HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə26/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   22   23   24   25   26   27   28   29   ...   145

81 

 

mokratik  səviyyədə  keçirilmiş  parlament  seçkiləri  ölkəmizdə  icti-



mai-siyasi institutların fəaliyyət mexanizminin effektivliyinin yük-

səldilməsi, strukturlararası koordinasiyanın təmin edilməsi, qanun-

vericilik  bazasının  zənginləşdirilməsi  və  bütün  bunların  fonunda 

demokratik  transformasiyanın  sürətləndirilməsi  baxımından  əhə-

miyyətli tarixi hadisə oldu. 

Bunlarla  yanaşı,  parlament  seçkilərində  qarışıq  seçki  sistemi-

nin  tətbiq  edilməsi  yeni  müstəqillik  əldə  etmiş  və  demokratik 

transformasiya  strategiyası  həyata  keçirən  bir  ölkə  üçün  məqbul 

variant idi. Bildiyimiz kimi, qarışıq seçki sistemi özündə majoritar 

və proporsional seçki sistemlərinin ünsürlərini ehtiva edir. Majori-

tar seçki sistemində hər seçki dairəsindən bir nəfər deputat seçilir 

və seçkilər birmandatlı dairələr üzrə təşkil edilir. Bu sistemdə “da-

ha çox səs toplayan qalibdir” prinsipi tətbiq edilir. Səs çoxluğu iki 

növdə təsnif və təsbit edilir. Birincisi “mütləq çoxluq” növüdür ki, 

burada  seçicilərin  səsinin  50+1  faizini  toplamış  şəxs  qalib  gəlir. 

Əgər heç kəs seçici səslərinin 50+1 faizini toplaya bilmirsə, məhz 

bu zaman iki daha çox səs toplamış namizəd ikinci turda rəqabəti 

davam etdirir. İkinci turda daha çox səs toplayan şəxs qalib hesab 

edilir.  İkincisi  isə  “nisbi  çoxluq”  növüdür  ki,  burada  ən  çox  səs 

toplayan namizəd qalib şəxs sayılır. 

Proporsional seçki sistemində isə hər seçki dairəsindən bir de-

yil, bir neçə şəxs deputat seçilir ki, onlar da müxtəlif siyasi partiya-

ları təmsil edirlər. Siyasi partiyalar parlamentdə seçkilərin fonunda 

ümumi  səslərin  nisbətində  qazandıqları  faizə  görə  təmsilçilik  hü-

ququ əldə edirlər. Bu seçki sistemində daha güclü partiyaların par-

lamentdə  təmsil  olunması  məqsədilə  seçki  bariyeri  tətbiq  edilir. 

Müxtəlif ölkələrin təcrübi nümunəsində seçki bariyerləri 1-18 faiz 

həddində olur. 

Beləliklə,  qarışıq  seçki  sisteminin  mahiyyəti  və  substratlarına 

nəzər  yetirməklə  bir  daha  belə  bir  qənaətə  gəlmək  mümkün  oldu 

ki,  dövrün  reallıqlarına,  tələblərinə  və  qanunauyğunluqlarına  mü-

vafiq  surətdə  qarışıq  seçki  sisteminin  tətbiq  edilməsi  ən  məqbul 

variant idi və seçkilərin nəticələri bir daha bunu sübut etdi. Sonrakı 



82 

 

mərhələdə  cəmiyyətin  və  hüquqi  sistemin  dinamik  inkişafı,  siyasi 



mədəniyyətin  və  dünyagörüşün  yüksəlməsi  seçki  sistemində 

rasional  dəyişikliklərin  baş  verməsi  zərurətini  yaratdı.  Sonrakı 

illərdə  Seçki  Məcəlləsinə  əlavə  və  dəyişikliklər  edilməklə  qarışıq 

seçki sistemindən imtina edildi. Bunun əvəzində birbaşa demokra-

tiyanın  tələblərinə  daha  dəqiq  cavab verən majoritar seçki  sistemi 

tətbiq  edilməyə  başlandı  ki,  bu  da  özlüyündə  siyasi  sistemin  tək-

milləşməsinə yeni töhfələr vermiş oldu. 

Beləliklə,  yeni  konstitusiyanın  qəbul  edilməsi  və  parlament 

seçkilərinin  keçirilməsi  həyata  keçirilən  demokratik  transformasi-

yanın  fonunda  ölkədə  siyasi  plüralizmin,  siyasi  inteqrasiyanın  tə-

min  və  bərqərar  olunması,  genişmiqyaslı  islahatların  reallaşdırıl-

ması və digər bu kimi strateji vəzifələrin nail olunmasına əlverişli 

zəmin və  şərait  yaratdı.   Belə ki,  qəbul  edilmiş  yeni konstitusiya-

nın fonunda hakimiyyət bölgüsü təmin edildi, siyasi partiyalar baş-

da olmaqla subyektlərin fəaliyyətinə hüquqi zəmində əlverişli şəra-

it  yarandı  və  təsisatlar  arasında  rəqabətə  əsaslanan  simmetrik  və 

rasional  münasibətlər  sistemi  formalaşdı.  Bütün  bunların  fonunda 

isə  həyata  keçirilən  islahatların  davamlılığını  təmin  etmək  müm-

kün oldu. Belə ki, həyata keçirilən islahatların fonunda ölkədə so-

sial  tərəqqini,  vətəndaşların  hüquq  və  azadlıqlarının  müdafiəsini 

təmin etməyə qadir olan səmərəli idarəçilik sisteminin formalaşdı-

rılması  istiqamətində  xüsusi  strateji  uğurlar  əldə  edildi.  Qısa  za-

man  kəsiyində  dövlət  tənzimləməsinin  metodlarında  ciddi,  kardi-

nal  reformativ  dəyişikliklər  edildi,  plüralizm  şəraitində  rəqabət 

mühiti təmin edildi, icra hakimiyyəti orqanları və bütövlükdə döv-

lət sektorunun işinin səmərəliliyi artırıldı, dövlət idarəçiliyinin qa-

nunvericilik və normativ-hüquqi bazası inkişaf etdirildi, dövlət ha-

kimiyyəti  orqanları  üzərində  nəzarət,  onların  işinin  dəyərləndiril-

məsi metodları sistemi təkmilləşdirildi. 

Bütün  bunların  fonunda  siyasi  sistemin  struktur  formalaşma-

sına nail olundu və onun struktur elementlərinin təkmilləşdirilməsi 

istiqamətində  çox  əhəmiyyətli  nailiyyətlər  əldə  edildi.  Məhz  bu, 

siyasi  sistemin  komponentlərinin  mütəmadi  inkişafının  davamlı-



83 

 

lığının təmin edilməsi vəzifəsinə xüsusi töhfə oldu. 



 

 

3.3.  Siyasi partiyalar plüralist siyasi sistemin başlıca 

        ünsürləri kimi: Yeni Azərbaycan Partiyası 

 

Müstəqillik əldə etdikdən sonra xaotik və antaqonist siyasi pro-

seslərin fonunda ölkəmizin qarşısında duran başlıca strateji vəzifə-

lərdən biri də ictimai-siyasi institutlaşma prosesinin həyata keçiril-

məsi idi. Bunun başlıca istiqamətlərindən biri də plüralist prinsip-

lər əsasında müxtəlif oriyentasiyalara malik olan siyasi partiyaların 

təsis edilməsi və onların fəaliyyət mexanizmlərinin milli maraqlar 

və dəyərlər əsasında təşkil edilməsi idi. Amma 1991-1993-cü illər-

də  hakimiyyətdə  olan  qüvvələrin  bu  məsələyə  və  vəzifəyə  lazımi 

diqqət göstərməməsi, onların totalitar təfəkkürlə çıxış edərək çox-

partiyalılığı  qəbul  edə  bilməmələri  və  siyasi  palitrada  təmsil  olu-

nan bir çox subyektlərin partiyalaşma strategiyasına rasional surət-

də  yanaşa  bilməmələri  ictimai-siyasi  institutlaşma  prosesinin 

kompleks və sistematik surətdə baş tutmasını mümkün etmədi. 

Amma bütün bunlara baxmayaraq, siyasi palitrada rasional tə-

fəkkürə, praqmatik fəaliyyət mexanizminə və zəngin idarəetmə po-

tensialına  malik  olan  lider  siyasətçinin  olması  siyasi  partiyalar 

nöqteyi-nəzərindən  ictimai-siyasi  institutlaşma  vəzifəsinin  yerinə 

yetirilməsi işinə mühüm töhfələr verdi. Yaranmış mürəkkəb situa-

siyanın  fonunda  1992-ci  ilin  oktyabr  ayının  16-da  91  nəfər  ziyalı 

Heydər Əliyevə müraciət etdi: “Dövlət quruculuğundakı çoxillik 

təcrübənizə  əsaslanaraq  Siz  qısa  müddətdə  Azərbaycanda  ge-

niş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nü-

fuzlu  və  işlək  partiya  yarada  bilərsiniz.  Öz  adımızdan  və  on 

minlərlə  respublika  vətəndaşı  adından  Sizdən  xahiş  edirik  ki, 

təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə 

razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı 

gözləyir”. 

Ümummilli  lider  Heydər  Əliyev  ziyalılara  göndərdiyi  24  ok-




Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə