HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə27/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   23   24   25   26   27   28   29   30   ...   145

84 

 

tyabr 1992-ci il tarixli cavab məktubunda Yeni  Azərbaycan Parti-



yasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi: “Gü-

man edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatı-

nın  və  fəaliyyətinin  əsasını  təşkil  edən  demokratiya  və  siyasi 

plüralizm  şəraitində  Sizin  müraciətinizdə  göstərilən  Yeni 

Azərbaycan  Partiyasının  yaradılması  obyektiv  zərurətdən  do-

ğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iş-

tirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmlən-

dirilməsində və inkişafında tarixi rol oynaya bilər”. 

Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis 

konfransında Yeni  Azərbaycan Partiyası  təsis edildi  və Ulu öndər 

Heydər  Əliyev  partiyanın  Sədri  seçildi.  YAP-ın  yaranması, 

Ümummilli lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi res-

publikanın  o  zamankı  gərgin,  təhlükəli  ictimai-siyasi  vəziyyətin-

dən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gə-

lən  tarixi  zərurət  oldu.  O  zamankı  hakimiyyət  dairələrinin  Yeni 

Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardı-

cıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlə-

rindən  döndərə  bilmədi.  Çünki  bütün  uzaqgörən  insanlar  Heydər 

Əliyevin rəhbəri olduğu bu qurumun xilaskar bir missiya üçün ya-

randığını anlayır və Yeni Azərbaycan Partiyasına dəstəklərini əsir-

gəmirdilər.  Həmin  tarixi  hadisələri  dəyərləndirən  Heydər  Əliyev 

deyirdi: “Yeni  Azərbaycan  Partiyası  Azərbaycanda  gedən  icti-

mai-siyasi  proseslərin  içərisindən  çıxan  zərurətdir...  Yeni 

Azərbaycan  Partiyasının  fərqi  ondan  ibarətdir  ki,  bu  partiya 

onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamla-

rın  istəkləri  ilə,  bir  təşkilati  mərkəz  olmadan...  ağır  şəraitdə 

böyük təqiblər şəraitində yaranmış bir partiyadır”. 

Xalqın Ümummilli lider  Heydər Əliyevə olan inamı isə tez bir 

zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının ta-

rixi  məsuliyyəti  öz  üzərinə  götürməsinə  imkan  verdi.  Ümummilli 

liderimizin  nüfuzu,  Azərbaycan  xalqının  Ona  göstərdiyi  misilsiz 

etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilat-

lanmasına,  ölkənin  bütün  regionlarında  özəklərini  yaratmasına  və 



85 

 

1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Yeni Azərbay-



can Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi ya-

randığı müddətdən 6 ay sonra siyasi hakimiyyətə gəldi. 

1999-cu  il  dekabrın  20-də  YAP-ın  birinci  qurultayında  çıxış 

edən  Ulu öndər  Heydər  Əliyev Azərbaycan dövlətinin,  hökuməti-

nin 1993-1999-cu illərdə gördüyü işlərin, əldə etdiyi nailiyyətlərin 

hakim  partiyanın  fəaliyyəti  ilə  vəhdət  təşkil  etdiyini  bildirmişdi. 

Ümummilli  lider  Heydər  Əliyev  qeyd  edirdi  ki,  bu  dövr  ərzində 

Yeni  Azərbaycan Partiyası  daim inkişaf edib:  “Yeni  Azərbaycan 



Partiyası  addım-addım  irəliləyib,  inkişaf  edib,  genişlənib  və 

böyük bir partiyaya çevrilibdir. Ona görə də, bugünkü qurul-

tay  partiyanın  nə  qədər  güclü,  nə  qədər  əzəmətli  və  nə  qədər 

dərin fikirlərə malik olduğunu sübut edir və Azərbaycanın bü-

tün vətəndaşlarına, dünya ictimaiyyətinə nümayiş etdirir. Qu-

rultay  Yeni  Azərbaycan  Partiyası  üzvlərinin  yüksək  əqidəyə 

malik, partiyaya sədaqətli olduqlarını nümayiş etdirir. Qurul-

tay  Yeni  Azərbaycan  Partiyası  üzvlərinin  yüksək  intellektual 

səviyyəsini  əks  etdirir.  Düşünürəm  ki,  ötən  illərdə  partiyanın 

inkişafı bir çox sahələri əhatə etmişdisə də, ən böyük sahə par-

tiya üzvlərinin yetkinləşməsi, mətinləşməsi, cəsurlaşması və in-

tellektual  səviyyəsinin  yüksəlməsi  olmuşdur.  Qurultay  artıq 

göstərir ki, Yeni Azərbaycan Partiyası yarandığı dövrdən indi-

yə qədər Azərbaycanın ictimai-siyasi həyatında özünün dəyərli 

yerini tutubdur və bu yeri heç kəsə verməyəcəkdir və get-gedə 

öz yerini möhkəmlədəcəkdir”. 

