə-

rə bu gün Azərbaycanda yer yoxdur 

Ulu öndər Heydər Əliyev 

*** 

Yeni Azərbaycan Partiyası Azərbaycanın həyatında ən güclü, 

ən böyük intellektual səviyyəyə malik, ən böyük hörmətə ma-

lik  olan  siyasi  partiyadır.  Yeni  Azərbaycan  Partiyası  Azər-

baycanın  bu  gününün  partiyasıdır,  Azərbaycanın  sabahının 

partiyasıdır,  XXI  əsrin  partiyasıdır,  üçüncü  minilliyin  parti-

yasıdır 

Ulu öndər Heydər Əliyev 

*** 

1993-cü ilin iyun ayından ölkədə formalaşmağa başlayan ye-

ni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldır-

dı,  separatçılıq  meyillərinə  son  qoydu  və  Heydər  Əliyevin 

dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə gətirib çıxardı 

Prezident İlham Əliyev 

*** 

1995-ci  ildə  müstəqil  Azərbaycanın  Konstitusiyasının  qəbul 

edilməsi ilə ölkədə dövlət quruculuğu üçün zəruri hüquqi ba-

za formalaşdı. Ölkəmizin daxili və xarici siyasət konsepsiyası 

beynəlxalq  hüquq  normalarına  uyğun  olaraq  quruldu.  Bu  il-

lər  ərzində  Azərbaycanda  bütün  istiqamətlərdə  dövlət  quru-

culuğu  prosesi  uğurla  həyata  keçirilib,  dövlətçilik  ənənələri 

zənginləşdirilib 

Prezident İlham Əliyev 


62 

 

III FƏSİL 



 

MİLLİ DÖVLƏT QURUCULUĞU PROSESİNİN 

BAŞLANMASI VƏ SİYASİ SİSTEMİN TƏŞƏKKÜLÜ: 

LİDER FAKTORU; SOSİAL, SİYASİ, İDEOLOJİ VƏ 

HÜQUQİ MƏSƏLƏLƏR 

 

3.1. Milli dirçəliş və qurtuluşun əsası. Siyasi sabitliyin təmin  



       edilməsi və milli inkişafın başlanğıcı: lider faktoru 

 

Tariximizə “Milli Qurtuluş Günü” kimi daxil olan 1993-cü ilin 

15  iyun  günündə  Ümummilli  lider  Heydər  Əliyevin  Azərbaycan 

Respublikası Milli Məclisinə sədr seçilməsi tarixi Azərbaycanın si-

yasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Öl-

kənin  mürəkkəb  kataklizmlərlə  müşayiət  edilən  daxili  siyasi  böh-

randan  qurtulması  məhz  bundan  sonra  mümkün  oldu.  Belə  ki, 

Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsa-

sında  istinad  etdiyi  rasional  seçim  strategiyası  və  bunun  fonunda 

atdığı  praqmatik  addımlar  sayəsində  ölkədə  hökm  sürən  və  mütə-

madi  eskalasiya  vəziyyətində  qeyri-müəyyənliklə  təzahür  olunan 

destruktiv  proseslərin  mərhələli  şəkildə  neytrallaşdırılmasına  nail 

olundu. 

Həmin tarixi dövrün qanunauyğunluqlarına və reallıqlarına bir 

daha  nəzər  yetirdikdə  belə  bir  nəticəyə  gəlmək  olur  ki,  qeyri-for-

mal milli dövlət və modern cəmiyyət quruculuğu prosesinin siste-

matik surətdə əsası qoyulmamışdan öncə ölkə daxilində bir sıra da-

ğıdıcı ünsürlərin qarşısının alınması, diskriminasiya və kataklizm-

lərlə  müşayiət  edilən  xaotik  proseslərin  neytrallaşdırılması,  bütün 

bunların  fonunda  isə  siyasi  sabitliyin  təmin  edilməsi  lazım  idi  ki, 

Ümummilli  lider  Heydər  Əliyev,  ilk  növbədə,  sadalanan  strateji 

vəzifələr üzərindən hərəkət edərək buna nail oldu. 

Həmin  ərəfədə  hökm  sürən  destruktiv  situasiyanın  fonunda 

mövcud problemlərin xarakteristikasını anlamaq üçün bir neçə fak-




Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə