Bəhmən Əliyev-Ayvazalı
36
Digər bir təsnifat isə aşağıdakı kimidir:
1. Hind sosial strukturuna daxil olan tayfalar (bhillər, bhu-
mic);
2. Ümumi sosial struktura pozitiv yanaşan tayfalar (santallar,
oraonlar, mundalar, qondalılar);
3. Ümumi sosial struktura neqativ yanaşan tayfalar (mizo,
naqa);
4. Ümumi sosial struktura laqeyd yanaşan tayfalar (Arunaçal
Pradeş tayfası; V.K.Burman).
Antropoloq Leverye Elvin 1939-cu ildə yazırdı ki, tayfaları
rahat buraxmaq lazımdır, eyni zamanda belə insan qrupları şəhər-
lərdən, əsas əhali kütləsindən kənar izolyasıyada inkişaf etmək
imkanına malik olmalıdırlar.
Digər bir tərəfdən, Q.S Qhurye belə tayfaların ayrıca sayı-
laraq, siyahıya alınmasını məqsədəuyğun saymır, tayfaların cə-
miyyətin bir hissəsi kimi hinduslara assimlyasiya olunmasını əsas
götürürdü.
J. H. Hutton isə təsdiqləyirdi ki, tayfalara geri qalmış hindus-
lar kimi baxılması lazımdır və onların assimlyasiyası uzun müd-
dət davam edəcəkdir.
XX əsrin ortalarında Leverye Elvinə əsaslanan Hindistanın
ilk baş naziri Cavaharlal Nehru bu iki metod arasında qızıl or-
tanı (“Golden Mean”) müəyyənləşdirərək “Panchsheel” adlanan
sənəd hazırlamışdır. Bu sənədə görə, insanlar (a) öz kimlikləri ilə
inkişaf etməli və onlara heç nə mane olmamalıdır; (b) Meşə və
torpaqlar üzərində tayfa hüquqlarına hörmət olunmalıdır; Tayfa
(c) və yadlarla həddən artıq tanışlıqdan çəkinmək lazımdır; (ç)
Tayfaların inzibati vahidlərə bölünməsindən yayınmaq, bunun
əvəzində bütün işlərin öz sosial və mədəni təsisatları vasitəsi ilə
yerinə yetirilməsinə çalışmaq lazımdır; (d) Nəticələri gələn pula
görə deyil, insan xarakterinin təkamülü ilə qiymətləndirmək la-
zımdır.
Hindistan etnoqrafiyası
37
Analitik mərhələdə (1950-1990) Hindistan antropoloqları
müntəzəm olaraq xaricdəki həmkarları ilə əlaqə saxlayır, birgə
fəaliyyət göstərirdilər. Həmin dövrdə kənd həyatı ilə bağlı tə-
dqiqatlar genişlənmişdir. Bu tədqiqatlar əsas norma sayılır, me-
todoloji səviyyəsi yüksəlir. Bu dövrdə Hindistanda amerikalı ant-
ropoloqların tədqiqatları genişlənmişdir, onlar xüsusilə kəndlərə
diqqət yetirirdilər. Amerikalıların Hindistanı öyrənməsi işinə hələ
1871-ci ildən Ser Henry Summer Maine başlamış və 1892-ci ildə
Baden-Pouellin tədqiqatları ilə davam etmişdir. 1933-1936-cı il-
lərdə David Mandelbaum (University of California), Karimpurda
U.H. Uiser və Çarlotte Uiser (Cornell University) fəaliyyət göstər-
mişlər. 1952-ci ildən Madhopur və Rampurda Morris Opler (Cor-
nell University), Rampurada Oscar Leuis (University of İllinois)
Namhali və Qopalpurda Alan və Ralph Beals (University of Ca-
lifornia), Shanti Nagarda Sheripurda Harold A. Gould, Kathleen
Gough, Stephen Fuchs, Ruth və Stanley Freed (National Museum
of Natural History New York), F. G. Bailey (Bisipara), Robert
Redfield, Senapurda V.A.Rou (Cornell University), 1954-1957-
ci illərdə Senapurda M.S.Luçinsky, Çhittoda M.R.Qoodall (Cor-
nell University), Uoanqala və Dalenada Scarlett Epstein, Kishan
Qarhi, Pune yaxınlığındakı Uai qəsəbəsində David Mandelbaum,
McKim Marriott, Khalapurda John T.Hitchcock, Cohn J.Qum-
perz, Kolenda, Ralph R.Retztaff, Leigh Minturn, Sharanpurda
A.P. Barnabas, Ramkeridə Adrian C.Mayer, Deolidə Q.M.Cars-
tairs, Gaonda Henry Orenstein, Renqsanqridə Robbins Burling,
Madrasda Milton Singer, Sirkanda da Qerald D. Berreman, David
Q.Mandelbaum, O.T.Beidelman, Camşedpurda Martin Orans və
başqaları tədqiqat aparmışlar.
XX əsrin ortalarından başlayaraq D.R.Qadqil, K.N.Rac, S.Ç.
Qupta, V.B.Sinqh və başqalarının əsərlərində Hindistanın sosi-
al-iqtisadi problemlərinin öyrənilməsinə maraq artmışdır
Bu dövrdə hind antropoloqlar nəsli yetişmişdir: S.C.Dube
Bəhmən Əliyev-Ayvazalı
38
(Shamirpet şəhərində tədqiqat aparırdı), M.N.Srinivas (Rampu-
ra şəhəri), A.Aiyappan, D.N. Macumdar (Mohana şəhəri), İnder
Pal Sinqh (Deleke şəhəri), K.S.Mathur (Potlod), Yoqendra Sinqh,
Q.S.Qhurye (Haveli Taluka) və başqaları. Hindistanda 1961-ci ildə
əhalinin sayımından sonra bir çox dərsliklər, monoqrafiyalar dərc
olunmuşdur. Onlardan ən məşhuru L. P. Vidyarthinin əsəri idi.
Hindistanda çoxsaylı kənd materialları əsasında aparılmış tə-
dqiqatlar yeni konsepsiyalar və ideyaları ortaya çıxarmışdır. Bu
baxımdan L.P.Vidyarthi, B.K.Roy Burman, R.M.Sarkar, Baidya-
nath Sarasvati, Makhan Cha, A.Danda, M.K.Raha, P. K.Misra,
K.S.Sinqh, T.N.Madan və başqalarının əsərləri xüsusi qeyd olun-
malıdır.
XX əsrin ortalarından başlayaraq, “Indo-Iranian Journal”
(1957); “Indian Studies: past and present” (Kəlküttə, 1960) kimi
jurnallar fəaliyyətə başlamışdı. Hind antropoloqlarına Redfild,
Levi Stross, Dyumon, Liç, Redklif Braun və başqa Qərb müəllif-
lərinin təsiri hiss olunur.
Hindistan cəmiyyətində mədəniyyətin dəyişməsi, yeniliklər
əldə olunması müstəvisində antropoloqlar kasta sisteminini tə-
dqiqinə cəlb edilmişdir. Eyni zamanda urbanizasiya, sənayeləşmə
və onların kasta sisteminə təsiri antropoloqlar tərəfindən araşdı-
rılmışdır. Burada hind vahidliyinə, hind millətçiliyinə vurğu özü-
nü göstərir. Onu bildirmək lazımdır ki, Hindistan iqtisadiyyatının
inkişafında hind ictimai və dini ənənələrinin rolu öyrənilmişdir.
Lalita Prasad Vidyarthi (1931-1985) XX əsrdə Hindistanın
ən məşhur antropoloqlarından biri idi. O, Ranchi Universitetində
Hindistan Antropologiya şöbəsinin müdiri olmuşdur. Vidyarthi
Hindistanın sosial reallıqlarını öyrənmək məqsədi ilə Veda, Upa-
nişad, Smritis, Purana və Böyük dastanları araşdırmış, dinin yal-
nız mənfi rolunu iddia edənlərlə razılaşmamış, ənənəvi dini mü-
dafiə etmişdir. Vidyarthi “mənəvi humanizm, universal sevgi və
qeyri-zorakılıq” baxımından çıxış edən Sri Aurobindo, Rabindrat
Dostları ilə paylaş: |