HiNDİstan etnoqrafiyasi (Maddi mədəniyyət)



Yüklə 141,51 Kb.
Pdf görüntüsü
səhifə11/76
tarix26.11.2017
ölçüsü141,51 Kb.
#12770
1   ...   7   8   9   10   11   12   13   14   ...   76

Hindistan etnoqrafiyası
33
edir. Griersonun rəhbərlik etdiyi Hindistan Dilçilik Xidməti çər-
çivəsində  müxtəlif  bölgələrin  sosial  və  mədəni  xüsusiyyətləri, 
adət-ənənələri, dillərinə dair kiçik monoqrafiyalar dərc olunmuş-
dur. Banqalore Mifik Cəmiyyətinin jurnalını bu sıraya aid etmək 
mümkündür. F. Geddesin rəhbərliyi ilə 1919-cu ildə Bombeydə 
sosiologiya şöbəsi fəaliyyətə başlamışdır. 
Yaranma mərhələsi (1920-1949). XX əsrin əvvəllərinə təsa-
düf edir. Bu dövrdə fəaliyyət göstərmiş, antropoloq, etnoqraf Sarat 
Çhandra Roy Hindistan antropologiya və etnoqrafiya elminin ya-
radıcısı sayılır. Etnoqraf, etnoloq, antropoloq Sarat Çhandra Roy 
(1871-1942)  “İnsan  Hindistanda”  (“Man  in  India”)  jurnalının 
yaradıcısıdır. O, 30 il ərzində munda tayfaları arasında yaşamış, 
1912-ci ildə onun mundalılar haqqında ilk kitabı nəşr olunmuşdur. 
Daha sonra o, müxtəlif munda tayfalarının öyrənilməsi işini davam 
etdirmiş, xüsusi ilə birhop, bhuiya, khariya, eyni zamanda munda 
tayfasına yaxın, dravid linqivistik qrupuna aid olan oreon tayfasını 
tədqiq etmişdir. Onun “Munda and their country” (1912), “The 
Orean Chota Nagpur” (1915), “Birhop” (1925), “Oraon religi-
on and customs” (1928), “Hill Bhuriya of Orissa” (1935), “The 
Khariya” iki cilddə (1937) kitabları dərc olunmuşdur. Roy Naqpur 
tayfalarını və kastaları geniş şəkildə tədqiq etmişdir. 
Sarat Çandra Royun “Kasta, irq və din” (1934) kitabı ciddi 
antropoloji əsər sayılır. S.Ç.Royun tədqiqatlarının nəticələri jur-
nallarda və monoqrafiyada əksini tapmışdır. Atasının işini davam 
etdirən Romeş Çandra Roy khariya tayfası ilə bağlı monoqrafi-
yanın həmmüəllifi və bir sıra digər əsərlərin müəllifi olmuşdur. 
S.Chandra  1920-ci  ildə  Patna  Universitetində  “Fiziki  antropo-
logiyanın prinsip və metodları” adlı mühazirələr oxumuşdur. Bu 
Kəlküttə  (Kolkata)  Universitetində  antropologiya  kafedrasının 
fəaliyyətə  başlamasından  əvvəl  olmuşdur,  Kəlküttə  (Kolkata) 
Universitetində həmin dövrdə antropologiya üzrə aspirantura fəa-
liyyətə  başlamışdır. 


Bəhmən Əliyev-Ayvazalı
34
Kəlküttə  (Kolkata)  Universitetində  fəaliyyət  göstərmiş  ilk 
antropoloq kadrlardan biri K. P. Chatto Padhyay idi. Burada onla-
ra L. K. A. İyer qoşulmuşdur. İlk tələbələr isə, sonralar korifeylərə 
çevrilmiş N. K. Bose, D. N.Macumdar, B. S. Quha, P. C. Bisuas, 
T. C. Das, S. S. Sarkar, Dharani Sen və Andre Beteille olmuşdur. 
K. P. Chatto Padhyay başda olmaqla antropoloq və etnoqraflar 
hind xalqlarının tədqiqi ilə məşğul olmuşlar. Bir sıra hind mütəxəs-
sisləri xaricdə V. H. R. Rivers (G. S. Qhurye və Chatto Padhyay 
1923-cü ildə) və B. Malinovskinin yanında təhsil almışlar.
Bu  dövrdə  bir  sıra  jurnallar  çap  olunurdu:  “Journal  of  the 
Greater Indian Society” (Calcutta, 1934); “Annals of the Bhan-
darkar Oriental Research Institute” (Poona, 1918); “Journal of the 
Oriental Institute” (Baroda, 1951); “Indian Linguistics” (Poona, 
1931- ) və s. Bəzi jurnallar indiyədək fəaliyyət göstərir.
İkinci  Dünya  müharibəsindən  sonra  Hindistanda,  eləcə  də 
Qərbi Avropa və ABŞ-da Hindistanın iqtisadi və sosial tarixinin 
öyrənilməsinə  maraq  artmışdır.  Delhi  Universitetində  (Bipan 
Çandra və s.), Aliqarhda (İ.Habib və s.), Kəlküttədə (D.Çatto Pa-
dhyay, S.Sarkar və s.) etnoqraf qrupları yaradılmışdır. R.Thapar, 
T.Rayçaudiri və başqalarının əsərlərində Hindistanın sosial-iqti-
sadi tarixi əksini tapmışdır. 
Hindistan müstəqillik əldə etdikdən sonra sosial elmlər Hin-
distanın  Baş  Reyestrində  qeydə  alınmışdır. Antropoloqlarla  ya-
naşı, bu elmin inkişafında Dadabhai Naoroji, Q.K.Qokhale, R.C.
Dutt, M.Q.Ranade, Raca Ram Mohan Roy, K.C.Sen, Ramakriş-
hna Paramhansa və Svami Vivekanandra xüsusi rol oynamışlar. 
Onların Hindistan cəmiyyəti barədə tədqiqatları bir sıra sosioloq 
və antropoloqların işlərində əksini tapmışdır.
XX əsrin ortalarında, Delhi Universitetində (1947), 1950-ci 
ildə Luknou (1950) və Quvarati (1952) Universitetlərində antro-
pologiya kafedraları yaradıldı. Saqar, Pune, Madras, Ranchi, Dib-
ruqarh, Utkal, Ravi Şhankar at Raipur, Karnataka, Hill Şhillong, 


Hindistan etnoqrafiyası
35
Qarhual  və  s.  universitetlərdə  antropologiya  şöbələri  fəaliyyət 
göstərirdi.
Hind  antropoloqlarının  əsərlərində  tayfa  adət-ənənələrinin, 
qohumluq  münasibətlərinin  tədqiqi  məsələlərinə  diqqət  yetiril-
miş, funksional istiqamət və Amerika diffusionalist məktəbləri-
nin təsiri özünü göstərmişdir. 
Bu dövrdə antropoloqların qədim Hindistanda əhalinin tərki-
bi haqqında tədqiqatları genişlənmişdir. Antropoloqlar qeyd edir-
dilər ki, hələ e.ə. III minillikdə Hindistanda mövcud olan tayfa-
lar arasında əlaqələr, eyni zamanda protodravid tayfalar arasında 
əlaqələr tam aydınlaşmamışdır. Lakin lokal tayfa mədəniyyətləri 
tədricən xüsusi ilə orta və aşağı kastalara daxil olmuşdur. 
Antropoloqlar  arasında  Hindistandakı  tayfalar  və  kastalar 
arasında  əlaqələrə  ikili  yanaşma  mövcuddur.  Hutton,  Qhurye, 
Bose, Kosambi bildirirlər ki, hinduizmin mədəni əlaqələri tayfa 
mədəniyyətləri ilə bağlı idi. Risley, Malley, Elvin, Haymendorf 
isə qeyd edirlər ki, hind kastaları və tayfaları arasında əlaqələr 
çox  az,  nəzərəçarpmayacaq  qədər  olmuşdur.  Britaniya  Senzor 
Komissiyasının araşdırmasına görə, 1872-ci ildən bir çox kastalar 
tayfalara transformasiya olunmuş, eyni zamanda bu zaman bəzi 
tayfaların özünü hind sosial strukturuna qarşı qoyan, özünü ona 
bağlamayan spesifik mədəniyyəti formalaşmışdır. Məsələn, Hin-
distanın adivasi, adimcati, vanya-cati, aryanka vanavasi, van-
yacati tayfaları yerli tayfalar, yəni “meşə xalqları” sayılır, on-
lar etnik xüsusiyyətlərini, sosial təsisatlarını (nəsillərə ayrılma), 
mifoloji və dini inanclarını saxlayırlar. Hindistanda bu tayfaların 
müxtəlif  təsnifatları  mövcuddur: 
1. Hindli kastasının xarici təsirindən kənarda qalan icma;
2. Hinduizmin sosial sistemində ən aşağı kastaya aid olunan 
və bir sıra hindli adətlərinə adaptasiya olunmuş tayfa;
3. Müəyyən qədər inteqrasiya olunmuş, eyni zamanda kasta 
hindlilərindən məsafəli qalan tayfalar (D.N.Macumdar);


Yüklə 141,51 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə