Hindistan etnoqrafiyası
43
gilli torpaqlarda qazılmış çuxurlarda-qaradamlarda tikilirdi. Qa-
radamların çıxışında ocaq yerləri tapılmışdır. Əllə düzəldilmiş
keramika kobud idi. Bu qazıntı mərkəzlərindən çoxlu sümük qar-
punlar, iynələr və s. tapılmışdır. Əhali əsasən balıqçılıqla məşğul
olmuşdur. Burada əkinçiliyə keçid bir qədər gec, e.ə. XIX-XVII
əsrlərdə baş vermişdir. Həmin dövrə aid gil və çiy kərpicdən ti-
kililərə rast gəlinir. Neolit dövrünə aid Sanqanakallu (Bislapp
vilayəti) və Pişhala qazıntı məskənləri xeyli material vermişdir.
Qədim insanlar qoyun və keçini əhliləşdirmişdilər. Onlar yaşayış
evlərini təpələrdə və ya təpələr arasındakı dayaz dərələrdə gil və
bambukdan tikirdilər. Pişhalanın sakinləri maldar və əkinçi idilər,
burada heyvan saxlamaq üçün xüsusi yerlər tapılmışdır.
Neolit dövrünə aid iki bölgəni-Bihar Orissa və Assamı ayı-
rırlar. Sonuncuya Cənubi Asiyanın neolit mədəniyyətləri təsir
göstərmişdir. Bihar Orissanın ilkin dövrlərində yerli mədəniyyə-
tin izləri aydın görünür.
Hindistanın şimalında və şərqində Neolit mədəniyyətinin in-
kişaf etdiyi bir zamanda Hind vadisində Tunc dövrünün yüksək
inkişaf etmiş şəhər sivilizasiyası mövcud idi.
Harappa sivilizasiyası. Harappa sivilizasiyasının kəşfi hind
mədəniyyətinin qədimliyinin ən böyük sübutu oldu. Hələ 1875-
ci ildə ingilis arxeoloqu A.Keninqhem Harappada (Pakistan,
Mantqomeri rayonu, Qərbi Pəncab) qədim yaşayış məskəni tapsa
da, onun geniş tədqiqinə yalnız XX əsrin 20-ci illərində başlanıl-
mışdır. Hind arxeoloqları Dayaram Sahni Harappada (1921) və
R.D.Benerci Mohenco- Daro (1922, Pakistan, Larkhan rayonu,
Sind) və Harappada qazıntı apararaq, qədim şəhər kəşf etmişlər.
Hindli arxeoloq R.D.Benerci Hind çayının aşağı axarların-
da “Ölülər təpəsi” anlamına gələn Mohenco-Daro yaxınlığın-
da buddist ziyarətgahında qazıntılar aparmışdır. Onun diqqətini
kərpiclər çəkmiş, məlum olmuşdur ki, bunlar dini ziyarətgahın
tikilməsində istifadə olunan kərpiclərdən çox qədimdir. Qazıntı-
Bəhmən Əliyev-Ayvazalı
44
ları davam etdirən Benerci “Ölülər təpəsi”nin altında çox qədim
bir şəhər aşkarlamışdır. Hindistan arxeoloji tədqiqatların rəhbəri
Sir Con Marşal da həmin illərdə Harappa yaxınlığında qazıntılar
aparmağa başlamış, orada tarix öncəsi sivilizasiyanın qalıqlarını
tapmışdır. Bu sivilizasiya Hindistandan Bəlucistana qədər geniş
bir ərazini əhatə edirdi, demək ki, arilərdən əvvəl Hindistanda ta-
rix öncəsi sivilizasiya vardı.
Bəlucistan və Sinddə aparılan arxeoloji tədqiqatlar göstərdi
ki, burada e.ə. IV-III minilliklərdə ilkin Harappa mədəniyyəti ilə
xeyli oxşarlıqları və əlaqəsi olan əkinçilik mədəniyyəti mövcud
olmuşdur. Sinddə isə əkinçilik mədəniyyəti bir qədər sonra mey-
dana çıxmışdır və bu da Bəlucistan və Əfqanıstanın cənubundan
müxtəlif tayfaların buraya gəlməsi haqqında ehtimal irəli sür-
məyə imkan verir. Müasir arxeoloji araşdırmalar Harappa mədə-
niyyətinin Hind çayı vadisi boyunca geniş ərazidə yayıldığını üzə
çıxarmışdır. Bu ərazi şimaldan-cənuba doğru 1100 km, qərbdən-
şərqə doğru 1600 km uzanmışdır.
Müasir dövrdə alimlər Harappa mədəniyyətinin yaranmasını,
mövcudluğunu təxminən e.ə. 3500-2500-cü illərə, məhvini isə e.ə.
1750-ci ilə (XVIII əsr) aid edirlər. Bu tarix isə Hind vadisinin Me-
sopotamiya, Şumer ilə əlaqələrinin mümkünlüyünü təsdiqləyir.
Harappada böyük şəhərlərin mövcudluğu, şəhərsalma təcrü-
bəsi bu sivilizasiyanın yüksək inkişafının sübutudur. Hind (Sa-
rasvati) vadisində 1921-1974-cü illərdə aparılan qazıntılar zama-
nı bir sıra şəhər yerləri (Harappa, Mohenco-Daro, Sutkaqendor,
Chanhudaro, Ranqpur, Kalibanqan, Ropar, Lothal, Surkotada,
Banuali) aşkarlanmışdır ki, onların da ən böyüyü Harappa və
Mohenco-Darodur, bu yaşayış məntəqələri ən qədim şəhərləşmə
örnəkləridir.
Harappa şəhərində üzə çıxarılan 169 fut х 35 fut ölçüsün-
də anbar diqqətçəkən tapıntılardan biridir. Bu şəhərdən tapılan
891 möhür sayca bütün Hindistanda tapılan möhürlərin 40 faizi
Hindistan etnoqrafiyası
45
deməkdir. Qırmızı qumdaşından hazırlanmış çılpaq kişi heykəli
caynizmlə əlaqələndirilir. Bu şəhərdə anbar və qala arasında taxıl
döyülməsi üçün (xırman) dairəvi yerlər, qul və xidmətçilərin ya-
şaması üçün birotaqlı mənzillər aşkara çıxarılmışdır.
Mohenco- Daro (“Ölülər kurqanı”) şəhəri 2,5 kv.km sahəni
əhatə etmişdir, burada əhalinin sayı 35 min nəfər olduğu güman
edilir. Bu şəhər Hind çayı vadisində ən böyük yaşayış yeri ol-
muşdur. “Böyük hamam” adlandırılan, 39 fut uzunu, 23 fut eni,
8 fut dərinliyi olan sahə ictimai yer olmuşdur. “Əhalinin istifadə
etdiyi hamamda axar su yolları, “tepidarium” (suyu ilıq saxlayan
bölüm), yüksək dəqiqliklə biçimlənən üzmə hovuzu, qarderoblar,
fərdi hamam-duş dairələri, su yolları, quyular və s. vardır”. Qala-
ların ortasında yerləşən bu yerin döşəməsi bişmiş qırmızı kərpiclə
örtülmüş, tikinti gilindən istifadə edilmişdir. Ehtimal ki, burada
dini mərasimlər yerinə yetirilmişdir. Burada inzibati məqsədlər
üçün tikilmiş böyük düzbucaqlı binaya, kiçik sütunlu zala da rast
gəlinmişdir. Mohenco-Daroda evlərin çoxu bişmiş kərpicdən ti-
kilmişdir. Dama daşları kimi, daş düzülmüş əsas küçələri genişdir
(eni 33 fut), şimaldan-cənuba doğru uzanır, küçələr şərqdən-qərbə
doğru düzbucaqda kəsişir. Harappa şəhərində olduğu kimi burada
da bişmiş kərpicdən tikilmiş kvadrat divarlardan ibarət anbar qa-
lıqları tapılmışdır. Şəhər yerində cəmiyyətin aşağı təbəqələri üçün
paralel tikilmiş iki mənzilli evlərin qalıqlarına da rast gəlinir.
Qazıntılar üzə çıxarmışdır ki, Harappa sivilizasiyasında (Ha-
raşte, Kalibanqan) şəhərlər iki hissədən ibarət olmuşdur: qərbdə
şəhər hakiminin yerləşdiyi istehkam və əsasən yaşayış evlərinin
yerləşdiyi sahə yerləşirdi. Yaşayış sahələri beşguşəli olmuşdur.
İstehkam daşqınlar və s. fəlakətlərdən qorunmaq üçün yüksək-
likdə yerləşirdi, iki hissə arasında gediş-gəliş məhdudlaşdırılır-
dı. Şəhərlərdə su ehtiyatı yığmaq üçün anbarlar, taxıl döyülməsi
üçün daş platforma və s. olurdu. Şəhərlərdə yaşayış evləri, küçələr
plan əsasında tikilirdi. Mohenco- Daroda küçənin eni 10 metrdir.
Dostları ilə paylaş: |