156
hansı bir xüsusi quruculuq, yaradıcılıq hərəkətlərini tələb etmir.
Pozitiv hüquqlar dövlətin, cəmiyyətin insana müəyyən rifahın
(əmək, təhsil, istirahət, sosial yardım və s. hüquqlar) təqdim olun-
ması vəzifəsi kimi izah olunur. Bu halda bu hüquqların təminatı bi-
lavasitə dövlətin sosial-iqtisadi inkişaf səviyyəsindən, siyasi siste-
min demokratikliyindən, hakim dairələrin müvafiq dövlət siyasəti-
nin real surətdə həyata keçirilməsində maraqlı olmasından və cə-
miyyətin idarəetməsinin bu xarakterini təmin edə bilən dövlət qul-
luqçularının peşəkarlığından asılıdır.
Araşdırmaçılar tərəfindən fərdin hüquq və azadlıqlarının daha
konkret təsnifatı verilir: onlar vətəndaş (şəxsi), siyasi, iqtisadi, so-
sial və mədəni hüquqlar formasında təsnif edilir.
Vətəndaş (şəxsi) hüquqları, əsasən, neqativ hüquq səciyyəsi
daşıyan təbii, əsas və ayrılmaz insan hüquqlarıdır. Onlar insanın
dünyaya gəldiyi andan etibarən əldə etdiyi yaşamaq və təbii azad-
lıq kimi təməl hüquqlardan törəyir və şəxsiyyətin fərdi azadlığı və
muxtariyyatını, onun dövlətin və başqa adamların təzyiqindən mü-
dafiə edilməsinə yönəlir.
Fərdin birinci dərəcəli hüquqlarına azadlıq və şəxsi toxunul-
mazlıq (fiziki və psixi mənada) aid edilir. Bununla yanaşı, fərd
ciddi qanun pozuntusuna yol verdikdə məhkəmənin hökmü ilə
azadlıqdan məhrumetmə cəzasına məruz qalır. Şəxsiyyət azadlığı
insanın onun haqqında dövlət müəssisələrindəki informasiyanı əl-
də etmək və ona düzəliş etmək hüququ ilə bağlıdır. Şəxsi hüquqla-
ra şəxsiyyət ləyaqəti, vicdan azadlığı, mənzil toxunulmazlığı, gizli
yazışma, şərəf və ləyaqətin müdafiəsi, ölkə ərazisində yerdəyişmə
və yaşayış yerinin seçimi azadlığı, emiqrasiya etmək və s. hüquq-
lar aiddir.
Siyasi hüquqlar vətəndaşların dövlətin idarə olunmasında və
ictimai həyatda fəal iştirak etmək imkanlarını müəyyən edir. Onla-
ra seçib-seçilmək hüququ, ittifaq və assosiasiyaların, nümayiş və
iclasların azadlığı, söz, fikir, özünüifadə və mətbuat azadlıqları və
digərləri aiddir.
Vətəndaşların siyasi hüquq və azadlıqlarının sosial məzmunu-
157
nu dövlət hakimiyyəti tərəfindən tanınan və hüquqi normalarda
təsbit olunan siyasi azadlıqlar təşkil edir. Siyasi azadlıq cəmiyyət-
də mövcud olan şəxsiyyətin sosial azadlığının bir növü (forması)
olmaqla, ilk növbədə, bütövlükdə cəmiyyətin, həmçinin, təmsil et-
diyi sosial birliyin azadlığı ilə müəyyən olunur.
Siyasi azadlıq xalq hakimiyyətinin həyata keçirilməsində, döv-
lətin və cəmiyyətin idarə olunmasında faktiki sosial imkanların
(azadlıqların) məcmusundan ibarətdir. Şəxsiyyətin siyasi hüquq və
azadlıqları vəhdət təşkil etməklə cəmiyyətin siyasi azadlığının sə-
viyyəsini səciyyələndirir və onların reallaşması dərəcəsi cəmiyyə-
tin iqtisadi rifah halından, siyasi rejimin xarakteristikasından, siya-
si mədəniyyət və mədəni həyat tərzindən asılıdır. Bununla belə,
fransız politoloqu R.Aron özünün “Azadlıq haqqında esse” əsərin-
də A.Tokvilin “müasir cəmiyyətin şəraitlərinin bərabərliyi və de-
mokratiya vasitəsilə qiymətləndirilməsi”nə dair yanaşması ilə razı-
laşaraq texniki sivilizasiyanın tələbatları və sözün əsl mənasında
siyasi azadlığın bir-biri ilə nə dərəcədə uzlaşması probleminin ol-
duğunu əsaslandırmağa çalışır.
Araşdırmaçıların fikrincə, siyasi azadlığın hər bir azadlıq kimi
obyektiv mövcud olan sərhədləri var. Eyni zamanda, dövlət də
şəxsiyyətin siyasi sahədə azadlıqlarını məhdudlaşdıra bilir. Lakin
dövlətin vətəndaşlarının siyasi tələbatı və maraqlarının ödənilməsi-
nə şərait yaratmaq sahəsində vacib vəzifələri vardır. Dövlət siyasə-
ti və təcrübəsinin qanunauyğunluğundan hər hansı bir formada kə-
nara çıxılması dövlətin və hüququn demokratik xarakterinin defor-
masiya olunmasına gətirib çıxarır.
Araşdırmaçı N.Vitruk siyasi hüquq və azadlıqların onların əsa-
sında duran faydanın növünə görə aşağıdakı təsnifatını verir:
1) vətəndaşlıq vasitəsilə şəxsin dövlətə mənsubiyyəti ifadə olunan
hüquqlar – vətəndaşlıq və onu dəyişmək hüququ, sığınacaq
hüququ;
2) vətəndaşların qanun qarşısında bərabərliyi prinsipindən irəli
gələn hüquqlar;
158
3) seçki vasitəsilə xalq hakimiyyətinin formalaşdırılması, cəmiyyət
və dövlətin idarə edilməsi ifadə edilən hüquqlar: seçki hüquqları,
referendumda iştirak etmək hüququ, dövlət aparatında seçkili vəzi-
fə tutmaq hüququ, dövlət orqanlarına müraciət etmək, əmək kol-
lektivlərinin yığıncaqlarında iştirak etmək hüquqları və s.;
4) ictimai həyatın hər hansı sahəsində fikir, əqidə azadlığı;
5) birləşmək azadlığı;
6) vətəndaşların hüquqları və qanuni maraqlarının müdafiəsinə
yönələn hüquqlar.
Əksər dövlətlərin konstitusiyalarında vətəndaş hüquqları siyasi
hüquqlarla bir qrupda birləşdirilir. Buna səbəb onların hər ikisinin,
əsasən neqativ xarakter daşıması, həmçinin, bəhs edilən hər iki növ
hüquqların fərdi və ictimai təzahürlərdə şəxsiyyətin azadlığının tə-
min olunmasına yönəlməsidir. Totalitar idarəetmə sisteminin hökm
sürdüyü dövlətlərdə siyasi hüquqların təmin olunması formal xa-
rakter daşıyır. Beləliklə, konstitusion əsasda bəhs edilən hüquq və
azadlıqlar təsbit edilsə də, təcrübi müstəvidə onların reallaşdırıl-
ması mümkün olmur. Avtoritar rejimlərdə siyasi hüquq və azadlıq-
lar konstitusion əsasda təsbit olunur, amma hakim qüvvələrin müt-
ləq zorakı iradəsi vətəndaşları bu hüquq və azadlıqlardan istifadə
etməkdən məhrum edir.
İqtisadi hüquqlar fərdlər tərəfindən təsərrüfat fəaliyyətinin əsas
faktorlarından, yəni mülkiyyət və əməkdən azad istifadə,
həmçinin, bu sahədə təşəbbüskarlıq azadlığın təmin olunması ilə
bağlıdır. Bu hüquqlar arasında xüsusi yeri şəxsi mülkiyyət hüququ
tutur. Bir çox konsepsiyalarda insan və vətəndaş hüquqlarından
bəhs edərkən, ilk növbədə, şəxsi mülkiyyət hüququ ön plana
çəkilir. Bu hüququn qanuni yolla tanınması və həyata keçirilməsi
müasir bazar iqtisadiyyatının hüquqi əsaslarını təşkil edir. Şəxsi
mülkiyyət hüququ tarixən sahibkarlıq fəaliyyəti azadlığını və azad
əmək hüququnu nəzərdə tutur.
Sosial, mədəni və pozitiv mənada başa düşülən bəzi iqtisadi