HiNDİstan etnoqrafiyasi (Maddi mədəniyyət)



Yüklə 141,51 Kb.
Pdf görüntüsü
səhifə17/76
tarix26.11.2017
ölçüsü141,51 Kb.
#12770
1   ...   13   14   15   16   17   18   19   20   ...   76

Bəhmən Əliyev-Ayvazalı
52
də  “sarı  keramika”  mədəniyyəti  “mis  xəzinələr”  mədəniyyətini 
əvəzləmişdir. 
Etnik tərkib. Qədim Hindistan əhalisinin etnik tərkibi barədə 
müfəssəl məlumat yoxdur. Hazırda Hindistan əhalisinin əksəriy-
yəti hind-ari (hindi, benqali, pencabi, qucarati, marathi, nepal və 
s.) və dravid (tamil, teluqu, malayali, kannada, toda, tulu, braqui 
və s.) dillərində danışırlar. Son illərdə aparılmış tədqiqatlar Hin-
distanın  ən  qədim  əhalisinin  dravidlərdən  ibarət  olduğunu  üzə 
çıxarır, bu qədim əhali qrupu “protodravid” adlandırılır. 
E.ə. II minilliyin ikinci yarısında hind-ari tayfaları Hindistan-
da məskunlaşmışlar, onların izi e.ə. II minilliyə aid het, Mitanni və 
kassi mətnlərində qalmışdır. Bu mətnlərdə hind-pers tanrıları Mit-
ra, Varuna, İndra, Nasatya, Şimaliya, Suriyaşın adlarına, bir sıra 
atçılıq məfhumlarına və s. rast gəlinir. Həmin minillikdə hind-a-
ri  tayfaları  Hindistanda  yayılmışlar. Ari-arya  məfhumu  qədimdə 
bir  qayda  olaraq,  hind-İran  tayfalarına  tətbiq  olunurdu.  Ehtimal 
ki, o zaman tayfa ittifaqlarında yüksək mövqe tutan üzvlər özlə-
rini ari-arya adlandırmışlar. Yəni, bu anlayış tayfa ittifaqında öz 
əsli-nəcabəti ilə fərqlənən yuxarı ictimai təbəqələrə aid edilirmiş. 
XIX-XX əsrlərdə “ari-arya” sözünün mənası ilə bağlı müla-
hizələr  irəli  sürülmüşdür.  Məsələn,  “ari-arya”  sözünü  “gəlmə”, 
“yadelli” (Veda mətnləri), “qonaqpərvər”, “nəcib”, “azad adam” 
kimi  mənalandırmışlar  və  s.  Bütün  hallarda  qədim  dövrlərdə 
“ari-arya” sözü irqi mənsubiyyət bildirməmiş, müəyyən tayfalara 
aid edilmişdir. Bir sıra Qərb alimləri isə “ari” adını irqi baxımdan 
mənalandırırlar. Lakin hind-Avropa dillərində danışan tayfaların 
heç də hamısı “ari” adlanmamışdır. Bu məfhum müxtəlif dillərdə 
danışan etnoslara şamil edilirdi. 
Uzun illərdir ki, ari probleminə dair müzakirələr aparılır. Bəzi 
alimlərin iddialarına görə, yüksək inkişaf etmiş arilər Hindistana 
sivilizasiya gətirmiş, yerli tayfaları özlərinə tabe etmişlər. Bəzən 
isə arilərin köçəri tayfa olduqları, yerli dravid əhalini assimlya-


Hindistan etnoqrafiyası
53
siyaya  məruz  qoyduqları  iddia  olunur.  Köçərilərin  Harappa  si-
vilizasiyasını  yaratmış  dravid  əhalini  assimlyasiyaya  uğratması 
şübhə  doğursa  da,  mübahisələr  hələ  də  davam  edir.  İndiyədək 
arilərin  Mərkəzi Asiya  (Maks  Muller), Tibet  (Dayanand  Saras-
vati), Alman düzənliyi (Prof. Penka), Pamir (Mayor), Turküstan 
(Hurz Feld), Baktriya (J. C. Rod), Böyük çöl (Brandstein), Ark-
tika (B.G. Tilak), Mərkəzi Hindistan (Racbali Pandey), Kəşmir 
(L. D. Kala), Sapta Sindhu ( A. C. Das) bölgələrindən gəlməsi 
haqqında iddialar irəli sürülmüşdür.
Dilçilik üzrə müqayisəli araşdırmalar onu deməyə imkan ve-
rir ki, qədim hindlilər və qədim perslər nə vaxtsa bir yerdə ya-
şayaraq hind-pers cəmiyyəti yaratmışlar. Bəzi alimlər hesab edir 
ki, hind-arilər İran yaylalarından gəlmişlər, başqaları Əfqanıstanı 
göstərirlər. 
Qədim yazılı mənbələrə əsasən, hesab etmək olar ki, hind-a-
rilər Şərqi Pəncab və yuxarı Qanqda məskunlaşmışlar. Bu göstə-
ririr ki, hind-arilər ərazi baxımdan Harappa sivilizasiyası ilə bağlı 
olmamışdır. 
Arxeoloji materialların radiokarbon analizləri sübuta yetirir 
ki,  Harappa  şəhərlərinin  tənəzzülü  e.ə.XIX-XVII  əsrlərdə  ol-
muşdur, hind-arilərin bura müdaxiləsi isə bir neçə əsr sonra baş 
vermişdir. Onu da qeyd etmək lazımdır ki, son dövrlərdə hind-a-
rilərin Hindistana gəlmə olmadığını, əksinə, Sarasvati vadisinin 
şimalında yaşadıqlarını, Harappa sivilizasiyasının tənəzzülə uğ-
raması ilə qərbə, eləcə də Hindistanın şərqinə, cənubuna doğru 
irəlilədiklərini, protodravid dillərini tədricən unudaraq, hind-ari 
dillərinə keçdikləri tezisini irəli sürürlər. 
Hind-arilərin ən qədim ədəbi abidəsi olan Riq Vedanın e.ə. 
XI-X əsrlərdə meydana gəldiyi ehtimal olunur. Bu tarixi dövrü 
hind-arilərlə  bağlayan  bir  sıra  arxeoloji  materiallar  tapılmışdır. 
Məlum olmuşdur ki, Yamun və Qanqın tənəzzülünə (müasir Al-
lahabad bölgəsi də daxil olmaqla) qədər “boz naxışlı keramika” 


Bəhmən Əliyev-Ayvazalı
54
mədəniyyəti  Şərqi  Pəncabda  yayılmışdır.  Yəni,  “Riq  Veda”nın 
yayıldığı dönəmdə hind-arilərin yayıldığı əraziləri əhatə etmişdir. 
Bu ədəbi abidənin təhlili “Riq Veda”nın Pəncabın şimali-şərq ra-
yonlarında, Ambal rayonunda yaranması barədə rəy formalaşdır-
mışdır. “Boz naxışlı keramika” mədəniyyətinin aşağı sərhədi e.ə. 
XII-XI əsrlərə düşür ki, bu da “Riq Veda”nın yaranması dövrü ilə 
eynidir. Ehtimal ki, “Riq Veda” dönəminin hind-ari tayfaları “boz 
naxışlı keramika” mədəniyyəti ilə bağlı olmuşlar. Belə çoxsaylı 
faktlar əsas götürülərək hind-arilərin Hindistana gəlməsinin e.ə. 
XV-XIII əsrlərdə baş verməsi iddiası irəli sürülür. 
Hind-arilərin məskunlaşması.Veda mətnləri və bir sıra arxe-
oloji materiallar ari tayfalarının şərqə doğru irəliləməsini, Qanq 
vadisində məskunlaşmalarını izləməyə imkan verir. Bu bir neçə 
yüz ili əhatə edən uzun proses olmuşdur. “Riq Veda” himnlərinə 
görə, ari tayfalarının məskunlaşdığı əraziləri müəyyənləşdirmək 
mümkündür. Əsas müqəddəs çay Sindhu adi ilə tanınan Saras-
vati  çayı,  Qumal  və  Pəncabın  bir  neçə  çayı  idi.  Maraqlıdır  ki, 
“Riq Veda”da hinduistlər üçün müqəddəs olan Qanq çayının adı 
yalnız  bir  dəfə  çəkilmişdir. Veda  mətnlərində  Himalay  dağları, 
Şərqi Hindistan vilayətləri haqqında danışılmışdır. Linqvistik və 
arxeoloji  materiallara  əsasən  Pəncabda  ari  tayfaları  dravid  tay-
falarıyla  əlaqəyə  girmişlər,  burada  assimlyasiya  prosesi  kifayət 
qədər sürətlə baş vermişdir, arilər yerli əhali ilə sıx əlaqə qurmuş-
lar.  “Riq Veda”nın  təhlili  göstərir  ki,  dravid  dilləri  hind-ari  di-
linə müəyyən təsir göstərmişdir. Mund tayfaları ilə münasibətlər 
müəyyən qədər fərqli olmuş, Qanq vadisində assimlyasiya elə də 
intensiv getməmişdir. Veda tayfaları mund tayfalarını meşəliklərə 
sıxışdırmışlar, buna görə də mund dili veda dövrü hind-arilərinin 
dilinə az təsir göstərmişdir.
Veda tayfalarına məxsus “boz naxışlı keramika” mədəniyyəti 
Mərkəzi və Qərbi Hindistanın (yəqin ki, draviddilli) eneolit mə-
dəniyyətinə aid olunur. “Boz naxışlı keramika”nı e.ə. VI-II əsr-


Yüklə 141,51 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə