HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə31/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   27   28   29   30   31   32   33   34   ...   145

96 

 

yən  hüquqi  substratlarla  təsbit  edilmiş  müstəqillik  və  azadlıq  ide-



yalarıdır. Məhz bu mərkəzi  ideyanın  fonunda bəhs  edilən ideoloji 

cərəyana  xas  olan  digər  struktur  elementləri    anlayışlar  isə  tole-

rantlıq, humanizm, fərdiyyətçilik və digərləridir. 

Liberalizm ideologiyasının fonunda meydana gəlmiş siyasi-iq-

tisadi  konsepsiya  və  doktrinaların  təməlində  duran  dəyərlər  isə 

bunlardır: hakimiyyətin bölünməsi prinsipi, fəaliyyətdə və münasi-

bətlərdə rəqabət azadlığı, şəxsi təşəbbüsə qarşı total məhdudiyyət-

lərin ləğv edilməsi, xüsusi mülkiyyətə və sərbəst iqtisadi fəaliyyətə 

lazımi imkan və şəraitin yaradılması, fərdin mülki və siyasi hüquq-

larının  qorunması,  inzibati  tənzimləmələrin  səviyyəsinin  azaldıl-

ması və sair. 

Amma zaman keçdikcə məlum oldu ki, nəzəri cəhətdən təsbit 

edilmiş  liberal  dəyərlər  təcrübi  müstəvidə  özünü  doğrultmadı  və 

mütləq  surətdə  gerçəkləşdirilmədiyindən  ideallıq  kimi  təsvir  edil-

məyə başlandı. Bir sıra araşdırmaçılar isə liberalizm ideologiyasını 

özündə daşıdığı dəyərlərə görə real olanla ideal arasında aralıq cə-

rəyan kimi dəyərləndirdilər. Məhz belə bir durumun fonunda özün-

də  liberalizmlə  mühafizəkarlığın  bir  sıra  prinsiplərini  ehtiva  edən 

neoliberalizm (yeni liberalizm) cərəyanı meydana gəldi. 

XX əsrin ikinci yarısında meydana gələn neoliberalizmdə libe-

ralizmdən  fərqli  olaraq  milli  dövlət  anlayışı  istinad  kateqoriyala-

rından birinə çevrildi və dövlət tənzimləyici subyekt qismində sə-

ciyyələndirildi.  “Dövlətin  funksiyalarının  gücləndirilməsi”  prinsi-

pindən çıxış edən neoliberalizmdə təsbit olundu ki, dövlətin liberal 

dəyərlərə əsaslanan funksiyaları universallaşdırılmalı və onun əha-

tə dairəsi daha da genişləndirilməlidir. Buradan çıxış edərək neoli-

beralistlər  plüralist  demokratiya  konsepsiyasını  mərkəzi  istinad 

nöqtəsinə  çevirdilər  və  dövlət  hakimiyyətinin  təşkilində  və  haki-

miyyətin fəaliyyətində plüralist prinsiplərə üstünlük verdilər. 

Bütün bunların fonunda liberal proqram və doktrinalarda idarə-

olunanlarla  idarəedənlər  arasında  konsensusun  yaradılması  və 

ümumi  razılıq  əsasında  idarəetmənin  həyata  keçirilməsi  prinsipi 

əsas götürüldü. 



97 

 

Bunlarla  yanaşı,  XVIII  əsrdə  meydana  gələn  mühafizəkarlıq 



ideoloji cərəyanı da özündə ehtiva etdiyi bir sıra xüsusiyyətlərə gö-

rə  fərqlənir.  Mühafizəkarlıqda  mərkəzi  prinsip  qismində  adətlər, 

ənənələr və varisliyə sadiqlik çıxış edir. Bu ideoloji cərəyanın tə-

məl  prinsiplərindən  biri  də  budur  ki,  dəyişikliklər  tədrici  surətdə 

həyata keçirilməli və  islahatlara üstünlük  verilməlidir. Dəyişiklik-

lərdə  təkamül  yolunu  üstün  tutan  mühafizəkarlar  güclü  dövlət  tə-

rəfdarı  kimi  çıxış  edirlər  və  bildirirlər  ki,  milli  inkişafın  əsasında 

milli dövlətin universal səciyyə daşıyan funksional fəaliyyəti daya-

nır. Mühafizəkarlar belə bir prinsipi əsas tuturlar ki, keçmişdən bu 

günədək  qorunmuş  ənənələr  mütəmadi  surətdə  mühafizə  edilməli 

və  cəmiyyətdə,  idarəetmədə,  fəaliyyətdə  əsas  istinad  nöqtəsi  qis-

mində qəbul edilməlidir. 

Mühafizəkarlar “rasional siyasətçi kimdir” sualı ətrafında belə 

bir mövqedən çıxış edirlər ki, praqmatik təfəkkürə malik olan siya-

sətçi uzunmüddətli effektiv nəticələr qazanmaq uğrunda mübarizə 

aparır: “Siyasətçinin bütün fəaliyyəti müvəqqəti üstünlük və ya po-

pulyarlıq  prizmasından  deyil,  əldə  edilmiş  uzunmüddətli  nəticələr 

nöqteyi-nəzərindən dəyərləndirilməlidir”. 

Bunlarla yanaşı, ənənəvi proqram, konsepsiya və doktrinalarda 

mühafizəkarlıq  ideologiyasının  digər  təməl  prinsipləri    məhz  bu 

cür əks olunub: “Cəmiyyətdə  ənənəvi  təsisatların  mövcudluğu-

na  və  fəaliyyətinə  geniş  şərait  yaradılmalıdır.  Bundan  başqa, 

ictimai  ahəngdarlığın və  nizamın təmin olunması  üçün həyata 

keçiriləcək  dəyişikliklər  təkamül  yolu  ilə  baş  tutmalıdır.  Kar-

dinal dəyişikliklər cəmiyyətlərə nizamsızlıq, xaos və dağıntı gə-

tirər ki, bunlar da nəticə etibarilə ənənəvi təsisatların işini iflic 

vəziyyətinə  salar.  Məhz  buna  görə  də,  milli  dövlətin  mərkə-

zində  durduğu  güclü  tənzimləmə  mexanizmi  lazımdır  ki, 

ictimai  ahəngdarlıq  pozulmasın  və  cəmiyyətin  inkişafı  təmin 

edilsin”. 

Mühafizəkarlıq ideologiyasını dəyərləndirən ingilis tədqiqatçı-

sı  M.Oukşot  qeyd  edir:  “Mühafizəkar  olmaq  bilinməyənə  yox, 

bilinənə, təcrübədə təsdiq edilməyənə deyil, sınaqdan keçmişə, 



98 

 

ehtimal  olunana  deyil, mövcud  olana,  uzağa  deyil,  yaxına, bol 



olana deyil, kifayət edənə, utopikə deyil, reallığa üstünlük ver-

məkdir”. 

Azərbaycançılıq  ideologiyası  isə  özündə  ehtiva  etdiyi  təməl 

prinsiplərə görə liberalizmlə mühafizəkarlığın bir sıra prinsiplərin-

dən ibarət olan neokonservatizm ilə sıx bağlıdır. Akademik Ramiz 

Mehdiyev  “Yeni siyasət: inkişafa doğru” kitabında yazır ki, azər-

baycançılıq  coğrafi  məkan  baxımından  neokonservatizmin  milli 

variantı,  onun  prinsip  və  ideyalarının  Azərbaycanın  konkret  şəra-

itində  təcəssümüdür:  “Metodoloji  prinsip  baxımından-ümumi-



nin və xüsusinin, yəni, birincinin və  ikincinin nisbəti baxımın-

dan  azərbaycançılıq  ikinci  kimi  çıxış  edir.  Azərbaycançılıq  və 

neokonservatizm bir-birini zənginləşdirərək vahid tam kimi çı-

xış edirlər. Buna görə də, azərbaycançılığın milli ideologiya ki-

mi qəbul edilməsi ölkəmizin sivilizasiyalı dövlətlər sırasına da-

xil olması, ümumdünya oriyentirləri və meyilləri kontekstində 

daha  uğurlu  inkişafı  üçün  möhkəm  zəmin  yaradır.  Neokon-

servatizm  və  azərbaycançılıq  öz  ləyaqətini  itirməmiş  xalqın 

sağlam düşüncəsinə, zəkasına eyni  dərəcədə söykənir. Bu mə-

nada  vətənpərvərlik  öz  vətəninə,  ölkəsinə,  xalqına  məhəbbət 

deməkdir  və  onun  şovinizm  ilə,  milli  müstəsnalıq  və  etnoeq-

oizm ilə heç bir əlaqəsi yoxdur. Əsrlərin, minilliklərin dərinlik-

lərindən gələn ənənəyə mənsubluq bizim mədəniyyətimiz kimi 

qədim mədəniyyət üçün dövlətçiliyin əsasını, bütün vətəndaşla-

rın rifahı naminə dövlətin mövcudluğunun və inkişafının əsası-

nı təşkil edir. Məhz buna görə zəngin keçmişi olan dövlət  fərdi 

və ya qrup mənafelərinin mexaniki məcmusunun ifadəsi deyil-

dir,  əksinə,  bütün  cəmiyyətin  ali  mənafelərinin  təcəssümüdür. 

O mənafelərin ki, vətəndaş onların naminə təkcə öz mülkiyyə-

tini deyil, həm də həyatını qurban verməyi bacarmalıdır”. 

Neokonservatizmin  mahiyyətini  daha  da  dəqiqləşdirmək  üçün 

onun əsas prinsiplərini sadalamaq məqsədəmüvafiqdir. Qeyd etdi-

yimiz  kimi,  neokonservatizm  liberalizmlə  mühafizəkarlığın  təməl 

prinsiplərini  özündə  birləşdirən  ideoloji  cərəyandır.  Ümumiləşdir-



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə