HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ


bilməz, bizi bir-birimizdən heç kəs ayıra bilməz”



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə16/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   12   13   14   15   16   17   18   19   ...   145

50 

 

bilməz, bizi bir-birimizdən heç kəs ayıra bilməz”. 

Beləliklə,  müstəqilliyin  ilk  illərində  ölkəyə  rəhbərlik  edən  sə-

riştəsiz qüvvələrin antimilli mövqeləri və irrasional strateji fəaliy-

yətləri ölkəni, sözün əsl mənasında, xaos və kataklizmlər meydanı-

na çevirdi. Bütün bunların fonunda ölkə daxilində siyasi böhranın 

daha  da  kəskinləşməsi  müşayiət  edildi  və  bütün  sahə  və  struktur-

larda sürətli tənəzzül meyilləri baş verdi. Həmin dövrü analiz edən 

və  strateji  tədqiqat  obyektinə  çevirən  bir  sıra  ekspertlər  baş  verən 

dərin  tənəzzül  meyillərini  siyasi  böhranla  eyniləşdirməyin  doğru 

olmadığını bildirsələr də, məsələnin nəzəri, empirik və təcrübi as-

pektlərinə nəzər yetirmək kifayət edir ki, baş verənləri siyasi böh-

ran kimi səciyyələndirək. Belə ki, politoloji sözlüklərdə siyasi böh-

ran dar mənada “cəmiyyətin siyasi sisteminin mövcud münaqişələr 

və  qarşıdurmaların  kəskinləşməsi  və  dərinləşməsi,  siyasi  gərginli-

yin və  kataklizmlərin artması ilə təzahür edən vəziyyəti” kimi  sə-

ciyyələndirilir.  Nəzəri  baxımdan  daxili  siyasi  böhranlar  hökumət, 

parlament və konstitusiya böhranları olaraq təsnif edilir. Hökumət 

böhranı  hökumətin parlamentdə, onun palatalarının  birində və di-

gər üfüqi strukturlar qarşısında müdafiəsi və etimadını itirməsi ilə 

müşayiət  edilir.  Əgər  hökumət  yaranmış  mürəkkəb  problemlərin 

öhdəsindən gələ bilmir və tənəzzül meyilləri daha da kəskinləşirsə, 

ölkə  daxilində  institusional  kataklizmlər  bütün  strukturların  işinə 

və fəaliyyət mexanizminə ciddi surətdə mənfi təsir edərək iflic du-

rumu  yaradır.  Beləliklə,  məhz  bu  cür  təcrübi  əsaslarla  təsbit 

edilmiş  nəzəri  ümumiləşdirmələrin  fonunda  belə  bir  nəticəyə 

gəlmək  olar  ki,  1991-1993-cü  illər  ərəfəsində  ölkədə,  sözün  əsl 

mənasında, hökumət böhranı müşahidə edilib və mütəmadi surətdə 

daha  da  kəskinləşərək  digər  daxili  siyasi  böhran  formalarının 

təzahür etməsinə yol açıb. 

Digər  tərəfdən,  həmin  ərəfədə  baş  verən  daxili  siyasi  böhran 

formalarından biri də parlament böhranı idi. Siyasi leksikonda par-

lament  böhranı  “qanunverici  orqanda  qüvvələr  balansının  asim-

metrik surətdə dəyişməsi və parlamentin qəbul etdiyi qərarların öl-

kə  vətəndaşlarının  əksəriyyətinin  iradəsinə  uyğun  gəlməməsi,  bu-



51 

 

nun  fonunda  qanunverici  orqanın  öz  funksiyalarını  yerinə  yetirə 



bilməməsi”  kimi  səciyyələndirilir.  Əgər  müstəqilliyin  ilk  iki  ilin-

dəki  mövcud  şəraitə  nəzər  salsaq,  asanlıqla  müşahidə  edə  bilərik 

ki,  ölkədə  sözün  əsl  mənasında  parlament  böhranı  da  baş  verib. 

Çünki parlamentin asimmetrik qüvvələr balansı əsasında formalaş-

ması, normal institusional fəaliyyət mexanizmindən məhrum olma-

sı, qanunverici orqanda təmsil olunmuş ayrı-ayrı subyektlərin kor-

porativ maraqlar üzərindən hərəkət etmələri, mövcud reallıqlar, tə-

ləbatlar  və  qanunauyğunluqlara  müvafiq  surətdə  səmərəli  qanun 

layihələrinin qəbul edilməməsi, qəbul edilmiş qanunların işləkliyi-

nin  təmin  edilə  bilinməməsi  və  digər  bu  kimi  faktlar  parlament 

böhranının bariz təzahürlərini təşkil edirdi.  

Bununla yanaşı, milli dəyərlərə və maraqlara uyğun şəkildə ye-

ni konstitusiyanın qəbul edilməməsi, tələblərə, reallıqlara və qanu-

nauyğunluqlara cavab verməyən əvvəlki konstitusiyanın legitimli-

yini itirməsi kimi hallar və faktlar da daxili siyasi böhranın növlə-

rindən biri olan konstitusiya böhranının mövcudluğunu təsdiq edir-

di. 

Bunlardan başqa, geniş mənada daxili siyasi böhranın mövcud-



luğunu sübut edən digər hallara da nəzər  yetirmək məqsədəmüva-

fiqdir.  Belə  ki,  hakimiyyət  strukturlarının  öz  legitimliklərini  itir-

məsi,  hakimiyyət  orqanları  arasında  üfüqi  və  şaquli  münasibətlər 

sisteminin pozulması, hakimiyyətin müstəqil qolları (icraedici, qa-

nunverici  və  məhkəmə  hakimiyyəti)  arasında  dissonans  (qeyri-

ahəngdar, asimmetrik) xarakterli əlaqələrin daha da kəskinləşməsi, 

sosial-siyasi tənzimləmə və nəzarət səviyyəsinin aşağı düşməsi, si-

yasi  protestlərin irrasional  və  spontan formalarının  (mitinqlər, nü-

mayişlər)  daha  da  intensiv  səciyyə  alması  kimi  faktlar  da  siyasi 

böhranın aşkar göstəriciləri idi. 

Ümumiyyətlə,  təcrübi  əsaslarla  təsbit  edilmiş  siyasət  nəzəriy-

yəsində daxili siyasi böhranlar yaranma səbəbləri və təzahür xüsu-

siyyətlərinə görə bir neçə cür təsnif edilir: legitimlik böhranı, iden-

tiklik  böhranı,  siyasi  iştirak  böhranı,  nüfuzetmə  böhranı  və  bölgü 

böhranı. 



52 

 

Legitimlik  böhranı  mövcud  rejimin  dayaqlarının  sarsıldığı 



situasiyanın fonunda siyasi tənzimləmənin əsas forma və vasitələ-

ri,  legitim  idarəetmə  normaları  haqqında  hakim  komandanın  ya-

naşma  və  mövqelərinin  uyğun  gəlməməsi  nəticəsində  yaranır. 

İdentiklik böhranı isə etnik və sosial-mədəni müstəvidə ciddi ayrı-

seçkiliyin baş verməsi, etnososial münasibətlərin ixtilaflarla müşa-

yiət  edilməsi  şəraitində  üzvi  bütövlük  və  həmrəyliyin  təmin  edil-

məməsi  şəklində baş  verir. Siyasi  iştirak böhranı  isə  gildiya siste-

minin  (qapalı  sistem)  əsasında  həyata  keçirilən  idarəetmənin  fo-

nunda hakim qüvvələrin vətəndaşlar və qrupların ictimai-siyasi hə-

yatda iştirakına süni maneələr yaratması, siyasi sosiallaşma səviy-

yəsinin  olduqca  aşağı  olması,  sərbəst  siyasi  iştirak  imkanlarının 

məhdudlaşdırılması  kimi  hallar  zəminində  baş  verir.  Nüfuzetmə 

böhranı isə siyasi hakimiyyətin ictimai həyatın müxtəlif sahələrin-

də öz qərarlarını həyata keçirmək qabiliyyətini (inkluzivlik) itirmə-

si ilə müşayiət edilir və hakimiyyət böhranını şərtləndirən amillər-

dən biri kimi çıxış edir. Bölgü böhranı isə hakim elitanın cəmiyyə-

tin  maddi  rifahını,  onun  kəskin  sosial  diferensiasiyadan  qaçmağa 

imkan yaradan və əsas maddi nemətlərin əhalinin bütün təbəqələri-

nin faydalanmasına təminat verən bölgüsünü həyata keçirə bilmə-

məsi ilə təzahür edir.  

Beləliklə,  sadalanan  böhran  növlərinin  əsas  xüsusiyyətlərinə 

nəzər yetirdikdə belə bir  nəticəyə gəlmək olur ki, 1991-1993-cü il-

lərdə  ölkədə  hökm  sürən  və  mürəkkəb  kataklizmlərlə  müşayiət 

edilən  siyasi  böhran  özündə  yuxarıda  sadalanan  bütün  mikro  və 

makro böhran elementlərini daşımaqda idi.  

Amma Ulu öndər Heydər Əliyevin zamanında atdığı praqmatik 

addımlar bir əsrdə ikinci dəfə müstəqillik əldə etmiş Azərbaycanın 

öz  mövcudluğunu  qoruyub  saxlamasını  təmin  etdi.  İctimai-siyasi 

sabitliyin  təmin  edilməsi  və  sistematik  səciyyəli  kompleks  tədbir-

lərin görülməsi nəticə etibarilə yeni cəmiyyət və qeyri-formal milli 

dövlət quruculuğu prosesinin başlanmasını mümkün edən substrat 

oldu.  


 


Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə