HiNDİstan etnoqrafiyasi (Maddi mədəniyyət)



Yüklə 141,51 Kb.
Pdf görüntüsü
səhifə12/76
tarix26.11.2017
ölçüsü141,51 Kb.
#12770
1   ...   8   9   10   11   12   13   14   15   ...   76

Bəhmən Əliyev-Ayvazalı
36
Digər bir təsnifat isə aşağıdakı kimidir:
1. Hind sosial strukturuna daxil olan tayfalar (bhillər, bhu-
mic);
2. Ümumi sosial struktura pozitiv yanaşan tayfalar (santallar, 
oraonlar, mundalar, qondalılar);
3.  Ümumi  sosial  struktura  neqativ  yanaşan  tayfalar  (mizo, 
naqa);
4. Ümumi sosial struktura laqeyd yanaşan tayfalar (Arunaçal 
Pradeş tayfası; V.K.Burman).
Antropoloq Leverye Elvin 1939-cu ildə yazırdı ki, tayfaları 
rahat buraxmaq lazımdır, eyni zamanda belə insan qrupları şəhər-
lərdən, əsas əhali kütləsindən kənar izolyasıyada inkişaf etmək 
imkanına malik olmalıdırlar. 
Digər bir tərəfdən, Q.S Qhurye belə tayfaların ayrıca sayı-
laraq, siyahıya alınmasını məqsədəuyğun saymır, tayfaların cə-
miyyətin bir hissəsi kimi hinduslara assimlyasiya olunmasını əsas 
götürürdü. 
J. H. Hutton isə təsdiqləyirdi ki, tayfalara geri qalmış hindus-
lar kimi baxılması lazımdır və onların assimlyasiyası uzun müd-
dət davam edəcəkdir. 
XX əsrin ortalarında Leverye Elvinə əsaslanan Hindistanın 
ilk baş naziri Cavaharlal Nehru bu iki metod arasında qızıl or-
tanı (“Golden Mean”) müəyyənləşdirərək “Panchsheel” adlanan 
sənəd hazırlamışdır. Bu sənədə görə, insanlar (a) öz kimlikləri ilə 
inkişaf etməli və onlara heç nə mane olmamalıdır; (b) Meşə və 
torpaqlar üzərində tayfa hüquqlarına hörmət olunmalıdır; Tayfa 
(c) və yadlarla həddən artıq tanışlıqdan çəkinmək lazımdır; (ç) 
Tayfaların  inzibati  vahidlərə  bölünməsindən  yayınmaq,  bunun 
əvəzində bütün işlərin öz sosial və mədəni təsisatları vasitəsi ilə 
yerinə yetirilməsinə çalışmaq lazımdır; (d) Nəticələri gələn pula 
görə deyil, insan xarakterinin təkamülü ilə qiymətləndirmək la-
zımdır. 


Hindistan etnoqrafiyası
37
Analitik  mərhələdə  (1950-1990)  Hindistan  antropoloqları 
müntəzəm  olaraq  xaricdəki  həmkarları  ilə  əlaqə  saxlayır,  birgə 
fəaliyyət  göstərirdilər.  Həmin  dövrdə  kənd  həyatı  ilə  bağlı  tə-
dqiqatlar genişlənmişdir. Bu tədqiqatlar əsas norma sayılır, me-
todoloji səviyyəsi yüksəlir. Bu dövrdə Hindistanda amerikalı ant-
ropoloqların tədqiqatları genişlənmişdir, onlar xüsusilə kəndlərə 
diqqət yetirirdilər. Amerikalıların Hindistanı öyrənməsi işinə hələ 
1871-ci ildən Ser Henry Summer Maine başlamış və 1892-ci ildə 
Baden-Pouellin tədqiqatları ilə davam etmişdir. 1933-1936-cı il-
lərdə David Mandelbaum (University of California), Karimpurda 
U.H. Uiser və Çarlotte Uiser (Cornell University) fəaliyyət göstər-
mişlər. 1952-ci ildən Madhopur və Rampurda Morris Opler (Cor-
nell University), Rampurada Oscar Leuis (University of İllinois) 
Namhali və Qopalpurda Alan və Ralph Beals (University of Ca-
lifornia), Shanti Nagarda Sheripurda Harold A. Gould, Kathleen 
Gough, Stephen Fuchs, Ruth və Stanley Freed (National Museum 
of  Natural  History  New York),  F.  G.  Bailey  (Bisipara),  Robert 
Redfield, Senapurda V.A.Rou (Cornell University), 1954-1957-
ci illərdə Senapurda M.S.Luçinsky, Çhittoda M.R.Qoodall (Cor-
nell University), Uoanqala və Dalenada Scarlett Epstein, Kishan 
Qarhi, Pune yaxınlığındakı Uai qəsəbəsində David Mandelbaum, 
McKim  Marriott,  Khalapurda  John  T.Hitchcock,  Cohn  J.Qum-
perz,  Kolenda,  Ralph  R.Retztaff,  Leigh  Minturn,  Sharanpurda 
A.P. Barnabas, Ramkeridə Adrian C.Mayer, Deolidə Q.M.Cars-
tairs, Gaonda Henry Orenstein, Renqsanqridə Robbins Burling, 
Madrasda Milton Singer, Sirkanda da Qerald D. Berreman, David 
Q.Mandelbaum, O.T.Beidelman, Camşedpurda Martin Orans və 
başqaları tədqiqat aparmışlar.
XX əsrin ortalarından başlayaraq D.R.Qadqil, K.N.Rac, S.Ç. 
Qupta,  V.B.Sinqh  və  başqalarının  əsərlərində  Hindistanın  sosi-
al-iqtisadi problemlərinin öyrənilməsinə maraq artmışdır 
Bu  dövrdə  hind  antropoloqlar  nəsli  yetişmişdir:  S.C.Dube 


Bəhmən Əliyev-Ayvazalı
38
(Shamirpet  şəhərində  tədqiqat  aparırdı),  M.N.Srinivas  (Rampu-
ra şəhəri), A.Aiyappan, D.N. Macumdar (Mohana şəhəri), İnder 
Pal Sinqh (Deleke şəhəri), K.S.Mathur (Potlod), Yoqendra Sinqh, 
Q.S.Qhurye (Haveli Taluka) və başqaları. Hindistanda 1961-ci ildə 
əhalinin sayımından sonra bir çox dərsliklər, monoqrafiyalar dərc 
olunmuşdur. Onlardan ən məşhuru L. P. Vidyarthinin əsəri idi. 
Hindistanda çoxsaylı kənd materialları əsasında aparılmış tə-
dqiqatlar yeni konsepsiyalar və ideyaları ortaya çıxarmışdır. Bu 
baxımdan L.P.Vidyarthi, B.K.Roy Burman, R.M.Sarkar, Baidya-
nath Sarasvati, Makhan Cha, A.Danda, M.K.Raha, P. K.Misra, 
K.S.Sinqh, T.N.Madan və başqalarının əsərləri xüsusi qeyd olun-
malıdır. 
XX  əsrin  ortalarından  başlayaraq,  “Indo-Iranian  Journal” 
(1957); “Indian Studies: past and present” (Kəlküttə, 1960) kimi 
jurnallar  fəaliyyətə  başlamışdı.  Hind  antropoloqlarına  Redfild, 
Levi Stross, Dyumon, Liç, Redklif Braun və başqa Qərb müəllif-
lərinin  təsiri  hiss  olunur. 
Hindistan  cəmiyyətində mədəniyyətin  dəyişməsi,  yeniliklər 
əldə  olunması  müstəvisində  antropoloqlar  kasta  sisteminini  tə-
dqiqinə cəlb edilmişdir. Eyni zamanda urbanizasiya, sənayeləşmə 
və onların kasta sisteminə təsiri antropoloqlar tərəfindən araşdı-
rılmışdır. Burada hind vahidliyinə, hind millətçiliyinə vurğu özü-
nü göstərir. Onu bildirmək lazımdır ki, Hindistan iqtisadiyyatının 
inkişafında hind ictimai və dini ənənələrinin rolu öyrənilmişdir. 
Lalita Prasad Vidyarthi (1931-1985) XX əsrdə Hindistanın 
ən məşhur antropoloqlarından biri idi. O, Ranchi Universitetində 
Hindistan Antropologiya  şöbəsinin  müdiri  olmuşdur.  Vidyarthi 
Hindistanın sosial reallıqlarını öyrənmək məqsədi ilə Veda, Upa-
nişad, Smritis, Purana və Böyük dastanları araşdırmış, dinin yal-
nız mənfi rolunu iddia edənlərlə razılaşmamış, ənənəvi dini mü-
dafiə etmişdir. Vidyarthi “mənəvi humanizm, universal sevgi və 
qeyri-zorakılıq” baxımından çıxış edən Sri Aurobindo, Rabindrat 


Yüklə 141,51 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə