HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə28/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   24   25   26   27   28   29   30   31   ...   145

87 

 

əyyənləşdirdi.  Ən  mühüm  amil  isə  partiyada  Ulu  öndər  Heydər 



Əliyevin rəhbərliyi ilə aparılan gəncləşdirmə siyasəti oldu. Partiya-

nın  rəhbərliyində  Azərbaycan gənclərinin lideri olaraq  İlham Əli-

yevin  təmsilçiliyi  bu  mənada  xüsusilə  qeyd  olunmalıdır.  Məhz 

1999-cu  ildə  keçirilən  qurultayda  o  zaman  ARDNŞ-in  birinci  vit-

se-prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti olan İlham 

Əliyev partiyanın rəhbər strukturuna seçildi. Əgər nəzərə alsaq ki, 

cənab  İlham  Əliyev  həmin  dövrdə  həm  də  Avropa  Şurası  Parla-

ment Assambleyasında  Azərbaycan Respublikası Milli Məclisinin 

nümayəndə heyətinin rəhbəri idi, onda qeyd edə bilərik ki, bu, par-

tiyanın  yeni  mərhələdə  qazanacağı  uğurların  başlanğıc  nöqtəsi  də 

sayıla  bilərdi.  Ulu  öndər  Heydər  Əliyevin  siyasi  varisi  olaraq  İl-

ham  Əliyev  Yeni  Azərbaycan  Partiyasının  gələcək  fəaliyyətinin 

daha  geniş  beynəlxalq  müstəvilərə  daşımaq  məqsədini  uğurla  hə-

yata keçirdi. 

1999-cu  ildən  sonra  Yeni  Azərbaycan  Partiyası  dünyanın  bir 

sıra ölkələrinin siyasi təşkilatları ilə ikitərəfli əlaqələr qurdu, bey-

nəlxalq  təşkilatlarda  təmsilçilik  hüququ  qazandı.  Buna  isə  yeni 

dövrün yeni lideri olan Prezident İlham Əliyevin xüsusi xidmətləri 

sayəsində nail olundu. Bu amil həm də Yeni Azərbaycan Partiyası-

na gənclərin marağına və axınına səbəb olmuşdu. Məhz gənc kadr-

lara verilən yüksək qiymət, yeni mərhələdə gənclərə  etimad məsə-

ləsi Yeni Azərbaycan Partiyasının üzvlərinin arasında gənclərin sı-

rasını daha da genişləndirdi. Bu isə  yenicə müstəqillik əldə etmiş, 

gənc  Azərbaycan  Respublikasının  gələcək  inkişafında  mühüm  bir 

addım sayıla bilərdi. 

Əgər YAP-ın 2001-ci ildə keçirilmiş 2-ci qurultayı zamanı par-

tiya  üzvlərinin  sayı  230  min  nəfər  idisə,  3-cü  qurultaya  qədər  bu 

göstərici 360 min nəfərə yüksəlmişdi. Özündə yüksək intellektual 

potensialı  birləşdirən  YAP-ın  sıralarında  artıq  gənclər  də  böyük 

üstünlük təşkil edir və partiya sıralarına  yeni  qoşulanların mütləq 

əksəriyyəti də gənclərdən ibarətdir. 

3-cü  qurultaydakı  çıxışı zamanı  cənab  İlham  Əliyev  gənclərin 

YAP sıralarına qoşulmasını xüsusi olaraq vurğulamışdı: “Gənclər-



88 

 

lə  bizim  əlaqələrimiz  həmişə  yüksək  səviyyədə  olubdur,  mən 



özüm şəxsən daim gənclərlə ünsiyyətdə olmuşam, indi də əlaqə 

saxlayıram.  Çox  şadam  ki,  ikinci  qurultaydan  sonra  partiya-

mıza  müşahidə olunan güclü axının böyük  əksəriyyəti gənclə-

rin  hesabına  baş  veribdir.  Bu  da  təbiidir.  Çünki  Azərbaycan 

gəncləri  ölkəmizdə gedən prosesləri  çox gözəl  bilirlər və  ümu-

miyyətlə, dünyada gedən prosesləri çox gözəl bilirlər. Dünyada 

gedən  proseslərin  hansı  istiqamətdə  inkişaf  etməsi  haqqında 

onların çox yaxşı təsəvvürü vardır. Görürlər ki, bugünkü iqti-

dar, Azərbaycanın rəhbərliyi öz siyasətini dünyada gedən pro-

seslərlə paralel şəkildə aparır. Çünki bu, bizim milli maraqla-

rımıza  uyğundur.  Bizim  milli  maraqlarımıza  uyğundur  ki, 

Azərbaycanda demokratik, sivilizasiyalı, müasir dövlət yaran-

sın”. 

2003-cü il prezident seçkilərində Yeni Azərbaycan Partiyasının 

namizədi  cənab  İlham  Əliyevin  uğurlu  qələbəsi  Heydər  Əliyev 

ideyalarına xalqın böyük etimadını, Heydər Əliyev yoluna yüksək 

inamını nümayiş etdirdi. Növbəti prezident seçkiləri isə  2008-ci il 

oktyabrın 15-də keçirildi. Həmin il avqustun 2-də 4-cü qurultayını 

keçirən  Yeni  Azərbaycan  Partiyası  450  minlik  üzvləri  adından 

yekdilliklə bu seçkilərdə cənab İlham Əliyevin namizədliyini irəli 

sürdü və YAP Sədri cənab İlham Əliyev möhtəşəm qələbə qazan-

dı.  Bu  fakt  Azərbaycanda  Heydər  Əliyev  siyasətinin  alternativsiz 

olduğunu bir daha təsdiq etdi. 

Bütün bunlarla yanaşı, ötən dövr ərzində Yeni Azərbaycan Par-

tiyası sosial sifarişə əsaslanaraq bir sıra ciddi təşəbbüslərlə də çıxış 

edib. Belə ki, 2008-ci ilin dekabr ayında YAP Azərbaycan Konsti-

tusiyasında  dəyişikliklər  təşəbbüsü  ilə  çıxış  edərək  bununla  bağlı 

ümumxalq  səsverməsinin-referendumun  keçirilməsini  təklif  etdi. 

Konstitusiya Məhkəməsi bu təkliflərə müsbət rəy verdikdən sonra 

Milli Məclis 2009-cu il martın 18-də Konstitusiya dəyişikliklərinin 

edilməsi  ilə  bağlı  ölkədə  referendum  keçirilməsi  haqqında  qərar 

qəbul etdi. Referendumun nəticələri isə xalqın YAP-a olan inamını 

bir  daha  təsdiqlədi.  Nəticələrə  müvafiq  olaraq,  ölkədə  qanunve-



89 

 

ricilik bazası daha da zənginləşdirildi, insan və vətəndaş hüquq və 



azadlıqlarının  mühafizəsi  üçün  təməl  hüquqi  prosedurlar  təsbit 

edildi, ictimai-siyasi institutların fəaliyyət mexanizminin səmərəli-

lik səviyyəsinin artırılmasına yönəlik yaradılan əlverişli mühit hü-

quqi əsasda daha da təkmilləşdirildi və sair. 

YAP bütün bu uğurları və qələbələri 2004-cü və 2009-cu illər-

də  keçirilmiş  bələdiyyə  seçkilərində  də  təkrarladı.  Əlbəttə,  Yeni 

Azərbaycan  Partiyasının  uğurları  bunlarla    bitmədi.  YAP-ın  əzə-

mətli  qələbələri  parlament  seçkilərində  də  özünü  göstərməkdədir. 

2005-ci ildə 3-cü çağırış Milli Məclisə seçkilərdə 64 deputat man-

datı qazanmaqla YAP öz rəqiblərini xeyli geridə qoydu. 2010-cu il 

noyabrın  7-də  Azərbaycanda  4-cü  çağırış  Milli  Məclisə  seçkilər 

keçirildi.  Mütəşəkkil  qaydada  iştirak  edən,  güclü  seçki  kam-

paniyası aparan YAP bu seçkilərdə də əhəmiyyətli qələbə qazandı. 

Mərkəzi  Seçki  Komissiyasının  açıqladığı    nəticələrə  görə,  YAP 

parlamentdə 71 deputat mandatı qazandı. 

Əminliklə qeyd etmək olar ki, Yeni Azərbaycan Partiyası-

nın  namizədi  cənab  İlham  Əliyev  cari  ildə  keçiriləcək  prezi-

dent  seçkilərində  də  növbəti  möhtəşəm  qələbə  əldə  edəcək.  7 

iyun  tarixində  keçirilən  Yeni  Azərbaycan  Partiyasının  V  Qu-

rultayı  YAP-ın  avanqard  siyasi  qüvvə  olduğunu,  Heydər  Əli-

yev ideyalarının və Prezident İlham Əliyevin həyata keçirdiyi 

siyasətin  cəmiyyət  tərəfindən  inam  və  rəğbətlə  qarşılandığını 

bir daha sübut etdi. 

Bütün  bunların  fonunda  qeyd  etməliyik  ki,  Prezident  İlham 

Əliyevin  vurğuladığı  kimi,  Yeni  Azərbaycan  Partiyası  nəinki 

Azərbaycanda,  bütövlükdə  Cənubi  Qafqaz  regionunda  ən  böyük 

siyasi qüvvədir. 

Beləliklə,  yuxarıda  sadalanan  faktlar  və  mövcud  reallıqlar  tə-

rəddüdsüz deməyə əsas verir ki, YAP sahib olduğu resurslara, icti-

mai-siyasi  nüfuzuna,  özünün  fəaliyyət  mexanizminin  səmərəlilik 

səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycan 

siyasi  palitrasının  ən  güclü  və  nüfuzlu  siyasi  partiyasıdır.  YAP-ın 

siyasi sistemdəki mövqeyini və fəaliyyətinin əsaslarını statik və di-



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə