Hindistan etnoqrafiyası
55
lərdə şimalda “qara pardaxlanmış keramika” dövrü əvəzləmişdir.
Artıq bu, Veda dövrü hind-arilərinin deyil, Şimali Hindistanın
mədəniyyəti idi. Bu mədəniyyət Pəncabdan Qanq çayının aşağı
axarlarınadək yayılmışdır.
Veda dövründə dövlət, hökmdar tayfanın və ya “cana”nın qo-
ruyucusu olmalı idi. Burada hökmdar qeyri-məhdud hakimiyyətə
malik deyildi, tayfa şurası ilə hesablaşmalı idi. Veda dönəmində
“sabha”, “samiti”, “vidhata” və “qana” tayfa şuraları idi. Onla-
rın arasında “vidhata” Ağsaqallar Şurası idi. Bu şuralar müəyyən
məsələlərlə bağlı məsləhətləşir, hərbi, dini məsələlərlə bağlı qərar
qəbul edirlər. Qadınlar sabha və vidhatanın işində iştirak edirdilər.
Veda dönəmində “qan” adlanan qeyri-monarx dövlətləri mövcud
olmuş, onların başçısı “qanapati” və ya “cıeştra” adlanırdı.
E.ə. I minilliyin ortalarında Qanq çayının əsas rayonlarının
mənimsənilməsi, hind-arilərin Şimali Hindistanda məskunlaş-
ması başa çatmışdır. Bu dövr Veda dönəminin başa çatması və
Maqadha-Mauri dönəminin başlaması ilə əlamətdardır.
Veda cəmiyyəti. Veda tayfaları kiçik möhkəmləşdirilmiş ya-
şayış məntəqələrində, yəni Harappa sivilizasiyası şəhərlərini
müəyyən qədər xatırladan yerlərdə yaşayırdılar. “Riq Veda”da
“pur” dedikdə, kənd yerləri nəzərdə tutulurdu. Harappa şəhərlə-
rindəki tikinti təcrübəsi Şərqi Hindistanın veda tayfalarına məlum
idi. Veda cəmiyyətində əmlak bərabərsizliyi özünü göstərirdi,
Riq Veda kasıb və varlılar haqqında məlumat verirdi. Riq Veda-
da öyüd verən müdrik yer üzündə mal və mülklərin müvəqqəti
olmasına inanmışdır: “Sahib olan bir kimsə ehtiyac içindəki bir
kimsəyə qarşı əli açıq olmalıdır və gələcəyi düşünməlidir. Çünki
zənginlik eynilə təkər kimi dönür və durmadan əl dəyişdirir”.
Veda mətnlərində mal-qaranın sayı, təmtəraqlı qurbanvermə
ziyafətləri, mal-qaranın kimə məxsusluğu haqqında, damğa, tor-
pağın alınıb-satılması, qullar və s. haqqında məlumatlar vardır.
Veda tayfaları əvvəlcə qohum tayfalardan ibarət qanalarda, sonra
Bəhmən Əliyev-Ayvazalı
56
isə sinfi əsaslı kollektivlərdə yaşayırdılar. Veda mətnlərinə görə,
qadınların ictimai toplantılarda iştirak etmək hüquqları yox idi,
daxili həyatın bütün məsələləri və idarəetmə “vitatha”, “sabha”,
“samiti” adlanan toplantılarda həll olunurdu. Əhali “qram” (ic-
malar) və “kula” (patriarxal ailələr) da birləşirdi.
Qədim hind mənbələrinə görə, Qanq vadisində sülalələr
Günəş və Ay sülalələri idi. Günəş sülaləsi ilə “Ramayana”nın
qəhrəmanı Rama, Ay sülaləsi ilə isə Kaura tayfası əlaqələndiri-
lirdi. Ənənəyə görə, bu nəslin nümayəndələri Bharata hökmdarı
olurdu, bu ad “Riq Veda”da əksini tapmışdı. “Riq Veda”ya görə,
Bharatlar Sarasvati və Yamun çayları arasında yaşayırdılar. Bha-
rata adı ilə qədimdə Şimali Hindistan Bharatavarş-Bharata hökm-
darının nəsilləri (indi Hindistan Respublikası rəsmən Bharat ad-
lanır) adlanırdı. “Mahabharata”nın bir sıra qəhrəmanları Bharata
nəslindən sayılırdı, eposun özü isə Bharata nəsilləri arasındakı
böyük müharibədən danışır.
Hindistanın dini haqqında məlumatları ari tayfalarının Şi-
mal-Qərbi Hindistana daxil olmasından sonra başlayan dövrün
abidələrindən daha çox toplamaq mümkündür (təxminən e.ə. II
minilliyin ortası). Hinduizm dini təliminin birinci dövrü sayılan
Veda (bilik) dönəmi hind-arilərinin dünyagörüşündə politeizm
(çoxtanrıçılıq) ilə xarakterikdir.
Ümumiyyətlə, əvvəllər Veda dini naturalistik idi, məbədlər
və idollar yox idi. Mantraların (ilahilər) oxunması ilə ibadət ye-
rinə yetirilir, uşaqlar (“praca”), iribuynuzlu heyvan (“paşu”) və
var-dövlət üçün (“dhana”) qurban verilir, burada mənəvi rahatlıq
və ya əzab-əziyyətdən qorunmaq haqda düşünmürdülər.
Vedalar ən qədim himnlərdən, dualardan, qurbanlıq qayda-
larından və cadularından ibarət olan 4 külliyyatdan (samhid-
lərdən) – “Riq Veda”, “Yacur Veda”, “Sama Veda” və “Atharva
Veda”dan ibarətdir. Brahmanizm də Vedalardan qidalanmışdır.
Vedaların e.ə. IX-VIII əsrlərdə tərtib olunmuş geniş şərhləri (tə-
Hindistan etnoqrafiyası
57
bəqələri) -Brahmanalar (Vedaların mifoloji şərhi), Aranyakilər
(zahidlərin nəsihəti) və Upanişadlar (gizli-mistik biliklər) vardır.
Müxtəlif tanrılara ünvanlanan Veda ilahiləri və yalvarışları il-
kin dinin zəngin qaynaqlarıdır. Veda rituallarının bəzisi ilə təbiətə
tapınma arasında bağ qurulmuşdur. Vedaların ən qədimi olan “Riq
Veda” tanrıya ibadət üçün yazılmış 1028 ilahidən ibarətdir. Riq
Vedanın ana tanrıları insanlara rifah verən böyük təbiət güçləri
idi. “Riq Veda”nın əsas himnlərinin yaranmasını e.ə.II minilliyin
sоnuna, vahid vedalar məcmuəsinin tərtibatını e.ə. II-I minillik-
lərin hüduduna aid edirlər. İlahilər on kitaba (Mandala) ayrılır.
Ən uzunu 191 ilahidən ibarət birinci və 43 ilahidən ibarət olan
onuncudur. Riq Vedanın digərlərindən fərqi onun yüksək səslə
oxunması və burada olan şükr, arzu və bəddua tərzindəki duaları
əhatə etməsidir. Riq Vedada yaradılış haqqında çoxsaylı ilahilər
vardır: “Ey gecə! Hər şeyin sahibi olan yaradanın əmrlərinə bo-
yun əyərək yer üzünü doldurdun. Göylərdə göy tanrılarının taxt-
larına qədər yayılırsan”. Yaxud, “Əvvəl burada zülmət var idi və
başlanğıcda hər şey qaranlıqlarla örtülü idi. İşıqsız okean olan
qaranlıqda toxum qabıqda gizli saxlanılırdı. Birdən təbiət qızğın
istinin təsiriylə partladı. O zaman, ilk dəfə olaraq, eşq üzə çıx-
dı... Şairlər ürəklərində yaradılmışla yaradılmamış arasında bağ
olduğunu anladılar. Dünya vardı və yox idi; yalnız ruh idi...”.
Riq-Vedaya görə, insanlar mükəmməlliyin yüksək dərəcəsi üçün
tanrılara qurban kəsə bilərlər. Beləcə, tanrıya musiqi, rəqs, soma
içkisi və sevilən yeməklər (hətta ət) qurban verilir. Riq Veda Sam-
hitada düşmənlərin məhvi və əkinçiliklə bağlı bəzi ilahilər və qur-
banla ilgili dini nəğmələr Aqni və Somaya yönəldilmişdir.
“Sama Veda” qurban mərasimi əsnasında söylənən ilahiləri
əhatə edir, melodiyalar vedasıdır, yüksək səslə oxunur. Sama-Ve-
da və Yacur-Veda Samhitaları, litürgiya və ya ritual Samhitalar
sayılır. Çünkü; nəğmələr, mantralar və müqəddəs ilahilər qurban
mərasiminə düzənlənmişdir.
Dostları ilə paylaş: |