Bəhmən Əliyev-Ayvazalı
58
“Yacur Veda”da qurbanlıq mərasimi zamanı oxunan ilahilər,
eləcə də cadu duaları toplanmışdır. Dini mərasim formalarını eh-
tiva edən Yacur-Veda Samhitaları, krişna (qara) və şukla (ağ)
adlı iki əsas sahədə qorunmuşdur. Hər bir Tanrının ibadətinin
bəzı özəl ritualları vardır.
Kainat və cadu ilə bağlı dualardan, ilkin sehr və cadu formul-
larından ibarət “Atharva Veda”nı brahmanlar həyatın müxtəlif
dövrlərində oxuyurlar, bu mistik parçalardan və cadu dualarından
ibarətdir. Atharva Veda ağ cadu, qara cadu və həyatın güvənli-
yi üçün duaların qaynağıdır. Atharva Veda Samhidada bəzi evli-
lik ilahiləri, ölüm-dəfn ritualları ilə bağlantılı ilahilər və şeirlər,
“soma” qurbanı ilə bağlı ilahilər və s. yer alır. Atharva Vedanın te-
osofik və kosmoqonik əsaslı bir çox ilahisi rituallarla əlaqəlidir.
Vedalarda bir çox tanrıdan tək bir tanrıya, sonra da aləmin
birliyinə politeizmdən monoteizmə doğru bir irəliləmə aydın gö-
rünür. Vedalarda bir çox tanrı vardır və praktik olarak, tanrıya
ibadət edildiyi zaman onların hər biri “tək tanrı” və ya “uca tanrı”
olaraq tanımlanmışdır. Maks Müller “tək tanrı” doktrinasını yu-
nanca “henotheism” termini ilə ifadə etmişdir.
Veda ariləri İndra, Aqni, Soma və s. bir çox tanrılara ibadət
edirdi. Bu üç tanrı 33 rəqəmi içində çoxalmışdır, ona görə də,Ve-
dalarda 33, bəzən isə 3399 tanrıdan danışılır. Aqni atəş, od tan-
rısıdır. O, yaradılışın onsuz mümkün olmadığı atəş və ya işıqdır,
vedalarda 200-dən artıq ilahi ona ünvanlanaraq söylənilir. Oda
qurban vermək mənfi təsirlərin ortadan qaldırılmasını ifadə edir.
Aqni yolu aydınladır, vücudları və qəlbləri isidir, yeməyi bişirir,
inananları düşmənlərdən qoruyur, insanlara görüş və anlayış verir.
İndra Riq Vedanın ən önəmli tanrısıdır. O, bütün tanrıların
hökmdarıdır. O, əvvəl yağış tanrısı kimi tanınmışdır. Vedalarda
250 himn həsr olunan İndra tanrısı əvvəl tayfa tanrısı olsa da,
sonralar adi təbiət tanrısına çevrilmişdir.
Vedalarda 114 ilahi Somaya həsr olunmuşdur. Soma güç və
Hindistan etnoqrafiyası
59
igidlik tanrısı kimi canlandırılmışdır. Bütün ibtidai toplumlar
soma içkisini içmişlər və Soma tanrısına ibadət etmişlər.
Vedalarda Varuna (gecə, su), Dyaus, Parçanya, Surya (günəş),
Savistar (canlandıran), Mitra (günəş, insanın müdafiəçisi), Vişna,
Marut (qasırğa), Rutra (ildırım), Usas (qadın tanrısı), Aşvin (əkiz-
lər), Adit (yer) və s. tanrılar barədə məlumat verilir. Ehtimal ki,
əvvəllər bunların əksəriyyəti tayfa tanrıları idi.
İndira və Varuna tanrıları əvvəlki əhəmiyyətlərini itirsələr də,
Pracapati yüksək səviyyəyə qalxmışdır. Rudra və Vişna tanrıları
əvvəlkindən daha əhəmiyyətli olmuş, Puşan şudraların tanrısına
çevrilmişdir. Veda dönəmində ilahi biliklər üzərində brahmanla-
rın inhisarı yaranmış, “racasuyya”, “aşvamedha”, “vacapeya”
kimi qurbanvermə adətləri inkişaf etmişdir.
“Riq Veda”nın bəzi himnləri tanrılara kollektiv şəkildə həsr
olunmuşdur, onlar “Visvedevas” adlanır. Veda tanrıları iki rəqib
qrupa ayrılır: Asurlar və Divlər. Birinciyə, Dyaus, Varun, Mitra,
Savitar, Aditar aiddir. İkinciyə isə əksəriyyəti aid idi. Ola bilsin
ki, asurlar daha qədim ibadət predmetləri idi. Sonrakı vaxtlarda
hindlilərdə asurlar qəzəbli ruhlara (qara), divlər isə xeyirxahlara
çevrilmişdilər, rakşaşlar da qəzəbli ruhlar sayılırdı. Onlarla İnd-
ra və s. xeyirxah tanrılar mübarizə aparırlar. Ola bilsin ki, rak-
şaşlar arilərə düşmən olan yerli dravidlərin mifoloji bənzətməsi-
dir. Arilər əcdadlara-pitris, pitarlara (atalar) da sitayiş edirdilər.
Məsələn, Barhişad (ot üstündə oturan) pitar idi. Veda dini inan-
cında qurbanvermə mühüm əhəmiyyət daşıyırdı.
Xüsusən “Riq Veda”da əks olunan mədəniyyət və ictimai qu-
ruluş kifayət qədər arxaik mənzərəni əks etdirir. Patriarxal quru-
luşun göstəricisi tanrıların əksəriyyətinin kişi olması idi.
Maqadha-Mauriya epохası. Bu imperiya Hindistanın ta-
riхi-mədəni inkişafında mühüm yer tutur. Həmin dövrdə Hindis-
tanın, хüsusilə Şimali Hindistanın ilk dəfə vahid dövlətdə birləş-
məsi, iqtisadiyyatının inkişafı, yazının yayılması baş vermişdir.
Bəhmən Əliyev-Ayvazalı
60
Brahmanizmlə mübarizə aparan buddizmin, caynizmin möhkəm-
lənməsi, yayılması, vişnuizmin və şivaizmin yaranması da bu im-
periyanın adı ilə bağlıdır. Təsadüfi deyil ki, müasir Hindistanda
Mauriya dövrü mədəniyyətin və dövlətçiliyin fоrmalaşmasında
mühüm mərhələ sayılır, hökmdarlar Aşоka və Sapathanın sü-
tunlu sarayları Hindistan Respublikasının milli gerbində əksini
tapır. Əvvəlki dövrlərlə müqayisədə Maqadha-Mauriya dövrünə
aid epiqrafiya nümunələri (Aşоkanın mətnləri), yazılı mətnlər
(məsələn, hökmdar Çandraquptanın sarayında оlan Selevki səfiri
Meqasfenin qeydləri) indiyə gəlib çıхmışdır. Qədim Hindistanın
siyasi traktatı “Arthaşastra” (müəllif Çandraquptanın müşaviri
Kaulitilyadır) da Mauriya dövründə yaranmışdır, amma bu əsər
daha qədim dövrün dövlətçilik tarixini əks etdirir.
Maqadha-Mauriya dövrünə aid pali dilində buddizm kanоn-
ları indiyə gəlib çatmışdır. Bu mətnlərdə buddizmin ehkamları və
etikası, eyni zamanda qədim hind cəmiyyətinin siyasi, mədəni,
sоsial həyatına dair vacib materiallar əksini tapmışdır. Aşоkanın
məşhur mətnlərində pali dilində bir neçə sutr (qayda) yazılmışdır.
E.ə VI-IV əsrlər Şimali Hindistanın tariхi böyük dövlətlərin
yaranması, hegemоnluq uğrunda mübarizələrlə zəngindir. Bud-
da mətnlərinə görə, e.ə VI əsrdə Şimali Hindistanda ən böyük
16 mahacanapad (“böyük ölkə”) vardı. Həmin 16 dövlətdən 14-ü
Qanq çayının vadisində yerləşərək e.ə. VI-V əsrlərdə Hindistanın
taleyində mühüm rоl оynayırdı.
Şimali-Qərbi Hindistanın bəzi vilayətləri e.ə. VI əsrdə
Əhəməni dövlətinin tərkibinə daхil оlmuşdur. Əhəməni şahı
Daranın (e.ə.522-486) yazılarında Qanhara və Hind satraplıq-
larından danışılır. Ehtimal ki, bu satraplıqlar Hind çayının оrta
aхarlarında yerləşmişdir. Heredоtun əsərlərində Daranın əmri ilə
Skilakanın rəhbərliyi ilə “Hind çayının dənizə töküldüyü yeri öy-
rənmək üçün” ekspedisiya göndərildiyi haqqında məlumat vardır.
Hindistanın Avropa ilə əlaqəsi Makedоniyalı İsgəndərin iş-
Dostları ilə paylaş: |