HiNDİstan etnoqrafiyasi (Maddi mədəniyyət)



Yüklə 141,51 Kb.
Pdf görüntüsü
səhifə14/76
tarix26.11.2017
ölçüsü141,51 Kb.
#12770
1   ...   10   11   12   13   14   15   16   17   ...   76

Hindistan etnoqrafiyası
43
gilli torpaqlarda qazılmış çuxurlarda-qaradamlarda tikilirdi. Qa-
radamların  çıxışında  ocaq  yerləri  tapılmışdır.  Əllə  düzəldilmiş 
keramika kobud idi. Bu qazıntı mərkəzlərindən çoxlu sümük qar-
punlar, iynələr və s. tapılmışdır. Əhali əsasən balıqçılıqla məşğul 
olmuşdur. Burada əkinçiliyə keçid bir qədər gec, e.ə. XIX-XVII 
əsrlərdə baş vermişdir. Həmin dövrə aid gil və çiy kərpicdən ti-
kililərə  rast  gəlinir.  Neolit  dövrünə  aid  Sanqanakallu  (Bislapp 
vilayəti) və Pişhala qazıntı məskənləri xeyli material vermişdir. 
Qədim insanlar qoyun və keçini əhliləşdirmişdilər. Onlar yaşayış 
evlərini təpələrdə və ya təpələr arasındakı dayaz dərələrdə gil və 
bambukdan tikirdilər. Pişhalanın sakinləri maldar və əkinçi idilər, 
burada heyvan saxlamaq üçün xüsusi yerlər tapılmışdır. 
Neolit dövrünə aid iki bölgəni-Bihar Orissa və Assamı ayı-
rırlar.  Sonuncuya  Cənubi  Asiyanın  neolit  mədəniyyətləri  təsir 
göstərmişdir. Bihar Orissanın ilkin dövrlərində yerli mədəniyyə-
tin izləri aydın görünür. 
Hindistanın şimalında və şərqində Neolit mədəniyyətinin in-
kişaf etdiyi bir zamanda Hind vadisində Tunc dövrünün yüksək 
inkişaf etmiş şəhər sivilizasiyası mövcud idi.
 Harappa sivilizasiyası. Harappa sivilizasiyasının kəşfi hind 
mədəniyyətinin qədimliyinin ən böyük sübutu oldu. Hələ 1875-
ci  ildə  ingilis  arxeoloqu  A.Keninqhem  Harappada  (Pakistan, 
Mantqomeri rayonu, Qərbi Pəncab) qədim yaşayış məskəni tapsa 
da, onun geniş tədqiqinə yalnız XX əsrin 20-ci illərində başlanıl-
mışdır. Hind arxeoloqları Dayaram Sahni Harappada (1921) və 
R.D.Benerci  Mohenco-  Daro  (1922,  Pakistan,  Larkhan  rayonu, 
Sind) və Harappada qazıntı apararaq, qədim şəhər kəşf etmişlər.
Hindli  arxeoloq  R.D.Benerci  Hind  çayının  aşağı  axarların-
da  “Ölülər  təpəsi”  anlamına  gələn  Mohenco-Daro  yaxınlığın-
da buddist ziyarətgahında qazıntılar aparmışdır. Onun diqqətini 
kərpiclər  çəkmiş,  məlum  olmuşdur  ki,  bunlar  dini  ziyarətgahın 
tikilməsində istifadə olunan kərpiclərdən çox qədimdir. Qazıntı-


Bəhmən Əliyev-Ayvazalı
44
ları davam etdirən Benerci “Ölülər təpəsi”nin altında çox qədim 
bir şəhər aşkarlamışdır. Hindistan arxeoloji tədqiqatların rəhbəri 
Sir Con Marşal da həmin illərdə Harappa yaxınlığında qazıntılar 
aparmağa başlamış, orada tarix öncəsi sivilizasiyanın qalıqlarını 
tapmışdır. Bu sivilizasiya Hindistandan Bəlucistana qədər geniş 
bir ərazini əhatə edirdi, demək ki, arilərdən əvvəl Hindistanda ta-
rix öncəsi sivilizasiya vardı.
Bəlucistan və Sinddə aparılan arxeoloji tədqiqatlar göstərdi 
ki, burada e.ə. IV-III minilliklərdə ilkin Harappa mədəniyyəti ilə 
xeyli oxşarlıqları və əlaqəsi olan əkinçilik mədəniyyəti mövcud 
olmuşdur. Sinddə isə əkinçilik mədəniyyəti bir qədər sonra mey-
dana çıxmışdır və bu da Bəlucistan və Əfqanıstanın cənubundan 
müxtəlif  tayfaların  buraya  gəlməsi  haqqında  ehtimal  irəli  sür-
məyə imkan verir. Müasir arxeoloji araşdırmalar Harappa mədə-
niyyətinin Hind çayı vadisi boyunca geniş ərazidə yayıldığını üzə 
çıxarmışdır. Bu ərazi şimaldan-cənuba doğru 1100 km, qərbdən- 
şərqə doğru 1600 km uzanmışdır.
Müasir dövrdə alimlər Harappa mədəniyyətinin yaranmasını, 
mövcudluğunu təxminən e.ə. 3500-2500-cü illərə, məhvini isə e.ə. 
1750-ci ilə (XVIII əsr) aid edirlər. Bu tarix isə Hind vadisinin Me-
sopotamiya, Şumer ilə əlaqələrinin mümkünlüyünü təsdiqləyir.
Harappada böyük şəhərlərin mövcudluğu, şəhərsalma təcrü-
bəsi bu sivilizasiyanın yüksək inkişafının sübutudur. Hind (Sa-
rasvati) vadisində 1921-1974-cü illərdə aparılan qazıntılar zama-
nı bir sıra şəhər yerləri (Harappa, Mohenco-Daro, Sutkaqendor, 
Chanhudaro,  Ranqpur,  Kalibanqan,  Ropar,  Lothal,  Surkotada, 
Banuali)  aşkarlanmışdır  ki,  onların  da  ən  böyüyü  Harappa  və 
Mohenco-Darodur, bu yaşayış məntəqələri ən qədim şəhərləşmə 
örnəkləridir.
Harappa  şəhərində  üzə  çıxarılan  169  fut  х  35  fut  ölçüsün-
də  anbar  diqqətçəkən  tapıntılardan  biridir.  Bu  şəhərdən  tapılan 
891 möhür sayca bütün Hindistanda tapılan möhürlərin 40 faizi 


Hindistan etnoqrafiyası
45
deməkdir. Qırmızı qumdaşından hazırlanmış çılpaq kişi heykəli 
caynizmlə əlaqələndirilir. Bu şəhərdə anbar və qala arasında taxıl 
döyülməsi üçün (xırman) dairəvi yerlər, qul və xidmətçilərin ya-
şaması üçün birotaqlı mənzillər aşkara çıxarılmışdır. 
Mohenco- Daro (“Ölülər kurqanı”) şəhəri 2,5 kv.km sahəni 
əhatə etmişdir, burada əhalinin sayı 35 min nəfər olduğu güman 
edilir.  Bu  şəhər  Hind  çayı  vadisində  ən  böyük  yaşayış  yeri  ol-
muşdur. “Böyük hamam” adlandırılan, 39 fut uzunu, 23 fut eni, 
8 fut dərinliyi olan sahə ictimai yer olmuşdur. “Əhalinin istifadə 
etdiyi hamamda axar su yolları, “tepidarium” (suyu ilıq saxlayan 
bölüm), yüksək dəqiqliklə biçimlənən üzmə hovuzu, qarderoblar, 
fərdi hamam-duş dairələri, su yolları, quyular və s. vardır”Qala-
ların ortasında yerləşən bu yerin döşəməsi bişmiş qırmızı kərpiclə 
örtülmüş, tikinti gilindən istifadə edilmişdir. Ehtimal ki, burada 
dini  mərasimlər  yerinə  yetirilmişdir.  Burada  inzibati  məqsədlər 
üçün tikilmiş böyük düzbucaqlı binaya, kiçik sütunlu zala da rast 
gəlinmişdir. Mohenco-Daroda evlərin çoxu bişmiş kərpicdən ti-
kilmişdir. Dama daşları kimi, daş düzülmüş əsas küçələri genişdir 
(eni 33 fut), şimaldan-cənuba doğru uzanır, küçələr şərqdən-qərbə 
doğru düzbucaqda kəsişir. Harappa şəhərində olduğu kimi burada 
da bişmiş kərpicdən tikilmiş kvadrat divarlardan ibarət anbar qa-
lıqları tapılmışdır. Şəhər yerində cəmiyyətin aşağı təbəqələri üçün 
paralel tikilmiş iki mənzilli evlərin qalıqlarına da rast gəlinir.
Qazıntılar üzə çıxarmışdır ki, Harappa sivilizasiyasında (Ha-
raşte, Kalibanqan) şəhərlər iki hissədən ibarət olmuşdur: qərbdə 
şəhər hakiminin yerləşdiyi istehkam və əsasən yaşayış evlərinin 
yerləşdiyi  sahə  yerləşirdi. Yaşayış  sahələri  beşguşəli  olmuşdur. 
İstehkam  daşqınlar  və  s.  fəlakətlərdən  qorunmaq  üçün  yüksək-
likdə  yerləşirdi,  iki  hissə  arasında  gediş-gəliş  məhdudlaşdırılır-
dı. Şəhərlərdə su ehtiyatı yığmaq üçün anbarlar, taxıl döyülməsi 
üçün daş platforma və s. olurdu. Şəhərlərdə yaşayış evləri, küçələr 
plan əsasında tikilirdi. Mohenco- Daroda küçənin eni 10 metrdir. 


Yüklə 141,51 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə