Bəhmən Əliyev-Ayvazalı
30
1.2. Hindistanda etnoqrafiya (antropologiya)
elminin yaranması və inkişafı
Hindistan tаriхşünаslığı ingilis tаriхşünаslığının bir hissə-
si kimi yаrаnmışdır. Müəlliflər təkcə ingilis dilində yаzmırdılаr,
həm də dünyаyа bахışlаrınа, mədəniyyətlərə yаnаşmаlаrınа görə
ingilis təhsilinin, ingilis ruhunun təsiri аltındа idilər. Аncаq milli
özünüdərk inkişаf еtdikcə vəziyyət dəyişməyə bаşlаdı.
R.K.Mukеrci, R.Ç.Mаcumdаr, K.P.Cаyаsvаl, B.Ç.Lоu və
bаşqаlаrının əsərləri Hindistanın qədim tаriхinə mаrаğın nəticəsi
idi. Аvrоpаmərkəzçiliyi tənqid аtəşinə tutаn hind аlimləri qədim
Hindistan mədəniyyətini idеаllаşdırmаğа çаlışırdılаr. Məsələn,
K.P.Cаyаsvаlın əsərlərində qеyd оlunur ki, Аvrоpаnın indi əldə
еtdikləri dövlət quruluşlаrı qədimdə Hindistandа mövcud idi.
Hаmеçаndrа Rаycаudhuri U.Smitdən fərqli оlаrаq yazırdı ki,
Hindistanın siyаsi tаriхi е.ə. ХI əsrdən bаşlаyır.
Hindistan müstəqilliyini əldə еtdikdən sоnrа ölkənin qədim
tаriхinə, mədəniyyətinə mаrаq dаhа dа аrtdı. Bu özünü аyrı-аyrı
dövrlərə аid əsərlərin nəşrində, institutlаrın, muzеylərin fəаliyyə-
tində və s. göstərirdi.
Xüsusi qeyd etmək lazımdır ki, Hindistanda antropologiya
elminin yaranmasında Avropada XIX əsrdə bu elm sahəsində
təşəkkül tapmış evolyusionizm (təkamül) nəzəriyyəsi mühüm rol
oynamışdır.
Hind antropoloqları V.S.Upadhyay və Qaya Pandey evolyu-
sionizm məktəbini klassik evolyusionizm məktəbi və neo-evol-
yusionizm məktəblərinə ayırırlar. Hindistanda evolyusionizm
ideyalarının möhkəmlənməsində klassik evolyusionist Britaniya
məktəbi (E.B.Taylor, H.J.Maine, J.F.McLennan, S.C.Freyzer),
Amerika evolyisionizm məktəbi (L.H.Morqan), neo-evolyusi-
onist Britaniya məktəbi (V.G.Childe), Amerika məktəbi (Les-
lie A.Uayt, Culisn H.Steuard) mühüm rol oynamışlar. Bundan
Hindistan etnoqrafiyası
31
başqa, dünya etnoqrafiya-antropologiya elmində ilk məktəblərdən
olan diffuzionalizm cərəyanının nümayəndələri-ingilis G.E.Smit,
U.C.Perri, U.H.R.Rivers, alman F.Ratzel, L.Frobenius, F.Gra-
ebner, F.U.Şmidt, amerikalı F.Boas, C.Uisler, A.L.Kroeber və
başqalarının əsərləri, nəzəriyyələri hind antropologiyasına mü-
hüm təsir etmişdir. Eyni zamanda XIX əsrin sonu-XX əsr boyu
Qərb antropologiya elminin inkişafında ciddi rol oynamış funk-
sional məktəb (B.K.Malinovski), struktural məktəb (A.R.Radklif
Broun, E.R.Leach, E.E.Evans, Robert K.Marton, G.P.Murdok,
E.Durkheim, C.L.Straus), cəmiyyət, mədəniyyət, sivilizasiyaya
aid nəzəri məktəblər Hindistan antropologiya elminin inkişafını
yönləndirmişdir. Bəri başdan qeyd etmək olar ki, Hindistan antro-
pologiya elmi Qərb antropologiya elminin nəzəri əsaslarına söy-
kənərək, onun üzərində inkişaf etmişdir. Lakin bu proses bir neçə
mərhələdən keçmişdir.