Ulu öndər Heydər Əliyevin verdiyi bu qiymət,  eyni zamanda, 

partiya üzvlərinin gələcək fəaliyyət proqramı da sayıla bilərdi. Bu 

konsepsiya Yeni Azərbaycan Partiyasının üzvlərinin daimi inkişa-

fını,  təkmilləşməsini  özündə  ehtiva  edirdi.  Bu  baxımdan  Ümum-

milli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasını 3-cü minil-

liyin  partiyası  adlandırırdı:  “Yeni  Azərbaycan  Partiyası  Azər-

baycanın  həyatında  ən  güclü,  ən  böyük  intellektual  səviyyəyə 

malik,  ən  böyük  hörmətə  malik  olan  siyasi  partiyadır.  Yeni 

Azərbaycan  Partiyası  Azərbaycanın  bu  gününün  partiyasıdır, 



86 

 

Azərbaycanın  sabahının  partiyasıdır,  XXI  əsrin  partiyasıdır, 



üçüncü minilliyin partiyasıdır. Yeni Azərbaycan Partiyası qu-

rultayının  bu  qədər  məzmunlu,  mənalı,  mütəşəkkil  və  nikbin 

əhval-ruhiyyədə keçməsi partiyanın cəmiyyətimizdə hörmətini 

daha  da  yüksəklərə  qaldırır  və  qaldıracaqdır,  Yeni  Azərbay-

can  Partiyasının  ətrafında  Azərbaycanın  daha  da  çox  vətən-

daşları toplaşacaqdır”. 

1999-cu  il  qurultayı  partiyanın  inkişaf  tarixində  həm  də  digər 

keyfiyyətlərinə görə mühüm bir məqam kimi xarakterizə olunmalı-

dır.  O  baxımdan  ki,  artıq  fəaliyyət  göstərdiyi  7  il  ərzində  Yeni 

Azərbaycan  Partiyası  öz  sıralarını  kəmiyyət  və  keyfiyyət  etibarilə 

daha da artıra bilmişdi. YAP-a fərqli mənafelər, maraqlar və məq-

sədlər baxımından üz tutan bir sıra subyektlər partiyadan kənarlaş-

dırılmışdı.  Bu  da  Yeni  Azərbaycan  Partiyasına  öz  fəaliyyətinin 

ikinci mərhələsində yeni keyfiyyət çalarları  bəxş edirdi. Ulu öndər 

Heydər Əliyev bu məsələlərə toxunaraq demişdi: “Ən  təhlükəlisi 



odur  ki,  Yeni  Azərbaycan  Partiyasına  əqidəsi  olmayan  adam-

lar qatılmasın. Ötən dövr bu barədə bir çox nümunələr verdi. 

Ancaq  bunu  da  dramatikləşdirmək  lazım  deyildir.  Bu,  təbii 

prosesdir.  Cəmiyyətdə  konyunktur  məqsədlər  güdən  insanlar 

həmişə  olubdur.  Hər  bir  partiyada,  hər  bir  yerdə  olubdur  – 

bundan xilas olmaq mümkün deyildir. Buna görə də, kim Yeni 

Azərbaycan Partiyasına hansısa şəxsi məqsəd, təmənna, hansı-

sa  konyunktur  məqsədlər  üçün  gəlmişdisə,  onlar  partiyadan 

kənarlaşdılar. Əgər bu gün belələri varsa, mən güman edirəm, 

dərk  etməlidirlər  ki,  onların  yolu  partiyanın  yolu  ilə  düz  gəl-

mir. Partiyada əqidə adamları olmalıdır. Partiyaya xidmət et-

mək  vətənə  xidmət  etmək,  millətə  xidmət  etmək,  müstəqil 

Azərbaycan  dövlətinə  xidmət  etmək  deməkdir.  Ona  görə  də, 

partiyamız məhz bu cür əqidəli insanlarla böyüməli, inkişaf et-

məli və genişlənməlidir”. 

Qeyd olunduğu kimi, 1999-cu il Yeni Azərbaycan Partiyasının 

inkişafında mühüm bir səhifə açdı. Ulu öndər Heydər Əliyev YAP 

üzvlərinin yeni mərhələdə əsas vəzifələrini və istiqamətlərini mü-




Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə