HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə34/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   30   31   32   33   34   35   36   37   ...   145

105 

 

Eyni  zamanda,  Azərbaycan  dilinin  hüquqi  status  qazanması  üçün 



də  zəmin  formalaşdırılmağa  başlandı.  Əlbəttə  ki,  həmin  vaxt 

əyalətlərdə,  kəndlərdə  dillə  bağlı  problem  yox  idi.  Ancaq  Bakıya 

gələn hər bir gənc hiss edirdi ki, rus dili qat-qat üstün dildir və kim 

özünə siyasi karyera qurmaq istəyirsə, kim cəmiyyətdə bir az irəli 

çıxmaq  istəyirsə,  mütləq  rus  dilini  öyrənməlidir.  Bununla  yanaşı, 

eyni  zamanda,  rus  dilini  öyrənməklə  yanaşı,  Azərbaycan  dilində 

danışarkən  də  qeyri-rusların  vərdiş  etdiyi  dil  üslubundan  istifadə 

edərək göstərməliydi ki, Azərbaycan dili bu şəxsə yad dildir. Bunlar 

olmasa,  azərbaycandilli  bir şəxsin inkişafı olduqca çətin idi.  Bu da 

totalitar  Sovet  imperiyası  rejiminin  məhz  dil  basqısı  olmaqla 

millətimizə qarşı məxsusi sosial-psixoloji aşağılama siyasəti idi. 

Ancaq Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən son-

ra, demək olar ki, bu buxovların hamısı qırıldı. Azərbaycan dili so-

sial-siyasi  çevrələrdə  məhəlli  dil  kimi  qəbul  olunmaqdan  çıxaraq 

siyasi  elitanın dilinə  çevrilməyə başladı.  Lakin  Ümummilli  lideri-

mizin vaxtilə qeyd etdiyi kimi bütün bunlara heç də asanlıqla nail 

olunmadı. Ulu öndərimiz bu yolda çoxsaylı maneələrlə, təzyiqlərlə 

baş-başa  qaldı.  Ancaq  usta  siyasətçi  özünəməxsus  məharət  və 

siyasi  manevrlərlə  bütün  bu  təzyiq  və  maneələri  dəf  edərək    pro-

sesi  uğurla  başa  çatdırdı.  Belə  ki,  1978-ci  ildə  Azərbaycan  SSR 

Konstitusiyasına dəyişikliklər edildi və bu zaman Azərbaycan dili-

nin Konstitusiyaya dövlət dili kimi salınması ilə bağlı gərgin mü-

cadiləyə start verildi. Ulu öndər buna nail olmaq üçün həmin dövr-

də mövcud və məqbul olan bütün metodlardan istifadə etdi. 

Doğrudan  da,  özünün  şəxsi  siyasi  nüfuzundan  istifadə  edərək 

Ulu  öndər  Heydər  Əliyev  Azərbaycan  SSR  Konstitusiyasında 

Azərbaycan  dilinin  dövlət  dili  kimi  təsbit  olunmasına  nail  oldu. 

Bundan sonrakı mərhələdə artıq Azərbaycan dili ədəbi-bədii dil ol-

maqdan çıxaraq,  eyni  zamanda, sözün  həqiqi mənasında respubli-

kanın rəsmi dili statusunu qazandı. Bu, əlbəttə ki, tarixi bir hadisə 

idi. Sonrakı dövrlərdə dilin inkişafını şərtləndirən elmi-texniki tə-

rəqqi baş verdikcə, ədəbiyyatda yeni cərəyanlar və  üslublar yaran-




106 

 

dıqca  Azərbaycan  dili  də  bu  prosesə  qoşularaq  möhkəmlənməyə 



və inkişaf etməyə başladı. 

Onu  da  vurğulamaq  lazımdır  ki,  ötən  əsrin  90-cı  illərinin  əv-

vəllərində Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra da 

ölkəmizdə dil və əlifba problemi yaşanmağa başladı. Çünki həmin 

dövrdə müzakirə olunan başlıca məsələlərdən biri əlifbanın dəyiş-

dirilməsi məsələsi idi. O zaman baxmayaraq ki, bunu arzu edənlər 

vardı,  amma  bunu  necə  həyata  keçirmək,  buna  necə  nail  olmaq 

məsələsi ciddi bir sual kimi həmin şəxslərin qarşısında durmuşdu. 

Məlum olduğu kimi, 1991-1992-ci illərdə Azərbaycanın siyasi 

elitası  və  Azərbaycana  rəhbərlik  edən  şəxslər  Azərbaycan  dilini 

bilmirdilər. Bilməməklə yanaşı, hətta onlar bu dilə nifrət edirdilər. 

Çünki Azərbaycan dilində danışarkən xalq tərəfindən gülünc hədə-

finə  çevrilirdilər. Belə insanlardan dil vətənpərvərliyi,  mənəvi  və-

tənpərvərlik,  millət  və  xalq  vətənpərvərliyi  gözləmək,  əlbəttə  ki, 

doğru deyildi. Və biz bunun şahidi olduq ki, Ə.Vəzirov Azərbay-

can dilində necə danışırdı. Onun hər kəlməsi insanlarda gülüş do-

ğurur, Azərbaycan xalqının ironiyasına səbəb olurdu. 