XX əsrdə, Hindistanda yeni antropoloqlar nəsli yetişməyə
başladı. Müxtəlif universitetlərdə antropologiya bölmələrinin
(department) yaradılması bu işdə xüsusi rol oynadı. Hind ant-
ropoloq mütəxəssislərinin sayının və elmi səviyyəsinin artması
Britaniya elmi hegemonluğunu da zəiflətmişdir. Lakin Hindis-
tan antropologiya elmində ingilis (evolyusionalizm, diffusiona-
lizm və s.) elmi-nəzəri ənənələri indi də güclüdür.
Hind alimlərinin tədqiqatları milli antropologiya-etnoqrafiya
elminin formalaşmasına da mühüm təsir göstərmişdir. Belə ki,
hind antropoloqları özlərinə yaxşı məlum mədəniyyəti-Hindistan
xalqlarını, cəmiyyətini tədqiq etməyə başlamışlar.
Formalaşma mərhələsində (1774-1919) təbii tarixi yanaş-
ma önə çıxmış, tayfaların oxşar və fərqli adətlərinin tədqiqinə
geniş yer verilmişdir. Eyni zamanda tayfalar və kastalar haqqın-
da müxtəlif ensiklopediyalar çap olunmuşdur. Klassik evolyu-
sionizm nəzəriyyəsi baxımından primitiv qalıqların axtarılması,
xalqın mədəniyyət tarixinin öyrənilməsi əsas əlamət idi.
Bəhmən Əliyev-Ayvazalı
32
Etnoqrafik hesabatlarla yanaşı, administrativ məlumatlar
Dalton, Buchanan, Lord Baden-Pouellin əsərlərində hind kənd
cəmiyyəti haqqında daha real ideyalar irəli sürməyə imkan verdi.
Hindistanda ilk antropoloji cəmiyyət 1886-cı il aprelin 7-də
Bombey (indiki Munbay) şəhərində yaradılmış Antropoloji Cə-
miyyət olmuşdur. T. H. Huhley, E. B. Taylor və Ceyms Freyzer
bu cəmiyyətin fəxri üzvü olmuşlar. Bombey Asiya Cəmiyyəti indi
də həmin yerdə fəaliyyət göstərir. Bir çox tanınmış hind antropo-
loqların bu cəmiyyətin üzvləri idi. Məsələn, H.H.Risley 1891-ci
ildə Benqal qəbilə və kastaları haqqında kitab yazmışdır. O, Hin-
distanda siyahıyaalma prosesinə rəhbərlik edirdi, məhz bu proses
onları xalqın içinə getməsinə şərait yaradırdı. Risley 1905-ci ildə
Hindistanda etnoqrafik xidmət üçün xüsusi sorğu anketi ha-
zırlamışdır və bu Hindistanda antropologiya elminin başlanğıcı
sayıla bilər.
Antropologiyaya həsr olunmuş ilk jurnal Eduard Teyrrel Le-
ith tərəfindən 1886-cı il dekabrın 31-dən çap olunan Bombey
Antropoloji Cəmiyyətinə məxsus “Antropoloji jurnal” olmuşdur.
XIX əsrin sonu- XX əsrin əvvəllərində Hindistanda aşağıdakı
jurnallar çap olunurdu: “Journal of the Asiatic Society of Bengal”
(Calcutta, 1874); “Journal of the Bombay Branch of the Royal
Asiatic Society” (Bombay, 1841); “Indische Studien” (В., 1850-
1898); “Indian Antiquary” (Bombay, 1872); “Journal of the
Pali Text Society” (1882-1927); “Epigraphia Indica” (Calcutta,
1892); “Journal of the Bihar and Orissa Research Society” (Pat-
na, 1915); “Memoirs of the Archaeological Survey of India” (Cal-
cutta, 1919); “Man in India” (Ranchi, 1921); “İndian Historical
Quarterly” (Calcutta, 1925); “Indian Geographical Journal”
(Madras, 1926). Bu jurnallara 1921-ci ildən nəşrə başlayan Bihar
və Orissa Tədqiqat Cəmiyyətinin jurnalı da əlavə olunmuşdur.
Həmin dövrdən nəşr olunan kitablar və yerli qəzetlər antro-
logiya elminin inkişafı baxımından ictimai marağı hələ də təmin
Dostları ilə paylaş: |