HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ


rik, çıxarmalıyıq və çıxaracağıq



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə21/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   17   18   19   20   21   22   23   24   ...   145

66 

 

rik, çıxarmalıyıq və çıxaracağıq” deyən Ulu öndər Heydər Əliye-

vin realist təfəkkürün fonunda etdiyi ardıcıl strateji və taktiki həm-

lələr  sayəsində  bölücü  aktlar  neytrallaşdırıldı  və  ölkə  daxilindəki 

antaqonist qüvvələr arasında ümumi konsensusa nail olunmaqla si-

yasi  sabitlik  bərpa  edildi.  Bütün  bu  prosesləri  və  olayları  rasional 

və praqmatik təfəkkürün fonunda dəyərləndirən Ulu öndər Heydər 

Əliyev  deyirdi:  “Azərbaycan  heç  bir  ölkənin  təsiri  altına  düş-



məyəcəkdir.  Azərbaycan  öz  müstəqilliyini  qoruyacaqdır.  Bu 

da bir Prezident kimi mənim siyasətimin əsas ana xəttidir. Bu-

nun  üçün  də  hamı  bir  yolla  getməlidir.  Burada  başqa  bir  yol 

yoxdur. Burada başqa yolla gedən adam, demək, məqsəd daşı-

yır. O məqsədlərə bu gün Azərbaycanda yer yoxdur”. 

1996-cı il aprel ayının 5-də və 6-da Respublika sarayında ölkə-

mizin ictimai-siyasi həyatının təhlilinə həsr edilmiş ümumxalq nü-

mayəndələrinin toplantısında bütün bu proseslərin və olayların bir 

sıra məqamlarına bir daha aydınlıq gətirildi. Çıxışlar zamanı ifadə 

edilən faktlardan və aşkar olunan bir sıra reallıqlardan məlum oldu 

ki, 1990-cı il 20 Yanvar müsibəti ilə başlayan və 1995-ci ilin mart 

ayınadək  davam  edən,  xalqımızın  müstəqilliyi,  azadlığı  əleyhinə 

yönəldilmiş  hadisələr  arasında  zəncirvarı  bağlılıq  olmuşdur.  Top-

lantıda  məhz  bütün  bu  olayların  mahiyyətini  aşkar  edən  bir  neçə 

istiqamətli məsələlərə toxunuldu. Bunlardan biri də həmin dağıdı-

cı,  bölücü  olaylara  daxildən  dəstək  verilməsi  və  bir  sıra  antimilli 

qüvvələrin ölkəni parçalamaq niyyətlərini gerçəkləşdirmək istəmə-

ləri  faktı  oldu.  Belə  ki,  ümumxalq  toplantısında  bəzi  müxalifət 

qüvvələrinin 1995-ci il mart qiyamını dəstəkləməsi faktının səslən-

dirilməsi və bütün hüquq-mühafizə orqanlarının rəhbərləri tərəfin-

dən bu faktın üzərində xüsusi şəkildə durulması bir daha onu gös-

tərdi  ki,  cəmiyyətimizdə  silah  gücünə  zor  işlətməklə-uzurpasiya 

vasitəsilə hakimiyyətə gəlməyə çalışan dağıdıcı qüvvələr mövcud-

dur. Onların içərisində AXC və Müsavat partiyalarının bəzi lider-

lərinin olması faktı isə özlərini “demokratik” müxalifət adlandıran 

bu qüvvələrin əslində kim olmaları haqqında cəmiyyətdə geniş və 

aydın təsəvvür yaratdı. Bu məsələylə bağlı  digər  bir maraqlı fakt 



67 

 

isə  ondan  ibarət  idi  ki,  bu  zamanadək  bir-birinə  qarşı  barışmaz 



mövqedə olan bir sıra siyasi qüvvələr təşkil edilən illeqal siyasi hə-

rəkatların fonunda iqtidarı devirmək və ölkə prezidentini fiziki ba-

xımdan  məhv  etmək  məsələsində  işbirliyi  yaratmışdılar.  Onların 

təməl  məqsədi  hakimiyyəti  uzurpasiya  vasitəsilə  ələ  keçirdikdən 

sonra  Dövlət  Şurası  yaratmaq,  Şuraya  bütün  eks-prezidentləri  də-

vət etmək, “demokrat” imici yaradılmış Əbülfəz Əliyevi isə bu qu-

ruma  sədr  seçmək  idi.  Əbülfəz  Əliyev  isə  gizli  məşvərət  zamanı, 

hətta keçmiş baş nazir Surət Hüseynovun da Şuraya salınmasını is-

təmişdi. Məhz bütün bunlar və hadisələrin sonrakı inkişafı bir daha 

belə  bir  məqamı  sübuta  yetirdi  ki,  Azərbaycan  siyasi  palitrasında 

həmin zaman kəsiyində müxalifət statusunda təmsil olunan bir sıra 

subyektlər xarici  güclərin avantürist geosiyasi layihələri və ssena-

riləri əsasında ölkədə  xaos  mühiti  yaratmaq, daha sonra isə  bu si-

tuasiyadan istifadə edərək özlərinin korporativ maraqlarını gerçək-

ləşdirməyə çalışırdılar. Məhz belə bir situasiyada milli maraqlar və 

milli dəyərlərin dəfələrlə zərbə altına qoyulması, ölkənin vətəndaş 

müharibəsinə sürüklənməsi kimi hallar və faktlar müşahidə edildi. 

1996-cı il aprel ayının 5-də və 6-da Respublika Sarayında keçi-

rilən ümumxalq toplantısında Ümummilli lider Heydər Əliyev ye-

kun  nitqində  bu  məsələyə  məhz  bu  cür  birmənalı  qiymət  verdi: 

Əgər 1992-ci ildə hakimiyyətə gəlmiş Xalq Cəbhəsi həqiqətən 

xalqın  cəbhəsi  idisə,  nə  üçün  1993-cü  ilin  may-iyun  aylarında 

xalq onu müdafiə etmədi? Deməli, onlar bir il müddətində xal-

qın  inamını  itirdilər  və  hesab  edirəm  ki,  artıq  Xalq  Cəbhəsi 

adını daşımaq hüququnu da itiriblər... O vaxt Azərbaycan cə-

miyyətinə  düşmüş  həmin  yoluxucu  xəstəlik  –  xalqı,  ölkəni, 

idarə etmək üçün yox,  öz şəxsi  məqsədlərinə nail olmaq, şəxsi 

imtiyazlar  əldə  etmək  üçün  hakimiyyət,  vəzifə  hərisliyi  Azər-

baycanı belə ağır vəziyyətə gətirib çıxardı”. 

Beləliklə,  ölkə  daxilində  olduqca  mürəkkəb  kataklizmlərin 

hökm sürməsinə və siyasi böhranın pik nöqtəyə çatmasına baxma-

yaraq, Ulu öndər Heydər Əliyevin rasional və praqmatik tədbirləri 

sayəsində siyasi sabitliyin təmin olunması missiyasına nail olundu. 



68 

 

Siyasət nəzəriyyəsində siyasi sabitlik “siyasi sistemin daxili və xa-



rici ətraf-mühitin təsiri altında özünün strukturunu və ictimai dəyi-

şikliklər prosesinə nəzarət etmək qabiliyyətini saxlamaqla səmərəli 

işləməyə və inkişaf etməyə imkan verən davamlı durumu” kimi sə-

ciyyələndirilir. Araşdırmaçı Seymur Lipset bildirir ki, siyasi sabit-

lik  hakimiyyətin  səmərəliliyi  və  legitimliyi  ilə  müəyyən  olunur. 

Onun  qənaətincə,  hər  iki  göstəricinin  olmaması  siyasi  sistemin 

qeyri-sabitliyini şərtləndirir, onlardan birinin olması isə nisbi sabit-

liyə imkan yaradır. Məhz bu təsbitdən yola çıxaraq qeyd edə bilə-

rik  ki,  1991-1993-cü  illərdə  hakimiyyətin  fəaliyyət  mexanizminin 

səmərəsizliyi və qeyri-legitimliyi siyasi sabitliyin təmin edilməsini 

mümkün etmədi. Amma 1993-cü ildən – Ümummilli lider Heydər 

Əliyevin hakimiyyətə gəlişindən sonra hakimiyyətin fəaliyyət me-

xanizminin  effektivliyinin  artırılması  və  sürətli  legitimləşdirmə 

tendensiyasi  ictimai-siyasi  müstəvidə  sabitliyin  təmin  edilməsini 

şərtləndirdi. 

Bununla yanaşı, S.Lipset bildirir ki, qeyri-sabitlik mənbəyi qis-

mində çıxış edən problemlərin aradan qaldırılması siyasi sabitliyin 

təmin 


edilməsində 

başlıca 


strateji 

faktor 


kimi 

səciyyələndirilməlidir.  O,  qeyri-sabitlik  mənbəyi  kimi  çıxış  edən 

amillərə  məhz  bunları  aid  edir:  hakimiyyətin  delegitimasiyası  və 

fərdiləşdirilməsi,  dövlətin  siyasətində  hakim  elitanın  korporativ 

maraqlarının  fundamental  faktor  kimi  çıxış  etməsi,    milli-etnik 

zəmində qarşıdurma meyilləri və hallarının mövcud olması, siyasi 

hakimiyyətin  varisliyinin  təmin  edilməsi  ilə  bağlı  çətinlikləri, 

müxalif  qüvvələrin  silahlı  müqavimət  və  hücum  kimi  qeyri-leqal 

mübarizə üsullarından istifadə etməsi və sair. Araşdırmaçı belə bir 

qənaət  ifadə  edir  ki,  hakimiyyətin    fəaliyyət  mexanizminin 

effektivliyi  də  bilavasitə  yuxarıda  əks  olunmuş  problemlərin  həll 

edilməsi səviyyəsindən asılıdır. Dolayısıyla, siyasi sabitliyin təmin 

edilməsi hakimiyyətin effektivliyinin başlıca göstəricisi və şərtidir. 

Bunlarla  yanaşı,  empirik  faktlarla  təsbit  edilmiş  siyasət  nəzə-

riyyəsində sabitlik daxili siyasət nöqteyi-nəzərindən dövlətin və iq-

tidarın zorakılığa və təhlükəyə məruz qaldığı zaman özünü qoruya 




Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə