Hindistan etnoqrafiyası
39
Taqor, Svami Vivekanandra, Raca Ram Mohan Roy kimi sosial
mütəfəkkirlərin mövqeyini dəstəkləmişdir.
Vidyarthi 1950-ci illərdə Hindistanda ən böyük qəbilələrdən
biri olan Maler qəbiləsini öyrənmiş, bu qəbiləyə məxsus mənfi və
ya xeyirxah ruhlar, Ciue Urrkya - əcdad, alçı- pis ruh, cherqani
qossaiani tədqiq etmiş, “Təbiət (Hindistan), İnsan və Zəruri ruh”
konsepsiyası yaratmışdır. Vidyarthinin antropologiyaya gətirdiyi
digər mühüm konsepsiyası “Qaya Hindu” (“müqəddəs komplek-
si”) ilə bağlı ideya idi. Onun “müqəddəs coğrafiya”, “müqəddəs
tamaşalar” və “müqəddəs insanlar”dan ibarət “müqəddəs komp-
leksi” hinduizmi əks etdirir və hinduizm Hindistanın müxtəlif
xalqlarını birləşdirən ideyadır.
Hind antropologiyası üzrə tədqiqatların əksəriyyəti Hindis-
tan Antropologiya Xidmətində (Kəlküttə) toplanmışdır. Hazırda
xidmətin 7 regional qurumu fəaliyyət göstərir. Antropoloqlar eyni
zamanda sosial təminat şöbələrində çalışırlar.
Kənd Araşdırmaları İnstitutu (“Agricultural Research Insti-
tute”), Səhiyyə və Ailə Rifah Milli İnstitutu (National Institute
of Health and Family Welfare), eləcə də müxtəlif xəstəxanalarda
profilaktik və sosial şöbələri, Daxili İşlər Nazirliyi və müxtəlif
dövlət orqanlarında, eləcə də bəzi xəstəxanalarda anatomiya şö-
bələrində, məhkəmələrin elm şöbələrində, QHT-lərdə, ictimaiy-
yətlə əlaqələr mütəxəssisi kimi antropoloqlar fəaliyyət göstərir.
Belə mütəxəssislər Kosmos Proqramlar Mərkəzində, Ahmedabad
Peyk Təlim Televiziya Experiment (Satellite Instructional Televi-
sion Experiment) təşkilatında da mövcuddur.
“Evaluative” (Qiymətləndirmə) mərhələdə (1990-cu illər
və müasir dövr). Hindistan etnoqrafiyası və ya antropologiyası-
nın inkişafında S.C.Roy, N.K.Bose, D.N.Macumdar, S.C.Dube,
M.N.Şrinivas, L.P.Vidyarthi, müasir dövrdə V.S.Upadhyaya,
Qaya Pandey və başqalarının rolunu yüksək qiymətləndirmək
lazımdır. Hind antropoloqları öz mədəniyyətlərini daha yaxşı və
dərindən izah etmək imkanına malikdirlər.
Bəhmən Əliyev-Ayvazalı
40
Antropoloq M.N.Şrinavas hind kəndinin ictimai strukturu-
nu, ictimai münasibətləri, vacib sosial institutları tədqiq etmiş-
dir. M.Şrinivas sosioloji və sosio-etnoqrafik tədqiqatlarda xüsusi
məktəb yaratmışdır.
Antropoloji Xidmət 1985-1996-cı illərdə həyata keçirdiyi
“Hindistan xalqı” adlı layihə çərçivəsində hind cəmiyyətinə məx-
sus 349 məşğuliyyət növünü və 776 mədəni xüsusiyyəti müəy-
yənləşdirmişdir. Bu tədqiqatlar əhalinin etnik-kasta tərkibinin öy-
rənilməsi üçün mənbə sayılır. Bəzi maraqlı və mürəkkəb suallara
cavab tapılmasa da, hindi dili, əhalinin yaşadığı ərazi, türbanın
gəzdirilməsi, kişi və qadın taturiovkası və s. kimi mindən artıq
identifiklik göstəricisi Hindistan əhalisinin etnoqrafik, antropolo-
ji baxımdan öyrənilməsi üçün maraq doğurur.
Sual və tapşırıqlar:.
1. Hindistan antropologiya elminin yaranması
2. Hindistan antropologiya elminin inkişafında Avropa nəzəri
məktəblərinin rolu.
3. Hindistan antropologiya elminin inkişaf mərhələləri.
4. Sarat Çhandra Roy Hindistan antropologiya və etnoqrafi-
ya elmlərinin yaradıcısı kimi.
5. Hindistan Antropologiya Xidmətinin fəaliyyəti.
Hindistan etnoqrafiyası
41
II FƏSİL
HİNDİSTANIN TARİXI-ETNOQRAFİK
SƏCİYYƏSİ
2.1. Harappa sivilizasiyası-Kuşan-Qupt dövrü
D
aş dövrü yaşayış məskənləri. Hindistan ən qə-
dim zamanlardan insanların məskunlaşdığı əra-
zilərdəndir. Ölkənin bir çox yerlərdə Alt Paleolit
dövrünə aid əmək alətləri tapılmışdır. Burada Aşağı Paleolit döv-
ründə bir-birindən asılı olmayan iki mərkəz meydana çıxmışdı.
Şimalda Soan mədəniyyəti (Hind vadisi, müasir Pakistanın
ərazisi), cənubda Mədrəs (Dekan) mədəniyyəti yaranmış-
dı. Bu paleolit məskənləri çayların kənarında, insanın yaşaması
üçün əlverişli yerlərdə salınmışdır. Əmək alətlərinin bir-birindən
fərqlənməsi ilk növbədə fərqli təbii şərtlərlə və emal olunan daş
ehtiyatları ilə bağlı idi. Burada iqlim kifayət qədər əlverişli, canlı
heyvan aləmi isə zəngin idi. Əhalinin əsas məşğuliyyəti ovçuluq
və yığıcılıq olmuşdur. Son illərdə hind arxeoloqları Üst Paleolitə
aid olan bir sıra yaşayış məskənləri də kəşf etmişlər ki, həmin
faktlar insan kollektivlərinin qohum-qəbilə sistemində ciddi də-
yişikliklərin baş verdiyini göstərir.
Üst Paleolit dövründə Hindistanda zənci irqinin nümayən-
dələri, Mezolit epoxasında qərb hissədə avropoid, şərq hissədə
monqoloid irqinin nümayəndələri məskunlaşmışlar. Mezolit döv-
ründə heyvanlar əhliləşdirilmiş, bu dövrün sonunda ilk dulus qab-
ları meydana çıxmış, əkinçiliyə keçid baş vermişdir.
Bəhmən Əliyev-Ayvazalı
42
Mezolit dövrünə aid yaşayış məskənlərindən biri Qucarat şta-
tındakı Lanqnadc yaşayış məskəni sayılır. Buradan əldə olunan
materiallar qədim insanın Mezolit dövründəki həyatını əks et-
dirməyə, Neolitə keçidi üzə çıxarmağa imkan verir. Lanqnadcda
iki dövr fərqləndirilir: birinci dövrün sonuna aid əllə hazırlanan
dulusçuluq məmulatı, ikinci dövrdə isə dulus çarxında hazırla-
nan saxsı qablar tapılmışdır. Lanqnadcda birinci dövrdə insanlar
daha çox ovçuluq və balıqçılıqla məşğul olurdular, daha sonra
isə əkinçiliyə keçid baş vermişdir.
Mezolit dövrünün digər yaşayış məskənləri cənubda (Tin-
nevelli rayonunda) və şərqdə (Qərbi Benqaliyadakı Birbhanpur
məskəni) tapılmışdır. Cənubdakı mezolit məskənlərində e.ə. IV
minillikdə insanlar balıqçılıq və ovçuluqla məşğul olurdular, şi-
maldakı məskənlərdə, Sinddə isə oturaq əkinçilik inkişaf edirdi.
Bu bərabərsizlik Neolit və Eneolit dövründə də davam edirdi.
Neolit dövrü əkinçiliyin və maldarlığın inkişafı, oturaq hə-
yata keçidlə əlamətdar idi. Həmin dövrdə ən inkişaf etmiş Bəlu-
cistan və Sind Neolit mədəniyyətinə aid idi, bu mədəniyyət Hind
vadisində şəhər yaşayış yerlərinin yaranmasına gətirib çıxarmış-
dır. Kili Gül Məhəmməddəki qazıntı məskənindən əldə olunan
(müasir Pakistan ərazisi Kveta vadisi) faktlar göstərir ki, artıq
e.ə.IV minillikdə şimali Bəlucistanda neolit dövrü tayfası-əkin-
çi və maldarlar yaşayırdılar. Evlər gil kərpiçdən tikilirdi, həmin
dövrdə qoyun və keçilər əhliləşdirilirdi.
Arxeoloji materiallar Bəlucistanda əkinçilik mədəniyyətinin
yerli olduğunu təsdiqləyir. Oxşar mədəniyyət Şərqi Bəlucistan-
da (Rana Qhunday) da üzə çıxarılmışdır. Neolit və ilkin Eneolit
dövrünə aid mədəniyyətlər Damb Sadaat (Kil Gül Məhəmməd
yaxınlığında) da tapılmışdır, bu təbəqə e.ə. XXVII-XXVI əsrlərə
aiddir. Sonrakı mərhələdə (e.ə.XXVI-XXIII) sarı-qırmızı gildən
hazırlanmış heykəlciklər, cilalanmış saxsı və s. ilə xarakterikdir.
Həmin dövrdə Kəşmirdə (Şrinaqar yaxınlığındakı Burzah
qəsəbəsi) Neolit mədəniyyəti mövcud idi. Qədim yaşayış evləri
Dostları ilə paylaş: |