HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə24/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   20   21   22   23   24   25   26   27   ...   145

75 

 

fundamental  strateji  vəzifələr  aid  idi.  Zəngin  dövlətçilik  təc-



rübəsinə,  rasional  təfəkkürə  və  praqmatik  fəaliyyət  mexanizminə 

malik olan Ümummilli lider Heydər Əliyev tətbiq etdiyi strategiya 

sayəsində  mərhələli  şəkildə  bütün  bu  vəzifələrin  həllinə  nail  ola 

bildi. 


İlk növbədə, inzibati səciyyəli struktur islahatları həyata keçi-

rildi.  Öncə  icra  hakimiyyəti  strukturlarının  və  bütövlükdə  dövlət 

sektorunun  işinin  səmərəliliyinin  artırılması,  onların  fəaliyyətinin 

cəmiyyətin tələbatlarına və sosial qrupların maraqlarına uyğunlaş-

dırılması  üçün  ictimai  inzibatçılıq  sisteminin  dəyişdirilməsi  prin-

sipləri,  vasitələri  və  mexanizmləri  müəyyənləşdirildi  və  bu,  isla-

hatların davamlı  xarakter almasında özünəməxsus rol oynadı.  Ha-

kimiyyət  strukturları  arasında  koordinasiya  və  əməkdaşlığın 

simmetrik surətdə təmin edilməsi, vəzifə və səlahiyyət bölgüsünün 

dəqiq  həyata  keçirilməsi  struktur  islahatlarında  ilk  həyata 

keçirilənlər  oldu.  İnzibati  islahatların  səmərəlilik  səviyyəsinin 

artırılması 

və 

əhatə 


dairəsinin 

genişləndirilməsi 

üçün 

qanunvericilik  bazasının  zənginləşdirilməsi  lazım  idi  ki,  bunun 



üçün  də  Ana  Qanun  önəmi  kəsb  edən  yeni  konstitusiyanın  qəbul 

edilməsi lazım idi. 

Yeni Konstitusiyanın qəbul olunmasını şərtləndirən zəruri stra-

teji faktorlar sırasında aşağıdakıları qeyd etməliyik: 



1) suverenlik, müstəqillik və ərazi bütövlüyünün qorunmasının 

hüquqi substratlarının formalaşdırılması zərurəti

2)  konstitusiya çərçivəsində  demokratik siyasi  sistemin  forma-

laşdırılması və demokratik transformasiya zərurəti; 

3) vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu vəzifəsi

4) milli inkişafın konstitusion əsaslarının yaradılması zərurəti. 

Beləliklə, milli iqtidarın gərgin əməyi sayəsində 1995-ci il no-

yabr ayının 12-də xalq referenduma gələrək öz dövlətçiliyinin əsas 

hüquqi istiqamətlərini müəyyənləşdirəcək başlıca siyasi-hüquqi sə-

nəd  olan  Azərbaycan  Respublikasının  Konstitusiyasını  qəbul  etdi. 

Prinsip  etibarilə  bu  tarixi  müstəqil  Azərbaycan  dövlətçiliyində  ilk 




76 

 

konstitusiyanın  qəbulu  günü  kimi  qeyd  etmək  olar.  Çünki  bu  za-



manadək istər 1921, istər 1937, istərsə də 1978-ci ildə qəbul edil-

miş  konstitusiyalar  keçmiş  SSRİ  konstitusiyalarının  müəyyən 

maddələrlə məhdudlaşdırılmış surəti olmaqla yanaşı, həm də tama-

milə başqa bir ictimai-siyasi quruluşu əks etdirirdi. 

Yeni Konstitusiya dövrün tələbləri, reallıqları və qanunauyğun-

luqlarına görə mükəmməl və təkmil siyasi-hüquqi sənəd idi. Kons-

titusiyanın hazırlanmasında dünya dövlətlərinin konstitusiya təcrü-

bəsindən  geniş  istifadə  edilməsi  ilə  yanaşı,  respublikamızın  tarixi 

ənənələri,  spesifik  özəllikləri  və  xalqımızın  mentaliteti  də  nəzərə 

alınmışdı. Ana Qanunda bütün demokratik prosedurlar və prinsip-

lər öz əksini tapmış, eləcə də, insan və vətəndaş hüquq və azadlıq-

ları geniş surətdə təsbit edilmişdi (konstitusiyanın 48 maddəsi, yə-

ni, üçdəbiri insan və vətəndaş hüquq və azadlıqlarına həsr edilmiş-

di).  Hakimiyyət  bölgüsünün  (qanunverici,  icraedici  və  məhkəmə 

hakimiyyəti) təsbit edilməsi isə hakimiyyətin effektivliyinin artırıl-

masına xüsusi şərait və zəmin yaradan hüquqi substrat idi. 

Amma  bütün  bu  demokratik  prinsiplərin  Ana  Qanunda  əks 

olunmasına  baxmayaraq,  bəzi  siyasi  qüvvələr  iddia  edirdilər  ki, 

konstitusiyada  Azərbaycan  Respublikasının  Prezidentinə  həddin-

dən artıq  səlahiyyətlər verilib.  Əslində  isə, Avropanın  demokratik 

siyasi  sistemə  malik  olan  ölkələrinin  konstitusiyalarına  nəzər  sal-

dıqda  məlum  olurdu  ki,  prezidentə  verilmiş  səlahiyyətlər  nəinki 

həddindən  artıq  deyil,  hətta  onlarla  müqayisədə  daha  məhduddur. 

Müqayisəyə  keçid  almamışdan  öncə  ölkə  prezidentinin  kons-

titusiyada  əks  olunmuş  bir  sıra  səlahiyyətlərinə  nəzər  yetirmək 

məqsədəmüvafiqdir.  Beləliklə,  konstitusiyanın  99-cu  maddəsində 

göstərilirdi ki, Azərbaycan Respublikasının icra hakimiyyəti prezi-

dentə məxsusdur. Respublika Prezidenti ümumi, bərabər və birba-

şa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 

il  müddətinə  seçilir.  Bir  sıra  dövlətlərdən  fərqli  olaraq  konstitusi-

yada prezidentə parlamenti buraxmaq səlahiyyəti verilmir. Bundan 

başqa, prezident ona tabe olan Nazirlər Kabinetinin başçısını Azər-

baycan  Respublikası  Milli  Məclisinin  razılığı  ilə  təyin  edir.  Eyni 



77 

 

zamanda,  Konstitusiya  Məhkəməsinin  hakimlərini  də  prezidentin 



təqdimatı ilə Milli Məclis təyin edir. 

Beləliklə, bütün bu faktların fonunda İtaliya və Fransa kimi de-

mokratik  siyasi  sistemə  malik  olan  ölkələrin  konstitusiyası  ilə 

Azərbaycanın konstitusiyasında müvafiq məsələylə bağlı əks olun-

muş maddələr arasında müqayisələr aparaq. Əvvəla, baş nazirin tə-

yin edilməsi ilə bağlı maddəyə diqqət yetirək. Azərbaycan Respub-

likasının  Konstitusiyasının  118-ci  maddəsində  göstərilirdi  ki,  baş 

naziri  Milli  Məclisin  razılığı  ilə  respublika  prezidenti  təyin  edir. 

Fransanın  konstitusiyasının  8-ci  maddəsində  isə  təsbit  olunub  ki, 

baş  nazir  bilavasitə  respublika  prezidenti  tərəfindən  təyin  olunur. 

İtaliya konstitusiyasinin 92-ci maddəsində göstərilir ki, respublika 

prezidenti baş naziri və onun təklifləri ilə nazirləri təyin edir. 

Bunlardan  başqa,  Fransa  və  İtaliya  konstitusiyalarında  parla-

mentə prezidentə impicment tətbiqetmə hüquqi verilməsi ilə yana-

şı, prezidentə də parlamenti buraxmaq hüququ verilir. Qeyd etdiyi-

miz  kimi,  Azərbaycan  Respublikası  prezidentinə  konstitusiyada 

belə bir hüquq verilməyib. 

Bundan başqa, Fransa konstitusiyasinin 12-ci maddəsində qeyd 

edilir ki, prezident baş naziri və parlament palatalarının sədrləri ilə 

məsləhətləşdikdən  sonra  Milli  Məclisi  buraxa  bilər.  İtaliya  kons-

titusiyasının  isə  88-ci  maddəsində  göstərilir  ki,  respublika  pre-

zidenti hər iki palatanı, yaxud onlardan yalnız birini sədrlərin möv-

qeyini öyrəndikdən sonra buraxa bilər. Prezident bu hüquqdan an-

caq öz səlahiyyət müddətinin son altı ayı ərzində istifadə edə bil-

məz. 

Beləliklə,  müqayisələrin  sayını  istənilən  qədər  artırmaq  olar. 



Amma təkcə  bunlar da deməyə  əsas  verir ki,  konstitusiyada haki-

miyyət bölgüsü prinsipinə dəqiq surətdə əməl edilməklə yanaşı, sə-

lahiyyət  bölgüsü  də  demokratik  prinsiplər  və  meyarlar  əsasında 

təsbit  edilmişdi.  Bütün  bunların  fonunda  isə  deyə  bilərik  ki,  bəhs 

edilən Ana Qanunun qəbul edilməsi ilə mərkəzi və  yerli hakimiy-

yət orqanlarının təşkilinin hüquqi əsaslarının, onların səlahiyyətləri 

və  qarşılıqlı  münasibətlərinin,  dövlətlə  vətəndaş  arasında  simmet-



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə