HiNDİstan etnoqrafiyasi (Maddi mədəniyyət)



Yüklə 141,51 Kb.
Pdf görüntüsü
səhifə13/76
tarix26.11.2017
ölçüsü141,51 Kb.
#12770
1   ...   9   10   11   12   13   14   15   16   ...   76

Hindistan etnoqrafiyası
39
Taqor, Svami Vivekanandra, Raca Ram Mohan Roy kimi sosial 
mütəfəkkirlərin mövqeyini dəstəkləmişdir. 
Vidyarthi 1950-ci illərdə Hindistanda ən böyük qəbilələrdən 
biri olan Maler qəbiləsini öyrənmiş, bu qəbiləyə məxsus mənfi və 
ya xeyirxah ruhlar, Ciue Urrkya - əcdad, alçı- pis ruh, cherqani 
qossaiani tədqiq etmiş, “Təbiət (Hindistan), İnsan və Zəruri ruh” 
konsepsiyası yaratmışdır. Vidyarthinin antropologiyaya gətirdiyi 
digər mühüm konsepsiyası “Qaya Hindu” (“müqəddəs komplek-
si”) ilə bağlı ideya idi. Onun “müqəddəs coğrafiya”, “müqəddəs 
tamaşalar” və “müqəddəs insanlar”dan ibarət “müqəddəs komp-
leksi”  hinduizmi  əks  etdirir  və  hinduizm  Hindistanın  müxtəlif 
xalqlarını birləşdirən ideyadır.
Hind  antropologiyası  üzrə  tədqiqatların  əksəriyyəti  Hindis-
tan Antropologiya Xidmətində (Kəlküttə) toplanmışdır. Hazırda 
xidmətin 7 regional qurumu fəaliyyət göstərir. Antropoloqlar eyni 
zamanda sosial təminat şöbələrində çalışırlar. 
Kənd Araşdırmaları İnstitutu (“Agricultural Research Insti-
tute”), Səhiyyə və Ailə Rifah Milli İnstitutu (National Institute 
of Health and Family Welfare), eləcə də müxtəlif xəstəxanalarda 
profilaktik və sosial şöbələri, Daxili İşlər Nazirliyi və müxtəlif 
dövlət orqanlarında, eləcə də bəzi xəstəxanalarda anatomiya şö-
bələrində, məhkəmələrin elm şöbələrində, QHT-lərdə, ictimaiy-
yətlə əlaqələr mütəxəssisi kimi antropoloqlar fəaliyyət göstərir. 
Belə mütəxəssislər Kosmos Proqramlar Mərkəzində, Ahmedabad 
Peyk Təlim Televiziya Experiment (Satellite Instructional Televi-
sion Experiment) təşkilatında da mövcuddur.
“Evaluative”  (Qiymətləndirmə)  mərhələdə  (1990-cu  illər 
və müasir dövr). Hindistan etnoqrafiyası və ya antropologiyası-
nın inkişafında S.C.Roy, N.K.Bose, D.N.Macumdar, S.C.Dube, 
M.N.Şrinivas,  L.P.Vidyarthi,  müasir  dövrdə  V.S.Upadhyaya, 
Qaya  Pandey  və  başqalarının  rolunu  yüksək  qiymətləndirmək 
lazımdır. Hind antropoloqları öz mədəniyyətlərini daha yaxşı və 
dərindən  izah  etmək  imkanına  malikdirlər. 


Bəhmən Əliyev-Ayvazalı
40
Antropoloq  M.N.Şrinavas  hind  kəndinin  ictimai  strukturu-
nu,  ictimai  münasibətləri,  vacib  sosial  institutları  tədqiq  etmiş-
dir. M.Şrinivas sosioloji və sosio-etnoqrafik tədqiqatlarda xüsusi 
məktəb  yaratmışdır.
Antropoloji  Xidmət  1985-1996-cı  illərdə  həyata  keçirdiyi 
“Hindistan xalqı” adlı layihə çərçivəsində hind cəmiyyətinə məx-
sus 349 məşğuliyyət növünü və 776 mədəni xüsusiyyəti müəy-
yənləşdirmişdir. Bu tədqiqatlar əhalinin etnik-kasta tərkibinin öy-
rənilməsi üçün mənbə sayılır. Bəzi maraqlı və mürəkkəb suallara 
cavab tapılmasa da, hindi dili, əhalinin yaşadığı ərazi, türbanın 
gəzdirilməsi, kişi və qadın taturiovkası və s. kimi mindən artıq 
identifiklik göstəricisi Hindistan əhalisinin etnoqrafik, antropolo-
ji baxımdan öyrənilməsi üçün maraq doğurur. 
Sual və tapşırıqlar:.
1. Hindistan antropologiya elminin yaranması
2. Hindistan antropologiya elminin inkişafında Avropa nəzəri 
məktəblərinin rolu.
3. Hindistan antropologiya elminin inkişaf mərhələləri.
4. Sarat Çhandra Roy Hindistan antropologiya və etnoqrafi-
ya elmlərinin yaradıcısı kimi.
5. Hindistan Antropologiya Xidmətinin fəaliyyəti.


Hindistan etnoqrafiyası
41
II FƏSİL
HİNDİSTANIN TARİXI-ETNOQRAFİK  
SƏCİYYƏSİ
2.1. Harappa sivilizasiyası-Kuşan-Qupt dövrü
D
aş  dövrü  yaşayış  məskənləri.  Hindistan  ən  qə-
dim  zamanlardan  insanların  məskunlaşdığı  əra-
zilərdəndir.  Ölkənin  bir  çox  yerlərdə Alt  Paleolit 
dövrünə aid əmək alətləri tapılmışdır. Burada Aşağı Paleolit döv-
ründə bir-birindən asılı olmayan iki mərkəz meydana çıxmışdı. 
Şimalda  Soan  mədəniyyəti  (Hind  vadisi,  müasir  Pakistanın 
ərazisi),  cənubda  Mədrəs  (Dekan)  mədəniyyəti  yaranmış-
. Bu paleolit məskənləri çayların kənarında, insanın yaşaması 
üçün əlverişli yerlərdə salınmışdır. Əmək alətlərinin bir-birindən 
fərqlənməsi ilk növbədə fərqli təbii şərtlərlə və emal olunan daş 
ehtiyatları ilə bağlı idi. Burada iqlim kifayət qədər əlverişli, canlı 
heyvan aləmi isə zəngin idi. Əhalinin əsas məşğuliyyəti ovçuluq 
və yığıcılıq olmuşdur. Son illərdə hind arxeoloqları Üst Paleolitə 
aid olan bir sıra yaşayış məskənləri də kəşf etmişlər ki, həmin 
faktlar insan kollektivlərinin qohum-qəbilə sistemində ciddi də-
yişikliklərin baş verdiyini göstərir. 
Üst  Paleolit  dövründə  Hindistanda  zənci  irqinin  nümayən-
dələri,  Mezolit  epoxasında  qərb  hissədə  avropoid,  şərq  hissədə 
monqoloid irqinin nümayəndələri məskunlaşmışlar. Mezolit döv-
ründə heyvanlar əhliləşdirilmiş, bu dövrün sonunda ilk dulus qab-
ları meydana çıxmış, əkinçiliyə keçid baş vermişdir. 


Bəhmən Əliyev-Ayvazalı
42
Mezolit dövrünə aid yaşayış məskənlərindən biri Qucarat şta-
tındakı Lanqnadc yaşayış məskəni sayılır. Buradan əldə olunan 
materiallar  qədim  insanın  Mezolit  dövründəki  həyatını  əks  et-
dirməyə, Neolitə keçidi üzə çıxarmağa imkan verir. Lanqnadcda 
iki dövr fərqləndirilir: birinci dövrün sonuna aid əllə hazırlanan 
dulusçuluq məmulatı, ikinci dövrdə isə dulus çarxında hazırla-
nan saxsı qablar tapılmışdır. Lanqnadcda birinci dövrdə insanlar 
daha çox ovçuluq və balıqçılıqla məşğul olurdular, daha sonra 
isə əkinçiliyə keçid baş vermişdir. 
Mezolit  dövrünün  digər  yaşayış  məskənləri  cənubda  (Tin-
nevelli rayonunda) və şərqdə (Qərbi Benqaliyadakı Birbhanpur 
məskəni) tapılmışdır. Cənubdakı mezolit məskənlərində e.ə. IV 
minillikdə insanlar balıqçılıq və ovçuluqla məşğul olurdular, şi-
maldakı məskənlərdə, Sinddə isə oturaq əkinçilik inkişaf edirdi. 
Bu bərabərsizlik Neolit və Eneolit dövründə də davam edirdi. 
Neolit dövrü əkinçiliyin və maldarlığın inkişafı, oturaq hə-
yata keçidlə əlamətdar idi. Həmin dövrdə ən inkişaf etmiş Bəlu-
cistan və Sind Neolit mədəniyyətinə aid idi, bu mədəniyyət Hind 
vadisində şəhər yaşayış yerlərinin yaranmasına gətirib çıxarmış-
dır.  Kili  Gül  Məhəmməddəki  qazıntı  məskənindən  əldə  olunan 
(müasir  Pakistan  ərazisi  Kveta  vadisi)  faktlar  göstərir  ki,  artıq 
e.ə.IV minillikdə şimali Bəlucistanda neolit dövrü tayfası-əkin-
çi və maldarlar yaşayırdılar. Evlər gil kərpiçdən tikilirdi, həmin 
dövrdə qoyun və keçilər əhliləşdirilirdi. 
Arxeoloji materiallar Bəlucistanda əkinçilik mədəniyyətinin 
yerli olduğunu təsdiqləyir. Oxşar mədəniyyət Şərqi Bəlucistan-
da (Rana Qhunday) da üzə çıxarılmışdır. Neolit və ilkin Eneolit 
dövrünə  aid  mədəniyyətlər  Damb  Sadaat  (Kil  Gül  Məhəmməd 
yaxınlığında) da tapılmışdır, bu təbəqə e.ə. XXVII-XXVI əsrlərə 
aiddir. Sonrakı mərhələdə (e.ə.XXVI-XXIII) sarı-qırmızı gildən 
hazırlanmış heykəlciklər, cilalanmış saxsı və s. ilə xarakterikdir. 
Həmin  dövrdə  Kəşmirdə  (Şrinaqar  yaxınlığındakı  Burzah 
qəsəbəsi) Neolit mədəniyyəti mövcud idi. Qədim yaşayış evləri 


Yüklə 141,51 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə