HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə25/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   21   22   23   24   25   26   27   28   ...   145

78 

 

rik münasibətlərin substratlarının müəyyənləşdirilməsi, qanunveri-



cilik bazasının zənginləşdirilməsi kimi strateji vəzifələrə nail olun-

ması  yönündə  siyasi-hüquqi  nöqteyi-nəzərdən  əhəmiyyətli  zəmin 

formalaşdırıldı.  Nəzərə  alsaq  ki,  konstitusiya  demokratik  siyasi 

sistemin  ən  mühüm  siyasi-hüquqi  təsisatlarından  biridir,  məhz  bu 

zaman belə  bir nəticəyə  gələ  bilərik ki,  onun qəbul  edilməsi  milli 

dəyərlərə  və  maraqlara  müvafiq  surətdə  həyata  keçirilən 

demokratik  transformasiyanı  sürətləndirən  və  möhkəmləndirən 

fundamental faktor oldu. 

Siyasətşünaslıq elmində konstitusiyalar formalarına görə kodi-

fikasiya olunmuş,  kodifikasiya olunmamış  və  qarışıq tiplərə  bölü-

nürlər. Kodifikasiya olunmuş konstitusiyalar vahid yazılı akt olub, 

konstitusional  xarakterli  bütün  məsələləri  özündə  ehtiva  edir  və 

tənzimləyir. Əgər eyni məsələlər bir neçə yazılı akt vasitəsilə tən-

zimlənirsə,  bu  cür  konstitusiyalar  kodifikasiya  olunmamış  hesab 

edilir. Qarışıq tipli konstitusiyalar isə yalnız parlament qanunlarını 

və məhkəmə presedentlərini deyil, eyni zamanda, adətləri və dok-

trinal  şərhləri  də  ehtiva  edir.  Müddətinə  görə  isə  konstitusiyalar 

daimi və müvəqqəti olur. Beləliklə, 12 noyabr 1995-ci il  tarixində 

qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası forması-

na görə kodifikasiya olunmuş, müddətinə görə isə daimi (eyni za-

manda, dəyişikliklərə açıq) xarakterli idi. 

Beləliklə,  ümumxalq  səsverməsi  –  referendum  əsasında  ölkə 

konstitusiyasının  qəbul  edilməsindən  sonra  qarşıda  duran  ictimai-

siyasi  institutlaşma  vəzifəsinin  fonunda  parlament  seçkilərinin 

keçirilməsi istiqamətində strateji addımlar atıldı. Hələ Konstitusiya 

qəbul edilməmişdən öncə Milli Məclisin 18 avqust 1995-ci il tarix-

li qərarı ilə 15 nəfərdən ibarət Mərkəzi Seçki Komissiyası (MSK) 

yaradılmışdı.  Bundan  sonra  12  noyabr  1995-ci  il    tarixində  Milli 

Məclisə  seçkilər  keçirildi.  Seçkilər  qarışıq  seçki  sistemi  əsasında 

baş  tutdu.  Belə  ki,  25  nəfər  proporsional,  100  nəfər  isə  majoritar 

seçki  sistemi  əsasında  parlamentdə  təmsilçilik  hüququ  qazandı. 

Proporsional seçki sistemi əsasında deputat mandatı uğrunda 8 si-

yasi partiyadan 200 namizəd mübarizə aparsa da, Milli Məclisdə 3 



79 

 

partiyanın  nümayəndələri  təmsilçilik  hüququ  qazandı.  Proporsio-



nal  seçki  sistemi  əsasında  hakim  Yeni  Azərbaycan  Partiyasından 

(YAP)  19,  Azərbaycan  Xalq  Cəbhəsi  Partiyasından  (AXCP)  və 

Azərbaycan Milli İstiqlal Partiyasından 3 nəfər Milli Məclisdə de-

putat  mandatı qazandılar. Majoritar seçki  sistemi  əsasında isə bir-

mandatlı  100  seçki  dairəsi  üzrə  1094    şəxs  millət  vəkili  mandatı 

uğrunda  mübarizəyə  qatılmaq  istəsə  də,  “Milli  Məclisə  seçkilər 

haqqında”  qanuna  (12  avqust  1995)  əsasən,  bu  say  azaldılaraq 

383-ə  endirildi.  Beləliklə,  Milli  Məclisin  tərkibi  3  mərhələdə  baş 

tutan qarışıq seçki sistemi əsasında formalaşdı. 

Aktiv seçki hüququna (seçmək hüququ) malik olan vətəndaşla-

rın  siyasi  iştirakçılığı  baxımından  parlament  seçkilərində  mütləq 

və ya nisbi absenteizm qeydə alınmadı. Demokratikləşmə mərhələ-

si və strategiyasının fundamental struktur elementi olan parlament 

seçkilərində vətəndaşlar özlərini hüquq və azadlıqlarından mütləq 

mənada  yararlandılar  və  ümumi  iştirakçılıq  səviyyəsi  müsbət  rəy 

aldı. Belə ki, seçkilərdə aktiv seçki hüququna malik olan şəxslərin 

86,05 faizi iştirak etdi. Bu da növbəti dəfə onu göstərdi ki, müstə-

qilliyin ilk iki ilində vətəndaşlar arasında siyasi proseslərə münasi-

bətdə yaranmış apatiya və siyasi submədəniyyət normalarına yönə-

lik mövqe həyata keçirilən demokratik transformasiyanın fonunda 

sıradan  çıxmaqdadır.  Müstəqilliyin  ilk  iki  ilində  vətəndaşların 

mövqeyi və dünyagörüşündə absenteizmi şərtləndirən təməl səbəb-

lərə bunları aid edə bilərik: hakimiyyətdə olan subyektlərin korpo-

rativ  maraqlar  üzərindən  hərəkət  etmələri  və  özlərinin  fəaliyyət 

mexanizmlərini  məhdud  dairələrin  antimilli  mənafeləri  üzərində 

qurmaları, siyasi institutların öz funksiyalarını normal qaydada ye-

rinə  yetirə  bilməmələri,  siyasi  mədəniyyətin  təşəkkül  tapmaması 

və  bunun  fonunda  siyasi  şüurun  səviyyəsində  durğunluğun  müşa-

hidə  edilməsi,  siyasi  subyektlər  arasında  hökm  sürən  antaqonist 

münasibətlərin daha da  kəskinləşməsi  və siyasi  palitrada plüralist 

fəaliyyət mexanizminə süni maneələrin olması, siyasi sistemin qa-

palı səciyyə daşıması və sair. Amma 1993-cü ildən sonra Azərbay-

can xalqının  Ümummilli lideri  Heydər  Əliyevin  rəhbərliyi  ilə hə-



80 

 

yata  keçirilən  demokratikləşmə  strategiyasının  fonunda  vətəndaş 



cəmiyyətinin  və  hüquqi  dövlətin  mütləq  komponentlərinin  bərqə-

rar olunması yönündə görülən tədbirlər siyasi apatiya və absenteiz-

min aradan qaldırılmasını şərtləndirdi. 

Məhz bütün bunların fonunda parlament seçkilərinin demokra-

tik surətdə keçirilməsi bir neçə istiqamətdə xüsusi önəm kəsb etdi. 

İlk növbədə, bu, parlament təsisatının funksionallığının təmin edil-

məsinin  fonunda  demokratikləşmə  strategiyasının  sürətlə  və  ardı-

cıllıqla həyata keçirilməsinə xüsusi strateji zəmin yaratdı. Çünki öz 

funksiyalarını  normal surətdə  həyata keçirən parlament təsisatının 

formalaşdırılması  siyasi  plüralizmin,  siyasi  inteqrasiya  və  rəqabə-

tin  təmin  olunmasını  şərtləndirməklə  yanaşı,  siyasi  institutların 

fəaliyyət  mexanizminin  səmərəlilik  səviyyəsinin  artırılması  baxı-

mından  da  xüsusi  əhəmiyyət  kəsb  etdi.  Fikrimizi  əsaslandırmaq 

üçün, sadəcə, parlamentin yerinə yetirdiyi funksiyalara nəzər yetir-

mək kifayət edir. Belə ki, demokratik cəmiyyətlərdə fəaliyyət gös-

tərən parlamentlər, ilk növbədə, qanunvericilik funksiyasını yerinə 

yetirirlər. Məhz bu funksiyanın  fonunda müxtəlif sahələrə və  mə-

sələlərə aid qanun layihələri hazırlanır və onlar spesifik prosedur-

lar əsasında qəbul edilir. Milli maraqlara və dəyərlərə müvafiq su-

rətdə  tərtib  və  təsdiq  edilmiş  qanunlar  müxtəlif  sahələrdə  ictimai, 

siyasi institutların fəaliyyət mexanizmi  üçün qanunvericilk bazası 

yaradır  ki,  bu  da  hüquqi  dövlətdə  başlıca  istinad  substratı  hesab 

edilir. Bu amilin özü hüquqi dövlət quruculuğu və vətəndaş cəmiy-

yətinin  mütləq  komponentlərinin  bərqərar  olunması  baxımından 

olduqca mühüm əhəmiyyət kəsb edir. Digər funksiyalara hökumə-

tin  fəaliyyətinə  hüquqi  norma  və  prosedurlar  əsasında  nəzarət  et-

mək, icra hakimiyyəti orqanlarının formalaşdırılması istiqamətində 

müəyyən səlahiyyətlər çərçivəsində müvafiq qərarlar qəbul etmək, 

dövlət vəzifələrinə müəyyən təyinatların həyata keçirilməsi (bir sı-

ra  parlamentli  respublikalarda  baş  nazirin  seçilməsi  və  ya  təyin 

edilməsi), ölkə başçısına qarşı impicmentin tətbiq edilməsi, büdcə-

yə  nəzarət  edilməsi  və  s.  daxildir.  Bütün  bunlara  nəzər  yetirdikdə 

belə bir nəticəyə gəlmək olur ki, 12 noyabr 1995-ci il tarixində de-



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə