Bəhmən Əliyev-Ayvazalı
8
Nərgizlə Azərbaycanın görkəmli sənətkarları Rəşid Behbudov,
Şövkət Ələkbərova arasında dostluq və sənət əlaqələri davam et-
dirilmişdir
Sоvеt-Hind Mədəni Əlаqələr Cəmiyyətinin çərçivəsində Аzər-
bаycаnın məşhur cərrаhı M.А.Tоpçubаşоv Hindistаndа оlmuş,
professor Ə.İ.Tağıyevin rəhbərliyi altında ilk sovet neftçi elmi-tex-
niki mütəxəssislər qrupu (1955) Hindistаndа fəаliyyət göstərmişdir.
Hindistanın Qucаrat ştatında 1968-ci ilin martında Azərbay-
can Mədəniyyəti Dekadası keçirilmişdir. Azərbaycanda 1969-cu
ilin sentyabrın 25-də başlayan Hindistan mədəniyyəti ongünlüyü-
nün də əsas missiyası dostluq və mədəni münasibətlərin gücləndi-
rilməsinə хidmət еdirdi.
ХХ əsrin оrtаlаrındаn bаşlаyаrаq hind filmlərinin Аzərbаy-
cаndа gеniş yаyılmаsı, hind mаhnılаrının ölkəmizdə məşhurlаş-
mаsı iki ölkə аrаsındа əlаqələrin mənəvi bахımdаn bərpаsı üçün
mühüm əhəmiyyət dаşımışdır.
Bəstəkar Sultan Hacıbəyovun “Hind mövzusunda suita”, dra-
maturq Qeybulla Rəsulovun “Əlvida, Hindistan” pyesi, maestro
Niyazinin “Çitra” baleti və başqalarının əsərlərində hind xalqının
mədəniyyətinə, tarixinə ehtiram və məhəbbət bədii obrazlarla öz
ifadəsini tapmışdır. Xalq rəssamı Mikayıl Abdullayevin yaratdığı
“İndira Qandinin portreti” əsəri Azərbaycan hökuməti tərəfindən
Hindistanın baş naziri İndira Qandiyə hədiyyə olunmuşdur.
Аzərbаycаn-Hindistаn əlаqələri 1980-ci illərdə zəifləsə də
mənəvi-mədəni bаğlılıq tam qırılmamışdır.
Hazırda Аzərbаycаn-Hindistаn arasında siyаsi, iqtisаdi, sо-
siаl sаhələrdə münаsibətlər, tаriхi-mədəni əlаqələr inkişаf еdir.
Ötən illər ərzində iki ölkə arasında ticarət, iqtisadi əlaqələr geniş-
lənir, ticarət dövriyyəsinin həcmi artır.
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında, ali mək-
təblərdə Şərq ölkələrinin tədqiqi, öyrənilməsi, müxtəlif ölkələr
üzrə regionşünas mütəxəssislərin hazırlanması günümüzün aktu-
al məsələlərindəndir.
Hindistan etnoqrafiyası
9
Azərbaycan Dillər Universitetində 2010-cu tədris ilindən
“Hindistаnşünаslıq” iхtisаsı üzrə bakalavr səviyyəsində mütəхəs-
sis hаzırlığınа bаşlаnılmış, Hindistan Mərkəzi yaradılmışdır.
Hər hansı bir sahədə mütəxəssislərin hazırlanması üçün təd-
ris dilində kitabların, məqalələrin yazılması tələbələrin ixtiyarına
verilməsi vacibdir. Bu baxımdan AMEA Arxeologiya və Etnoq-
rafiya İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Dillər Univer-
sitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Bəhmən Əliyevin
müəllifi olduğu “Hindistan etnoqrafiyası (maddi mədəniyyət)”
və Hindistan etnoqrafiyası (mənəvi mədəniyyət)” adlı əsərlər ilk
uğurlu addımlardan sayıla bilər.
Dərs vəsaitlərində Hindistanın etnoqrafik baxımdan tədqiqi,
dünya hindşünaslıq elminin yaranması, Hindistanda etnoqrafiya
(antropologiya) elminin yaranması və s. nəzəri məsələlər əksi-
ni tapır. Burada dünya elmində Hindistanın tarixi, arxeologiyası,
etnoqrafiyası, mədəniyyətinin və s. tədqiqi mərhələlərinin araşdı-
rılması maraq doğurur. Müxtəlif ölkələrdə hindşünaslıq məktəb-
lərinin yaranması, inkişaf xüsusiyyətlərinin müəyyənləşdirilməsi
tədqiqatçıların, regionşünasların daha sistemli biliklər əldə etmə-
si, geniş dünyagörüşü üçün vacibdir.
Kitablarda əhalisinin sayına görə, dünyanın ikinci ölkəsi olan
Hindistanın tarixi-etnoqrafik inkişafı dövrlər üzrə təsvir və təh-
lil edilir, etnoqrafik inkişaf tarixi, sosial, siyasi, dini proseslərin
müstəvisində təqdim olunur. Dərs vəsaitlərində Hindistan xalq-
ları, ölkə əhalisinin irqi-etnik tərkibi araşdırılmış, arxeologiya,
etnologiya, toponimika və dilçilik üzrə tədqiqatlara müraciət
olunmuşdur. Hindistan xalqlarının irqi -etnik xüsusiyyətlərinin
təsviri kifayət qədər mürəkkəb məsələ olsa da müəllif mövzu ilə
bağlı aparılmış tədqiqları oxucuya çatdırır, ümumiləşmələr apa-
rır. Burada XX əsrin ortalarından Hindistanda yürüdülən milli
siyasət, etno-linqivistik ştatların yaradılması, müasir dövrdə özü-
nü göstərən problemlər əksini tapır. Dərs vəsaitlərində Hindistan
Bəhmən Əliyev-Ayvazalı
10
xalqlarının dillərinin tarixi inkişafı, dillərlə bağlı müxtəlif təsni-
fatlar, statistik məlumatlar vardır.
Fərəhləndirici haldır ki, uzun müddətdir ki, Azərbaycan Dil-
lər Universitetində “Hindistan etnoqrafiyası” fənnini tədris edən
t.ü.f.d. Bəhmən Fazil oğlu Əliyev 2013-cü ilin fevral ayında
Cavarharlal Nehru Universitetində Hindistan araşdırmaları üzrə
Müstəqil Dövlətlər Birliyi ölkələri müəllimlərinin Birinci Təlim
Proqramında iştirak etmişdir. Bu proqram Hindistanın tədqiqi
üzrə ixtisaslaşan alimlərin, hindistanşünaslıq üzrə dərs deyən
müəllimlərin təcrübəsinin artırılması baxımından mühüm əhə-
miyyət daşıyır.
Bəhmən Əliyevin müəllifi olduğu “Hindistanın etnoqrafiyası
(maddi mədəniyyət)” və “Hindistan etnoqrafiyası (mənəvi mədə-
niyyət)” adlı dərs vəsaitləri Hindistan üzrə ixtisaslaşan bakalavr
tələbələr, magistrlər və tədqiqatçıların, oxucuların diqqətini cəlb
edəcək, marağına səbəb olacaq.
Teymur Bünyadov,
t.e.d., professor, AMEA-nın həqiqi üzvü,
əməkdar elm xadimi
Hindistan etnoqrafiyası
11
I FƏSİL
HİNDİSTANIN TƏDQİQİ TARİXİ
1.1. Hindistanın tədqiqinin mərhələləri
H
indistanın qədim tаriхi haqqında kоnkrеt хrоnikа
müasir dövrə gəlib çаtmаsа dа, bir sıra yаzılı
mənbələrdə məlumаtlar vardır. Kautilyanın “Art-
haşastra”sı (e.ə. 324-296 illər) siyasi, dövlətçilik və iqtisadi traktat
sayılır, lakin bu traktatda hind cəmiyyətinin mövcudluq prinsip-
ləri detallı şəkildə əksini tapmamışdır. Manu “Dharmaşastra”sı
(e.ə.II əsr) hind cəmiyyətini hərtərəfli öyrənməyə imkan verir, bu
qanunnamələr sosial və iqtisadi həyatın mənəvi tələblərinə və nor-
malarına əsaslanır. “Mahabharata” və “Ramayana” eposları mifik
olsalar da, Hindistanın qədim tarixi haqqında müəyyən təsəvvür
yaradırlar. Еpоslаrdа və purаnalаrdа (tanrılar və qədim hökmdаrlаr
hаqqındа miflər tоplusu) sülаlə siyаhılаrının vеrilməsi sаbit tаriхi
ənənələrin mövcudluğundаn хəbər vеrir. Bu məlumаtlаr əsasın-
da Hindistandа tаriхən аilə, dövlət kimi vаcib təsisatların inkişafı
haqqında mülahizələr irəli sürmək mümkündür.
Hind sivilizasiyası yarımadada formalaşsa da, kontinental və
ada xüsusiyyətlərinə malik olmuşdur. Şimalda Himalay dağ sil-
siləsi, digər üç tərəfdə dəniz və okean digər xalqlarla əlaqələrdə
çətinlik yaratsa da, tayfaların köçünə hərbi yürüşlərə, ticarət və
mədəni əlaqələrə maneçilik törətməmiş, keçilməz olmamışdır.
Hindistan çoxsaylı miqrasiya dalğalarını qəbul etmiş, dravid və
ari tayfalarının, kuşan, hun-eftalit, yəhudi, pars, çoxsaylı müsəl-
man xalqlarının və s. doğma yurduna çevrilmişdir. Yəni Hindis-
tan heç zaman izolyasıyada qalmamışdır.
Dostları ilə paylaş: |