147
İnsan hüquqları dövlət və onun vətəndaşları arasında fərdə qa-
nunlar çərçivəsində sərbəst hərəkət etmək (hüquqların bu forması
azadlıq adlandırılır), yaxud müəyyən rifah və nemətlər əldə etmək
imkanı verən qarşılıqlı münasibətlərin fundamental norma və
prinsipləridir. Eyni zamanda, insan hüquqları fərdin azadlığının di-
gər şəxslərin azadlığı, cəmiyyət və dövlətin funksionallığının tə-
min edilməsi ilə uzlaşdırılması əsasında insanların qarşılıqlı müna-
sibətlərinin əlaqələndirilməsinin, ziddiyyətlər, konfrantasiyalar və
münaqişələrin qarşısının alınmasının normativ formasıdır.
Bu və ya digər formada ifadə olunan insan hüquqları problemi
tarixin bütün mərhələlərində mövcud olmuş və fərdin hakimiyyət-
lə qarşılıqlı münasibətləri məsələsinin izahı və müzakirə predmeti
kimi çıxış etmişdir. Elmi ədəbiyyatda ümumi şəkildə fərdlə haki-
miyyətin qarşılıqlı münasibətlərinin əsasən üç modeli göstərilir.
Birincisi, bu münasibətlərin totalitar modeli cəmiyyət və dövlətin
eyniləşdirilməsindən, bütöv hissə üzərində üstünlüyü və fərdin
dövlətə tam tabe olmasından çıxış edir. Bu model insan hüquqları
probleminin qoyuluşunu istisna edir, çünki fərdə burada bütövün
üzvi və ayrılmaz hissəsi kimi baxılır.
İkinci model kimi fərdiyyətçi yanaşma dövlətlə münasibətdə
fərdin üstünlüyünə əsaslanır. Daha da dəqiqləşdirsək, bu model
“azad şəxsiyyətin hakimiyyətin, o cümlədən dövlətin özünün son
mənbəyidir” tezisindən çıxış edən liberalizmdə təmsil olunur.
Qeyd olunur ki, dövlət isə azad fərdlərin razılığı, müqaviləsinin
nəticəsidir. O, xalqa hesabat verməli və yalnız ciddi surətdə məh-
dudlaşdırılan funksiyaları – vətəndaşların təhlükəsizliyi və azadlı-
ğının təmin edilməsi, ictimai qayda-qanunun təmin və mühafizə
olunmasını yerinə yetirməlidir. Qeyri-siyasi sahələrdə isə fərd və
hakimiyyətin qarşılıqlı münasibətləri və bu sferalarda şəxsiyyət
azadlığı və ləyaqətinin təsdiq edilməsi liberalizm ideoloji cərəya-
nında nəzərdən keçirilmir. Bunun nəticəsində insan hüquqları
problemi əsasən hakimiyyətin qəsdlərindən mühafizə edən hüquq-
lar formasında təsbit edilir.
Müasir siyasi elmdə üçüncü model – fərd və hakimiyyət müna-
148
sibətlərinə partisipator (iştiraklı) yanaşma üstünlük təşkil edir. Bu
yanaşma şəxsiyyətə fərdlərlə ittifaqda dövlət yaradıb və müəyyən
məsələlərdə ona tabe olmaq məcburiyyətində cəmiyyətdən ayrı və
müstəqil olan fərd kimi baxmır, şəxsiyyət, cəmiyyət və dövlət ara-
sında münasibətlərin ziddiyyətliliyi və ayrılmazlığından çıxış edir.
Bu halda insan hüquqları probleminin təsbit edilməsinə sırf fərdin
dövlət müdaxiləsindən qorunması kimi deyil, dövlətdən şəxsiyyə-
tin azad yaşaması və inkişafı üçün ən məqbul şəraitin istifadə olun-
ması kimi baxılır.
Bundan başqa, insan və vətəndaş hüquq və azadlıqlarına əsas-
lanan demokratiya konsepsiyası çərçivəsində daha bir neçə model
hazırlanmışdır. Qənaətimizcə, onlardan araşdırmaçılar tərəfindən
insan hüquqları, azadlıq və demokratiyanın inkişafı səviyyəsinin
analizi üçün geniş istifadə olunan “liberal demokratiya” və “inteq-
rativ demokratiya” modelləri daha çox diqqəti cəlb edir. Məsələn,
“inteqrativ demokratiya” modelinin tərkib hissəsi olan hüquqlar
konsepsiyasına görə, insan hüquqları siyasi təsisatların dəyərləndi-
rilməsinə xidmət edir, sosial-siyasi inanclar sisteminin vacib ele-
mentləri, insanların birliyi, ümumi ləyaqət və humanizmin ifadəsi
kimi çıxış edir.
Demokratik cəmiyyətlərdə insan hüquqlarının təmin və müha-
fizə olunması ali dəyər və məqsəd hesab edilir. Məhz buna görə in-
san və vətəndaş hüquq və azadlıqlarının konstitusiyada və qanun-
larda təsbit edilməsi dövlət idarəçiliyinin təməl strateji prinsipi ki-
mi çıxış edir. Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlar
şəxsiyyətin fərdi fəallıq potensialının ölçüsü qismində çıxış edir.
Məhz bu cür cəmiyyətlərdə vətəndaşların konstitusion əsasda təs-
bit edilmiş hüquq və azadlıqlarının müdafiəsi məqsədilə yaradılmış
mexanizmlər səmərəli surətdə işləyir.
Bir çox araşdırmaçılar qeyd edirlər ki, insan hüquqları ictimai
inkişafın ən dəyərli oriyentasiyalarından biri olmaqla dövlətin xa-
rakterinə və fəaliyyət mexanizminə əhəmiyyətli təsir etmişdir, çün-
ki onlar dövlət hakimiyyətini məhdudlaşdıraraq onunla fərd arasın-
da demokratik səciyyəli qarşılıqlı münasibətlərin qurulmasına sə-
149
bəb olmuşdur.
F.M.Rudinski bildirir ki, insan hüquqları onun azadlığının öl-
çüsü, şəxsiyyətin beynəlxalq və dövlətdaxili hüquq normalarında
əks olunmuş ayrılmaz xüsusiyyətləridir: “Onlar insanın inkişafı,
onun mənafelərinin müdafiəsi üçün daha vacib imkanları tə-
min edir, bununla yanaşı, insan hüquqları bütün bəşəriyyətə
təhdid yaradan təhlükələrin qarşısının alınması vasitəsidir”.
İnsan və vətəndaş hüquqları təkcə fərdin fəaliyyət göstərdiyi
ictimai münasibətlərin xarakteri ilə deyil, həm də bio-sosial varlıq
kimi insanın təbiəti ilə müəyyən olunur. Məhz insanın bioloji və
ictimai tələbatı şəxsiyyətin hüquq və azadlıqlarının əsasında durur.
Həm beynəlxalq, həm də dövlətdaxili ictimai münasibətlərin inki-
şafı bu tələbatın təzahürünə, onların hüquqi nöqteyi-nəzərdən təs-
bit olunmuş hüquq və azadlıqlarda ifadə edilməsinə və bu hüquq
və azadlıqlar sisteminin təkmilləşməsinə şərait yaradır. Cəmiyyətin
hər bir üzvünə təbii hüquq və azadlıqlar xasdır ki, onları da təmin
etmədən onun sosial və ya siyasi subyekt kimi fəaliyyətini normal
surətdə təmin etmək olmaz. Bu hüquqlardan yaşamaq hüququnu
insan doğulduğu gündən əldə edir, digər təbii hüquq və azadlıqları
isə o, sosial subyekt kimi qazanmış olur.
İngilis alimi Con Lokk (1632-1704) “Dövlət idarəetməsi haq-
qında iki traktat” (1690) əsərində yazır ki, azadlığın etibarlı təminat-
çısı hakimiyyət bölgüsüdür və azadlıq rejiminə dövlətdə hakimiyyət
səlahiyyətlərinin bərabər bölüşdürülməsi yolu ilə nail olmaq olar.
Fransız filosof Şarl Moneskye (1689-1755) “Qanunların ruhu
haqqında” əsərində bununla bağlı yazır: “Elə ola bilər ki, azad
dövlət quruluşunda da vətəndaş azad olmasın, yaxud vətənda-
şın azadlığı olsa da, quruluşu azad adlandırmaq olmaz... Qa-
nunlar olan dövlətdə... azadlıq qanunlarla icazə verilmiş hər
şeyi etmək hüququdur. Əgər vətəndaş bu qanunlarla qadağan
edilənləri edə bilsə idi, onda onun azadlığı olmazdı, çünki onla-
rı digər vətəndaşlar da edərdi”.
Bizim fikrimizcə, liberalizmin nümayəndələrinin insan hüquq-
ları sahəsindəki nəzəri fikirləri və baxışlarının tarixi əhəmiyyəti
Dostları ilə paylaş: |