Amma bir də bunun əksi gəldikdə, yəni AXC-Müsavat cütlüyü 

hakimiyyətə  gəldikdə  də  real  addımlar  atılmadı.  Azərbaycan  dili 

onlara yaxın dil olmasına baxmayaraq, həmin iqtidar bu dilin inki-

şafını  təmin  edəcək  siyasətə  malik  deyildi.  Onlar  çarəsiz  idilər. 

Çünki həmin iqtidar o qədər iqtidarsız bir iqtidar idi ki, verilən sə-

rəncamlar və fərmanlar belə icra olunmurdu. Bununla da Azərbay-

can dili yenidən iki od arasında qalmışdı. Ya kiril qrafikalı əlifbaya 

söykənərək  bu  istiqamətdə  inkişafı  davam  etdirməli,  ya  da  yeni 

əlifbaya keçməklə  yenidən türk dilləri ailəsində öz yerini tutmalı. 

Yəni, o dövrün iqtidarı olan AXC-Müsavat cütlüyü bu keçidi real-

laşdıra bilmədi. Buna görə də, dilin, əlifbamızın necə olacağı həm 

dilçilərdə,  həm  ədəbiyyatçılarda,  həm  də  gənc  nəsildə  çox  böyük 

narahatçılıq yaradırdı. 

Nəhayət,  2001-ci  il avqust  ayının 1-də Ulu öndər  Heydər Əli-

yev  tərəfindən  Azərbaycanda  latın  qrafikalı  əlifbaya  keçməklə 

bağlı  sərəncam  imzalandı.  Bu  isə  Azərbaycanın  dil  tarixində  yeni 



107 

 

bir hadisə idi. Bundan sonra Azərbaycanda istər dövlət müəssisələ-



rində, istər icra hakimiyyəti orqanları arasında, istərsə də ali təhsil 

müəssisələrində  latın  qrafikalı  Azərbaycan  əlifbası  sürətlə  tətbiq 

olunmağa  başladı.  Dövlət  tərəfindən  rəsmi  şəkildə  latın  qrafikalı 

əlifbanın qəbul olunması Azərbaycan dilinin inkişafında keyfiyyət-

cə yeni mərhələ açmış oldu. Ancaq bununla bərabər, əlbəttə ki, bü-

tün  ziyalılarımızı  düşündürən  bir  sual  vardı:  bəs  görəsən,  70  ildə 

kiril qrafikalı əlifba ilə çap olunan Azərbaycan ədəbiyyatının, elmi 

kitabların, bədii kitabların və s. taleyi necə olacaq? Məlum olduğu 

kimi, bunlar da Ulu öndərin uzaqgörən siyasəti nəticəsində öz həl-

lini  tapmağa  başladı  və  sonrakı  mərhələdə  artıq  Azərbaycan  Res-

publikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən bütün klas-

siklərimizin, demək olar ki, bütün ədəbi və elmi-kütləvi məhsulla-

rımızın  hamısının dövlət hesabına latın  qrafikalı Azərbaycan  əlif-

basında  çap  olunmasına  dair  fərman  imzalandı.  Beləliklə,  Azər-

baycan dili sürətlə inkişaf etməyə başladı. 

Eyni  zamanda, bu dövrdə postmodernist cəmiyyət  qurulduqca 

bu  cəmiyyətin  dil  tələblərinə  uyğun  olaraq  ayrı-ayrı  istiqamətlər-

dən leksikonumuza müxtəlif səpkili yeni sözlər gəlirdi. Bütün bun-

ların hamısının dilimizə qəbul olunması, yaxud onun tərcümə olu-

naraq Azərbaycanın leksik fondunda öz əksini tapması maraqlı bir 

proses kimi bu gün də davam etməkdədir. 

Amma bu proses artıq daha rahat gedir. Ona görə ki, latın qra-

fikalı əlifbanın verdiyi imkanlar həm bizə Avropadan, Qərbdən gə-

lən  sözlərin  orijinalını  oxumağa  və  həmin  sözü  orijinala  daha  ya-

xın şəkildə səsləndirməyə imkan verir, eyni zamanda, onu  yazılış 

formasında ifadə etməyimizi də asanlaşdırır. Həmçinin, latın qrafi-

kalı  əlifba Azərbaycan dilinin  yenidən formalaşdırılması  Türkiyə-

Azərbaycan  münasibətlərinin  də  bugünkü  səviyyəyə  çatmasında 

böyük  rol oynayıb. Biz latın qrafikalı Azərbaycan  əlifbasına keç-

dikdən sonra Türkiyədə yaranan ədəbi məhsulları çox rahat şəkildə 

oxuya  bilirik.  Eyni  zamanda,  Türkiyə  Cümhuriyyəti  vətəndaşları 

da Azərbaycan ədəbiyyatını maneəsiz oxuya bilirlər. Yəni, dolayısı 

ilə, burada dilin inteqrasiya prosesi başladı. Azərbaycan və Türki-



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə