133
inkişafın strateji substratlarının formalaşdırılması və onun davam-
lılığının təmin edilməsi üçün özündə milli dəyərlər sistemini ehtiva
edən inkişaf və transformasiya modelinə istinad etmək zəruridir.
Bütün bunların fonunda bir daha belə bir nəticəyə gəlmək olur
ki, Ulu öndər Heydər Əliyevin milli mental xüsusiyyətlərə və də-
yərlərə müvafiq surətdə başlatdığı demokratik transformasiyanın
milli modelinin Prezident İlham Əliyev tərəfindən dövrün reallıq-
larına və qanunauyğunluqlarına müvafiq surətdə yeni keyfiyyətdə
davam etdirilməsi siyasi sistemin təməl struktur elementlərinin
təkmilləşməsinə təkan verməklə yanaşı, hüquqi dövlət və vətəndaş
cəmiyyətinin mütləq komponentlərinin bərqərar olunmasını da
şərtləndirmiş oldu. Nəticə etibarilə, milli demokratiya modelinin
fonunda siyasi və iqtisadi islahatların paralel surətdə effektiv və
operativ şəkildə aparılması milli inkişafın fundamental deter-
minantı qismində çıxış etmiş oldu.
135
V FƏSİL
HÜQUQİ DÖVLƏT VƏ VƏTƏNDAŞ CƏMİYYƏTİ
QURUCULUĞU MİLLİ İNKİŞAF STRATEGİYASININ
BAŞLICA İSTİQAMƏTİ KİMİ: NƏZƏRİ-EMPİRİK
MƏSƏLƏLƏR VƏ AZƏRBAYCAN NÜMUNƏSİ
5.1. Hüquqi dövlət anlayışı: tarixi kökləri, təşəkkülü
xüsusiyyətləri və modern səciyyəsi
Müasir siyasi-hüquqi leksikonda ən çox istifadə və istinad edi-
lən anlayışlardan biri də hüquqi dövlət məfhumudur. Təsadüfi de-
yil ki, demokratik transformasiya nəzəriyyələrində və modern cə-
miyyət quruculuğuna dair sistematik konsepsiyalarda hüquqi döv-
lət quruculuğu demokratikləşmə strategiyası və prosesinin birinci
dərəcəli struktur elementi kimi səciyyələndirilir.
Bəs hüquqi dövlət nədir, bu anlayış özündə hansı səciyyəvi xü-
susiyyətləri və struktur elementlərini ehtiva edir? Bir çox nəzəriy-
yəçilər və araşdırmaçılar hüquqi dövlət məfhumunu legitim haki-
miyyət anlayışı ilə eyniləşdirsələr də, bunlar tamamilə fərqli kate-
qoriyalar kimi səciyyələndirilməlidir. Əslində, legitim hakimiyyət
hüquqi dövlətin bir göstəricisi və ya təməl struktur elementidir. El-
mi ədəbiyyatda isə hüquqi dövlətə məhz bu cür tərif verilir: “Hü-
quqi dövlət siyasi hakimiyyətin daşıyıcısı və hüququn subyekti
kimi onun fərdlərlə qarşılıqlı münasibətlərinin təşkili və idarə
olunmasının qanuni, leqal formasıdır”.
Ümumiyyətlə, antik dövrdən başlayaraq bir çox siyasi-hüquqi
təlimlərdə hüquqi dövlətin təməl xüsusiyyətləri və elementləri təs-
vir edilsə də, bu anlayış XVIII əsrin sonu-XIX əsrin əvvəllərində
meydana gələn müvafiq sistematik konsepsiyalarda əks olunmuş-
dur. XIX əsrin əvvəllərində nəzəriyyəçi-alimlər K.Velker və R. fon
Mol tərəfindən işlədilən hüquqi dövlət məfhumu zaman keçdikcə
hüququn aliliyinin və qanunların hökmranlığının təsbit olunduğu
dövlət forması kimi səciyyələndirilməyə başlandı. Bu sahədə bir
136
çox nəzəriyyələr və konsepsiyalar yaradıldı və hüquqi dövlət məf-
humu daha çox real olanla ideal arasındakı aralıq mövqedə qərar-
laşdırıldı.
İlk əvvəllər hüquqi dövlət forması nəzəri mənbələrdə həddən
artıq-ifrat şəkildə ideal məfhum kimi səciyyələndirilirdi, amma
zaman keçdikcə praktik müstəvidə müşahidə edilən reallıqlar hü-
quqi dövlət anlayışına yanaşmanı dəyişdirdi. Artıq hüquqi dövlət
dedikdə hüququn aliliyinin, qanunların hökmranlığının təsbit
edildiyi, insan və vətəndaş hüquq və azadlıqlarının mütləq surət-
də təmin və müdafiə olunduğu idarəetmə forması nəzərdə tutulur.
Bunlarla yanaşı, hüquqi dövlətə xas olan spesifik, səciyyəvi xü-
susiyyətlər sırasına hakimiyyət bölgüsü (qanunverici, icraedici və
məhkəmə hakimiyyəti), konstitusion idarəetmə sistemi, dövlətlə
vətəndaşların qarşılıqlı məsuliyyətinə əsaslanan leqal münasibət-
lər sistemi kimi fundamental hüquqi substratlarla təsbit edilmiş
əlamətlər aid edilir.
Eyni zamanda, hüquqi dövlət forması və məfhumundan bəhs
edərkən “xalq suverenliyi” və “milli suverenlik” anlayışları da
diqqət mərkəzinə çəkilir. “Xalq suverenliyi” dedikdə mütləq sub-
strat kimi xalqın iradəsinin təsbit edilməsi nəzərdə tutulur. Amma
bu yanaşma özündə mütləq surətdə reallığa əsaslanan elementləri
ehtiva etmir. Çünki ictimai-siyasi proseslərin subyekti qismində
bütöv xalq deyil, ayrı-ayrı aktorlar çıxış etdiyindən xalqın iradəsi-
nin mütləq substrat qismində qəbul edilməsi düzgün deyil. Doğru-
dur, xalqın iradəsi hüquqi dövlətin mütləq komponentidir, amma
onu vahid substrat qismində səciyyələndirmək real proseslərin, sta-
tik və dinamik durumun məntiqinə müvafiq deyil. Bununla yanaşı,
“milli suverenlik” anlayışı da özünün mahiyyəti və əlamətləri ilə
hüquqi dövlət formasının struktur elementi kimi səciyyələndirilir.
“Milli suverenlik” dedikdə, ilk növbədə, milli iradə anlayışı ön
plana çəkilir və milli münasibətlər sistemində idarəetmə subyektlə-
rinin iradəsi təməl substrat qismində qəbul edilir. Məhz bu faktor
hüquqi dövlətin fonunda milli iradənin legitim və leqal forması ki-
mi səciyyələndirilir.