HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə10/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   6   7   8   9   10   11   12   13   ...   145

31 

 

Beləliklə, Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzin-



də ölkəyə rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və gö-

rülən strateji tədbirlərin fonunda respublikamız sürətlə inkişaf edə-

rək SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevril-

di.  Əgər o zamanadək Azərbaycan SSRİ miqyasında  yalnız xam-

mal mənbəyi kimi çıxış edərək inkişaf tempinə görə ən geridə qal-

mış  ölkə  kimi  səciyyələndirilirdisə,  Ulu  öndər  Heydər  Əliyevin 

rəhbərliyi ilə həyata keçirilən işlərin fonunda ölkəmiz sürətli inki-

şaf tempinə malik oldu və 70-ci illərin sonu 80-ci illərin əvvəlində 

bütün sahələrdə mütəmadi inkişaf meyilləri qeydə alındı. 

Bununla yanaşı, siyasi-ideoloji müstəvidə görülən işlər də milli 

inkişaf  və  həmrəyliyimizin  təminatçı  substratı  qismində  çıxış  etdi. 

Milli ideoloji siyasətin tərkib hissəsi kimi 1978-ci ildə Heydər Əli-

yevin  cəhdləri  və  təşəbbüsü  sayəsində  Azərbaycan  SSR-in  Konsti-

tusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dili-

dir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional va-

hidi  olan  milli  dilimizin  mühafizəsi  və  təbliği  baxımından  mühüm 

tarixi strateji addım oldu. Bunun ardınca “Müasir Azərbaycan di-

li” və “Azərbaycan dili” dərslikləri hazırlandı ki, bu da bəhs edi-

lən siyasətin ideoloji substratı səciyyəsi daşıdı. 

Ulu  öndər  Heydər  Əliyevin  hakimiyyətinin  birinci  mərhələsi-

nin  mühüm  əsaslarından  biri  də  ölkəmizə  qarşı  ermənilərin  təşkil 

etdikləri  təbliğat  və  hücumların  qarşısının  məharətlə  alınmasıdır. 

Belə  ki,  ermənilərin  ölkəmizə  qarşı  təşkil  etdikləri  antitəbliğatın 

SSRİ  miqyasında  Ulu  öndər  Heydər  Əliyev  tərəfindən  məharətlə 

qarşısının  alınması  tarixi  nailiyyət  kimi  dəyərləndirilməlidir. 

Məlum  olduğu  kimi,  həmin  ərəfədə  ermənilər  mütəmadi  surətdə 

Dağlıq  Qarabağ  məsələsini  gündəmə  gətirməyə  cəhd  edirdilər. 

1977-ci ildə də belə təşəbbüs edilməsinə baxmayaraq, Ulu öndərin 

operativ  və  effektiv  tədbirləri  sayəsində  bunun  qarşısı  məharətlə 

alındı. 


Ümumiyyətlə,  Ulu öndər Heydər Əliyevin  Azərbaycan SSR-ə 

rəhbərlik etdiyi 13 il ərzində (1969-1982) respublikamızın region-

ları  da  daxil  olmaqla,  bütün  şəhərlərində  ciddi  tarixi  inkişaf  baş 



32 

 

verdi. Bu inkişaf ölkənin həm iqtisadi, həm də sosial-mədəni sfe-



rasını  əhatə  edirdi.  Bütövlükdə,  Bakı  şəhərinin  milliləşməsi,  pay-

taxtımızda onlarla sənaye müəssisəsinin yaradılması, mikrorayon-

ların və yeni qəsəbələrin salınması, kəndlərimizin abadlaşdırılma-

sı, gənclərin işlə təmin edilməsi və kadr kimi ixtisaslaşdırılması və 

s.  kimi  məsələlər  Heydər  Əliyev  hakimiyyətinin  əsas  xüsusiy-

yətləri idi. 

Nəticə  etibarilə,  Ulu  öndər  Heydər  Əliyevin  1969-1982-ci  il-

lərdə ölkəmizə rəhbərlik etdiyi dönəm inkişaf tendensiyaları ilə ta-

rixə  daxil  oldu.  Eyni  zamanda,  siyasi-ideoloji  müstəvidə  həyata 

keçirilən  işlər  milli  həmrəylik  və  bütövlüyümüzün  təminatçısı  ro-

lunda çıxış etdi. 

1982-ci  ilin  dekabrında  Sovet  İttifaqı  Kommunist  Partiyası 

Mərkəzi  Komitəsi  Siyasi  Bürosunun  üzvü  seçilən  Heydər  Əliyev 

SSRİ  Nazirlər  Soveti  sədrinin  birinci  müavini  vəzifəsinə  təyin 

edildi və SSRİ-nin rəhbərlərindən biri oldu. Heydər Əliyev 1987-ci 

ilin  oktyabrında  Sovet  İttifaqı  Kommunist  Partiyası  Mərkəzi  Ko-

mitəsi  Siyasi  Bürosunun  və  şəxsən  Baş  katib  Mixail  Qorbaçovun 

yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən is-

tefa  verdi.  Təəssüflər  olsun  ki,  Ulu  öndər  Heydər  Əliyevin  SSRİ 

Nazirlər Soveti sədrinin birinci müavini kimi fəaliyyəti lazımi qə-

dər  tədqiq  edilməyib.  Hesab  edirik  ki,  bu,  ayrıca  və  əlahiddə  bir 

mərhələ olduğu üçün xüsusi araşdırma mövzusu olmalıdır. 

 

1.2. Böyük qayıdış və Naxçıvan MR-in xilası 

 

Ulu öndər Heydər Əliyevin siyasi irsinin politoloji aspektlərini 



araşdırarkən Ümummilli liderin siyasi fəaliyyətinin Naxçıvan döv-

rünə də nəzər yetirmək məqsədəmüvafiqdir. 

Məlum olduğu kimi, 1990-cı ildə Azərbaycan olduqca mürək-

kəb  situasiya  qarşısında  idi.  SSRİ-nin  dayaqlarının  sarsıldığı  bir 

dövrdə  İttifaq  miqyasında  baş  alan  hərc-mərclik  ölkələrin  daxili 

həyatına  da  sirayət  etmiş  və  idarəetmə  potensialı  və  qabiliyyəti 




33 

 

aşağı olan ölkələrdə çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cə-



rəyan etməkdə idi. 

Həmin  tarixi  dövrdə  mövcud  problemlərin  fonunda  Azərbay-

can  da  olduqca  mürəkkəb  sosial,  iqtisadi  və  siyasi-hüquqi  katak-

lizmlər  burulğanında  idi.  Bunu  şərtləndirən  obyektiv  səbəblər  var 

idi. İlk növbədə, ölkəyə səriştəsiz qüvvələrin rəhbərlik etməsi ida-

rəetmənin rasional və praqmatik prinsiplər əsasında həyata keçiril-

məsini mümkün etmədiyindən bütün sahələrdə dərin tənəzzül me-

yilləri müşahidə edilirdi. Bunun fonunda Ermənistanın Azərbayca-

na qarşı irəli sürdüyü ərazi iddiaları və işğalçı siyasətini davam et-

dirməsi  ölkəmizin  durumunu  mürəkkəbləşdirən  amillər  sırasında 

səciyyələndirilməlidir. Həmin tarixi mərhələdə Naxçıvan da olduq-

ca mürəkkəb vəziyyətdə idi. Muxtar Respublikanın blokada şərai-

tində  olması,  sosial-iqtisadi  durumunun  bərbadlığı,  hakimiyyətin 

muxtar  qurum  üzərində  oynamağa  çalışdığı  oyunlar  Naxçıvanın 

vəziyyətini maksimum dərəcədə mürəkkəbləşdirmişdi. 

Mövcud durum 1991-ci ilin sentyabr ayında Ulu öndər Heydər 

Əliyevin  Naxçıvan  MSSR-in  Ali  Sovetinin  sədri  seçilməsinədək 

olan  tarixi  mərhələdə  daha da kəskinləşdi.  Ali  Sovetin sədri  seçi-

lən Ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsin-

də sabitlik təmin edildi və muxtar qurumun sosial-iqtisadi vəziyyə-

ti yaxşılaşdırıldı. Müharibənin davam etdiyi, sənaye məhsullarının 

çatışmadığı,  elektrik enerjisinin  olmadığı,  sosial-iqtisadi  durumun 

kəskin  olduğu  şəraitdə  Ali  Məclisin  sədri  seçilən  Heydər  Əliyev 

həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində sa-

bitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu. 

Ümumiyyətlə,  Ulu öndər Heydər Əliyevin  siyasi fəaliyyətinin 

Naxçıvan dövründə gördüyü işlərin mahiyyətini və əzəmətini anla-

maq üçün, sadəcə, bir neçə fakta nəzər yetirmək kifayət edir. 

Beləliklə, görülən işlər sırasında, ilk növbədə, milli dövlətçilik 

ənənələrinin bərpasını qeyd etmək lazımdır. Belə ki, milli dövlətçi-

lik  ənənələrinin  bərpa  olunması  yönündə  görülən  işlər  sırasında 

Muxtar Respublikanın dövlət rəmzlərinin bərpa olunması və milli-

ləşdirmə siyasətinin həyata keçirilməsi vurğulanmalıdır. 17 noyabr 




Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə