HiNDİstan etnoqrafiyasi (Maddi mədəniyyət)



Yüklə 141,51 Kb.
Pdf görüntüsü
səhifə16/76
tarix26.11.2017
ölçüsü141,51 Kb.
#12770
1   ...   12   13   14   15   16   17   18   19   ...   76

Hindistan etnoqrafiyası
49
əksəriyyəti hinduizmlə analoq təşkil edir. Burada Şumer süjetləri, 
o  cümlədən  məşhur  Gilqamış  əfsanəsindəki  süjetlərlə  oxşarlıq 
vardır. Fərq yalnız ondadır ki, Harappa möhürlərində qəhrəman 
pələngi deyil, aslanı yüyənləmişdir.
Qazıntılar  zamanı  qırmızı-sarı  gildən  düzəldilmiş  çoxsay-
lı qadın fiqurları tapılmışdır ki, bu da tanrı-ana kultu haqqında 
təsəvvürlərdən  xəbər  verir.  Çoxsaylı  daş  simvollarda  tanrı-ana 
müxtəlif  şəkillərdə  təsvir  edilmişdir.  Ehtimallara  görə,  Harap-
pa sivilizasiyası bu və ya digər səviyyədə veda tayfalarına təsir 
göstərmişdir. 
 Harappa sivilizasiyasına məxsus yazılar hələ tam oxunma-
mışdır, amma onun mövcudluğu bu mədəniyyətin yüksək inki-
şafını  göstərir.  İndiyədək  qazıntılar  zamanı  mindən  çox  möhür 
ticarət cədvəlləri və ya amuletlər tapılmışdır. Ehtimal ki, mətn-
lər təkcə möhürlərlə deyil, həm də yazı üçün istifadə olunan va-
sitələrlə, məsələn palma yarpaqları ilə yazılmışdır. Bu üsul məhv 
olduğuna, izləri silindiyinə görə, indiyədək qalmamışdır. Lakin 
qazıntılar zamanı gil mürəkkəbqabının tapılması burada yazıda 
mürəkkəbdən  istifadə  edildiyini  göstərir.
Ən maraqlı məsələlərdən biri yumşaq daşlardan hazırlanmış 
möhürlərin üzərindəki işarələrdir, bu işarələrin sayı 600-ə çatır. 
Möhürlər fonetik işarələr, bəziləri isə ideoqramlar olmuşdur. Bir 
sıra məşhur alimlər Harrapa yazıları dravid dillərinə aid edir, pro-
todravid  dillərinin  veda  sanskritinə  təsir  göstərməsi  ehtimalını 
irəli sürürlər.
 Hind vadisi şəhərlərinin tənəzzülü. Yeni arxeoloji qazıntı-
lar Harappanın inkişafının müəyyən səviyyədən sonra tənəzzülə 
uğradığını göstərir. Bu Mohenco-Daro, Harappa, Kalibanqan nü-
munəsində  aydın  görünür.  Həmin  şəhərlərdə  sonralar  tikintidə 
qaydalara əməl olunmamış, bir sıra böyük ictimai binalar dağıl-
mış, onların yerinə daha kiçik binalar ortaya çıxmış, su təchizatı 
dağılmışdır. Arxeoloji materaillar təsdiqləyir ki, e.ə. II minilliyin 


Bəhmən Əliyev-Ayvazalı
50
ortalarından başlayaraq, Harappada da bir sıra binalar dağılmış, 
ticarət zəifləmişdir. Dulus qablarının hazırlanması texnikası də-
yişmiş, ornament tutqunlaşmış, naxışların keyfiyyəti aşağı düş-
müşdür.  Uzun  illər  Harappa  şəhərlərinin  tənəzzülünü  ari  tayfa-
larının hücumu ilə əlaqələndirirdilər. Yeni tədqiqatlar göstərir ki, 
bu şəhərlərin tənəzzülü ari tayfalarınin gəlməsindən xeyli əvvəl 
baş vermişdi. Bu da şəhərlərin yadelli tayfaların təsirindən deyil, 
daxili  səbəblərdən  məhv  olduğunu  təsdiqləyir.  Daxili  səbəblər 
dedikdə, torpaqların şoranlaşması, Racastan səhrasının genişlən-
məsi, Hind çayının məcrasının dəyişməsi, dəhşətli daşqınlar, zəl-
zələlər və s. təbii fəlakətlər nəzərdə tutulur. Seysmoloji tədqiqat-
lar  göstərir  ki,  Mohenco-Daro  şəhərinin  yaxınlığında  tektonik 
təkan mərkəzi vardır. Ehtimal ki, bu da şəhərin məhvinə gətirib 
çıxarmışdır. Eyni zamanda Mohenco- Daronun bir neçə dəfə su 
altında qalması nəticəsində əhali yerlərini tərk etməyə məcbur ol-
muşdur. Digər şəhərlərin sakinləri də daşqınlardan qaçmaq üçün 
başqa yerlərə köçüb getmişlər. Ehtimal ki, Hind çayının mənsə-
bini dəyişməsi də Mohenco-Daro sakinlərini dəhşətli quraqlıqla 
üz-üzə qoymuşdur, nəticədə əhalinin buradan köçüb getməsinə, 
şərqə doğru irəliləməsinə gətirib çıxarmışdır. Bütün hallarda Ha-
rappa sivilizasiyasının məhz e.ə. XIX-XVIII əsrlərdə, təxminən 
1750-ci ildə tənəzzülə uğraması fikri hələ də geniş şəkildə müza-
kirə olunur 
 Mərkəzi və Qərbi Hindistanın abidələrində inkişaf etmiş Ha-
rappa ənənələləri izlənilir, cənuba və şərqə doğru bu təsir daha 
az hiss olunur. Kathpavara yarımadasında Harappa ənənələri təd-
ricən itir, bu mədəniyyətlə qovuşan yerli mədəniyyət önə çıxır. 
XX  əsrdə  Kathpavaranın  şimal-şərqində  Banas  (çayın  adından 
götürülüb)  mədəniyyətinə  məxsus  qazıntı  məskənləri  aşkarlan-
mışdır. Banas mədəniyyətinin yaşı e.ə. 1800-ci illərə aid olunur. 
Bu özünəməxsusluq daş alətlərin olmaması və çoxsaylı mis mə-
mulatların tapılmasıyla maraq doğurur. “Daş lövhələr” Hind va-


Hindistan etnoqrafiyası
51
disindəki Harappa mədəniyyətinin və Harrappadan sonrakı Kath-
pavara mədəniyyətinin xarakterik əlamətidir.
Banas mədəniyyətinə mənsub əhali kifayət qədər arxaik daş 
və gil tikililərdə yaşamışlar. Yaşayış evləri möhkəm inşaat ma-
teriallarından,  eləcə  də  ağacdan  tikilmiş,  gillə  suvanmışdır.  Bu 
mədəniyyətə aid yaşayış məskənlərinin birində sütun qalıqları da 
tapılmışdır.  Hind  arxeoloqlarının  Navdatoli,  Nevas,  Nasik  və 
Corcvedə  apardıqları  tədqiqatlar  Malva  və  Maharaştranın  qə-
dim  əhalisinin  həyatı  barədə  təsəvvür  yaratmağa  imkan  verir. 
Eneolit  dövründə  bu  zonanın  əhalisi  əkinçilik  və  maldarlıqla 
məşğul olmuşlar, taxıl, düyü, paxlalı bitkilərin bir neçə növü-
nü əkib-becərmişlər, eyni zamanda qoyun və keçini əhliləşdir-
mişlər.  E.ə.  XIII  əsrə  aid  təbəqədə  ipək  sap  və  pambıq  parça 
tapılmışdır ki, bu da toxuculuğun səviyyəsini göstərir. Harappa 
məskənləri kimi burada da daş lövhələrdən çox istifadə olun-
muşdur, mis məmulatlar isə kifayət qədər azdır. Qazıntılar nə-
ticəsində  Navdatoli  yaşayış  məskənində  dairəvi,  kvadrat  və 
uzunsov evlərin qalıqları üzə çıxarılmışdır. Ölçülərinə görə ev-
lər o qədər də böyük deyil, ən böyüyü 4,5X3 metrdir. Arxeoloji 
tapıntıların karbon analizlərinin nəticələri göstərir ki, bu rayon-
da Yeni Daş dövrü e.ə. 1700-1600-ci illərə düşmüşdür. Harappa 
mədəniyyətinin təsiri Nasik və Corn rayonlarında hiss olunur. 
Keramikanın  növləri,  metal  alətlərin  formaları  eynidir,  amma 
cənub rayonlarına bu təsir daha az olmuşdur. Corcvedə isə ene-
olit təbəqə e.ə. XIV-XI əsrlərə aid olunur. 
Hindistanın  şərqində  “mis  xəzinələr”  və  “sarı  keramika” 
adlandırılan eneolit dövrü mədəniyyəti aşkarlanmışdır. Bu mə-
dəniyyətin  yaradıcıları  əkinçi  idilər  və  balıqçılıq,  ovçuluqla  da 
məşğul  olurdular.  Mis  alətlər  özünəməxsusluqları  ilə  seçilirdi. 
Arxeoloji tədqiqatlar zamanı enli ağızlı iskənə balta, kərki, qar-
pun  tapılmışdır.  Bu  mədəniyyətin  daşıyıcıları  munda  xalqının 
əcdadları olmuşdur. Cammu-Qanq vadisində e.ə. XII-XI əsrlər-


Yüklə 141,51 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə