HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə40/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   36   37   38   39   40   41   42   43   ...   145

124 

 

oriyentasiyalarının  dəyişilməsi,  idarəetmə  metodlarının  təkmilləş-



məsi və inteqrasiyanın sürətlənməsi; 

3.  İctimai-siyasi  təsisatlanmanın  sürətlənməsi,  effektiv  qərar 

qəbuletmə sisteminin formalaşdırılması və rasional liderin rəhbər-

liyi ilə siyasi sistemin struktur elementlərinin təkmilləşdirilməsi

4. Tranzitdən sonra bərqərar olunmuş dəyərlərin mənimsənilmə-

si və milli münasibətlərin yeni keyfiyyət çalarları ilə zənginləşməsi. 

Beləliklə, nəzərdən  keçirdiyimiz  demokratik tranzit formaları, 

modelləri və konsepsiyalarının  səciyyəvi xüsusiyyətlərini ümumi-

ləşdirərək belə bir nəticəyə gələ bilərik ki, özündə mürəkkəb mər-

hələlər və  prosedurları  ehtiva edən demokratik tranzit müvafiq öl-

kənin siyasi sisteminə, milli mental xüsusiyyətlərinə və cari situa-

tiv durumuna görə spesifik səciyyə daşıyır. Digər  tərəfdən, mərhə-

ləli transformasiya səciyyəsi daşıyan demokratik tranzit uzunmüd-

dətli proses olmaq etibarilə milli zəmində ictimai-siyasi ahəngdar-

lıq,  dinamizm  və  inteqrativ-simmetrik  tərəqqini  təmin  edən  tarixi 

mərhələ önəmi kəsb edir. 

Amma  müxtəlif  ölkələrin  nümunəsində  toplanılan  empirik 

faktlar belə bir nəticəyə gəlməyə əsas verir ki, modern cəmiyyət və 

qeyri-formal  milli  dövlət  quruculuğu  vəzifəsinin  fonunda  həyata 

keçirilən demokratik tranzit heç də xətti sabitlik və dinamik inkişa-

fın zəmanət altına alınması mənasına gəlmir. Belə ki, mürəkkəb ta-

rixi situasiyanın fonunda əsası qoyulan tranzit prosesinin milli mü-

nasibətlər zəminində davamlılığının təmin edilməsi lazımdır ki, ic-

timai-siyasi  müstəvidə  sabitlik,  ahəngdarlıq  və  dinamizm  təmin 

edilsin və reallaşdırılan siyasi-hüquqi islahatlar vasitəsilə milli in-

kişaf strategiyası mərhələli surətdə həyata keçirilsin. Məhz bundan 

sonra  demokratik  tranzitin  bütün  mərhələlərini  reallaşdırmaq 

mümkündür.  Lakin  demokratik  tranzit  ərəfəsində  olan  bəzi  ölkə-

lərdə  sistematik  strateji  tədbirlərin  müvafiq  tələblərə,  qanunauy-

ğunluqlara  və  reallıqlara  adekvat  surətdə  həyata  keçirilməməsi 

transformasiyanın  natamam  xarakter  almasına  səbəb  olur.  Məhz 



125 

 

belə  bir  situasiyanın  fonunda  həmin  cəmiyyətlərdə  demokratik 



tranzit  baş  tutmur  və  transformasiya  avtoritarizmdən  neoavtorita-

rizmə keçid formasında təzahür olunur. 

 

4.3. “Demokratiya” “silah”ı geosiyasi oyunlar 

       və siyasi manipulyasiya vasitəsi kimi 

 

Beynəlxalq  münasibətlər  sisteminin  təcrübi  məsələlərlə  təsbit 

edilmiş mühüm nəzəri-empirik gerçəkliklərindən biri də millətlər-

arası münasibətlərdə ideoloji, siyasi və iqtisadi müstəvidə cərəyan 

edən proseslərdə ümumbəşəri dəyərlərin nisbəti və təsiri məsələsi-

dir. Bu, bir faktdır ki,  beynəlxalq  münasibətlərin tərəddüdsüz qə-

bul edilən aktorlarından biri olan milli dövlətlərarası münasibətlər-

də müəyyən proseslər və olaylarla bağlı sövdələşmə predmeti kimi 

istifadə  edilən  vasitələrdən    biri  də  ümumbəşəri  səciyyə  daşımaq 

etibarilə  demokratiya  və  onun  fundamental  prinsipləridir.  Ümu-

miyyətlə,  demokratik  idarəetmə  və  düşüncə  tərzi  daha  çox  ayrı-

ayrı ölkələrə spesifik surətdə aid edilsə də, başqa sözlə, demokrati-

yaya bir ölkənin daxili idarəetmə səviyyəsi və səciyyəsini xarakte-

rizə  etmək  üçün  istinad  edilsə  də,  beynəlxalq  münasibətlər  siste-

mində  mütləq  mənada  demokratiyanın  təməl  prinsiplərindən  bəhs 

etmək  olmaz.  Çünki  beynəlxalq  münasibətlər  sistemi  və  dünya 

siyasətində aktorların davranışını şərtləndirən, motiv və stimul qis-

mində çıxış edən təməl kateqoriya milli maraq və mənafe anlayışı-

dır. Qısacası, milli dövlətlərin strateji aktlarının və müvafiq davra-

nış formalarının əsasında daimi və aralıq səciyyə daşıyan milli ma-

raqlar durur. 

Amma bütün bunlarla yanaşı, millətlərarası münasibətləri tən-

zimləyəcək,  münasibətlərə  dinamizm  və  ahəngdarlıq  bəxş  edəcək 

təməl prinsiplər mövcuddur ki, onlara nisbi və mütləq mənada isti-

nad və əməl edilməsi beynəlxalq münasibətlərin paritet, simmetrik 

əsasda nizamlanmasına mühüm töhfələr bəxş edir. Bunlara dövlət-

lərin, millətlərin maraqlarına hörmət edilməsi, onların daxili işləri-

nə qarışılmaması, milli strategiyaların qarşı tərəfin təhlükəsizliyinə 




126 

 

təhdid yaratmasına yol verilməməsi və sair kimi müddəalar aiddir.  



Lakin beynəlxalq münasibətlərin modern səciyyəvi xüsusiyyət-

lərinə  nəzər  saldıqda  müşahidə  etmək  olur  ki,  sahib  olduqları 

resurslara  və  potensial  ünsürlərinə  görə  dünya  siyasətinin  başlıca 

tendensiyalarını formalaşdırmaq və yönləndirmək iqtidarında olan 

bəzi güc mərkəzləri ümumbəşəri səciyyə daşıyan bir sıra dəyərlər-

dən təzyiq, təsir və müdaxilə vasitəsi kimi istifadə edirlər. Bunların 

başında isə demokratiya və insan haqları məfhumları gəlir.  

II  Dünya  müharibəsindən  sonra  beynəlxalq  münasibətlər  sis-

temində  özlərinin  milli  və  transmilli  maraqlarını  həyata  keçirmək 

üçün  ümumi  nizamlama  formulları  ortaya  çıxaran  imperialist 

güclər müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində beynəlxalq hü-

quq  normalarına  istinad  edilməsi  məsələsini  aktuallaşdırdılar  və 

bütün bəşəriyyətə aid edilən ümumi normalardan istifadə etməklə 

özlərinin geostrateji maraqlarını mərhələli surətdə həyata keçirmə-

yə başladılar. Məhz belə bir strateji aktın və niyyətin fonunda im-

perialist  güclər  nəzəri  cəhətdən  ümumbəşəri  səciyyə  daşıyan  də-

yərlərlə müəyyən edilmiş beynəlxalq hüquq normalarını monopoli-

yaya  aldılar  və  bu  normalardan  geostrateji  hədəflərlə  şərtlənmiş 

imperialist  ekspansiyanın  ideoloji  substratları  qismində  istifadə 

etməyə başladılar. Artıq bəhs edilən güc mərkəzləri müxtəlif ölkə-

lərə münasibətdə özlərinin transmilli maraqlarını gerçəkləşdirə bil-

mədikləri  hallarda  demokratiya  və  insan  haqları  məsələlərindən 

təzyiq  silahı  kimi  istifadə  taktikasına  müraciət  edirdilər.  Başqa 

sözlə, ümumbəşəri dəyərlər imperialist güclərin timsalında “qılınc” 

və  “qalxan”  qismində  istifadə  edilirdi.  Məhz  bunun  qanunauyğun 

nəticəsidir  ki,  XX  əsrin  60-70-ci  illərində  “demokratiyanın  təmin 

olunması”,  “insan  haqlarının  bərqərar  olunması”  adları  altında 

müxtəlif ölkələrdə bu və ya digər səviyyəli çevrilişlər edildi və bir 

sıra ölkələr sözün əsl mənasında xaos və anarxiya meydanına çev-

rildi. Bundan sonra isə müxtəlif geosiyasi məkanlarda “demokrati-

ya  dalğaları”  kimi  təsvir  edilən  “demokratik  tranzit”  proseslərinə 

start verildi və bu olayların fonunda qazananlar ixrac demokratiya-

sının bərqərar olunduğu ölkələr – idxalçılar yox, özlərinin geostra-



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə