HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə32/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   28   29   30   31   32   33   34   35   ...   145

99 

 

sək,  qeyd  edə  bilərik  ki,  bəhs  edilən  ideoloji  cərəyanın  əsas  prin-



sipləri aşağıdakılardan ibarətdir: 

– dövlət  və  vətəndaşın qarşılıqlı mənəvi  məsuliyyəti gücləndi-

rilməlidir; 

–  fərdin  hüquq  və  azadlıqlarının  təmin  edilməsinə  yönəlik 

xüsusi hüquqi, ictimai şərait yaradılmalı və fərdin ictimai həyatda 

rolunun artırılmasına qarşı bütün məhdudiyyətlər aradan qaldırıl-

malı və bu istiqamətdə əhəmiyyətli tədbirlər görülməlidir

–  milli  maraqların  həyata  keçirilməsində  və  milli  həmrəyliyin 

təmin edilməsində əsas aktor qismində dövlət çıxış etməli və o, cə-

miyyətin birləşdirici, təşkiledici başlanğıcı qismində fəaliyyət gös-

tərməlidir; 

–  dövlət  milli  maraqları  və  dəyərləri  nəzərə  almaqla  hüquqi 

müstəvidə  davamlı  siyasi  islahatlar  həyata  keçirməli  və  fərdlərin 

müstəqil fəaliyyətinə geniş şərait yaratmalıdır; 

– dövlət demokratik şəraitdə insan və vətəndaş hüquq və azad-

lıqlarının bərqərar olunmasının başlıca təminatçısı olmalıdır; 

– sosial ədalət təmin edilməlidir. Məhz bu zaman əsas prinsip 

kimi insanların bərabərliyinin inzibati yollarla təmin edilməsi  de-

yil, fərdlərə bərabər imkanların yaradılması götürülməlidir

– inkişaf  kardinal dəyişikliklər və dağıdıcı üsullarla yox, tədri-

ci təkamül vasitəsilə baş tutmalıdır. Məhz bu zaman dövlət öz üzə-

rinə düşən bütün vəzifə və öhdəlikləri yerinə yetirməli, eyni zaman-

da, fərd – dövlət birliyi bu missiyanın həyata keçirilməsində təməl 

mexanizm olmalıdır. 

Beləliklə, ən müxtəlif nəzəri-konseptual mənbələrdə və tətbiqi 

araşdırmalarda belə bir yekun qənaət ifadə edilir ki, universal sə-

ciyyəli, milli dəyərlərin və rasional ənənələrin ehtiva olunduğu və 

adekvat  surətdə  əks  edildiyi  ideologiya  milli  gücün  keyfiyyət  ün-

sürü kimi dəyərləndirilməlidir. Başqa sözlə, bir milləti və ya xalqı 

digərindən  fərqləndirən,  onun  mənəvi  potensialını  ehtiva  edən, 

həmçinin,  milli  mövcudluğunun  mənəvi  əsasını  təşkil  edən  milli 

ideologiya  ümummilli  inkişafı  təmin  edən  keyfiyyət  ünsürü  kimi 

səciyyələndirilir. Çünki özündə ehtiva etdiyi ümumi prinsiplərə və 




100 

 

dəyərlərə müvafiq olaraq monist yox, universal səciyyəli milli ide-



ologiya  normativ-semantik  strukturuna  görə  fərdi  və  ictimai  şüu-

run  struktur  elementlərini  təkmilləşdirən  və  onun  bütövlüyünü  tə-

min  edən  mənəvi  mexanizm  qismində  çıxış  etməklə  yanaşı, 

ümummilli inkişafın da təkanverici keyfiyyət ünsürü və fundamen-

tal faktoru önəmi daşıyır. 

Bu,  bir  faktdır  ki,  universal  səciyyə  daşıyan  və  özündə  mütə-

rəqqi dəyərləri ehtiva edən milli ideologiyalar onun daşıyıcıları və 

tərəfdarlarını bir mərkəzdə birləşdirməklə yanaşı, ümummilli həm-

rəyliyi – bütövlüyü təmin edən, ictimai şüuru milli inkişaf mənbə-

yinə çevirən komponent kimi çıxış edir. Bu baxımdan, bir millətin 

və ya xalqın mənəvi potensialı əsasında təşəkkül tapmış milli ide-

ologiya qeyri-formal komponent kimi milli dövlətin sistematik inki-

şafını və bütövlüyünü təmin etməklə yanaşı, perspektiv birlik və fə-

aliyyət konturlarını müəyyənləşdirən amil kimi səciyyələndirilir...  

Qeyd etdiyimiz kimi, milli ideoloji sistem həm də milli inkişa-

fın təminatçısı qismində çıxış  edir. Çünki  milli  ənənələrlə müasir 

mənəvi  potensialı  uzlaşdıran,  rasional  prinsipləri  özündə  ehtiva 

edən  milli  ideologiya  fərdi  və  ictimai  şüurun  bütövlüyünü  təmin 

etməklə yanaşı, insanların sağlam ideoloji oriyentirlərini müəyyən-

ləşdirən və mənəvi şüurda rasional korreksiyalar edən inkişaf mən-

bəyi kimi səciyyələndirilir. Eyni zamanda, səfərbəredici, inteqrasi-

yaetdirici,  maarifləndirici,  tərbiyəedici  və  təbliğati  funksiyaları 

özündə  ehtiva edən ideologiya ümumi  ideya-siyasi  çağırışlar  əsa-

sında  ümummilli  birliyi,  bütövlüyü  və  həmrəyliyi  təmin  etməklə 

yanaşı,  ictimai  şüura  yeni  –  mütərəqqi  dəyərlərin  transformasiya 

olunması, ictimai-siyasi şüurun sağlam komponentlər əsasında for-

malaşması və dəyərlər sisteminin zənginləşməsi baxımından xüsu-

si önəm kəsb edir. Bu isə nəticə etibarilə insanların ictimai-siyasi 

təfəkkürünü gücləndirməklə ümummilli inkişafın mənəvi substratı-

nı təşkil etmiş olur... 

Məhz  bu  nöqteyi-nəzərdən  yanaşdıqda  təsbit  etmək  olur  ki, 

universal  ideoloji  formula  olmaq  etibarilə  azərbaycançılıq  ideolo-

giyası zamanın tələblərinə müvafiq olaraq dünya azərbaycanlıları-



101 

 

nı birləşdirən milli məfkurə, müstəqil Azərbaycan dövlətinin ideya 



əsası  kimi  çıxış  etməkdədir.  Bu,  eyni  zamanda,  ölkədəki  bütün 

dinlərin nümayəndələrinin və etnosların həmrəylik və qarşılıqlı an-

laşma içində yaşayışını təmin edən mənəvi mexanizm önəmi kəsb 

edir.  Bununla  əlaqədar  Ulu  öndər  Heydər  Əliyev  bildirirdi  ki, 



azərbaycançılıq  öz  milli  mənsubiyyətini,  milli-mənəvi  dəyərlə-

rini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri də-

yərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir.  

Bundan  başqa,  azərbaycançılıq  ideologiyası  çərçivəsində  diq-

qət  yetirilən  mühüm  strateji  istiqamətlərdən  biri  də  ana  dilimizin 

qorunmasıdır. Məlum olduğu kimi, dil təkcə insanlar arasında ün-

siyyət  vasitəsi  deyil.  Hər  nə  qədər  bu  fikir  yayğın  olsa  belə,  real-

lıqda dilin çoxsaylı funksiyası və cəhətləri vardır. Əlbəttə ki, dilin 

başlıca xüsusiyyəti insanlar arasında ünsiyyəti saxlamaqdır. Lakin 

dilin  ən  az  bunun  qədər  əhəmiyyətli  olan  millətin  millət  kimi, 

xalqın xalq kimi formalaşmasını təmin etmək, insanların fikirlərini 

ifadə  etməsi  ilə  təkamülü  şərtləndirmək,  eyni  zamanda,  dövlətin 

formalaşmasını,  cəmiyyətin  sosial-siyasi  strukturunu,  həmçinin, 

sosial-siyasi  institutların  funksionallığını  təmin  etmək  və  s.  kimi 

çoxsaylı funksiyaları vardır. Bu mənada hər bir xalqın dili o xalqı 

birləşdirən  başlıca  faktor,  dəyər  kimi  çıxış  etməklə  bərabər,  eyni 

zamanda,  xalqın  təşkilatlanmasını  təmin  edərək  dövlət  qurmasına 

qədər  gətirib çıxaran, bu sosial-siyasi hadisəni  təmin edən başlıca 

faktordur.  Ona  görə  də  uzun  əsrlərdən  bəri  ayrı-ayrı  hegemon 

güclər  hər  hansı  bir  xalqı  məhv  etmək,  assimilyasiya  etmək  is-

tədikdə  həmin  xalqın  dilini  əlindən  almağa  cəhd  etmişlər.  Dilini 

itirən xalq artıq xalq deyil. Tarixdə biz çoxsaylı hadisələrin şahidi-

yik ki,  məhz xalq  dilini itirdikdən sonra sürətlə  milli  kimliyini də 

itirmişdir. Məsələn, latınlar, hetlər, lidiyalılar, britlər, qallar və di-

gər  çoxsaylı  müxtəlif  xalqlar  var  ki,  onlar  dilini  itirdikdən  sonra 

xalq kimi də tarixin səhnəsindən silinmişlər.  

Bunun  ən  bariz  nümunəsini  Herodot  “Tarix”  əsərində  verir. 

Əsərdə  qeyd  edilir  ki,  Əhəməni  hökmdarı  Kir  Lidiya  çarı  Krezi 

əsir  götürdükdən  sonra  onun  həyatını  bir  şərtlə  bağışlayır:  Çar 



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə