Hindistan etnoqrafiyası
33
edir. Griersonun rəhbərlik etdiyi Hindistan Dilçilik Xidməti çər-
çivəsində müxtəlif bölgələrin sosial və mədəni xüsusiyyətləri,
adət-ənənələri, dillərinə dair kiçik monoqrafiyalar dərc olunmuş-
dur. Banqalore Mifik Cəmiyyətinin jurnalını bu sıraya aid etmək
mümkündür. F. Geddesin rəhbərliyi ilə 1919-cu ildə Bombeydə
sosiologiya şöbəsi fəaliyyətə başlamışdır.
Yaranma mərhələsi (1920-1949). XX əsrin əvvəllərinə təsa-
düf edir. Bu dövrdə fəaliyyət göstərmiş, antropoloq, etnoqraf Sarat
Çhandra Roy Hindistan antropologiya və etnoqrafiya elminin ya-
radıcısı sayılır. Etnoqraf, etnoloq, antropoloq Sarat Çhandra Roy
(1871-1942) “İnsan Hindistanda” (“Man in India”) jurnalının
yaradıcısıdır. O, 30 il ərzində munda tayfaları arasında yaşamış,
1912-ci ildə onun mundalılar haqqında ilk kitabı nəşr olunmuşdur.
Daha sonra o, müxtəlif munda tayfalarının öyrənilməsi işini davam
etdirmiş, xüsusi ilə birhop, bhuiya, khariya, eyni zamanda munda
tayfasına yaxın, dravid linqivistik qrupuna aid olan oreon tayfasını
tədqiq etmişdir. Onun “Munda and their country” (1912), “The
Orean Chota Nagpur” (1915), “Birhop” (1925), “Oraon religi-
on and customs” (1928), “Hill Bhuriya of Orissa” (1935), “The
Khariya” iki cilddə (1937) kitabları dərc olunmuşdur. Roy Naqpur
tayfalarını və kastaları geniş şəkildə tədqiq etmişdir.
Sarat Çandra Royun “Kasta, irq və din” (1934) kitabı ciddi
antropoloji əsər sayılır. S.Ç.Royun tədqiqatlarının nəticələri jur-
nallarda və monoqrafiyada əksini tapmışdır. Atasının işini davam
etdirən Romeş Çandra Roy khariya tayfası ilə bağlı monoqrafi-
yanın həmmüəllifi və bir sıra digər əsərlərin müəllifi olmuşdur.
S.Chandra 1920-ci ildə Patna Universitetində “Fiziki antropo-
logiyanın prinsip və metodları” adlı mühazirələr oxumuşdur. Bu
Kəlküttə (Kolkata) Universitetində antropologiya kafedrasının
fəaliyyətə başlamasından əvvəl olmuşdur, Kəlküttə (Kolkata)
Universitetində həmin dövrdə antropologiya üzrə aspirantura fəa-
liyyətə başlamışdır.
Bəhmən Əliyev-Ayvazalı
34
Kəlküttə (Kolkata) Universitetində fəaliyyət göstərmiş ilk
antropoloq kadrlardan biri K. P. Chatto Padhyay idi. Burada onla-
ra L. K. A. İyer qoşulmuşdur. İlk tələbələr isə, sonralar korifeylərə
çevrilmiş N. K. Bose, D. N.Macumdar, B. S. Quha, P. C. Bisuas,
T. C. Das, S. S. Sarkar, Dharani Sen və Andre Beteille olmuşdur.
K. P. Chatto Padhyay başda olmaqla antropoloq və etnoqraflar
hind xalqlarının tədqiqi ilə məşğul olmuşlar. Bir sıra hind mütəxəs-
sisləri xaricdə V. H. R. Rivers (G. S. Qhurye və Chatto Padhyay
1923-cü ildə) və B. Malinovskinin yanında təhsil almışlar.
Bu dövrdə bir sıra jurnallar çap olunurdu: “Journal of the
Greater Indian Society” (Calcutta, 1934); “Annals of the Bhan-
darkar Oriental Research Institute” (Poona, 1918); “Journal of the
Oriental Institute” (Baroda, 1951); “Indian Linguistics” (Poona,
1931- ) və s. Bəzi jurnallar indiyədək fəaliyyət göstərir.
İkinci Dünya müharibəsindən sonra Hindistanda, eləcə də
Qərbi Avropa və ABŞ-da Hindistanın iqtisadi və sosial tarixinin
öyrənilməsinə maraq artmışdır. Delhi Universitetində (Bipan
Çandra və s.), Aliqarhda (İ.Habib və s.), Kəlküttədə (D.Çatto Pa-
dhyay, S.Sarkar və s.) etnoqraf qrupları yaradılmışdır. R.Thapar,
T.Rayçaudiri və başqalarının əsərlərində Hindistanın sosial-iqti-
sadi tarixi əksini tapmışdır.
Hindistan müstəqillik əldə etdikdən sonra sosial elmlər Hin-
distanın Baş Reyestrində qeydə alınmışdır. Antropoloqlarla ya-
naşı, bu elmin inkişafında Dadabhai Naoroji, Q.K.Qokhale, R.C.
Dutt, M.Q.Ranade, Raca Ram Mohan Roy, K.C.Sen, Ramakriş-
hna Paramhansa və Svami Vivekanandra xüsusi rol oynamışlar.
Onların Hindistan cəmiyyəti barədə tədqiqatları bir sıra sosioloq
və antropoloqların işlərində əksini tapmışdır.
XX əsrin ortalarında, Delhi Universitetində (1947), 1950-ci
ildə Luknou (1950) və Quvarati (1952) Universitetlərində antro-
pologiya kafedraları yaradıldı. Saqar, Pune, Madras, Ranchi, Dib-
ruqarh, Utkal, Ravi Şhankar at Raipur, Karnataka, Hill Şhillong,
Hindistan etnoqrafiyası
35
Qarhual və s. universitetlərdə antropologiya şöbələri fəaliyyət
göstərirdi.
Hind antropoloqlarının əsərlərində tayfa adət-ənənələrinin,
qohumluq münasibətlərinin tədqiqi məsələlərinə diqqət yetiril-
miş, funksional istiqamət və Amerika diffusionalist məktəbləri-
nin təsiri özünü göstərmişdir.
Bu dövrdə antropoloqların qədim Hindistanda əhalinin tərki-
bi haqqında tədqiqatları genişlənmişdir. Antropoloqlar qeyd edir-
dilər ki, hələ e.ə. III minillikdə Hindistanda mövcud olan tayfa-
lar arasında əlaqələr, eyni zamanda protodravid tayfalar arasında
əlaqələr tam aydınlaşmamışdır. Lakin lokal tayfa mədəniyyətləri
tədricən xüsusi ilə orta və aşağı kastalara daxil olmuşdur.
Antropoloqlar arasında Hindistandakı tayfalar və kastalar
arasında əlaqələrə ikili yanaşma mövcuddur. Hutton, Qhurye,
Bose, Kosambi bildirirlər ki, hinduizmin mədəni əlaqələri tayfa
mədəniyyətləri ilə bağlı idi. Risley, Malley, Elvin, Haymendorf
isə qeyd edirlər ki, hind kastaları və tayfaları arasında əlaqələr
çox az, nəzərəçarpmayacaq qədər olmuşdur. Britaniya Senzor
Komissiyasının araşdırmasına görə, 1872-ci ildən bir çox kastalar
tayfalara transformasiya olunmuş, eyni zamanda bu zaman bəzi
tayfaların özünü hind sosial strukturuna qarşı qoyan, özünü ona
bağlamayan spesifik mədəniyyəti formalaşmışdır. Məsələn, Hin-
distanın adivasi, adimcati, vanya-cati, aryanka vanavasi, van-
yacati tayfaları yerli tayfalar, yəni “meşə xalqları” sayılır, on-
lar etnik xüsusiyyətlərini, sosial təsisatlarını (nəsillərə ayrılma),
mifoloji və dini inanclarını saxlayırlar. Hindistanda bu tayfaların
müxtəlif təsnifatları mövcuddur:
1. Hindli kastasının xarici təsirindən kənarda qalan icma;
2. Hinduizmin sosial sistemində ən aşağı kastaya aid olunan
və bir sıra hindli adətlərinə adaptasiya olunmuş tayfa;
3. Müəyyən qədər inteqrasiya olunmuş, eyni zamanda kasta
hindlilərindən məsafəli qalan tayfalar (D.N.Macumdar);
Dostları ilə paylaş: |