HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə18/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   14   15   16   17   18   19   20   21   ...   145

56 

 

xüsusiyyətləri  rasional  surətdə  nəzərə  alınmadı  və  simmetrik  sis-



tem transformasiyasını təmin edəcək strateji əhəmiyyətli proqram-

konsepsiya təsbit və tətbiq edilmədi.  

Dünya ölkələrinin təcrübəsi və məsələnin nəzəri, empirik əsas-

ları sübut edir ki, sistem dəyişikliyinin fonunda qeyri-formal trans-

formasiyanı təmin etmək üçün siyasi, hüquqi, sosial, iqtisadi və di-

gər  sahələrdə  sistematik  dəyişikliklər  edilməli  və  bu  dəyişikliklər 

zamanı milli xüsusiyyətlər, eləcə də, cari situasiya nəzərə alınmalı-

dır. Araşdırmaçı F.Şmitter qeyd edir ki, sistem transformasiyası üç 

mərhələdə  baş  tutmaqla  özündə  sistematik  və  kompleks  planlar 

məcmusunun  həyata  keçirilməsi  vəzifəsini  ehtiva  edir:  “Sistem 

transformasiyası  3  mərhələnin    ardıcıl  və  bir-birinə  simmetrik  şə-

kildə  həyata  keçirilməsindən  ibarətdir.  Bunlar  liberallaşma,  de-

mokratikləşmə və sosiallaşmadır. Liberallaşma prosesi zamanı sis-

temin komponentləri mütləq mənada dəyişikliyə uğramır. Sistemin 

avtoritar  xüsusiyyətləri  müəyyən  dərəcədə  saxlanır  və  cəmiyyət 

özünün formal təsisatları ilə dövlət apartının himayəsində (“hima-

yəçi demokratiya”) fəaliyyət göstərir. Hakim elita iqtisadi dəyişik-

liklərlə siyasi nüfuzunu və varlığını mühafizə etməyə çalışır. Elita 

islahatlara  maraqlı  olduqda  cəmiyyət  və  siyasi  sistem  demokratik 

təkmilləşmə mərhələsinə keçid ala bilir. Dəyişikliklər iki mərhələ-

də  baş  tutur:  birincisi,  əvvəlki avtoritar rejimin  əsasları  sarsılır və 

o, tədricən sıradan çıxmağa başlayır. İkinci mərhələdə isə yeni tə-

fəkkürlü  və  daha  təkmil  resurslara  sahib  olan  siyasi  qüvvələr  de-

mokratik təsisatlaşma və təkmilləşmə prosedurasına üstünlük verir. 

Liberallaşma  iqtisadi  mənada  transformasiyanı  təmin  etsə  də, 

siyasi  qeyri-müəyyənlik  yaradan  mərhələ  qismində  çıxış  edir.  Li-

berallaşma  mərhələsində  strateji  tələblərin  düzgün  yerinə  yetiril-

məməsi sosial-siyasi ziddiyyətlərin meydana gəlməsinə səbəb olur. 

Beləliklə,  transformasiya  probleminin  həll  edilməsi  üçün  ilk 

növbədə,  hər  üç  mərhələnin  (liberallaşma,  demokratikləşmə  və 

sosiallaşma) tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə 

sistematik strategiyanın hazırlanması və tətbiq edilməsi lazımdır”. 

Şmitter  bildirir  ki,  sistem  transformasiyasının  fonunda  həyata 



57 

 

keçirilən demokratikləşmə prosesi olduqca mürəkkəb səciyyə daşı-



maqla  yanaşı,  özündə  bir  neçə  mərhələni  ehtiva  edir:  “Demokra-

tikləşmə  prosesi  sistem  transformasiyasında  ən  mürəkkəb  və 

problematik  tranzit  mərhələsini  təşkil  edir.  Plüralist,  plebisis-

tar, partisipator (iştirakçı), konsosiativ və sosialist demokrati-

ya nəzəriyyələrində birmənalı şəkildə təsbit edilib ki, demokra-

tik transformasiyanın düzgün təşkil və tətbiq edilməsi üçün iki 

mərhələdən  ibarət  olan  və  özündə  sistematik  tədbirlər  kom-

pleksini  ehtiva  edən  uzunmüddətli  strateji  konsepsiyanın  işlə-

nib hazırlanması və mərhələ-mərhələ həyata keçirilməsi lazım-

dır. Birinci mərhələdə köhnə quruluşun “miras” qoyduğu real-

lıqlar  və  hədəflənən  perspektivin  əsas  strateji  istiqamətləri 

müəyyən edilməli və ona müvafiq çərçivə strategiyası hazırlan-

malı  və  tətbiq  edilməlidir.  Məhz  bunun  fonunda  tranzit  baş 

tutduqdan  sonra  əsas  mərhələ  –  demokratiyanın  bərqərar 

olunması  mərhələsi  başlayır.  Bu  mərhələ  olduqca  mürəkkəb 

vəzifə  və  problemləri  özündə  ehtiva  etdiyindən  bəzi  cəmiyyət-

lərdə müxtəlif kataklizmlərə  yol aça bilir. Bunun  əsasında isə, 

təbii ki, reallıqlar və qanunauyğunluqlara müvafiq strategiya-

nın həyata keçirilməməsi  amili  dayanır. Keçid dövrü kimi  sə-

ciyyələndirilən bu mərhələdə prosesləri rasional şəkildə davam 

etdirəcək və tənzimləyəcək mühüm (bəlkə də, ən mühüm) fak-

tor harizmatik və rasional-leqal lider siyasətçidir. Müxtəlif öl-

kələrin  təcrübəsində  dəfələrlə  təsdiq  edilib  ki,  transformasiya 

vəzifəsinin  uğurla  həyata  keçirilməsi  üçün  “bayraqdar”  və 

“yanğınsöndürən”  liderlərin  rolu  və  fəaliyyəti  birinci  dərəcəli 

amil  qismində  təzahür  edib.  Beləliklə,  iki  mərhələli  demokra-

tikləşmə  prosesinin  uğurla  həyata  keçirilməsi  və  əldə  edilmiş 

nailiyyətlərin  davamlılığının  təmin  edilməsi  üçün  rasional-

leqal  və  harizmatik  lider  siyasətçinin  rəhbərliyi  ilə  uzunmüd-

dətli milli strategiya tətbiq edilməlidir”. 

Araşdırmaçının  qənaətincə,  bəzən  sistem  transformasiyasının 

fonunda demokratiya əvəzinə demokraturaya keçid baş tutur ki, bu 

da  sözün  əsl  mənasında  demokratikləşmə  demək  deyil:  “Demok-




58 

 

ratura ilə demokratiyanı bir-birindən fərqləndirmək lazımdır. 



Demokratura  hibrid  (keçid)  idarəetmə  sisteminin  və  rejimin 

növlərindən  biridir.  Burada  liberallaşma  və  demokratikləşmə 

bir-birindən ayrı təsəvvür edilir və praktik olaraq özündə qa-

rışıq struktur elementlərini ehtiva edir. Burada demokratiya-

nın müəyyən ünsürləri bərqərar olunsa da, onlar həqiqi məna-

da  liberal  dəyərlərin  daşıyıcısı  kimi  çıxış  etmirlər.  Bir  sözlə, 

hakim  elitanın  siyasi  iradəsi  ilə  formalaşmış  bu  sistem  “kölgə 

tranzit”inin bariz nümunəsi olmaq etibarilə nə demokratikləş-

mə, nə də ki, liberallaşma demək deyil”. 

Bundan  başqa,  transformasiya  probleminin  fonunda  bəzən  li-

berallaşma ilə paralel surətdə müşayiət edilən diktokratiya anlayı-

şına da rast gəlmək olur. Bu anlayışın mahiyyətini aşkar etmək və 

onu demokratik tranzitdən fərqləndirmək lazımdır. Bəzi zahiri ün-

sürlərinə və daşıdığı dəyərlərə görə diktokratiya ilə hibrid demok-

ratiya bir-birinə bənzəsələr də, əsas və təməl xüsusiyyətlərinə görə 

bir-birindən fərqlənirlər. Belə ki, diktokratiya  liberallaşmanın de-

mokratik  transformasiyasız  aparıldığı  hallarda  ortaya  çıxan  hibrid 

siyasi rejimin bir növüdür. Bu halda hakim elita cəmiyyətə hesabat 

verilməsini nəzərdə tutmadan və subyektiv iradə əsasında insan və 

vətəndaş hüquq və azadlıqlarının olmasına razılıq verir. Bunun fo-

nunda üstünlük çoxluğun ziyanına olaraq siyasi azlığa verilir.  Bu 

isə  nəticə  etibarilə  aşkar  demokratiyanın  bərqərar  olması  demək 

deyil.  

Beləliklə,  keçid  dövrünün  strateji  tələbi  kimi  qarşımıza 

çıxan  demokratikləşmə  məsələsinə  ümumi  və  xüsusi  yanaş-

malardan  da  məlum  olur  ki,  bu  mərhələ  özündə  olduqca 

mürəkkəb vəzifə  və problemləri ehtiva edir. Odur ki, buna nail 

olmaq  üçün  sistem  transformasiyasının  fonunda  ən  müxtəlif 

avanqard strateji konsepsiyalarda təsbit edilmiş vəzifələrin milli 

dəyərlərə  və  maraqlara  müvafiq  surətdə  həyata  keçirilməsi 

lazımdır.  Yuxarıda  bildirildiyi  kimi,  transformasiyanın  düzgün 

təşkil  edilməməsi  özündə  bütün  sahələri  əhatə  edən  kompleks 

problemlərin  düzgün  həll  edilməməsindən  irəli  gəlir.  Belə  ki, 



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə