137
Beləliklə, hüquqi dövlət dedikdə, ilk növbədə, qanunların
aliliyi, hüquqi norma və qaydaların üstünlüyünün təsbit olunduğu,
mütəmadi siyasi-hüquqi islahatların reallaşdırıldığı, subyektlərin
fəaliyyətinə legitim və leqal surətdə rəqabətə əsaslanan plüralist
mühitin yaradıldığı, ictimai-siyasi təsisatlanmanın hüquqi substrat-
larının formalaşdırıldığı ali sosial-siyasi təsisat nəzərdə tutulur.
Məhz bu cür dövlətin idarəetmə sistemi və fəaliyyət mexanizminin
əsasını hüquqi normalar, qaydalar və substratlar təşkil edir.
5.2. Vətəndaş cəmiyyəti: ideya əsasları
və səciyyəvi xüsusiyyətləri
Siyasi-hüquqi leksikonda ən çox istifadə və istinad edilən növ-
bəti anlayışlardan biri də vətəndaş cəmiyyəti məfhumudur. Vətən-
daş cəmiyyəti anlayışı elmi ədəbiyyatda müxtəlif təriflərlə səciyyə-
ləndirilsə də, ən müxtəlif yanaşmalarda mahiyyət etibarilə eyni nə-
ticə və qənaətlər əldə edilməkdədir. Bir çox mənbələrdə vətəndaş
cəmiyyəti sosial ideal və real ictimai vəziyyət arasındakı nisbəti
ifadə edən anlayış kimi səciyyələndirilir. Ümumiyyətlə, vətəndaş
cəmiyyəti siyasi sistemin struktur elementi olsa da, qeyri-siyasi tə-
mayülü və xarakteri ilə fərqlənir. Belə ki, vətəndaş cəmiyyəti döv-
lətdən asılı olmayan, amma dövlətlə əlaqəsi olan, inzibati deyil,
könüllü qaydada yaradılan sosial birlikdir. Başqa sözlə, vətəndaş
cəmiyyəti mülki şəxslərin könüllü birləşməsi nəticəsində yaranan,
özünütənzimləmə və özünüidarə mexanizminə malik olan, qeyri-
siyasi səciyyəsi ilə sivil şəxslər və münasibətlər sistemini ehtiva
edən ictimai birlik kimi səciyyələndirilir.
Jan Jak Russo qeyd edir ki, insanın başlıca sosial tələbatların-
dan biri də birlikdə yaşamaqdır. Məhz buna görə sosial varlıq ol-
maq etibarilə insan daim yeni birliklərə can atır. J.J.Russonun qə-
naətincə, cəmiyyət təkmilləşdikcə insanlar yeni sosial birlik forma-
sında yaşayırlar. Məhz bu cür sosial birliyi Russo vətəndaş cəmiy-
yəti adlandırır.
138
Q.F.Slesarov isə qeyd edir ki, vətəndaş cəmiyyəti hüquqi döv-
lətdə formalaşan sosial birlikdir. O, vətəndaş cəmiyyətini məhz bu
cür təsvir edir: “Vətəndaş cəmiyyəti sosiumun nümayəndələri-
nin könüllü surətdə birləşdiyi, münasibətləri ümumi şəkildə
qəbul edilən norma və dəyərlərlə tənzimlənən və qeyri-siyasi
səciyyəsi ilə fərqlənən ümumi ictimai birlikdir”.
Q.F.Slesarov bildirir ki, vətəndaş cəmiyyəti cəmiyyət həyatının
bütün sahələrində könüllü yaranan qeyri-dövlət strukturlarını (bir-
liklər, ictimai təşkilatlar, assosiasiyalar və s.) özündə ifadə etməklə
yanaşı, bir çox istiqamətləri (sosial, mədəni, iqtisadi, hüquqi) ehti-
va edən münasibətlər məcmusu kimi dəyərləndirilməlidir.
Y.İ.Averyanovun elmi redaktorluğu ilə nəşr edilən politologi-
yaya dair ensiklopedik lüğətdə isə qeyd olunur ki, vətəndaş cəmiy-
yəti dövlətdən asılı olmayan, inzibati qayda və normalarla tənzim
və idarə edilməyən, fəaliyyət mexanizmini sivil qarşılıqlı maraqlar
əsasında formalaşdıran, üzvləri arasında iqtisadi, mədəni, sosial və
hüquqi münasibətlərin mərkəzi qismində çıxış edən ictimai təsisat-
dır.
Vətəndaş cəmiyyəti özünün spesifik funksiyaları ilə cəmiyyət-
də üzvi bütövlük, ahəngdarlıq və ümumi inkişafı təmin edən mexa-
nizm kimi çıxış edir. Bunu təsdiq etmək üçün vətəndaş cəmiyyəti-
nin bir neçə funksiyasına nəzər yetirmək məqsədəmüvafiqdir:
– Sosiallaş(dır)ma funksiyası: vətəndaş cəmiyyəti könüllü nü-
mayəndələri özündə birləşdirən birlik olduğundan həm üzvlərinin,
həm də münasibətdə olduğu subyektlərin sosiallaşma səviyyəsinə
müsbət təsir edən sosium qismində çıxış edir. Belə ki, eyni təsisat
daxilində mədəni, iqtisadi, sosial və hüquqi münasibətlərdə olan
subyektlər qarşılıqlı surətdə bir-birilərinin sosiallaşmasına təsir
etməklə yanaşı, yeni münasibətlər sisteminin formalaşmasını da
şərtləndirirlər. Məhz bunun nəticəsi kimi, subyektlərin iştirakçılıq
səviyyəsi artır və münasibətlərin əhatə dairəsi genişlənir;
– Kommunikativ (əlaqələndirici) funksiya: vətəndaş cəmiyyəti-
139
nin nümayəndələri arasındakı sosial, iqtisadi, hüquqi və mədəni
münasibətlər sisteminin formalaşdırılması və inkişaf etdirilməsi
üçün xüsusi önəm kəsb edir;
– İnteqrasiya funksiyası: bu, ümumi sosiumun tərkibində “mər-
kəzdənqaçma” meyillərini neytrallaşdırmaqla yanaşı, sosial, hü-
quqi, mədəni və iqtisadi münasibətlər sisteminin aktorları arasın-
da qarşılıqlı əlaqələri təmin və mühafizə edən mexanizm qismində
çıxış edir. İnteqrativ funksiya münasibətlər sistemini tənzimləyən
və ahəngdarlığı təmin edən mühüm vasitə kimi də dəyərləndirilə
bilər;
Beləliklə, yuxarıda sadalanan funksiyalar da deməyə əsas verir
ki, vətəndaş cəmiyyəti öz funksionallığı etibarilə sosiumda inteqra-
siya, kommunikasiya, həmrəylik, bütövlük və ahəngdarlığı təmin
edən mexanizm kimi dəyərləndirilə bilər. Bu baxımdan, qeyri-for-
mal milli dövlət və modern cəmiyyət quruculuğunun mühüm stra-
teji istiqamətlərindən biri olmaq etibarilə vətəndaş cəmiyyəti quru-
culuğu hər bir demokratik və hüquqi dövlətin qarşısında duran fun-
damental vəzifələrdən biri hesab edilir.
5.3. Azərbaycanda hüquqi dövlət quruculuğu və vətəndaş
cəmiyyətinin mütləq komponentlərinin bərqərar olunması:
mərhələləri, spesifikası və nəticəsi
Qeyd etdiyimiz kimi, müstəqillik əldə etdikdən sonra Azərbay-
canın qarşısında duran təməl strateji vəzifələrdən biri və birincisi
qeyri-formal milli dövlət və modern cəmiyyət quruculuğu prosesi-
nin əsasının qoyulması və onun davamlılığının təmin edilməsi idi.
Bunun üçünsə siyasi, iqtisadi, hüquqi və digər sahələrdə sabitləşdi-
rici mexanizmlər yaradılmalı və bunun ardınca bəhs edilən istiqa-
mətlərdə fundamental struktur islahatları həyata keçirilməli idi.
Amma müstəqilliyin ilk iki ilində (1991-1993-cü illər) ölkəyə rəh-