Hindistan etnoqrafiyası
85
ordusu, ikincisi isə feodalların əmrindəki ordular vardı. Hökmdar
Krişnadevarayanın öz ordusu təxminən 100.000 piyada, 20.000
süvari və 900-dən çox fildən ibarət idi. Bu sayı 1.1 milyondan çox
olan ordunun yalnız bir hissəsi idi. Belə bir ordu rəqib dövlətlər
üçün ciddi təhlükə idi.
Bicapur sultanı Ali Adil şah hindu Vicayanaqar dövləti ilə
ittifaqların bölgədəki müsəlmanların əleyhinə olduğunu, son nə-
ticədə Dekkanın müsəlman dövlətlərinin Vicayanaqarın hakimiy-
yəti altına düşəcəyini anlamışdı. Onun səyi nəticəsində 1564-cü
ildə dörd müsəlman dövləti Vicayanaqara qarşı birləşdi. Müsəl-
man Bicapur, Bidar, Ahmednaqar və Qolkonda dövlətləri ilə Vi-
cayanaqar imperatorluğu arasında 1565-ci ilin yanvar ayında baş
verən Talikota döyüşü Hindistanın cənubunda yeni hərbi-siyasi
vəziyyət yaratdı. Bu döyüşdə müsəlman ordusunun top atəşləri-
nin qarşısında müqavimətləri qırılan hinduslar məğlub oldular,
müsəlmanlar paytaxt Vicayanaqarı ələ keçirdilər. Talikota döyü-
şündən sonra üstünlük qazanan müsəlmanlar XVIII əsrin sonuna
qədər bölgədə geniş yayıldılar. Vicayanaqar hökmdarı ilə birlik-
də Penukondaya çəkilən Rama Rayanın qardaşı Tiramula 1570-
ci ildə özünü imparator elan etdi ve Aravidu sülaləsinin əsasını
qoydu. Lakin bu imperatorluq regional üstünlüyünü itirmiş, Mad-
ras İngiltərənin “Ost-Hind” şirkətinə verilmiş, dövlətin tənəzzü-
lü dövrü başlamışdır, III Venkata 1672-ci ildə paytaxtı Velloreya
köçürmüşdür. Bu dövrdə zəifləyən imperiyanın əraziləri Bicapur
və Qolkonda sultanlıqları tərəfindən tutulmuş, Maysor və Naya
sülalələri isə müstəqilliyini elan etmişlər.
Əsası Bəhmənilər dövlətinin naibi Yusif Adilxan tərəfindən
1489-cu ildə qoyulmuş Bicapur dövlətini Adilşahlar sülaləsi idarə
etmişdir, iki yüz ilə yaxın bu dövlət mövcud olmuşdur. Lakin Şi-
vacinin rəhbərliyi altında marathaların üsyanları, feodal mühari-
bələri Bicapur dövlətini zəiflətmiş, 1689-cu ildə Baburşahlar bu
dövlətin varlığına son qoymuşdur .
Bəhmən Əliyev-Ayvazalı
86
Baburşahlar (Moğol) impеriyası. Maqadha-Mauri, Qupt
imperiyaları kimi, Moğol-Baburşahlar impеriyası da Hindistanın
“qızıl çağı” sayılır. Mövcud olduğu dövrdə bu imperiyaya Babur
şah (1526-1530), Humayun şah (1530 -1539, 1555-1556) Əkbər
şah (1556 - 1605), Cahangir şah (1605- 1627), Cahan şah (1627
- 1658), Övrənqzəb Aləmgir şah (1658-1707), I Bahadur şah
(1707-1712), Cahandar şah (1712-1713), Fərrux Siyar (1713-
1719), Məhəmməd şah (1719-1748), Əhməd şah (1748-1754), II
Aləmgir şah (1754-1759), II Aləm şah (1759-1806), II Əkbər şah
(1806—1837), II Bahadur şah (1837-1858) hökmranlıq еtmişlər.
Baburşahların hakimiyyəti dövründə Hindistanda mərkəz-
ləşmiş dövlət yaranmışdı. Bu dövrdəki güclü rəhbərlik nümunə-
sinə yalnız Aşokanın hakimiyyəti illərində və Britaniyanın işğalı
dövrlərində yaxınlaşmaq mümkün оlmuşdur.
Zahirəddin Mühəmməd ibn Ömər Şeyx Mirzə Baburun
(1483-1530) adı tarixdə Baburşahlar (Türk-Hind) imperatorlu-
ğunun qurucusu kimi qalmışdır. О, Əmir Teymurun oğlu Miran-
şahın nəvəsi Fərqanə vilayətinin hakimi Ömər Şeyx Mirzə ilə
Çingiz xanın nəvəsi Doğu Cağatay xanı, Daşkənd hakimi Yunus
xanın qızı Qutluğ Nigar xanımın övladıdır. Zahirəddin Mühəm-
məd görkəmli alimlər, müəllimlərdən təhsil almış, ərəb və fars
dillərini, hərb sənətini öyrənmişdir. Sufi alimi Xoca Əhrardan
təhsil-təlim alan Zahirəddin Mühəmməd şeirlər yazmış, “Babur”
(Bəbir-Aslan) təxəllüsünü götürmüşdür. Atasının vəliəhdi kimi,
1494-cü ildə taxtda oturan Zahirəddin Mühəmməd ibn Ömər
Şeyx Mirzə 1519-cu ildə Pəncabı ələ keçirmiş, 1524-cü ildə Del-
hi sultanı İbrahim Lodini yenərək Lahora girmişdir. Delhinin
ardınca Aqranı da tutan Zahirəddin Babur hind sərkərdəsi Rano
Sanqonu yenərək, Şimali Hindistanın Benqaliyayadək olan his-
səsini ələ keçirmişdir. O, ilk dövrlər Aqranı paytaxt elan etməklə
1526-cı ildə üç əsr yarım davam etmiş Baburşahlar imperatorlu-
ğunun əsasını qoymuşdur.
Hindistan etnoqrafiyası
87
Baburşahın nəvəsi, Humayunun oğlu Əkbər Cəlaləddin
Məhəmməd (1542-1605) 1556-cı il fevral ayının 15-də taxta
çıxmışdır. Əvvəlcə türkmən vəziri Bayramxanın himayəsi ilə ha-
kimiyyətini sürdürən Əkbər şah hakimiyyəti illərində Baburşah-
lar səltənəti şimalda Bəlxdən cənubda Qodavari dərəsinə qədər,
qərbdə Ərəbistan dənizi şərqdə Benqal körfəzinədək genişləndi.
Səltənətdə mərkəzləşmə məqsədi ilə 1574-cü ildən ciddi islahat-
lar həyata keçirilməyə başladı: yenidən təşkil olunan orduya nə-
zarət gücləndirildi, ölkə yenidən inzibati bölgələrə bölündü, ailə
bağları qurmaqla racput hökmdarları arasında əlaqələrini güclən-
dirdi, racputlar süvari qoşunlarının əsasını təşkil etməyə başla-
dı. Böyük torpaq sahiblərinin özbaşınalıqlarının qarşısını almaq
üçün bir sıra tədbirlər həyata keçirdi, 1574-cü ildə təyin etdiyi
sərkərdələrə vergi toplanmasını tapşırdı, onlara xəzinədən maaş
təyin etdi. Hindlilər arasından seçdiyi şəxsləri yüksək vəzifələrə
təyin etdi, əhali arasında birliyi təmin etmək üçün yeni din-“dini
ilahi” yaratmağa başladı. Bu yeni din islam, hinduizm, caynizm,
zərdüştülüyün qarışmasından ibarət idi, dünyəvi və dini hakimiy-
yəti özündə mücəssəmləşdirirdi. Əkbər şahın ölümündən sonra
bu dinə inananlar kiçik bir təriqətə çevrildilər. Əkbər şah kənd
təsərrüfatı və ticarətə böyük önəm vermiş, elm və incəsənəti hi-
mayə etmiş, bəzi Avropa ölkələri ilə əlaqələr qurmuşdu .
XVI əsrdən etibarən tacir sifəti ilə Hindistana ayaq basan
ingilislər hərbi-siyasi güc kimi, bölgədəki siyasi-iqtisadi qarı-
şılıqdan faydalanaraq Moğol-Baburşahlar imperiyasını sıradan
çıxarmağa başladılar, XVIII əsrin ortalarında isə imperatorluqdan
yalnız ad qalmış, padşahlar müxtəlif güc mərkəzlərinin istifadə
etdiyi oyuncaqlar halına gəlmişdilər, yerli feodallar arasında mü-
naqişələr şiddətlənmişdi.
Baburşahların ən təlatümlü dövrü Övrəngzəbin (Auranqzeb)
hakimiyyətinin (1658-1707) sonlarında olmuşdur. Övrəngzəb
Aləmgir (əsl adı Mühiddin Məhəmməd, 1618-1707) Şah Cahanın
Dostları ilə paylaş: |