HiNDİstan etnoqrafiyasi (Maddi mədəniyyət)



Yüklə 141,51 Kb.
Pdf görüntüsü
səhifə10/76
tarix26.11.2017
ölçüsü141,51 Kb.
#12770
1   ...   6   7   8   9   10   11   12   13   ...   76

Bəhmən Əliyev-Ayvazalı
30
1.2. Hindistanda etnoqrafiya (antropologiya)  
elminin yaranması və inkişafı
Hindistan  tаriхşünаslığı  ingilis  tаriхşünаslığının  bir  hissə-
si kimi yаrаnmışdır. Müəlliflər təkcə ingilis dilində yаzmırdılаr, 
həm də dünyаyа bахışlаrınа, mədəniyyətlərə yаnаşmаlаrınа görə 
ingilis təhsilinin, ingilis ruhunun təsiri аltındа idilər. Аncаq milli 
özünüdərk inkişаf еtdikcə vəziyyət dəyişməyə bаşlаdı. 
R.K.Mukеrci,  R.Ç.Mаcumdаr,  K.P.Cаyаsvаl,  B.Ç.Lоu  və 
bаşqаlаrının əsərləri Hindistanın qədim tаriхinə mаrаğın nəticəsi 
idi. Аvrоpаmərkəzçiliyi tənqid аtəşinə tutаn hind аlimləri qədim 
Hindistan  mədəniyyətini  idеаllаşdırmаğа  çаlışırdılаr.  Məsələn, 
K.P.Cаyаsvаlın əsərlərində qеyd оlunur ki, Аvrоpаnın indi əldə 
еtdikləri  dövlət  quruluşlаrı  qədimdə  Hindistandа  mövcud  idi. 
Hаmеçаndrа  Rаycаudhuri  U.Smitdən  fərqli  оlаrаq  yazırdı  ki, 
Hindistanın siyаsi tаriхi е.ə. ХI əsrdən bаşlаyır.
Hindistan müstəqilliyini əldə еtdikdən sоnrа ölkənin qədim 
tаriхinə, mədəniyyətinə mаrаq dаhа dа аrtdı. Bu özünü аyrı-аyrı 
dövrlərə аid əsərlərin nəşrində, institutlаrın, muzеylərin fəаliyyə-
tində və s. göstərirdi. 
Xüsusi  qeyd  etmək  lazımdır  ki,  Hindistanda  antropologiya 
elminin  yaranmasında  Avropada  XIX  əsrdə  bu  elm  sahəsində 
təşəkkül tapmış evolyusionizm (təkamül) nəzəriyyəsi mühüm rol 
oynamışdır. 
Hind antropoloqları V.S.Upadhyay və Qaya Pandey evolyu-
sionizm məktəbini klassik evolyusionizm məktəbi və neo-evol-
yusionizm  məktəblərinə  ayırırlar.  Hindistanda  evolyusionizm 
ideyalarının möhkəmlənməsində klassik evolyusionist Britaniya 
məktəbi (E.B.Taylor, H.J.Maine, J.F.McLennan, S.C.Freyzer), 
Amerika  evolyisionizm  məktəbi  (L.H.Morqan),  neo-evolyusi-
onist  Britaniya  məktəbi  (V.G.Childe),  Amerika  məktəbi  (Les-
lie A.Uayt, Culisn  H.Steuard) mühüm rol oynamışlar.  Bundan 


Hindistan etnoqrafiyası
31
başqa, dünya etnoqrafiya-antropologiya elmində ilk məktəblərdən 
olan diffuzionalizm cərəyanının nümayəndələri-ingilis G.E.Smit, 
U.C.Perri, U.H.R.Rivers, alman F.Ratzel, L.Frobenius, F.Gra-
ebner,  F.U.Şmidt,  amerikalı  F.Boas,  C.Uisler,  A.L.Kroeber  və 
başqalarının  əsərləri,  nəzəriyyələri  hind  antropologiyasına  mü-
hüm təsir etmişdir. Eyni zamanda XIX əsrin sonu-XX əsr boyu 
Qərb antropologiya elminin inkişafında ciddi rol oynamış funk-
sional məktəb (B.K.Malinovski), struktural məktəb (A.R.Radklif 
Broun, E.R.Leach, E.E.Evans, Robert K.Marton, G.P.Murdok, 
E.Durkheim, C.L.Straus), cəmiyyət, mədəniyyət, sivilizasiyaya 
aid nəzəri məktəblər Hindistan antropologiya elminin inkişafını 
yönləndirmişdir. Bəri başdan qeyd etmək olar ki, Hindistan antro-
pologiya elmi Qərb antropologiya elminin nəzəri əsaslarına söy-
kənərək, onun üzərində inkişaf etmişdir. Lakin bu proses bir neçə 
mərhələdən  keçmişdir.
XX əsrdə, Hindistanda yeni antropoloqlar nəsli yetişməyə 
başladı.  Müxtəlif  universitetlərdə  antropologiya  bölmələrinin 
(department) yaradılması bu işdə xüsusi rol oynadı. Hind ant-
ropoloq mütəxəssislərinin sayının və elmi səviyyəsinin artması 
Britaniya elmi hegemonluğunu da zəiflətmişdir. Lakin Hindis-
tan antropologiya elmində ingilis (evolyusionalizm, diffusiona-
lizm və s.) elmi-nəzəri ənənələri indi də güclüdür.
Hind alimlərinin tədqiqatları milli antropologiya-etnoqrafiya 
elminin  formalaşmasına  da  mühüm  təsir  göstərmişdir.  Belə  ki, 
hind antropoloqları özlərinə yaxşı məlum mədəniyyəti-Hindistan 
xalqlarını, cəmiyyətini tədqiq etməyə başlamışlar. 
Formalaşma  mərhələsində  (1774-1919)  təbii  tarixi  yanaş-
ma  önə  çıxmış,  tayfaların  oxşar  və  fərqli  adətlərinin  tədqiqinə 
geniş yer verilmişdir. Eyni zamanda tayfalar və kastalar haqqın-
da  müxtəlif  ensiklopediyalar  çap  olunmuşdur.  Klassik  evolyu-
sionizm nəzəriyyəsi baxımından primitiv qalıqların axtarılması, 
xalqın mədəniyyət tarixinin öyrənilməsi əsas əlamət idi. 


Bəhmən Əliyev-Ayvazalı
32
Etnoqrafik  hesabatlarla  yanaşı,  administrativ  məlumatlar 
Dalton,  Buchanan,  Lord  Baden-Pouellin  əsərlərində  hind  kənd 
cəmiyyəti haqqında daha real ideyalar irəli sürməyə imkan verdi. 
Hindistanda ilk antropoloji cəmiyyət 1886-cı il aprelin 7-də 
Bombey (indiki Munbay) şəhərində yaradılmış Antropoloji Cə-
miyyət olmuşdur. T. H. Huhley, E. B. Taylor və Ceyms Freyzer 
bu cəmiyyətin fəxri üzvü olmuşlar. Bombey Asiya Cəmiyyəti indi 
də həmin yerdə fəaliyyət göstərir. Bir çox tanınmış hind antropo-
loqların bu cəmiyyətin üzvləri idi. Məsələn, H.H.Risley 1891-ci 
ildə Benqal qəbilə və kastaları haqqında kitab yazmışdır. O, Hin-
distanda siyahıyaalma prosesinə rəhbərlik edirdi, məhz bu proses 
onları xalqın içinə getməsinə şərait yaradırdı. Risley 1905-ci ildə 
Hindistanda  etnoqrafik  xidmət  üçün  xüsusi  sorğu  anketi  ha-
zırlamışdır və bu Hindistanda antropologiya elminin başlanğıcı 
sayıla bilər. 
Antropologiyaya həsr olunmuş ilk jurnal Eduard Teyrrel Le-
ith  tərəfindən  1886-cı  il  dekabrın  31-dən  çap  olunan  Bombey 
Antropoloji Cəmiyyətinə məxsus “Antropoloji jurnal” olmuşdur. 
XIX əsrin sonu- XX əsrin əvvəllərində Hindistanda aşağıdakı 
jurnallar çap olunurdu: “Journal of the Asiatic Society of Bengal” 
(Calcutta, 1874); “Journal of the Bombay Branch of the Royal 
Asiatic Society” (Bombay, 1841); “Indische Studien” (В., 1850-
1898);  “Indian  Antiquary”  (Bombay,  1872);  “Journal  of  the 
Pali Text Society” (1882-1927); “Epigraphia Indica” (Calcutta, 
1892); “Journal of the Bihar and Orissa Research Society” (Pat-
na, 1915); “Memoirs of the Archaeological Survey of India” (Cal-
cutta, 1919); “Man in India” (Ranchi, 1921); “İndian Historical 
Quarterly”  (Calcutta,  1925);  “Indian  Geographical  Journal” 
(Madras, 1926). Bu jurnallara 1921-ci ildən nəşrə başlayan Bihar 
və Orissa Tədqiqat Cəmiyyətinin jurnalı da əlavə olunmuşdur.
Həmin dövrdən nəşr olunan kitablar və yerli qəzetlər antro-
logiya elminin inkişafı baxımından ictimai marağı hələ də təmin 


Yüklə 141,51 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə