HiNDİstan etnoqrafiyasi (Maddi mədəniyyət)



Yüklə 141,51 Kb.
Pdf görüntüsü
səhifə15/76
tarix26.11.2017
ölçüsü141,51 Kb.
#12770
1   ...   11   12   13   14   15   16   17   18   ...   76

Bəhmən Əliyev-Ayvazalı
46
Yaşayış evləri müxtəlif ölçülərdə tikilmişdir, hətta bəziləri nazik 
damlı,  3  mərtəbə  hündurlüyündə  olmuşdur,  bunu  pilləkanların 
qalıqları da təsdiqləyir. Ehtimal ki, bu varlı təbəqənin evləri imiş. 
Hər bir evdə mətbəxin yerləşdiyi təsərrüfat tikililəri, həyət, taxıl 
və yağın saxlanması üçün qablar, çörək bişirmək, dulus qabları 
hazırlamaq üçün xüsusi sobalar tapılmışdır. Demək olar ki, hər 
bir evdə quyu, küçələrdə ümumi su quyusu olmuşdur, kanalizasi-
ya və su şəbəkəsinin tikintisinə xüsusi diqqət yetirilmişdir. Ümu-
miyyətlə, Hind sivilizasiyasının şəhərləri ən yüksək inkişaf etmiş 
yaşayış məskənləri kimi məşhurdur. 
Mohenco-Daro  və  Harappa  qazıntılarında  gümüş,  mis  və 
tunc qabların arasından qızıl, gümüş, mis, bürünc, elektrum (qızıl 
və gümüş birləşimi), ləl-cəvahirat, boyunbağılar, üzüklər, bilər-
ziklər, qiymətli daşlar, taxta saplı bürünc güzgülər, gözəllik sür-
mələri, üzqırxan alətləri və s. tapılmışdır. Ən maraqlı tapıntılar-
dan biri yuvarlaq dişli mişardır. Arxeoloji materiallar arasındakı 
torlar bölgə əhalisinin balıqçılıqla məşğul olduğunu göstərir. Bir 
çox silah və alətin üzərində adları və ya sayları göstərən işarələr 
vardır. Füruzə, büllur, əhəng daşı və s. materiallardan hazırlanan 
çəki vahidləri tapıntılar arasında üstünlük təşkil etmişdir. Ən ki-
çik çəki 85 qramlıq idi, amma 2, 4, 8, 16, 32, 64, 160, 200, 320, 
640, 1600, 6400, 8000, 12800 qramlıq çəki vahidləri də vardır. 
Dəqiq çəkilər Mohenco Daro sənətkarları və tacirlərinin dürüst 
insanlar olduğunu göstərir. Tərəzinin bir qolu və mistən iki qəfəsi 
vardır. Uzunluq ölçüsü 0, 67 sm-dir.
Mohenco- Daro və Harappada yaşayan yerli əhali brahman 
hindlilərdən fərqli olaraq, ət yeyirdilər. Tapıntılar zamanı tısbağa, 
vəhşi donuz, donuz, keçi və inək sümükləri bu baxımdan diqqəti 
çəkir. Yemək zamanı həsirlər üzərində otururdular, eyni zamanda 
qazıntılar zamanı stul və masalar da üzə çıxarılmışdır. Bunlarla 
yanaşı, Mohenco-Daroda çox sayda maral buynuzu tapılmışdır. 
Arxeoloqlara görə, bunlar əczaçılıq sahəsində dərman hazırlan-


Hindistan etnoqrafiyası
47
masında istifadə edilmişdir. Hindistanda və Çində maral buynuzu 
indi də bu məqsədlə istifadə olunur.
 Siyasi quruluş və sosial strukturuna gəldikdə isə, Harappada 
quldarlıq  quruluşu  mövcud  olmuşdur.  Qazıntılar  zamanı  əmlak 
bərabərsizliyini təsdiqləyən bir çox materiallar əldə olunmuşdur. 
Bu, evlərin tikilişində, qəbirlərdən tapılmış avadanlıqlarda və s. 
yerlərdə aydın görünür.
Mohenco-Daroda qruplar şəklində bir çox skelet ortaya çıxa-
rılmışdır, hətta 15 nəfərin skeleti bir salonda tapılmışdır. Küçənin 
başqa yerində 6 skelet vardır. Sümüklərin vəziyyəti insanların öz 
əcəlləri ilə deyil, bir şiddətli hadisə zamanı öldüklərini göstərir. 
Arxeoloqlara  görə,  Monhenco-Daro  və  Harappada  yaşayanlar 
təxminən eyni dönəmdə oradan ayrılmışlar, köçün səbəbi isə bi-
linmir.
Harappa  sivilizasiyası  şəhərləri  quru  və  su  yolu  ilə  həyata 
keçirilən daxili və xarici ticarətin mərkəzləri olmuşdur. Ticarətin 
inkişafını  arxeoloji  materiallar, Yaxın  Şərqdəki  yazılı  mənbələr 
təsdiqləyir.  Mohenco-Daro  yaşayış  məntəqəsində  gildən  hazır-
lanmış iki təkərli araba modeli tapılmışdır. Ehtimal ki, bu araba-
lardan yükdaşıma, daxili ticarət üçün istifadə olunmuşdur. Hind 
çayı vadisi şəhərlərinin Cənubi Hindistanla sıx əlaqəsi vardır. Son 
illərdə Harappanın Cənubi Türkmənistandakı yaşayış məskənləri 
ilə əlaqələri təsdiqlənmişdir. Arxeoloji qazıntılar zamanı Harap-
pa sivilizasiyasının Mesopotamiya və Şumer ölkələri ilə ticarət 
əlaqəsi aydın olmuşdur. Məsələn, Lothala Bəhreyn, Mesopotomi-
ya şəhərlərində eyni möhürlər tapılmışdır, bu da ticarət əlaqələ-
rinin mövcudluğunu sübuta yetirir. Şumer, Akkad mənbələrində 
hind tacirlərinin dənizlərlə səyahəti barədə məlumat verilir, onla-
rın Dilmun (Bəhreyn), Maqan və Meluka limanlarına ticarət üçün 
gəldikləri bildirilir.
Arxeoloji  materiallar  Harappanın  dini  barədə  təsəvvür  ya-
ratmağa  imkan  verir.  Şəhərdəki  istehkamlarda  və  yaşayış  məs-


Bəhmən Əliyev-Ayvazalı
48
kənlərində məbəd tikililər vardır. Həmin məbədləri kişi tanrısı ilə 
əlaqələndirirlər. Tədqiqatçılar bu məbədlərin tanrı Şiva ilə əlaqə-
dar olması fikrini irəli sürmüşlər. 
Tapılmış möhürlərin birində saçı buynuz formasında üçsifətli 
ilahi təsvir olunmuşdur. Möhürün hər iki tərəfdən fil, pələng, kər-
gədan və camış kimi heyvan şəkli vardır. Bu möhürdə yoqa şək-
lində  oturan,  iki  buynuzlu  təsvirin  məhz  Paşupati-Mahadevaya 
(proto Şiva) aid olduğu bildirilir. C.Marşal da hesab edirdi ki, bu 
Paşupati (mal-qaranın himayəçisi) simasında olan Şiva tanrısıdır. 
Maraqlıdır ki, ilkin hinduist mətnlərində Şiva haqqında yoqların 
başçısı, buynuz formasında saçı olan tanrı kimi bəhs olunmuşdur. 
Bu da hinduizmlə Harappa sivilizasiyasının qədim inancları ara-
sında əlaqəni təsdiqləyir və “arilərin Hindistana gəlməsinə” qədər 
ilkin hinduizm inanclarının, çox şübhəsiz ki, Veda dini təliminin 
yayıldığını göstərir. Veda mətnlərində Hind çayı vadisi ilə, yəni 
Harappa sivilizasiyasının mövcud olduğu coğrafi məkan ilə bağlı 
çox sayda adlar əksini tapmışdır. 
 Arxeoloji tədqiqatlar zamanı öküz, pələng və s. heyvan şə-
killəri olan kvadrat, düzbucaqlı möhürlər tapılmışdır. Bu möhür-
lərdən bir çoxunda təkbuynuzlu heyvan təsvir edilmişdir. Qədim 
hindlilər təkbuynuzlu heyvanlarla yanaşı, ağaclara, bitkilərə (pi-
apal) sitayış etmiş, şər qüvvələrə qarşı amuletlər, gözmuncuqları 
taxmışlar. 
  Hinduizm  dini  təliminə  görə,  tanrılar  bir  sıra  heyvanlar-
la  assosiasiya  olunur,  yəni  heyvanlar  tanrıların  təzahürü  sayı-
lır. Məsələn, tanrı Şiva öküz Nandi ilə, onun arvadi Parvati isə 
pələnglə assosiasiya edilir. Ehtimal ki, müxtəlif heyvanların təs-
viri totemistik təsəvvürlərin qalıqları idi, ayrı-ayrı heyvanlar isə 
müxtəlif tayfaların totemləri ola bilərdilər. Hind şəhərlərində alo-
va, suya, ağaclara sitayiş kök salmışdı. Harappa möhürlərindəki 
təsvirlərin detallı şəkildə tədqiqi əhalinin kosmoqrafik və mifo-
loji təsəvvürləri barədə danışmağa imkan verir. Bu təsəvvürlərin 


Yüklə 141,51 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə