Bəhmən Əliyev-Ayvazalı
82
təmiz havanın, günəş şüasının, fiziki təlimlərin, düzgün qidalan-
manın insanın sağlamlığında оynadığı rоlu düzgün başa düşür,
çохsaylı hеyvan, bitki, minеral mənşəli dərmanlar hazırlayırdılar.
“Çaraka-samhit” traktatında 600, “Suşruta-samhit” traktatında
isə 650 növ dərman hazırlanması haqqında məlumat vеrilmişdir.
Orta əsərlərdə 300 müхtəlif cərrahiyyə əməliyyatı və 120 cər-
rahiyyə aləti təsvir edilir. Hind cərrahlar yaraların müalicəsi, ya-
ralardan охların çıхarılması, şişlərin müalicəsi, sümük qırılması
və s. sahələri yaхşı bilirdilər.
Orta əsrlərdə hind həkimləri Bağdad хəlifələrinin saraylarına
dəvət оlunurdular. Hind həkimlərinin plastik cərrahiyyə sahəsin-
də əldə еtdikləri uğurlara avrоpalı həkimlər yalnız ХVIII əsrdə
nail olmuşdular.
İslamın Hindistana gəlməsi hind alimlərinə müsəlman riya-
ziyyatçı, astronom, təbiblərinin əsərləri ilə tanış olmaq imkanı
verdi. İslam memarlığı Hindistanda tağ üsulu təcrübəsinin ya-
yılmasına kömək etdi. Çindən ipəkçilik mənimsənildi. Hindlilər
çinlilərin digər bir kəşfini- barıtı mənimsəmişdilər. Odlu silah-
lar, toplar Osmanlı dövləti vasitəsi ilə Baburşahlara gətirilmişdi.
Hindlilər dənizçi ərəblər vasitəsi ilə kompasla, portuqallar vasitə-
si ilə eynəklə tanış olmuşdular, eyni zamanda əldə etdikləri kəşf-
ləri (şəkər emalı, qabın qalaylanması, poladın qəliblərdə əridil-
məsi və s.) başqa xalqlarla bölüşmüşdülər.
Orta əsr Hindistan dövlətləri. Orta əsrlərin feodal pərakən-
diliyi dövründə Hindistanda bir sıra dövlətlər eyni zamanda möv-
cud olmuş, bir-biri ilə mübarizə aparmışlar.
Delhi sultanlığı 1206-1526-cı illərdə Hindistanın şimalın-
da iqtidarda olmuş müsəlman sülalələrinin dövlətidir. Bu dövlət
Gurlu sülaləsinin Şimali Hindistanı işğal etməsi nəticəsində mey-
dana gəlmişdir. Gurlu sərkərdəsi və canişini Qütbəddin Aybək
1206-cı ildə Delhidə özünü sultan elan etmiş, ondan sonra haki-
miyyətə gələn kürəkəni Eltutmuş xan (1211-1236) isə “Şəmsiyyə
Hindistan etnoqrafiyası
83
sülaləsi”nin əsasını qoymuşdur. Eltutmuş Pəncabın böyük hissə-
sini, Multanı, Lahoru, Qəznəni və s. böyük bir ərazini ələ keçirib
Delhi dövlətinin tərkibinə qatmış, monqol istilaları nəticəsində
Orta Asiyanı tərk edən türk tayfalarını Hindistanda yеrləşdirmiş-
dir. Eltutmuş xandan sonra qızı Raziyə xatun hökmdar olmuş,
lakin “Qırxlar üsyanı” nəticəsində Raziyə və əri öldürülmüşdür.
Delhi sultanlığında hakimiyyətə keçən “qırxlar”ın nümayəndəsi
Sultan Qiyasəddin Balaban monqol hücumlarının qarşısını almış
və ordusunu Səlcuq ordusunun nümunəsində qurmuşdur. Hin-
distan feodalları ilə mübarizə, tez-tez baş verən qiyamlar nəticə-
sində Delhi sultanlığının əraziləri genişlənir-azalırdı. Müəzziləri
əvəz edən Halaclar (Xalaclar) sülaləsinin hakimiyyəti dövründə
(1290-1320) Alaəddin Məhəmməd şah Halaclı (1296-1316) Del-
hi sultanlığının ərazisini genişləndirərək 3,9 milyon km² çatdır-
mış, tarixdə ilk dəfə bütün Hindistanı (Pakistan və Banqladeşlə
birlikdə) vahid dövlət halında birləşdirmişdir.
Halaclardan sonra hakimiyyətə digər müsəlman-türk sülaləsi
Tuğlaqilər (1320-1414) gəlmişdir. Delhi sultanlığı 1399-1413-cü
illər arasında Böyük Teymur İmperiyasının işğalı altında qalmış,
bu imperiya çökdükdən sonra Hindistanda çoxlu xırda feodal ha-
kimliklər yaranmışdır.
Ümumiyyətlə, 1206-cı ildən-1526-cı ilə qədər 34 müsəlman
sülaləsi- Müəzzilər (1206-1290), I Halaclar (1290- 1320), II
Halaclar (1436-1531), Bəhməni (1347-1526), Tuğlaqilər (1351-
1388), Seyidi (1414 - 1451), Lodilər (1451 - 1526), Surilər (1540
- 1555), Qütbşahlar (1512-1687) və s. Delhi sultanlığında hökm-
ranlıq etmişlər. Baburşahlar Lodilərin hakimiyyətinə son qoyduq-
dan sonda bəzi Delhi sülalələri feodal dövlətləri kimi mövcudluq-
larını saxlamışlar.
Vicayanaqar dövləti. XIV əsrin əvvəllərində Dekkanın hin-
du vilayətləri, Devagiri Yadavaları, Varanqaldaki Kakatiya feodal
dövləti, Maduraidəki Pandyan dövləti, Kampili dövləti şimaldan
Bəhmən Əliyev-Ayvazalı
84
gələn müsəlmanlar tərəfindən ələ keçirilmişdir. Yalnız hindu döv-
ləti Hoysala İmperatorluğu qalmışdı. 1343-ci ildə Madurai sultanı
ilə döyüşdə Hoysala imperatoru III Veera Ballalanın həlak olma-
sı nəticəsində imperatorluq parçalandı. I Hariharan və qardaşı I
Bukka Raya tərəfindən 1336-ci ildə Dekkanda əsası qoyulan Vi-
cayanaqar dövləti Hoysala imperatorluğunun ərazilərini ələ ke-
çirdi. Vicayanaqar hökmdarı I Hariharan Tunqa Bhadra çayının
cənubundakı torpaqları ələ keçirmiş, “şərq və qərb dənizlərinin
hökmdarı” (Purvapaschima Samudradhishavara) adını almışdır. I
Hariharanın yerinə gələn I Bukka Raya 1374-cü ildə Arcot döv-
lətini, Kondavidudakı Reddi dövlətini məğlubiyyətə uğratmış,
qərbdə Qoa ərazilərində, şimalda Tungabhadra və Krişna çayları
arasındakı bölgədə hakimiyyətini təmin etmişdir. I Bukka Raya-
nın ikinci oğlu II Hariharan krallığı dövründə ölkə torpaqları Kriş-
na çayınadək genişlənmiş, Deva Raya, Orissada hökmranlıq edən
Qacapati sülaləsininin hakimiyyətinə son qoyulmuşdur. Sangama
sülaləsinini ən bacarıqlı hökmdarı, 1424-ci ildə taxta çıxmış II
Deva Raya cənubda qiyam qaldıran feodal dövlətlərini, Kəlküttə-
dəki (Kolkata) Zamorinlər, Quilonlar sülaləsini, Pequdakı Birma
krallarını itaət altına aldı, hətta Lanka adasını ələ keçirdi.
Vicayanaqarın qurucusu olan Sanqama sülaləsini devirən
sərkərdə Saluva Narasimha Deva Raya 1485-ci ildə hakimiyyəti
ələ keçirdi, 1491-ci ildə onun ölümündən sonra sərkərdə Tuluva
Narasa Nayaka hökmdar oldu. Bu dövrdə Vicayanaqar imperator-
luğu bütün Cənubi Hindistanı ələ keçirmiş, Dekkan sultanını tor-
paqlarından qovmuşdu. Vicayanaqar hökmdar Krişnadevarayanın
dövründə ən parlaq dövrünü yaşamış, şimal-şərqi Dekkan, Kalin-
gan ilhaq edilmişdi. Krishnadevarayanın ölümündən sonra haki-
miyyətə kürəkəni Achyuta Deva Raya, sonra Sadasiva Raya keçdi.
Hind coğrafiyasında ilk uzaq mənzilli toplar Vicayanaqar or-
dusunda olmuşdu. Bu silahları əcnəbi topçular idarə edirdi. Bu
racəlikdə iki növ ordu- birbaşa imperatorluğa bağlı olan hökmdar
Dostları ilə paylaş: |