PptxGenjs presentation



Yüklə 1,76 Mb.
səhifə1/3
tarix28.11.2023
ölçüsü1,76 Mb.
#138344
  1   2   3
Abbasova Əminə


XƏZƏR UNİVERSİTETİ
Tələbə: Abbasova Əminə
Fənn: Life Science
Mövzu: Qanaxmanın növləri və qanaxma zamanı ilkin tibbi yardım
Qanaxmanın Növləri və Qanaxma Zamanı İlkin Tibbi Yardım
Qanaxma — hər hansı travma zamanı qan damarlarının zədələnməsidir. Qan 
bədən boşluqlarına axarsa, daxili qanaxma adlanır.
Qanaxmanın növləri
Kapilyar qanaxmalar
    • Bu qanaxmalar qan dövranı sisteminin üst təbəqəsi zədələndiyi halda baş verir. Bu halda qan yavaş axaraq yaranı nazik qatla örtür.

Venoz qanaxmalar
    • Bu zaman işlənmiş qanı orqanlardan ürəyə daşıyan damarlar zədələnir. Oksigenlə zəngin olmayan belə qan tünd qırmızı rəngdə, yapışqan və qatı olur. Bu zaman qan eyni həcmdə olmaqla yavaş axır. Əlamətlər: Qan yaradan sakit axır. Qan tünd-qırmızı rəngli olur. Kapilyar qanaxmada yara qan verir və axan qan tez laxtalaşır.

Arterial qanaxmalar
    • Bu halda qanı ürəkdən orqanlara daşıyan damarlar zədələnir. Oksigenlə zəngin olan belə qan duru və açıq qırmızı rəngdə olur. Belə qanaxma zamanı qan, yaradan güclü fontan şəklində axır, qan ürək nəbzinə uyğun olaraq pulsasiya edir.

Ən təhlükəli qanaxma arterial qanaxmadır. Bu zaman fəvvarə şəklində al qırmızı qan sürətlə damardan xaric olur və zərərçəkmiş bir neçə dəqiqə ərzində çoxlu qan itirə bilər. Dərhal qanaxmanı saxlamaq üçün tədbirlər görülməlidir.
Turna və ya əl altında olan hər hansı vasitədən (ip, rezin, parça, bel kəməri və s.) istifadə etməklə zədə nahiyəsindən yuxarıda iri magistral damarları turna ilə sıxmaqla qanaxmanı saxlamaq lazımdır. Əl altında heç nə olmadıqda iri magistral damarı barmaqla sümüyə doğru sıxmaq lazımdır.
Turnanın qoyulduğu vaxt qeyd edilməlidir. Çünki 1-2 saatdan sonra 2-3 dəqiqəliyə sarğını boşaltmaq lazımdır ki, ətrafın qidalanması pozulmasın. Əks halda qanqrena baş verə bilər. Venoz qanaxma zamanı tünd albalı rəngdə qan fasiləsiz yavaş axınla xaric olur.
Bu zaman sıxıcı sarğı qoymaqla qanaxmanı dayandırmaq olar. Kapilyar qanaxma zamanı adi sarğı qoyduqda qanaxma dayanır. Bütün hallarda sarğının üstündən buz qovuğu qoymaq ağrını azaltmağa və qanaxmanı dayandırmağa kömək edir. 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə